Məhkəmə qərarları › İş №2(102)-3346/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3346/2019

10.06.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3346/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh3 vəkili X8 iştirakları ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2018-cı il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə ( hakim: E.E.Rəhimov; 2(009)-304/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, 43 saylı xüsusi Notariusa, üçünc şəxs X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə qarşı “ümumi paylı mülkiyyətin bölünməsi, avtomobilin dəyərinin ödənilməsi, nizamnamə kapitalına pul şəklində qoyulmuş pulun ½ hissədə tutulması tələbinə dair iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı və Cavabdeh1 Bakı şəhəri, ***************** saylı mənzilə və “Opel antara” markalı ** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə hər birinin ½ hissədə paylarının müəyyən olunması, Cavabdeh1 “xxxx” X2 (VÖEN **********) və “xxxx” X2 (VÖEN **********) nizamnamə kapitallarında olan təsisçi payına aid 40% hesabı ilə hesablan maqla 8000 manat vəsaitin ½ hissəsinə İddiaçı hüququnun tanınması, 4000 manat vəsaitin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov; 2(103)-11118/2018), İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Hazırki iş üzrə Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən “Bakı şəhəri, ********************** küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsinin bağışlanmasının etibarsızlığı, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməklə bölünməsi” hissəsində ləğv edilmiş və həm in hissədə ilk iddianın təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, ******************* saylı qeyri-yaşayış sahəsinə dair 17.02.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, ********************** küçəsində yerləşən ***** saylı qeyriyaşayış sahəsininİddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyəti sayılması və üzərində hər birinin 1/2 hissədə payları müəyyən edilməklə bölünməsi qət edilmişdir. Qətnamə, İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, son olaraq iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************************ ünvanında yerləşən ümumi sahəsi 931 kv/m olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 bağışlanmasına dair 17.02.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı cavabdeh X7 ilə nikah müddətində əldə etdiyi ünvan 2 ünvanında yerləşən mənzilin, *********** saylı qeyri-yaşayış binasının, ** *** dövlət qeydiyyat nişanlı, “Opel Antara” markalı minik avtomobillərin ümumi birgə mülkiyyət sayılmaqla bərabər paylara bölünməsi, bu mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin ½ hissəsinin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması, eləcə də * * *** dövlət qeydiyyat nişanlı, Mersedes E 240 markalı avtomobilin satışından əldə olunmuş 20.000 manat, “xxxx” MMCnin və “xxxx” X11 MMC-nin nizamnamə kapitalına pul şəklində qoyulmuş 8000 manat vəsaitin bölünərək, ümumilikdə 14000 manatın İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı iddiа tələbini onunla əsaslandırmışdır ki, 11.11.1994-cü il tarixində Cavabdeh1 ilə ailə qurmuş, 03.06.2002-ci il təvəllüdlü C6 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-322/2018 saylı 01.02.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. ünvan 3ən 68C saylı qeyri-yaşayış binası onun deyil, Cavabdeh3 mülkiyyətindədir. Bu əmlakın İddiaçı ilə birgə nikah dövründə əldə olunduğu nəzərə alınaraq, əmlakın özgəninkiləşdirilməsi zamanı onun razı lığının olması tələb olunurdu. Lakin iddiaçı hər hansı notariat hərəkətlərinin aparılmasında iştirak etməmiş, razılığını ifadə etməmişdir. Cavabdeh1 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 931 kv/m olan qeyri-yaşayış sahəsini Cavabdeh3 hədiyyə etmişdir. 2 oğlan övladları olduğu üçün yaşadıqları mənzili dəyişmək və daha böyük mənzilə köçmək üçün 2009-cu ildə bu qeyri-yaşayış sahəsini satmaq qərarına gəlmişlər. Belə ki, bu əmlak satılaraq əldə olunan gəlirlə daha böyük mənzil almaq istəmişlər. Həmin vaxt qeyri-yaşayış sahəsini almağa razı olan müştəri olduğu üçün iddiaçı 10 sentyabr 2009-cu ildə həmin əmlakın satılmasına razılıq verən ərizə təqdim etmişdir. Lakin iddiaçı və cavabdeh daha sonra həmin əmlakın gələcəkdə özlərinə və övladlarına daha çox xeyir verəcəyini nəzərə alıb satmaq qərarı ndan daşınmış və pul yığaraq yeni mənzilə köçmək qərarına gəlmişlər. Bundan 2 il sonra, yəni 2011-ci ildə iddiaçı və cavabdeh hal-hazırda yaşadıqları Nərimanov rayonu,****************** nömrəli mənzili ala bilmişlər. İddiaçı tərəfindən verilən razılıq ərizəsini cavabdeh özündə saxlamış, boşanma ərəfəsində, yəni məhkəmənin nikahın pozulması haqqında qətnamə çıxardığı, lakin qanuni qüvvəyə minmədiyi - 17 fevral tarixində həmin ərizə əsasında bu əmlakı öz bacısına bağışlamışdır. Açıq şəkildə görünməkdədir ki, cavabdeh iddiaçı ilə birlikdə birgə nikah dövründə əldə etdiyi əmlakın bölünməməsi üçün özünə yaxın olan insanla, yəni bacısı ilə formal olaraq müqavilə bağlamışdır. Cavabdeh X1 Leyla Vaqif qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz” markalı avto mobilin və Bakı şəhəri, ***************** küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsinə münasibətdə ilk iddianın rədd edilməsi, ünvan 2 ünvanında yerləşən mənzil, Opel Antara markalı ** *** minik avtomobilin və “xxxx” ASC-də İddiaçı depozit hesabında olan 12000 ABŞ dolları məbləğində pul vəsaitinin bərabər paylara bölünməsi xahiş etmişdir. Qаrşılıqlı iddiа tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ************** küçəsində yerləşən****** saylı qeyri-yaşayış sahəsi onun yox, həmişə Cavabdeh3 sahibliyində və istifadəsində olmuş, hal-hazırda RX seriyalı ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Digər tərəfdən, ona məxsus Mersedes Benz markalı avtomobil elə birgə nikah dövründə başqa şəxsə satılıb və hal-hazıra onun mülkiyyətindədir, ona görə də həmin əmlak birgə mü lkiyyətləri sayıla bilməz. Yaşadıqları mənzil və hal-hazırda idarə etdiyi Opel Antara markalı avtomaşın isə nikah dövründə əldə olunmuş ümumi mülkiyyətdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən “ilk iddianın təmin edilməsi, Bakı şəhəri, ********************** saylı qeyri-yaşayış sahəsinə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına olan çıxarış ləğv edilmiş, Bakı şəhəri, *********************** saylı qeyriyaşayış sahəsinin birgə mülkiyyət sayılması və üzərində iddiaçı və Cavabdeh1 ½ hissədə payları müəyən etməklə bölünməsi” hisəsində ləğv edilməsi və Bakı şəhəri, ************************** saylı qeyri-yaşayış sahəsinin bağışlanmasının etibarsızlığı, çıxarışın ləğv edilməsi və p ayların müəyyən edilməklə bölünməsi” hissəsində ilk iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80, 88-cı maddələrinin tələblərinin pozulması, onun adına olan əmlakın hər iki halda etibarnamə ilə özgəniləşdirilməsinə ziddiayatlı qiymət verib, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək və kobud surətdə pozaraq Səbail rayon Məhkəməsinin qətnaməsini Bakı şəhəri, ****************** saylı qeyri-yaşayış sahəsinə dair hissədə ləğv etmiş və həmin qeyri-yaşayış sahəsini birgə mülkiyyət saymaqla ½ hissədə payları müəyyən edilməsinə dair qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdeh C8 kassasiya şikay ətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri, **************** saylı qeyri-yaşayış sahəsinin bağışlanmasının etibarsızlığı, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməklə bölünməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.2, 386-cımaddələrinin tələbləri pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri, *********************** saylı qeyri-yaşayış sahəsi onun ailəsinə məxsus olmuşdur. Bu da 2009-cu ildə Cavabdeh1 tərəfindən həmin qeyri-yaşayış sahəsinə verilmiş etibarnamə İddiaçı əmlakı n özgəniləşdirilməsinə dair verdiyi razılıq ərizəsi ilə sübut olunur. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında cavabdeh X3 vəkili X15 uyğun izahat verərək, şikayətintəminedilməsini, xahişetdi. kassasiya şikayətinə Məhkəməkollegiyasınıniclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətlərinin təmin edilməməsini xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və 3-cü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır k i, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli 2(005)-322/2018 saylı qətnaməsindən görünür ki, X7 ilə İddiaçı arasında 11.11.1994-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) 2299 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16.03.2018-ci il tarixdə ******№ li qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı n dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ******************** ünvanında yerləşən ümumi sahəsi 931 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh3 adına 21.02.2018ci il tarixdən mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 17.02.2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqavilə”sindən görünür ki, Cavabdeh1 (əvəzinə Ş6) Bakı şəhəri, ****************** ünvanında yerləşən ümumi sahəsi 931 kv/m olan qeyri-yaşayış sahəsi Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan 10 sentyabr 2009-cu il tarixli ərizədən görünür ki, Bakı şəhəri ************************* yaşayan İddiaçı Bakı şəhəri 42 saylı Dövlət Notariat kontoruna müraciət edərək, əri X4 məxsus olan Bakı şəhəri, *************** küçəsində yerləşən “**********” kafesi qeyri-yaşayış sahəsinin satılm asına heç bir etirazı yoxdur. Öz razılığını imzası ilə təsdiq edir. AD № ************ saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mersedes Benz E240 minik markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobil X5 adına 21.06.2018-ci il tarixdən geydə alınmışdır. Baş Dövlət Yol Polis İdarəsinin 17.04.2018-ci il tarixli məktubundan görünür ki, Mersedes Benz E240 minik markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahibliyində olmuş, 31.05.2011-31.05.2021 illər üçün X9 etibarnamə verməklə səlahiyyətlər axırıncıya ötürülmüşdür. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 20 sentyabr 2018-ci il tarixli sorğuya cavabıda qeyd edilmişdir ki, Bakı şəhəri, ************************* nömrəli mənzil 28.12.2011ci il tarixdə “xxxx” MTK-nın 25.04.2011-ci il tarixli **** nömrə li maliyyə arayışına, 15.05.2000-ci il tarixli 020113 nömrəli orderə, 01.12.201 -ci il tarxili Forma 2 arayışına, “xxxx” MTK-nın 25.04.2011-ci il tarixli 04 nömrəli protokoldan çıxarışına və İddiaçı tərəfindən verilmiş razılıq ərizəsinə əsasən Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olun digər ünvan ünvan 5inası 29.07.2017-ci il tarixdə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 30.06.2003cü il tarixli *********** nömrəli Mülkiyyət Hüququ Haqqında Şəhadətnaməyə əsasən Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 21.02.2018-ci il tarixdə Bakı şəhər 43 saylı DNK-nın 17.02.2018-ci il tarixli 4Ə-67 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli Mersedes Benz E240 minik markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobil 2011-ci il tarixdə Cavabdeh1 sahibliyində olsa da məhz həmin zaman faktiki olaraq 20.000 manata satılmış, nikah dövründə həmin vəsait əldə olunmuş, bu halı hər iki tərəf mübahisəsiz qaydada qəbul etmişlər. Buna baxmayaraq alqı-satqı müqaviləsi yalnız 2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Göründüyü kimi, Mercedes Benz E240 minik markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobil qanunauyğun qaydada özgəninkiləşdirilmiş və bu əqd alqısatqı aparılmaqla icra olunmuşdur. 2011-ci ildə əldə olunmuş 20.000 manat vəsait ailənin ehtiyyaclarına sərf edilmişdir. Bu səbəbdən də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, 2018-ci il tarixdə vəsaitin ½ hissəsinin tələb olunmasına hüquqi əsas yaranmamışdır. Hazırda mübahisə edən ər-arvadın 2011-ci il üçün birgə təsərrüfat apardığı aşkar olduğundan və Cavabdeh1 da həmin dövr üçün Mercedes Benz E240 minik markalı ***** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar əldə etmiş olduğu 20.000 manat məbləğində vəsaitin ailə ehtiyaclarına sərf edilməsi tanınmalı, belə olduğu təqdirdə isə iddia tələbinin bu hissəsi əsassız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1.-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olma dan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 337.1-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 22.2 və 22.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. - 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. - 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. - 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1. və 37.2-ci maddəl ərinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Аpеllyаsiyа instаnsiyаsı məhkəməsi dügün olaraq nəticəyə gəlmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin qeyriyaşayış sahəsi ilə bağlı hissəsi əsaslı olduğundan qətnamənin mübahisələndirdiyi həmin hissədə ləğv edilməsi v ə o hissədə iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu ************** küçəsində yerləşən 68 C saylı qeyri-yaşayış sahəsinin bağışlanmasının etibarsızlığı, bu əmlaka ər-arvadın paylarının müəyyən edilməsi ilə bağlı faktiki əsası, həmin hissədə tələbinin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya əlamətlərinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ilk iddianın bu hissədə təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəsi düzgün olmamışdır.Ona görə ki, ünvan 5inasının iddiaçı ilə Cəfərov İnqlab Mikayıl oğlunun birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qeyd olunan qeyri-yaşayış binasının iddiaçı ilə Cəfərov İnqlab Mikayıl oğlunun birgə nikah dövründə əldə edildiyini təsdiqləsə də, bu əmlakın ər-arvadın ümumi gəlirlər i hesabına əldə edilməsinin və onların ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onların əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrinin sübut olunmadığını göstərmişdir. Əvvəla, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının sübut etmə yükünü öz üzərinə götürməyə cəhd etsə də, bu uğursuz alınmışdır. Çünki, Bakı şəhəri, ************** küçəsində yerləşən ***** saylı qeyri-yaşayış sahəsinin birgə gəlirlər hesabına əvəzli əldə edilmədiyini, 2009-cu il tarixdən Ş6 oğlunun sahibliyində və istifadəsində olmasını sübut etmək yükü artıq qarşılıqlı iddiaçının üzərinə düşür. Qarşılıqlı iddiaçı isə nəinki bu halları sübuta yetirmiş, əksinə buna cəhd belə etməmişdir. Bakı şəhəri, ************** küçəsində yerləşən ****** saylı qeyri-yaşayış sahəsinin bağışlanmasına dair müqavilə üzrə İddiaçı tərəf olmaması, onun hazırki iddiasının əsassız olmasına dəlalət edə bilməz. Çünki, müqavilənin etibarsızlığını tələb etmək, yalnız müqavilə tərəflərinə aid deyil. Hazırki halda qeyd olunan bağışlanma müqaviləsi iddiaçının bilavasitə maraqlarına toxunduğundan, onun bu cür iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. İddiaçı 10 sentyabr 2009-cu ildə Bakı şəhəri 42 saylı notariat kontoruna müraciət edərək, əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, ************************ küçəsində yerləşən “*****” kafesi qeyri-yaşayış sahəsini satılmasına heç bir etirazı olmadığını qeyd etməklə öz razılığını imzası ilə təsdiq etsə də, bu razılıq da iddianın qeyd edilən hissədə təmin olunmaması üçün əsas ola bilməzdi. Çünki, əmlakın satılmasına dair verilən razılıqla, əmlakın bağışlanmasına dair verilmiş razılıq ərizələri fərqli hüquqi nəticələr yaradır. Yəni, birincidə iddiaçının əsaslı mənafeləri vardır. Belə ki, əmlakın satışından əldə edilən gəlirdən o, maddi cəhətdən faydalanır. İkinci ərizədə isə əmlak əvəzsiz olaraq başqa şəxsin mülkiyyətinə keçir, həm də hədiyyə alan tərəfindən heç bir cavab xidməti gözləmir. Ona görə də, qeyd olunan ərizə əsasında mübahisəli qeyri-yaşayış binasının bağışlanması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Cavabdeh1un İddiaçı ilə nikahının pozulmasına dair məhkəmə qətnaməsi çıxarılan gündən(01 fevral 2018-ci il) təxminən 16 gün sonra, yəni qətnamə qanuni qüvvəyə minməmiş 17 fevral 2018-ci il tarixdə mübahisəli qeyri yaşayış sahəsini bağışlama müqav iləsinə əsasən öz bacısına bağışlaması da, iddianın bu hissədə əsaslı olmasına dəlalət edir. Çünki, qarşılıqlı iddiaçı məhz həmin vaxt bu bacışlamanın hansı zərurətdən yarandığını da sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki,İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməyən “Bakı şəhəri, Nəsimi rayonu ************** küçəsində yerləşən ***** saylı qeyri-yaşayış sahəsinin bağışlanmasının etibarsız lığı, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməklə bölünməsi” hissəsində ləğv edilməli və həmin hissədə ilk iddia təmin edilməli, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi ************** küçəsində yerləşən ***** saylı qeyri-yaşayış sahəsinə dair 17.02.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 adına verilmiş, daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilməli, Bakı şəhəri, Nəsimi rayonu ************** küçəsində yerləşən **** saylı qeyri-yaşayış sahəsiİddiaçı və Cavabdeh1 ümumi birgə mülkiyyəti sayılmalı və üzərində hər birinin 1/2 hissədə payları müəyyən edilməklə bölünməli, qətnamə onun şikayətinə münasibətdə, mübahiəsələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayətləri təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 14 dekabr 2 018-cı il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar