Məhkəmə qərarları › İş №2(102)-3346/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3346/2025

10.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3346/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüquq, şəxsi və ailə həyatına hörmət hüququ, təhlükəsiz yaşamaq hüququ, ilkin müqavilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin layihə sənədlərində əksini tapmayan hissələrinin sökülməsi və fərdi yaşayış evinin çoxmənzilli binaya çevirilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2025-ci il tarixli, 2(103)-3931/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları

1. Tərəflər qonşudur. Belə ki, tərəflərə aid torpaq sahələri bitişikdir. İddiaçının torpaq səhəsində fərdi yaşayış evi, cavabdehin torpaq sahəsində çoxmənzilli bina yerləşir.

2. İddiaçının fərdi yaşayış evi Sabunçu rayonu, ünvan 1 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşir. Ev və torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, həmin əmlak iddiaçının və onun qardaşının paylı mülkiyyətindədir, hər birinin payı ½ hissə təşkil edir.

3. Cavabdehin çoxmənzilli yaşayış binası isə Sabunçu rayonu, ünvan 2 ünvanındakı 0,0916 ha torpaq sahəsind ə yerləşir. Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, bina üzərində hüquq qeydə alınmayıb. 4. xx.xx.2023-cü il tarixli məlumatlandırma icraatı ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsi Sabunçu RİH tərəfindən təsdiqlənib. Lakin torpaq sahəsində çoxmənzilli bina inşa edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evinin layihədən kənar inşa edilmiş üçüncü mərtəbəsinin, həmçinin cavabdehin evinin iddiaçının evinə tərəf baxan və layihədə əksini tapmayan 2 ədəd balkonunun və 4 pəncərəsinin sökülməsi, həmin evin çoxmənzilli binaya çevrilməsi cəhdlərinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşusu - Cavabdeh Hökümalı qızı özünə məxsus torpaq sahəsində qonşuluq hüququna, şəhərsalma və tikinti normalarına, yanğın təhlükəsizliyi qaydalarına, habelə milli mental dəyərlərə zidd formada özbaşına və qanunsuz tikinti aparmaqdadır. Cavabdehə aid torpaq sahəsində aparılan tikinti işlərinin qanunsuz olması onunla ifadə olunur ki, cavabdeh sözügedən torpaq sahəsində tikməkdə olduğu çoxmənzilli yaşayış binası heç bir tikinti-təhlükəsizlik, texniki normalara, habelə yanğın təhlükəsizliyi və fövqəladə halların aradan qaldırılması ilə bağlı texniki tələblərə uyğun deyildir. O, çoxmənzilli binanın tikintisi ilə bağlı rəsmi icazənin alınıb-alınmadığı ilə bağlı müvafiq olaraq Sabunçu Rayon İcra hakimiyyətinə, Dövlət Şəhərsalma v ə Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə və Fövqəladə Hallar Nazirliyinə sorğular vermişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin cavab məktubunda qeyd edilmişdir ki, “ünvan 3 ünvanında yerləşən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikili barədə tikinti işləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə yerli icra hakimiyyəti tərəfindən məlumat daxil olmadığı üçün Ağentlikdə həmin tikili barədə məlumat mövcud deyildir”. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, “Cavabdeh Hökümalı qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində hal-hazırda təmirtikintisi davam edən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikiliyə dair icazənin, layihənin və tikili ilə bağlı tərtib olunmuş digər sənədlərə dair məlumat Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir”. Kustar üsullarla aparılmış tikinti, heç bir təhlükəsizlik qaydalarının gözlənilməməsi, elə təkcə həvəskar qaydada qurulmuş elektrik naqilləri sistemi nəticəsində yarana biləcək qısa qapanma və digər hallar, habelə ara məsafələrinin gözlənilməməsi nəticəsində baş verə biləcək yanğın hadisəsinin qısa müddətdə sürətlə yayılması imkanları, məişət səs küyü üçün yaradılmış “münbit şərait”, habelə təcili tibbi yardım avtomobillərinin əraziyə giriş çıxışının m əhdudlaşması nəticəsində həyat və sağlamlıq üçün yaranacaq təhlükə və s. faktorlar cavabdeh tərəfindən aparılmış qanunsuz və özbaşına tikinti işlərinin mövcud və perspektiv fəsadlarını göstərir.

7. Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur: 1) Cavabdeh tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş binanın razılaşdırılmış layihəyə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. 2) Cavabdeh tərəfindən iddiaçının istifadəsində o lan torpaq sahəsinə tərəf təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmayan əlavə 2 ədəd balkon və 4 ədəd pəncərə inşa edildiyi müəyyən edilmişdir. 3) Cavabdeh tərəfindən inşa edilmiş binanın 3cü mərtəbəsinin faktiki olaraq müstəqil mərtəbə olmaqla digər mərtəbələrlə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

9. Cavabdeh iddia ərizəsinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur.

10. Cavabdeh iddia ərizəsinə dair verdiyi ikinci etiraz ərizəsini isə belə əsaslandırmışdır ki, iddiaçı ilə hasar qonşusudur. Cavabdehə məxsus torpaq sahəsində olan tikilinin iki mərtəbəsi iddiaçının mərhum atası Lətif Əsgərovun sağlığında razılığı ilə əvvəlki mülkiyyətçi Mübariz adlı şəxs tərəfindən inşa edilmişdir. Cavabdeh isə üzərində iki mərtəbəsi inşa edilmiş tikilisi olan torpaq sahəsini alğı-satqı müqaviləsi ilə Mübarizdən almışdır. Cavabdeh həmin tikilinin təqdim etdiyi layihə - iki mərtəbə + mansard, hündürlüyü 12 metr olan yaşayış evinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi üçün müvafiq icra orqanına müraciət etmişdir. Cavabdeh tərəfindən bina inşa edildikdən sonra hər mərtəbə dörd müstəqil mənzilə bölünmüşdür. Həmçinin, "xxxx" Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş bina layihəyə uyğun olmasa da, bu tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğundur.

11. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-797/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Tahirə Əsədova).

12. Məhkəmənin mövqeyinə görə, hazırkı iş üzrə cavabdeh tərəfindən tikinti işlərinin tikintiyə icazəyə uyğun aparılmadığı müəyyən edildikdə, eyni zamanda həmin tikintinin hazırki işdə iddiaçının evinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaratdığı aşkar edildiyi halda həmin tikilinin sökülməsi barədə iddia qaldırmaq hüququ yalnız Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Odur ki, iddiaçının bu əsaslarla iddia verməyə subyektiv hüququ movcud olmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı eyni zamanda digər hüquqlarının (onun həyətinə nəzərdə tutulan pəncərə və balkondan çox pəncərə və balkonun açılması; yaxın qonşuluqda yerləşən evin bir ailə deyil, daha çox ailəyə xidmət etməsi) pozulmasına da istinad etmişdir. Məhkəmə buna dair qey d etmişdir ki, pəncərə və bakonun sayının, eyni zamanda evdə bir ailə və ya bir neçə ailənin yaşaması ilə iddiaçının hüququnun pozulması arasında səbəbli əlaqə barədə iddiaçı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, bundan başqa, Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubunda inşa edilmiş əlavə balkonların söküldüyünü, iddiaçının həyətinə baxan pəncərələrin qarşısının bağlandığını bildirmişdir. Belə ki, cavabdeh torpaq sahəsini 2010-cu ildə alarkən mübahisəli binanın iki mərtəbəsi keçmiş mülkiyyətçi tərəfindən artıq inşa edilmiş, iddiaçı buna etiraz etməmiş və cavabdeh torpaq sahəsini yarımçıq tikili ilə bir yerdə almışdır. Yəni, ara məsafələr artıq o zaman pozulmuş və iddiaçı bunu qəbul etmişdir, iddiaçının keçmi ş mülkiyyətçiyə qarşı bununla bağlı iddia qaldırmaması hazırkı iddiaçıya qarşı iddianın qaldırılmasını istisna edir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 80.1, 80.2, 80.4, 80.5, 80.6, 92.1, 92.1.1, 92.2, 92.3, 92.4.3, 95.1.3 və 95.3-cü, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iş üzrə mövcud olan faktlar birinci instansiya məhkəməsi tərəfindən qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir, ziddiyyət təşkil edir. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, cavabdeh məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək təqdim etdiyi layihədə - iki mərtəbə + mansard, hündürlüyü 12 metr yaşayış evinin tikintisini bildirmişdir və Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunda təqdim edilmiş layihə razılaşdırılmışdır. Halbuki, həqiqət belə deyil. Cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərkən iki mərtəbə + mansard, hündürlüyü 12 metr yaşayış evinin icazəsini deyil, iki mərtəbəli, hündürlüyü 7 metr yaşayış evinin icazəsini istəmişdir. Bu fakt, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir. Həmin rəydə Cavabdeh sifarişi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsində yerləşən üm umi sahəsi 0,10 ha olan torpaq sahəsinin üzərində hündürlüyü 7,0 m olan iki mərtəbəli fərdi yaşayış evinə dair layihə tərtib edilməsi və həmin layihə Sabunçu Rayon İcra Hakimiyyəti Təsərrüfat Şöbəsinin möhürü ilə razılaşdırılması barədə məlumatı əks olunmaqdadır (bax qətnamənin 6-cı səhifəsinin son abzasına). Bu isə qeyd olunan maddəyə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi deməkdir və müvafiq olaraq qətnamənin ləğvinə əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarını tətbiq etməmişdir. Belə ki, cavabdeh, qanunsuz inşa etdiyi tikilinin forması barədə müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Məhkəmə is ə buna diqqət yetirməmişdir. Cavabdeh mübahisə predmeti olan apartman fərdi yaşayış evi kimi deyil, məhz sahibkarlıq məqsədi ilə tikmişdir. Bunu təsdiq edən sənəd yuxarıda qeyd olunan ekspert rəyidir. Qeyd edilən ekspert rəyində bu cür tikintilərin tikintisi üçün icazənin İcra Hakimiyətindən deyil, Şəhərsalma və Fövqəladə Hallar Nazirliyindən alınması qeyd edilmişdir. Bu faktı həmçinin xx.xx.2023-cü il tarixdə həmin binadan ilk mənzilin satılması təsdiqləyir. Çünki cavabdehin məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək tərtib edilmiş layihə əsasında tikinti işinə başlamaq istədiyini bildirməsindən cəmi 28 gün keçmişdir. Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunda təqdim edilmiş layihənin razılaşdırıldığını bildirmişdir. Yəni, ş əxsin 28 günə fərdi yaşayış evini tikib, sonrada paylara bölüb satması qeyrimümkündür. Cavabdehin bu tikilini inşa edərkən ilk niyyətinin fərdi yaşayış evi deyil, məhz bina inşa etmək olması özünü biruzə verməkdədir. Hesab edir ki, bu formada, yəni 12 ailə üçün nəzərdə tutulmuş çoxmənzilli binanın tikintisi üçün icazə İcra Hakimiyətindən deyil, Şəhərsalma və Fövqəladə Hallar Nazirliyindən alınmalı idi. Məhkəmə isə, qeyd olunan sübutlara obyektiv, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Göründüyü kimi məhkəmə, qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə çıxarmışdır. Müvafiq olaraq qeyd olunan ma ddəyə əsasən göstərilən pozuntular məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5984/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilmişdir (hakimlər - Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov).

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən çoxmənzilli bina inşa edilib. Bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Hər mərtəbədə 4 mənzil, ümumilikdə 12 mənzil var. Zirzəmi isə avtodayanacaq kimi nəzərdə tutulub.

20. Cavabdeh həmin 12 mənzildən 8-nə dair notariat qaydasında “ilkin alğı-satqı müqavilə”si bağlayıb, 8 mənzilin ümumilikdə 608338 manata satılması razılaşdırılıb, bu məbləğin 282000 manatı notariusun depozit hesabı vasitəsilə cavabdehə ödənilib, qalan məbləğin isə notariusun depozit hesabı vasitəsilə hissə-hissə ödənilməsi şərtləşdirilib.

21. Çoxmənzilli bina özbaşına tikinti obyektidir, çünki tikintisinə icazə alınmayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə görə, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin binanın mərtəbələrinin sayının 3, hündürlüyünün isə 12 metr olması, bu tikintiyə məlumatlandırma icraatının tətbiq edilməsinə əsas vermir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsindən görünür ki, yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Yəni məlumatlandırma icraatı çoxmənzilli binaya şamil edilmir, odur ki, çoxmənzilli binanın mərtəbələrinin sayının və hündürlüyünün əhəmiyyəti yoxdur, hər bir halda tikinti üçün icazə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsindən görünür ki, lazımi icazələr alınmadan inşa edilmiş tikinti obyekti özbaşına tikinti sayılır.

22. İddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddəni n məqsədi baxımından iddiaçı “maraqlı tərəf” sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmələrə göndərdiyi xx.xx.2015-ci il tarixli 8-2/2015 nömrəli məktubda qeyd olunub: “...tikintinin sökülməsi ilə əlaqədar publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Eyni zamanda, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması da istisna olunmur”. Göründüyü kimi, Ali Məhkəmə fiziki şəxslərin məhkəməyə müraci ət imkanını 2 hüququn müdafiəsi ilə əlaqələndirib: 1) əşya hüququ; 2) təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı hüquq. Lakin həyat yalnız əşyadan və təsərrüfatdan ibarət deyil, insan üçün daha mühüm olan dəyərlər vardır. Fiziki şəxslər həm də təhlükəsiz yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət huququnun və digər bu kimi hüquqların müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilərlər.

23. İddiaçı şəxsi və ailə həyatına hörmət huququnun və təhlükəsiz yaşamaq hüququnun müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. 24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” adlı 8-ci maddəsində göstərilib ki, hər kəs öz şəxsi və ail ə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Fərdi yaşayış evinin hasarlanmış, yəni xarici mühitdən ayrılmış həyətyanı torpaq sahəsi şəxsi həyatın yaşandığı yer sayıla bilər, yəni orada ailənin istirahəti təşkil edilə bilər, məişət ehtiyaclarının qarşılanması üçün sahələr yerləşdirilə bilər və s. Odur ki, müvafiq icazələr alınmadan pəncərə və balkonları fərdi yaşayış evinin həyətyanı sahəsinə tərəf baxan çoxmənzilli bina inşa edilməsi, şəxsi və ailə həyatına hörmət hüququnun pozulması sayılır.

25. Xüsusilə o hal nəzərə alınmalıdır ki, çoxmənzilli bina ara məsafəsi pozulmaqla inşa edilib. Belə ki, ekspert rəyinin təsviri hissəsindən görünür ki, cavabdehə aid binanın qonşu ilə sərhəd divarı arasında olan ara məsafəsi ən yaxın hissədə 53 sm, ən uzaq hissədə 122 sm təşk il edir. O cümlədən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd olunub ki, ara məsafəsi D oxu üzrə 2,20 metr nəzərdə tutulduğu halda 0,50 metr məsafə saxlanılmışdır. Odur ki, nəinki müvafiq icazələr alınmadan, hətta ara məsafəsi belə gözlənilmədən başqasının həyətyanı sahəsi ilə 53 sm məsafədə çoxmənzilli bina inşa edilməsi, binanın mənzillərinin pəncərə və balkonlarının həmin həyətyanı sahəyə tərəf açılması şəxsi və ailə həyatına hörmət hüququ ilə bir araya sığmır.

26. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə görə, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Çoxmənzilli bina iddiaçının və onun ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnu pozur. Azərbaycan Respublikası FHN X10 Xidmətinin məktubuna görə, çoxmənzilli binada yanğın təhlükəsizliyinə dair no rma və tələblər yerinə yetirilməyib. Həmin məktubda həmçinin qeyd olunub ki, yaşayış binasının perimetri boyunca yanğın avtomobillərinin hərəkət etməsi mümkün deyil və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmayıb. Bu isə onu təsdiq edir ki, cavabdehə aid binada yanğın baş verərsə, yanğın iddiaçının evinə, həyətyanı sahəsinə və orada yaşayan şəxslərə təsir edəcək.

27. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanlar ın həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətinə səbəb olur. Cavabdehə aid çoxmənzilli bina ilə fərdi yaşayış evlərinin arasında yanğına qarşı ara məsafəsinin pozulduğu artıq FHN tərəfindən təsdiq olunub. Bu isə onu təsdiq edir ki, yanğına qarşı ara məsafəsinin təmin edilməsi, habelə binanın perimetri boyunca yanğın avtomobillərinin hərəkətinin təmin edilməsi üçün bina sökülməli və müvafiq məsafə gözlənilməklə yenidən tikilməlidir.

28. Beləliklə, iddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. O, həmin obyektin tam deyil, yalnız layihədə əksini tapmayan hissələrinin sökülməsini tələb edib. Memarlıq planlaşdırma layihəsi (cild 1, iş v. 103) ilə çoxmənzilli binanın fotosu (cild 1, iş v. 119) tutuşdurulduqda müəyyən olunur ki, sökülməsi tələb olunan hissələr layihədə əksini tapmayıb. Odur ki, tələb təmin olunmalı, həmin hissələr sökülməlidir.

29. İddiaçı 4 ədəd pəncərənin sökülməsini tələb etsə də, həmin pəncərələrdən biri (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan divarda yerləşən sol tərəfdən 4-cü pəncərə) sökülməsi tələb olunan iki balkondan birində (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan 1 ədəd balkonda) yerləşir. Həmin balkon sökülərkən pəncərə də söküləcək, bununla da pəncərənin sökülməsi barədə tələb təmin olunmuş sayılacaq. Odur ki, 4 ədəd pəncərənin deyil, 3 ədəd pəncərinin sökülməsi qət olunmalıdır. O cümlədən həmin tikilinin çoxmənzilli binaya çevirilməsinə yönələn hərəkətlərin edilməsi cavabdehə qadağan olunmalıdır, çünki çoxmənzilli binanın tikilməsinə icazə verilməyib.

30. Cava bdehin bağladığı 8 ədəd “ilkin alğı-satqı müqavilə”si həmin müqavilələrin əks tərəfi olan şəxslər üçün çoxmənzilli binaya hər hansı hüquq yaratmayıb. İlkin müqavilə ilə tərəflər bir-birinə pul və ya əşya vermək öhdəliyi müəyyən edə bilməz. İlkin müqavilə ilə gələcəkdə başqa müqavilə - əsas müqavilə bağlamaq öhdəliyi müəyyən edilə bilər (Mülki Məcəllə, maddə 402.1). Pul və əşaya verilməsi əsas müqavilə üzrə öhdəliyə daxildir, əsas müqavilə bağlanmadığına görə pul və ya əşya vermək öhdəliyi yaranmayıb. Odur ki, hazırkı iddianın təmin edilməsi nəticəsində həmin şəxslərin hüquqları pozula bilməz.

31. Bununla yanaşı, məhkəmə ilkin müqavilə üzrə pul ödənişinin mümkün olub olmadığına münasibətdə Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinin müqa yisəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsini qərara almışdır. Belə ki, ilkin müqavilə üzrə pul ödənişi qanunvericiliyə zidd olsa da, bütün notariuslar belə müqavilələri notariat qaydasında təsdiq edir və həmin pul notariusların depozit hesabı vasitəsilə ödənilir. O cümlədən məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.6-cı maddəsinin hazırkı işdə tətbiqini, yəni iş üzrə icraatın dayandırılmasını məqsədə uyğun hesab etmir, çünki şərhi xahiş edilən maddələr hazırkı işdə tətbiq olunmur. Əgər kassasiya instansiyası məhkəməsi hesab edərsə ki, göstərilən maddələr şərh edilənə qədər hazırkı iş baxmaq mümkün deyil, belə halda həmin məhkəmə icraatın dayandırılması barədə qərardad qəbul edə və Konstitusiya Məhkəməsinin qərarı dərc edildikdən sonra kassasiya icraatını y ekunlaşdıra bilər.”

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1, 180.4, 402-ci, “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” adlı 8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1, 81, 254.1.6 və 385.2-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

33. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Cavabdeh kassasiya şikayətinin ilkin dəlilini Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə istinad etməklə belə əsaslandırmışdır ki, sözügedən norma ilə müəyyən edilmiş tikinti obyektrlərinin sökülməsi əsaslarından heç biri olmadığı halda apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə ilkin alğı-satqı müqaviləsinə dair düzgün hüquqi yanaşma sərgiləməmişdir. Belə ki, Mülki Məcəllənin 402ci maddəsinə əsasən, gələcəkdə bağlanacaq əsas müqavilədən əvvəl ilkin müqavilə ilə alğı-satqı edilməsi mümkündür. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulduğu qənaətinə gəlsə də, Mülki Məcəllənin 171.1-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin normaya görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

35. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X7, X8, X5 və X6 (hamısının vəkili Vəkil6), X4 (Vəkil7) hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

36. Müstəqil tələb irəli sürən bütün üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri cavabdehin şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

37. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz ünvanlayar aq, şikayətlərin əsassız olduğunu, ona görə də təmin olunmamasını, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. AİM

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qətnamə qəbul olunmuşdur. (hakimlər Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Aqil Abbasov).

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh Hökümalı qızı tərəfindən yaşayış binasının inşası zamanı qonşusu - İddiaçı həyətyanı torpaq sahəsi ilə olan sərhəd hasarı üzrə ara məsafəsi s axlanılmaması, onun həyətyanı torpaq sahəsinə açılan balkon və pəncərələrin tikilməsi, binanın perimetri boyunca yanğınsöndürən avtomaşınların hərəkəti üçün yol saxlanılmadığına görə yanğından mühafizə qaydalarını pozması hallarına yol verməsi iddiaçının öz torpaq sahəsindən və həmin sahədə yerləşən tikililərdən istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törətməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır.

40. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh tərəfindən mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində tikinti işləri aparılarkən tikinti normalarını və qaydalarını pozması, yəni fərdi yaşayış evi əvəzinə çoxmənzilli yaşayış binası tikməsi, iddiaçının həyətyanı sahəsi ilə qanunla müəyyən edilmiş ara məsafəsin i saxlamaması, iddiaçının həyətyanı sahəsinə baxan balkon və pəncərələrin açılması mübahisəsiz olsa da, bu halların iddiaçının şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə nəticələnə biləcəyi barədə apellyasiya məhkəməsinin qənaəti ehtmallara əsaslanmışdır, iddiaçının bu barədə konkret sübutlar təqdim edə bilməməsini məhkəmə nəzərə almamış, cavabdehin hansı hərəkət və hərəkətsiziyinin iddiaçının maraqlarına toxunması, şəxsi və ailə həyatına hörmətsizliyə yönəlməsi müəyyən olunmamışdır.

41. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasının perimetri boyunca yanğınsöndürən avtomobillərinin hərəkət etməsinin mümkün olmaması və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmamasına ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, bu hal cavabdehə məxsus binada yanğın təhlükəsizliyinə riayət olunmaması ilə əlaqədar məsələdir, həmin məsələnin həll olunmaması bilavasitə iddiaçının deyil, daha çox cavabdehə məxsus binada yaşayan şəxslərin və cəmiyyətin maraqlarına toxunmaqla aradan qaldırılması vəzifəsi müvafiq icra hakimiyyəti orqanlarının üzərinə düşür. Həmin halın mövcudluğu iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulması ilə nəticələnə bilməsinə dair apellyasiya məhkəməsinin qənaətinə gəldikdə isə bu qənaət də konkret sübutlara deyil, mülahizələrə, ehtimallara əsaslanmışdır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, iddianı qismən təmin edən apellyasiya məhkəməsi işə tam və obyektiv baxmamış, təkcə iddiaçının deyil, cavabdehin də tikinti apardığı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, həmin hüququn müdafiəsinə də döv lət tərəfindən təminat verildiyini diqqətdən qaçırmışdır. İş materiallarına görə cavabdehin torpaq sahəsinə dair hüquqdan sui-istifadə etməsi, iddiaçının tələblərinə əsasən cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsasların olması müəyyən edilməmişdir.

43. Cavabdehin özünə məxsus olan torpaq sahəsində özbaşına tikili inşa etdirməsi, qonşu torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının öz sahəsindən istifadə etməkdə maneçiliyi olmalı, bu maneçilik onun hüquqlarını pozmalıdır ki, o, maraqlı tərəf kimi özbaşına tikilinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olsun. İş materiallarına görə İddiaçı mülkiyyətində olan torpaq sahəsi və orada yerləşən tikililər barəsində öz mülahizəsi ilə sahiblik və istifadə etmək də daxil olmaqla istənilən h ərəkətləri etməsinə maneçiliyin olması müəyyən olunmamışdır.

44. İş üzrə tərəflərin verdikləri izahatlardan görünür ki, iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 136,8 kv.metr olan yaşayış evi onun və qardaşı Elnur Əsgərov ümumi mülkiyyəti kimi 25 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak bundan əvvəl ataları Lətif Əsgərovun mülkiyyətində olmuşdur. Cavabdeh isə mülkiyyətində olan 0,10 ha torpaq sahəsini Mübariz adlı şəxsdən satın almış, torpaq sahəsində hazırkı mübahisənin predmeti olan binanın əsasını təşkil edən tikilinin 2 mərtəbəsi mövcud olmuş, həmin 2 mərtəbə Lətif Əsgərovun razılığı ilə əvvəlki mülkiyyətçi Mübariz adlı şəxs tərəfindən inşa olunmuş, tikilinin 2-ci mərtəbəsində Lətif Əsgərovun həyətyanı sahəsinə b axan 3 ədəd pəncərə mövcud olmuşdur. Həm iddiaçı, həm də cavabdeh göstərilən əmlakları mövcüd vəziyyətdə qəbul etmiş, mövcud vəziyyətlə razılaşmışlar. Apellyasiya məhkəməsi bu məsələ üzrə araşdırma aparmamış, bu məsələ ilə bağlı tərəflərin izahatlarına qiymət verməmişdir.

45. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X7, X8, X5 və X6 (hamısının vəkili Vəkil6), X2 (Vəkil7) ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri ilə bağlı məhkəmə kollegiyası hesab edib ki, həmin şəxslərin ilkin alğı-satqı müqavilələrinə əsasən cavabdeh tərəfindən inşa edilmiş binadan aldıqları sahəyə hər hansı hüququn yaranmaması, ona görə də hazırkı iddianın təmin edilməsi nəticəsində həmin şəxslərin hüquqları pozulmamasına dair məsələnin həlli zamanı da apelyasiya instansiyası məhkəməsi səhvə yol v ermiş, nəzərə almamışdır ki, cavabdehlə bağlanmış ilkin alğı-satqı müqavilələrinə əsasən göstərilən şəxslərə müəyyən sahələr verilmiş, həmin sahələr, o cümlədən balkonlar və pəncərələr onların faktiki sahibliyində və istifadəsindədir. Belə olan halda onların ən azından həmin binaya faktiki sahibliyi vardır. Həmçinin qeyd olunmalıdır ki, bu məsələ üzrə Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinə müraciət olunmuş, Konstitusiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli Qərardadı ilə müraciətin icraata qəbul olunmasından imtina etmişdir.

46. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azə rbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 152.5, 180.1, 180.4, 402.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 81, 254.1.6 və 385.2-ci maddələri ilə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

47. Təkrar apelyasiya araşdırması zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil5 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, iş materiallarına əlavə olunmuş alğı-satqı müqavilələrindən görünür ki, burda şəxsi ehtiyaclar üçün yox, sahibkarlıq məqsədi ilə tikili həyata keçirilmişdir. Qanunvericiliyin tələblərindən sui-istifadə olunaraq, 12 metr məsafə saxlamaq tələbi qorunmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Tikintidə Təhlükəsizl iyə Nəzarət Dövlət Agentliyinin rəyləri alınmadan formal görüntülü fərdi yaşayış evi tikilərək çoxmənzilli yaşayış binasına çevrilmişdir. Həmin mənzillərin isə pəncərədən işıq ehtiyacını qarşılamaq üçün iddiaçıya məxsus həyətə baxan və qanunvericiliyin tələblərinə uyğun olmayan pəncərələr və balkonlar artırılmışdır. Bu gün fərdi yaşayış evinin məqsədi ondan ibarətdir ki, insanlar daha rahat yaşasınlar, istirahət etsinlər. İddiaçıya məxsus fərdi yaşayış evi artıq üçüncü şəxslərin nəzarətində olan bir evə çevrilmişdir. Burda xüsusi mülkiyyətdən söhbət gedə bilməz. Həmin tikili qanunvericiliyin tələblərinə zidd inşa edildiyi üçün oradakı mənzillərə dair çıxarışın alınması qeyri-mümkündür. Məlumatlandırma icraatı ilə əlaqəli icra hakimiyyətinə müraciət ediləndən 1-2 gün sonra alğı-satqılar həy ata keçirilmişdir. Həmin tikilinin müxtəlif yollarla - rəsmi və ya qeyri-rəsmi sövdələşmələr aparılmaqla inşasına göz yumulmuşdur. İddiaçı olaraq cavabdehin də mülkiyyət hüququna hörmətlə yanaşır. Onlar binanın sökülməsini deyil, layihədən kənar olaraq inşa edilən tikililərin sökülməsini tələb edirlər. Bu gün müvafiq icra hakimiyyəti orqanı və Fövqəladə Hallar Nazirliyi hansısa qanunsuz tikiliyə göz yumursa, bu o demək deyildir ki, belə də davam etməlidir. Ali Məhkəmənin Qərarında müəyyən göstərişlər var ki, sübutlar göstərilsin. Sübut ekspert rəyi, Fövqəladə Hallar Nazirliyinin rəyi və layihədən kənar tikilidir. Onlar ancaq layihədən kənar inşa edilmiş tikilinin sökülməsini istəyirlər. Əgər oradakı mənzillər sökülərsə, ümumi tikiliyə ziyan dəyməyəcəkdir. Tikintidə Təhlükəsizliyə Nəzarət D övlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, cavabdeh tərəfindən tikilmiş tikintinin layihədən kənar aparılması müəyyən olunur. Qeyd edilənlərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Dövlət tərəfindən bir orqandan digərinə məktub göndərilir ancaq tədbir görülmürsə vətəndaş məcburdur ki, özü müraciət etsin. Burda subyektiv hüquq artıq yaranmış olur. Dövlət orqanlarının hərəkətsizliyi nəticəsində iddiaçının hüquqları pozulur. X13 Xidmətinin 4-cü Yanğından Mühafizə İdarəsinin başqa bir məktubunda göstərilir ki, baxış zamanı yanğın təhlükəsizliyinə dair norma və tələblərin yerinə yetirilmədiyi faktı öz əksini tapmışdır. Bir gün qanunsuz şəkildə tikilmiş binada yanğın baş verərsə eyni şəkildə id diaçı üçün də təhlükə yaradır. Əvvəlki mülkiyyətçinin ancaq iki pəncərəsi olmuş, nə bu qədər pəncərə və balkonu olmamış, nə də üçüncü mərtəbə olmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, 2020-ci ilin may ayında pandemiya dövründə Seymur adlı bir maklerlə çəkdiyi şəkilləri məhkəməyə təqdim edir. 2020-ci ilin noyabr ayına qədər divar qonşusu yarımçıq tikilinin sahibi Mübariz idi. O, 2016-cı ildə vəfat etmişdir. Rəhmətlik atası ilə pəncərələrə ona görə göz yummuşlar ki, pilləkən boşluğudur və tünd şüşələr olacaqdır. Ona görə də, dözümlülük nümayiş etdirmişlər. Halbuki, onların şərti olaraq qəbul etdikləri layihədə belə onların həyətinə baxan 5 pəncərə olmuş, qonşuluq prinsipini nəzərə alaraq bu 5 pəncərəyə dözümlülük nümayiş etdiriblər. Cavabdeh İcra Hakimiyyətini aldadaraq 300 manatlıq layihəni verib, 3 metr hündürlüyündə olan zirzəmini belə layihəyə daxil etməyib. 24 yanvar 2023-cü ildə layihə təqdim edildikdən 28 gün sonra ilkin alğı-satqı müqaviləsi bağlanılıb. Binada ikinci və üçüncü mərtəbələrdə iki yanyana pəncərə var, onları birtəhər əlavə tikintilər aparmaqla bağlaya bilərlər. Amma 12 pəncərəni bağlamaq mümkün deyil, praktiki cəhətdən çox çətindir. Həmçinin, layihədə nəzərdə tutulmayan 3 metrə yaxın zirzəmi hissə var. Onların zirzəmisi belə onun hasarından 20 santimetr hündürdədir. Bundan başqa plastik balkonlar qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi rəy verib ki, 12 metr hündürlüyü keçməməkdən ötrü dam hissəsi qoyulmamışdır. Rəydə yazılır ki, üçüncü mərtəbə sərbəst mərtəbədir və birinci və ikinci mərtəbələrlə eynilik təşkil edir. Mansard üçün tələb odur ki, 50 santimetr daş tikili olmalıdır və ondan sonra da yüngül konstruksiya olmalıdır. O, özünün balaca evində 3- 5 gün qalır, daimi yaşamır. Haradan biləydi ki, orda 12 mənzil tikilib. Binanın üçüncü mərtəbəsi qaldırılanda o, bilə-bilməzdi ki, içində nə iş görülür. 2020-ci ildə pandemiya düşəndə o, mənzilini satmaq istəmiş, çəkilən videoçəkilişlər onun telefonu ilə çəkilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi iclasında Cavabdeh Hökümalı qızının nümayəndəsi (vəkili) Vəkil4 izahatında göstərmişdir ki, iddiaçı mübahisəli yeri iki mərtəbədən ibarət yarımçıq tikili şəklində almışdır. Sonradan yarımçıq tikilini başa çatdırmaq üçün məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişd ir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 24 yanvar 2023-cü il tarixli məktubunda da göstərilir ki, tikintinin layihə əsasında tikilməsinə etiraz etmirlər, yəni razılıq verirlər. İddiaçı deyir ki, dörd pəncərəyə dözürəm, altı pəncərəyə dözmürəm. İddiaçının hüquqları pozulursa dörd pəncərə də onun hüquqlarını pozur. Bundan başqa yarımçıq tikili qaldırılanda tikintinin dayandırılması ilə bağlı iddia qaldırıla bilərdi. İddiaçının təqdim etdiyi şəkillərdən də görünür ki, oranı satmaq istəyib, internetə də evinin şəkillərini yerləşdirib. İddiaçı öz həyətini əvvəl ucuz qiymətə satışa qoymuşdu. Sonra biləndə ki, cavabdeh oranı almaq istəyir, iddiaçı qiyməti çox yüksəyə qoyub, beləcə də aralarında mübahisə yaranıb. Yanğından mühafizə qaydalarının pozulması məsələsinə gəldikdə isə iddiaçı ilə c avabdehin evinə girişlər başqa-başqa küçələrdəndir. Yanğından mühafizə qaydaları ilə bağlı onların aldıqları sənədin işə heç bir aidiyyəti yoxdur. Həmçinin qarşı tərəf ekspert rəylərindən birinə istinad edir, lakin X1 ekspert rəyinə istinad etmir. Rəydə göstərilir ki, məlumatlandırma icraatı qaydasının tələbləri hasarla olan məsafə hissəsində pozulub. Ancaq ümumi olaraq 80.1-ci maddənin tələblərindən kənarda deyildir. Cavabdehin inşa etsiyi tikintinin hündürlüyü məlumatlandırma icraatı qaydasının ümumi tələblərindən kənara çıxmamışdır. Həmçinin binanın əvvəlki vəziyyətinə gətirilməsi orda yaşayanların da hüquqlarının pozulması deməkdir. Bu gün faktiki olaraq orda 8 ailə yaşayır. Sakinlər mənzilləri təmir edib yaşayırlar. Mənzillərdə qaz, su, işıq var. Mənzillərə dair çıxarışın alınması üçü n müraciətlər olunub ancaq qarşı tərəfin şikayəti əsasında proses dayanıb. Məlumatlandırma icraatı qaydasında tikilən evlərə hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olması şamil edilmir.

50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3931/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Səlimova Səadət (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli).

51. Kollegiya qeyd etmişdir ki, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan inşa edildikdə, tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanı müvafiq akt tərtib etməklə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunla müəyyən olunmuş hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Tikinti obyektlərinin sökülməsi qaydaları da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 52. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikin ti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir.

53. Kollegiya həmçinin qeyd etmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında da sökülə bilər.

54. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk əvvəl hazırkı mülki iş üzrə iddianın söykəndiyi faktiki halların Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmadığı yoxlanılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Belə ki, mübahisə predmetinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gə tirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir.

55. İşin müəyyən edilmiş mübahisəsiz halı kimi kollegiya müəyyən etmişdir ki, cavabdeh mülkiyyət hüququ əsasında özünə məxsus olan torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində tikinti işləri apararkən tikinti normalarını və qaydalarını pozmuş, fərdi yaşayış evi əvəzinə çoxmənzilli yaşayış binası inşa etmiş, həmin binada olan mənzilləri, hazırkı mülki iş üzrə cəlb olunan üçüncü şəxslərlə ilkin alğı-satqı müqavilələri bağlamaqla, onların faktiki sahibliyinə və istifadəsinə vermiş, sonuncuların bir hissəsi mənzilləri təmir edərək ailə üzvləri ilə köçərək həmin binada yaşayır, digərləri isə mənzillərində təmir işlərini yekunlaşdırlar.

56. Kollegiya bild irmişdir ki, iddiaçının həyətyanı sahəsi ilə cavabdehin inşa etdiyi bina arasında qanunla müəyyən edilmiş ara məsafəsini saxlanmaması, iddiaçının həyətyanı sahəsinə baxan balkon və pəncərələrin açılması işin müəyyən edilmiş mübahisəsiz halları olsa da, qeyd olunan halların iddiaçının şəxsi və ailə həyatına hörmət hüququnu pozulması ilə nəticələnə biləcəyi araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tələbində cavabdehin evinin layihədən kənar inşa edilmiş üçüncü mərtəbəsinin, həmçinin cavabdehin evinin iddiaçının evinə tərəf baxan və layihədə əksini tapmayan 2 ədəd balkonunun və 4 pəncərəsinin sökülməsi, həmin evin çoxmənzilli binaya çevrilməsi cəhdlərinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaç ı Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini atasından miras olaraq qəbul etmiş, həmin fərdi yaşayış evi onun daimi yaşayış yeri deyildir. Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsini Mübariz adlı şəxsdən satın almış, torpaq sahəsində hazırkı mübahisənin predmeti olan binanın əsasını təşkil edən tikilinin 2 mərtəbəsi mövcud olmuş, həmin 2 mərtəbə iddiaçının atası Lətif Əsgərovun razılığı ilə əvvəlki mülkiyyətçi Mübariz adlı şəxs tərəfindən inşa olunmuş, tikilinin 2-ci mərtəbəsində Lətif Əsgərovun həyətyanı sahəsinə baxan 3 ədəd pəncərə mövcud olmuşdur.

57. Kollegiya həmçinin vuğulamışdır ki, araşdırma zamanı cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasının perimetri boyunca yanğınsöndürən avtomobillərinin hərəkət etməsinin mümkün olmaması və mövcud fərdi yaşayı ş evləri ilə yanğına qarşı ara məsafəsinin saxlanılmaması nəticəsində iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilinin əsassız olması da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən, iddiaçının vəsatətinə əsasən, tərəflərin iştirakı ilə keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi binanının tikintisi tamamlanmışdır. Binanın 3-cü mərtəbəsində cavabdeh deyil, hazırkı iş üzrə cəlb olunan üçüncü şəxslərin bir hissəsi ailə üzvləri ilə birlikdə yaşayırlar. Bina qaz, su, işıqla təmin edilmişdir. İddiaçı və cavabdehin inşa etdiyi binada yaşayan şəxslər ümumi yoldan istifadə etməklə hər birinin öz evlərinə girişləri ayrıdır. Tərəflərin ümumi istifadəsində olan yoldan iddiaçı heç bir mane olmadan öz fərdi y aşayış evinin dəmir darvazasından həyətyanı torpaq sahəsinə daxil olmaq imkanına malikdir. Həmin girişdən nəqliyyat vasitələri ilə də iddiaçının torpaq sahəsinə daxil olmaq mümkündür. Ümumi istifadə olan yoldan nəqliyyat vasitələri ilə sərbəst şəkildə istifadə edilməklə iddiaçının fərdi yaşayış evinə, cavabdehin isə inşa etdiyi binaya tam yaxınlaşmaq mümkündür. Baxış zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi binanın iddiaçının həyətinə açılan pəncərələrin və həmin istiqamətdə olan yeganə eyvanın qarşısı dəmir lövhələrlə bağlanmışdır.

58. Kollegiya daha sonra qeyd etmişdir ki, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların maraqlı tərəf olaraq sökülməsini tələb edən iddiaçı həmin bina və qurğuların ona öz fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməkdə maneçilik yaratmasını sübuta yetirmək vəzifəsi daşıyır. Belə məneələr iddiaçının hüquqlarını pozduğu halda o, maraqlı tərəf kimi özbaşına tikilinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olur.

59. Kollegiya bildirmişdir ki, iddiaçı iddia tələbində istinad etdiyi hallarla yanaşı, apellyasiya şikayətinin dəlillərini də sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmiş, araşdırma zamanı isə cavabdeh tərəfindən öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi, iddia ərizəsində sökülməsi tələb olunan tikililərin iddiaçının öz torpaq sahəsindən və həmin sahədə yerləşən fərdi yaşayış evindən istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törətməsi ilə bağlı halların mö vcud olması öz təsdiqini tapmamışdır.

60. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi, iddia tələbində sökülməsi tələb olunan, faktiki olaraq iş üzrə cəlb edilən üçüncü şəxslərin və onların ailə üzvlərinin sahibliyində istifadəsində olan özbaşına tikililərin söküntünü tələb edən iddiaçının mənafeyini pozmadığından, iddiaçının tələbləri əslində cavabdehə və iş üzrə cəlb olunan üçüncü şəxslərə ziyan vurmaq məqsədi daşıdığından iddia tələblərini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Belə ki, özbaşına inşa edilən tikili maraqlı şəxsin təhlükəsiz yaşamaq, öz əşya hüquqlarını, təsərrüfat fəaliyyətini həyata keçirməsində və s. hallarda hüquqları pozulduğ u halda sökülə bilər. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi isə yolverilməzdir (MM-in 560.1-ci mad.)

61. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, İİ-ci bəndlərinə, 25-ci maddəsinin İ-ci bəndinə, 33-cü maddəsinin İ-ci bəndinə, 43-cü maddəsinin İ-ci bəndinə, 60-cı maddəsinin İ, İİ, İİİ, İV-cü bəndlərinə, 71 maddəsinin İ-ci bəndinə, 125-ci maddəsinin İ, İİİ, Vİİ-ci bəndlərinə, 127-ci maddəsinin İ, İİ-ci bəndlərinə, 129-cu maddəsinin İİİ-cü bəndinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2, 80.5, 92.1, 92.1.1, 92.1.2, 92.2, 92.3, 92.4, 92.4.1, 92.4.2, 92.4.3, 92.4.4, 92.4.5, 92.5, 92.8, 92.10, 95.1, 95.1.1, 95.1.2, 95. 1.3, 95.1.3-1, 95.1.4, 95.2, 95.3, 95.4, 95.5, 95.7-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 152.5, 180.1, 180.4, 402.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 81, 254.1.6 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

62. İddiaçı (vəkil-Vəkil5) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2025-ci il tarixli, 2(103)-3931/2025 nömrəli qətnaməsinin tam ləğ v edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

63. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

65. Maddə 13.Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

66. Maddə 25.Bərabərlik hüququ Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

67. Maddə

33. Mənzil toxunulmazlığı hüququ Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

68. Maddə

43. Mənzil hüququ Heç k əs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

69. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ib arət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

70. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

71. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

72. Maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda;

73. Maddə 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işl ərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazı lı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda.

74. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqs ədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.

75. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallar da yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

76. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.

77. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür.

78. Maddə 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyek ti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

79. Bənd 4.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsind ə, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının Mülki Məcəlləsi

80. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

81. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

82. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

83. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsa lma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

84. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

85. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

86. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

87. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

88. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

90. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydad a əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

91. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

93. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

94. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdı r.

95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

97. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

98. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

99. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

100. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsi nin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

101. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçının aşağı instansiya məhkəmələrində tələbinin əsaslandırığı dəlillərin məzmununa uyğundur və apelyasiya instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

102. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

103. İddiaçı cavabdehin evinin iddiaçının evinə tərəf baxan və layihədə əksini tapmayan 2 ədəd balkonun və 4 pəncərənin sökülməsi, həmin evin çoxmənzilli binaya çevrilməsi cəhdlərinin cavabdehə qadağan olunmasını tələb edir. İddiaçı bu tələbini cavabdehin həmin tikililərə aid hissədə inşaatın qanunsuz (özbaşına) aparıldığı ilə əsaslandırır.

104. İddia tələbinin əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil edir. Buna görə də işin faktiki hallarının Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmadığı yoxlanılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə yekun hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, mübahisə predmetlərinin özbaşı na tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil. Bununla yanaşı 180.4-cü maddəsinin digər dispozisiya şərti - həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozması və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir.

105. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu dispozisiya şərtləri əsasında araşdırmış və cavabdehin evinin layihəsində əksini tapmayan 2 ədəd balkonun və 4 pəncərənin iddiaçının evinə tərəf baxmasının onun hüq uqunu pozmadığı qənaətinə gəlmişdir.

106. İddiaçının cavabdeh tərəfindən inşa edilmiş evin çoxmənzilli binaya çevrilməsi cəhdlərinin cavabdehə qadağan olunması tələbi üzrə də qanuni əsas müəyyən edilməyib.

107. Nəzərə alınmalıdır ki, iddiaçı əvvəlki torpaq mülkiyyətçisi tərəfindən hazırda mübahisələndirilən binanın iki mərtəbəli olmaqla inşa edilməsinə ertiraz etməmişdir. Məhz buna görə də iddiaçı bu tikiliyə sonradan cavabdeh tərəfindən edilmiş əlavələrə etiraz edir. Başqa sözlə, iddiaçı tərəf binanın ara məsafəsi tələblərinə riayət olunmadan inşa edilməsinə razılıq vermişdir. Bu halda iddiaçının ara məsafəsinə istinad etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilir.

108. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəf indən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

109. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

110. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

111. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2025-ci il tarixli, 2(103)3931/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar