Məhkəmə qərarları › İş №2(102)-3347/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3347/2020

29.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3347/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və iddiaçı X2 oğlunun vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən iddiaçı X2 oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ç.Ə.İsgəndərov) iddiaçı X2 oğlunun cavabdeh Şabran rayonu,xxx kənd ümumi orta məktəbinin direktoru X3 qarşı “dərs saatının müəyyən edilməsi, dərs yükü ilə təmin edilməsi, dəymiş maddi ziyanın, o cümlədən bülleten və məzuniyyət pulunun daxil olmaqla ödənilməsi, 2017-2018-ci ilin sentyabr-oktyabr aylarında əmək haqqının qanunsuz formada başqasına hesablanması nəticəsində dövlətə dəymiş ziyanın büdcəyə qaytarılması və dəymiş mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiyanın ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və A.Ə.Abbasov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şabran Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanıldı. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, “dərs saatının müəyyən edilməsi, dərs yükü ilə təmin edilməsi, dəymiş maddi ziyanın, o cümlədən bülleten və məzuniyyət pulunun daxil olmaqla ödənilməsi, 2017-2018-ci ilin sentyabr-oktyabr aylarında əmək haqqının qanunsuz formada başqasına hesablanması nəticəsində dövlətə dəymiş ziyanın büdcəyə qaytarılması və dəymiş mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiyanın ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilm iş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh Şabran rayonu,xxx kənd ümumi orta məktəbinin direktoru xxxnın kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı xxxun vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı xxx və cavabdeh Şabran rayonu,xxx kənd ümumi orta məktəbinin direktoru xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədikləri ü çün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı xxxun vəkili xxxun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 16.1, 21-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya in stansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı, iddia edir ki, 2008-ci ildənxxx kənd ümumi orta məktəbində müəllim işləyir və 2014-cü ilin sentyabr ayından həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini seçilib. İxtisası “azərbaycan dili və ədəbiyyat” müəllimidir. Direktor müavini seçildiyi zaman məktəbdə 30 saatlıq azərbaycan dili və ədəbiyyat üzrə dərs yükü və iki müəllim olub. İşəgötürən məktəbdə dərs bölgüsünü düzgün aparmayıb və əmək haqqını doğru göstərməyib. 2017-ci ilin sentyabr ayında Məktəbin Pedeqoji Şuranın iclasında ona 12 saat dərs yükü verilib və bu bölgü üzrə 30 oktyabr 2017-ci il tarixədək Vİ-Vİİ siniflərdə azərbaycan dili və ədəbiyyat dərslərini tədris edib. Lakin 2017ci ilin okt yabr ayında işəgötürən qanunsuz olaraq ona 6 saat dərs yükü verib. 01 oktyabr 2017-ci il tarixdən işəgötürən ona ödəniləcək əmək haqqını analıq məzuniyyətinə çıxmış digər müəllimə ödəyib. Həmin müəllim heç bir zəhmət çəkmədən 6 aylıq əmək haqqına qanunsuz yiyələnib. Diaqnostik qiymətləndirmədən sonra mövcud olmuş 29 saatlıq dərs yükünün 23 saatı işəgötürən tərəfindən 01 oktyabr 2017-ci ildən 06 mart 2018-ci il tarixinədək düzgün olmayaraq digər müəllimə verilib. İşə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 dekabr 2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli, 59 saylı əmrinə əsasən, ümumitəhsil məktəblərinin, liseylərin, gimnaziyaların, peşə məktəbi və peşə liseylərinin direktorları, onların müavinləri əsas iş üzrə mü vafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saat (ildə 480 saata) qədər dərs apara bilərlər. Eyni zamanda, Şabran rayon Təhsil Şöbəsinin 25 iyun 2019-cu il tarixli, 194 saylı məktubu ilə təsdiq olunur ki, məktəb rəhbərlərinin vəzifə maaşları, dərs yükü və digər ödənişlər dərs ilinin əvvəlində məktəb direktoru, Təhsil Şöbəsi və Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbərlərinin birgə təsdiq etdiyi tarif cədvəlinə əsasən həyata keçirilir. İddiaçı üçün tarif cədvəlində 0,5 stavka direktor müavini vəzifəsi və 6 saat ixtisas üçün dərs yükü nəzərdə tutulub və o, il ərzində vəzifə maaşını və 6 saat üçün əmək haqqını müntəzəm alıb. Tarif cədvəlindən kənar əm ək haqqı cəlvəllərində il ərzində dəyişiklikləri Təhsil Şöbəsi izləyə bilmir. Çünki əmək haqqı cədvəlləri artıq üç ildir ki, Təhsil Şöbəsi tərəfindən deyil, yeni yaradılmış 2 saylı ƏMHM tərəfindən təsdiq olunur. Bu baxımdan iddiaçıdan dərs saatının alınması və onun kiməsə verilməsi məsələsi yalnız Şabran rayonunun da daxil olduğu 2 saylı ƏMHM aydınlıq gətirə bilər. Bundan başqa, Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22 oktyabr 2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, sözügedən məktəbin 2018-2019-cu dərs ilində Təhsil Nazirinin 20 iyul 2018-ci il tarixli, F-528 saylı əmri ilə təsdiq edilmiş tədris planına uyğun olaraq, azərbaycan dili və ədəbiyyat fənninin tədrisi 29 saat müəyyən edilib. Həmin məktəbdə azərbaycan dili və ədəbiyyat fənnini iki müəllim- iddi açı və xxx tədris edir. Azərbaycan Respublikasında ümumitəhsil müəssisələrində müəllim və rəhbər pedeqoji işçilərin dərs yükünün tənzimlənməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə, eləcə də “Diaqnostik Qiymətləndirmə”nin (müəllimlərin test imtahanı) nəticələri nəzərə alınmaqla, ilk növbədə müəllim heyəti dərs yükü ilə təmin olunmalıdır. Məktəb daxilində idarəetməni həyata keçirən rəhbər pedaqoji işçilərin dərs aparmasına yalnız zərurət yaranarsa və ya ixtisasa uyğun vakant saatları olarsa icazə verilir. Sincanboyad kənd ümumi orta məktəbində 2018-2019-cu dərs ilində azərbaycan dili və ədəbiyyat fənninin tədrisi üçün təsdiq edilmiş 29 saat dərs yükü, qanunvericiliyin tələbləri nəzərə alınmaqla 0,5 ştat direktor müavini vəzifəsini icra edən iddiaçıya 6 saat, müəllim vəzifəsində i şləyən xxxya 23 saat verilməklə bölünmüşdür. Müəllimlərin və rəhbər pedaqoji işçilərin dərs yükü, uyğun olaraq vəzifə maaşları və digər ödənişləri hər dərs ilinin əvvəlində, hər məktəb üçün ayrılıqda aidiyyatı üzrə məktəb direktoru, Təhsil Şöbəsi və Ərazi Maliyyə Hesablaşma Mərkəzi rəhbərlərinin birgə təsdiq etdiyi tarifləşmə cədvəlləri əsasında həyata keçirilir. Müəllimlərin və rəhbər pedaqoji işçilərin əmək haqqının hesablanması üçün əsas verən sənədlər tarifləşmə siyahısı və aylıq tabellərdir. Tarifləşmə siyahısına və aylıq tabellərə uyğun olaraq əmək haqqı cədvəlləri aylıq tərtib olunur və ödənişlər bank vasitəsiylə nəğdsiz formada tərəflərindən ödənilir. 2017-2018-ci il dərs ilində iddiaçı tarifləşmə siyahısına uyğun olaraq 0.5 ştat direktor müavini vəzifəsi və azərbaycan dili və ədəb iyyat fənninin tədrisi üçün 6 saat dərs yükü verilib. Tarifləşmə siyahısına uyğun olaraq 2017-2018-ci dərs ilinin sentyabr və oktyabr aylarında ona əmək haqqı hesablanıb və ödənilib. İddiaçıya əmək haqqı məbləğinin hesablanıb ödənilməsində heç bir qanun pozuntusuna və texniki səhvə yol verilməyib və hesablanmış məbləğ tam olaraq onun bankda olan əmək haqqı hesabına köçürülüb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, sözügedən məktəbdə ilk növbədə müəllim heyətinin dərs yükü ilə təmin edilməsi qərara alınmış və məktəb daxilində idarəetməni həyata keçirən rəhbər pedaqoji işçilərin isə dərs aparmasına yalnız zərurət yaranarsa və ya ixtisasa uyğun vakant saatları olarsa icazə verilmişdir. Hazırki halda sözügedən məktəbdə 2018-2019-cu dərs ilində azərbaycan dili və ədəbiyyat fənninin tədrisi üçün təsdiq edilmiş 29 saat dərs yükü, qanunvericiliyin tələbləri nəzərə alınmaqla 0,5 ştat direktor müavini vəzifəsini icra edən iddiaçıya 6 saat, müəllim vəzifəsində işləyən xxxya isə 23 saat verilməklə bölünmüşdür. Göründüyü kimi 2017-2018-ci dərs ilində iddiaçıya tarifləşmə siyahısına uyğun olaraq 0.5 ştat direktor müavini vəzifəsi həvalə edilmiş, eyni zamanda azərbaycan dili və ədəbiyyat fənninin tədrisi üçün ona 6 saat dərs yükü verilmişdir. Həmçinin, tarifləşmə siyahısı na uyğun olaraq 2017-2018-ci dərs ilinin sentyabr və oktyabr aylarında iddiaçıya əmək haqqı hesablanıb ödənilmiş və əmək haqqının məbləğinin hesablanıb ödənilməsi zamanı heç bir qanun pozuntusuna və texniki səhvə yol verilməmiş və hesablanmış məbləğ tam olaraq onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kasasiya şikayətində göstərilən dəlillər iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin2-ci maddəsinin 3-cü hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq b ərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və sair prinsiplərinə əsaslanır. Eyni zamanda, Təhsil Nazirliyinin 07 oktyabr 2015-ci il tarixli, 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 2-ci bəndinə görə, diaqnostik qiymətləndirmənin məqsədləri müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılmasının, bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsidir. Həmin “Qaydalar”ın 5.1-ci bəndinə əsasən, diaq nostik qiymətləndirmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər diaqnostik qiymətləndirmə aparılan müəllimlər hesab olunur. Həmin “Qaydalar”ın 5.2-ci bəndinə görə, təhsil müəssisələrinin rəhəblərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşüdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirmənin nətəcələri nəzərə alınır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı X2 oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx x saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar