Məhkəmə qərarları › İş №2(102)-3356/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3356/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3356/2021 19.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin icraata qəbulundan imtina barədə Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə Cavabdeh tərəfindən ərizə verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx x 2021-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmiş, həmin qərardadın “qərara aldı” hissəsində göstərilmişdir ki, qərardaddan kassasiya şikayəti verilə bilməz. Lakin, cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsiylə kassasiya qaydasında baxılan aktların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayət inin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Lakin, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti mülki-prosessual qanunvericiliyə əsasən kassasiya şikayəti verilə bilməyən qərardadla bağlı olduğu üçün kassasiya instansiyasında icraata qəbul edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar