Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3358/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2(103)3421/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 10 noyabr 2020-ci il tarixli sadə yazılı alqı-satqı barədə razılaşmaya əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 120 kv.m-lik evini ona satmaq niyyəti ilə İddiaçı 59.000 manat pul almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 59.000 manatın və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia belə əsaslandırılmışdır ki, 10 noyabr 2020-ci il tarixdə bağlanılmış alqısatqı barədə razılaşmaya görə, cavabdehlər ünvan 1 ünvanında yerləşən 120 k v.m-lik evi iddiaçıya satmaq niyyəti ilə, əvvəlcədən ondan 59.000 manat pul almış, evin sənədlərində olan problemi 25 dekabr 2020-ci il tarixinə kimi həll edib evi ona təhvil verməyi öhdələrinə götürmüşlər. Lakin, onlar nə pulu qaytarmış, nə də ki, evi təhvil vermişlər. Dəfələrlə onlardan pulu və ya evi tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək öhdəliklərini icra etməmişlər.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(006)4593/2021 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 59.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləs inin 385.1, 390.1, 390.5, 425.1, 427.3, 442, 445.2, 445.2.1, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(103)-3421/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnam ə çıxarılmaqla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 59.000 manatın və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
8. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 apellyasiya şikayətinin bir dəlili məhkəmə prosesi barədə məlumatlandırılmamış olmaları olmuşdur. Bu dəlil isə birinci instansiya məhkəməsinin müvafiq pozuntuya yol verib-vermədiyinin araşdırılmasını zəruri etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin rəsmi qeydiyyat ünvanları olan ünvan 2rilmiş məhkəmə bildirişləri onların həmin ünvanda yaşamadıqları barədə qeyd yazılmaqla geri qaytarılmış, bu səbəblə məhkəmə tərəfindən Cavabdeh2 istifadəsində olan 077 582 97 07 mobil telefon nömrəsinə SMS-bildiriş göndərilmişdir – hansı ki, həmin nömrənin onun ist ifadəsində olduğu apellyasiya şikayətində də göstərilmişdir. Qeydiyyatda olduqları ünvanda yaşamamaları səbəbindən bildirişi almayan, habelə mobil telefon nömrəsinə göndərilmiş SMS bildirişə hər hansı reaksiya verməyən şəxs(lər)in məhkəmə iclasında iştirak etməməsinin məsuliyyəti isə məhkəməyə aid edilə bilməz və buna görə kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin sözügedən dəlili əsaslı olmamışdır.
10. Bununla belə, apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
11. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətd ir ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən 120 kv.m-lik evi ona satmaq niyyəti ilə əvvəlcədən ondan 59 000 manat pul almış, lakin nə evi ona təhvil vermiş, nə də pulunu qaytarmışlar. 12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad edən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair hər hansı müqavilə bağlanmamışdır. Eyni zamanda, iddiaçının istinad etdiyi, “alqı-satqı” adlandırılan qəbzi ilkin alqı-satqı müqaviləsi, yaxud borcun etirafı kimi qiymətləndirmək də mümkün deyildir belə ki, daşınmaz əmlakın ilkin alqı-satqısına dair müqavilə əsas müqavilənin formasına uyğun bağ lanmalıdır; borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilə (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) də yalnız, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verildiyi zaman qüvvədə olur. Həmçinin, tərəflər arasında borc münasibətinin yaranmadığı mübahisəsidir – çünki iddiaçı cavabdehlərə borc verməmişdir.
13. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında hər hansı etibarlı müqavilə münasibəti yaranmamışdır və iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə ilə bağlı müddəalarına istinad oluna bilməz. Bu kontekstdə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “əsassız varlanma” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər, lakin bu halda da sübutetmə yükü, yəni cavabdeh(lər)in onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüşdür. İddiaçı həmin halı sübuta yetirmək üçün cavabdehlərin imzaladıqları yazılı qəbzə istinad etmişdir və bu xüsusat, əksi sübut olunmayana qədər cavabdehlərin iddiaçıdan qəbzdə göstərilən məbləğdə pulu aldığına dair prezumpsiya yaratmışdır.
14. Apellyasiya kollegiyası hesab etmişdir ki, məhz cavabdehlər sübuta yetirməlidirlər ki, imzaladıqları həmin qəbzdə göstərilənlər həqiqəti əks etdirməmiş və onlar iddiaçıdan hər hansı pul vəsaiti almayaraq onun hesabına əsassız varlanmamışlar. Cavabdehlər isə qeyd olunan prezumpsiyasını təkzib edə biləcək heç bir mötəbər sübut təqdim etmədiklərindən, iddianın təm in edilməməli olması qənaətinə gəlinməsi üçün əsas yoxdur.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 14.2.1, 181.4, 337.5, 351.1, 385, 386.1, 390.1, 390.2, 394, 402.1, 402.2, 406.1, 425, 442, 567, 739.1, 739.2, 740.1, 740.2, 882.1, 882.2, 1091.1, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 217.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2(103)-3421/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n Mülki Məcəllənin 324.5, 329.1, 340.1, 739.1, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 106, 165, 167.1.4-cü maddələrinin tələbləri pozulmuşdur.
18. Belə ki, iddiaçının təqdim etdiyi müqavilə heç bir hüquqi nəticə yaratmamaq üçün bağlanılmış, cavabdehlərin iddiaçıya mənzil satmaq niyyətləri olmamışdır. Müqaviləni iddiaçının oğlu cavabdehə imzalatdırmış və həmin şəxsin sözü ilə sənədə imza atmışdır. Müqavilə əslində Amil ilə Anar Nuriyevin arasında olan pulun qaytarılmasının təminatı kimi görünüş olaraq bağlanmışdır ki, cavabdehlərlə iddiaçı arasında belə bir alqı-satqı münasibəti həyata keçirilməmişdir. Tərəflər arasında alqı-satqı və pul münasibətləri ümumiyyətlə olmamışdır.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəy yən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız pulun ondan tutulması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci madd əsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, kassasiya şikayətində Mülki Məcəllənin 739.1-ci maddəsinin pozulmasını qeyd etməklə, iddianın rədd edilməsini xahiş edir. Bu maddə borc münasibətlərini tənzimləyir. Halbuki, apellyasiy a məhkəməsi tərəflər arasında borc münasibətlərinin olmasını istisna etmişdir. Yəni, məhkəmə qətnamə qəbul edərkən qeyd olunan maddəni tələbin hüquqi əsası kimi qəbul etməmişdir. Odur ki, Mülki Məcəllənin 739.1-ci maddəsinin pozulmasına dair kassasiya şikayətinin dəlili anlaşılan deyildir və açıq-aydın əsassızdır.
28. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutu (sadə yazılı müqaviləni) onun tərəfindən cavabdehlərə tələb olunan məbləğdə vəsaitin verilməsinin sübutu kimi qəbul etmiş və Mülki Məcəllənin əsassız varlanmaya dair müddəalarını tətbiq etməklə iddianı təmin etmişdir.
29. Cavabdeh qeyd olunan sənədin hər hansı nəticə yaratmaq niyyəti olmadan, görüntü üçün imzalandığını şikayətlərində qeyd etsə də, bunu məntiqli şəkildə izah edə bilməmiş və etirazının bu dəlilləri barədə hə r hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
30. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
31. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş v ə yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
32. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. H əmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanı lmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2(103)-3421/2024 nömrəli qətnaməsi 59.000 (əlli doqquz min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.