Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3361/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-428/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 14.11.2014-cü ildə uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə ilə Bank müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kreditalana 1 000 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.3-cü bəndinə görə bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 14 noyabr 2024-cü il tarixdən gec olmayaraq verilməlidir;
2. Bundan başqa iş materialların dan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 19.11.2014-cü ildə 14.11.2014-cü il tarixli Uzanmüddətli kredit müqaviləsi üzrə Kredit Razılaşması bağlanmış, həmin razılaşma ilə Bank 88000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla 18 ay müddətinə Kredit Alana vermişdir.
3. Həmçinin iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 20.04.2015-ci ildə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş bağlanmış, həmin Sazişə əsasən Bank ilə kredit alan arasında 19.11.2014-cü il tarixdə bağlanmış Kredit razılaşmasının ayrılmaz hissəsi olan 19.11.2014-cü il tarixli Ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 20.04.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq dəyişdirilmişdir.
4. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, AccessBank” QSC ilə Cavabdeh1 arasında 05.02.2016-cı ildə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş bağlanmış, həmin Sazişə əsasən 19.11.2014-cü ildə bağlanmış Kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 05.02.2016-cı il tarixdən 1.5833 faiz dərəcəsi ilə faizlər hesablanması və 19.11.2014-cü il tarixli Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 20 aprel 2015-ci il tarixli Ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğlərinin və ödəniş tarixlərinin bu sazişə əlavə olunan 05.02.2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilməsi razılaşdırılmışdır.
5. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 16.09.2016-cı ildə kredit razılaşması və ödəniş pla nına dəyişiklik edilməsi haqqında Saziş bağlanmış, həmin Sazişə əsasən 19.11.2014-cü il tarixli Kredit razılaşmasına əsasən kredit alanın bu günə olan kredit qalığına faizlər 6 ay ərzində aylıq 1.8333 faiz olmaqla hesablanması və kredit alanın kreditin qalığını və hesablanmış faizləri 23 avqust 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməsi razılaşdırılmışdır.
6. Həmçinin iş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh1 və X arasında 19.11.2014-cü ildə Zaminlik Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə bank qarşısında birgə məsuliyyət daşıması razılaşdırılmışdır.
7. Eyni zamanda iş materi allarından görünür ki, İddiaçı QSC ilə X arasında 14.11.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İpoteka qoyan öz mülkiyyətində olan xxx saylı mənzili Bank ilə Cavabdeh1 arasında 14.11.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış Uzanmüddətli Kredit Müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması, Bank qarantiyası verilməsi haqqında müqavilə və Akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir.
8. Maliyyə Arayışından görünür ki, Cavabdeh1 19.11.2014-cü iltarixli kredit razılaşması üzrə 23.01.2019-ci il tarixə əsas borcu 46056,35 ABŞ dolları, faiz borcu 22163,93 ABŞ dolları, cərimə borcu 42922,0 2 ABŞ dolları təşkil edir;
9. Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin 28.06.2019-cu il tarixli rəyi ilə X mülkiyyətində olan xxx saylı mənzilin 28.06.2019-cu il tarixə bazar dəyəri 77 000 manat müəyyən edilmişdir;
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.12.2019-cu il tarixli Ekspert Rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları 14.11.2014-cü il tarixli kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı QSC-yə olan borcu maliyyə arayışında göstərilən 23.01.2019-cu il tarixə əsas borc üzrə 45.116,46 ABŞ dolları, faiz borcu üzrə 22.931,01 ABŞ dolları təşkil edir (Müqavilə müddətinin 19 yanvar 2021-ci il tarixədək uzadılmasına görə maliyyə arayışında göstərilən tarixə hesablanmışdır). Məhkəməyə mü raciət olunan tarixə 12.02.2019-cu il tarixə əsas borc üzrə 45116,46 ABŞ dolları, faiz borcu üzrə 23383,42 ABŞ dolları təşkil edir. İş materiallarında 19 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmamışdır;
11. Məhkəmə-mühasibatlıq ekspertizasının 18 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 23.01.2019-cu il tarixə banka olan borcu ümumilikdə 68.046,98 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə 45.116,43 ABŞ dolları; faiz borcu üzrə 22.930,55 ABŞ dolları. 12. "xxxx" MMC tərəfindən xxx saylı mənzilin 13 noyabr 2020-ci i l tarixə hesablanmış bazar dəyəri 92000 manat, likvid dəyəri isə 82000 manat müəyyən edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və X qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 14.11.2014-cü il tarixli, 027L**********51 saylı uzunmüddətli kredit müqaviləsinə, 19.11.2014-cü il tarixli, 027R********** saylı kredit razılaşmasına, 20.04.2015-ci il tarixli, 027R**********S saylı, 05.02.2016-cı il tarixli, 027R**********SA saylı, 16.09.2016-cı il tarixli 027R**********SB saylı sazişlərə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 46056.35 ABŞ dolları məbləğində kredit borcunun, 22163.93 ABŞ dolları məbləğində faiz borcunun, 42922.02 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 111142,30 ABŞ dolları məbləğində borcun və iddianın qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin xxx saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 11114230 ABŞ dolları məbləğində borcun, iddianın qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunmu ş vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra həmin mənzildən X çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.11.2014-cü il tarixli 027L**********51 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə X3 İddiaçı QSC ilə bağladığı 19.11.2014-cü il tarixli 027R143236027 saylı kred it razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 88000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 20.04.2015-ci il tarixli 027R**********S saylı 05.02.2016-cı il tarixli 027R**********SA saylı, 16.09.2016-cı il tarixli 027R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.10.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 41943.65 ABŞ dolları ödəmiş, onun 46056.35 ABŞ doları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-c ü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 23.01.2019-cu il tarixə 826 gün üçün hesablanmış faiz borcu 22163.93 ABŞ dolları təşkil edir. Cərimə məbləği isə 42922.02 ABŞ dolları təşkil edir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(008)324/2020 nömrəli qətnaməsi ilə (A.Paşayeva) iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 14.11.2014- cü il tarixli, 027L**********51 saylı uzunmüddətli kredit müqavi ləsinə, 19.11.2014-cü il tarixli, 027R********** saylı kredit razılaşmasına, 20.04.2015-ci il tarixli, 027R**********S saylı, 05.02.2016-cı il tarixli, 027R**********SA saylı, 16.09.2016-cı il tarixli 027R**********SB saylı sazişlərə xitam verilməsi, cavabdehlər X və Cavabdeh1 müştərək qaydada 45116,46 ABŞ dolları əsas, 22931.01 ABŞ dolları faiz borcu, 2146,10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70193 (yetmiş min yüz doxsan üç) ABŞ dolları, 57 (əlli yeddi) sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumu, 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin hesabına köçürülməsi, tələbin cavabdeh X mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 38.6 kv.m sahədən ibarət 3 otaqlı mənzilə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 ünvanda mənzilin ilkin satış qiymətinin 77000 (yetmiş yeddi min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehlər Cavabdeh və X qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və X İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, Cavabdeh1 və X müştərək qaydada 200 manat ekspertiza xərci tutularaq "xxxx" MMCnin AZ13 NABZ******************** müxbir hesabına ödənilməsi, Cavabdeh1 və X müştərək qaydada 145 manat eksp ertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermiş, digər cavabdeh X zamin qismində bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşımış, bunun nəticəsində bankın cavabdehlərə müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qa rşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur.
17. Bundan başqa məhkəmə qeyd etmişdir ki, maliyyə arayışında göstərilən 23.01.2019-cu il tarixə əsas borc 45116,46 ABŞ dollları, faiz borcu 22931,01 ABŞ dolları təşkil etmiş, iddiaçı isə həmin tarixə əsas borcun 46056.35 ABŞ dolları, faizlərin 22163.93 ABŞ dolları olması barədə maliyyə arayışı təqdim etmişdir. Bu səbəbdən də, əsas borcun məbləği 45116,46 ABŞ dolları həddində müəyyən edilməlidir.
18. Həmçinin məhkəmə əsas borcun 45116,46 ABŞ dolları, faiz borcunun 22931.01 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 42922.02 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunu azaldaraq 2146.10 ABŞ dolları müəyyən edilməsini cavabdehlərinn mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.
19. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üz rə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış İpoteka Müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, cavabdehlər çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.
20. İddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə ipoteka predmeti olan xxxx saylı mənzilinin hazırki bazar qiyməti 77000 manat məbləğində müəyyən e dilmiş, cavabdehlərin Banka olan borcu isə 77 000 manatdan çoxdur. Buna görə də, həmin mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməyəcəyi üçün qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
21. Cavabdeh X məxsus ipotekaya qoyulmuş xxxx 49 saylı mənzilə tutma yönəldikdə və açıq hərracdan satıldıqdan sonra onun mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia bu hissələrdə təmin edilə bilməz.
22. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ə n geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanu nun mənasına görə məcburi qaydada çıxarılma üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır; İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; bu tələblərə yeni icraatda baxılmalıdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 279, 295, 319.1, 319.6, 421.2, 423.2, 428.4, 449.4, 462.1, 465..2, 467, 470.1, 472, 739.1, 739.2, “İpoteka haqqında” Qanunun 10.4, 34.1.1, 41.1, 59.3-cü, Mülki Prossesual Məcəllənin 77.1, 88, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya sı məhkəməsindəki icraat
24. Qətnamədən iddiaçı və Cavabdeh1 İsmayıl oğlu apellyasiya şikayətləri vermişlər.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-428/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) İddiaçı ASC-nin və Cavabdeh1 İsmayıl oğlunun apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(008)-324/2020 nömrəli qətnaməsi qismən, “ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində İsmailova Güildaranın həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi, faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində ləğv edilmiş, həm in hissələrdə iddianın qismən təmin edilməsi, ipoteka predmeti olan xxxx nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, cavabdehlərdən alınmalı olan faiz borcunun məbləğinin 22163.93 ABŞ dolları, əsas, faiz borcun və cərimənin cəminin isə 69426,49(altmış doqquz min dörd yüz iyirmi altı ABŞ dolları, qırx doqquz sent) ABŞ dolları müəyyən edilməsi, ipoteka predmeti olan xxxx nömrəli mənzilin ilkin satış qiymətinin 82000 (səksən iki min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza xərcinin - 145(yüz qırx beş) manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ0 13601**********3944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz ) manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməsi qıt edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbinin ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində X həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsini təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində X həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsi barədə iddiaçı tərəfin dəlilləri əsaslıdır. Çünki, mənzil onun tərəfindən ipoteka qoyulmuş və borc ödənilmədiyi halda ipoteka predmeti olan mənzildən çıxacağını və boşaldılmasını öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə istinad etsə də həmin normanın səhv təfsir etmişdir. Həmin maddəyə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın y önəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, iddiaçı da qanunun bu tələbinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində X həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasını tələb etmişdir. Başqa sözlə ipoteka predmeti olan mənzilə tutma yönəlməsə və o satılmasa X həmin mənzildən məcburi çıxarılması və mənzilin boşaldılması onsuz da icra olunmayacaqdır. Ancaq qeyd olunan normada ipoteka qoyanın ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmalı olduğu açıqaşkar nəzərdə tulmasına baxmayaraq birinci instansiya məhkəməsi mənzilin alqı-satqısından sonra yeni mülkiyyətç inin 1 ay ərzində məcburi qaydada çıxarılma barədə məhkəmədə yeni iddia qaldırmalı olduğu və bu tələblərə yeni icraatda baxılmalı olduğu kimi səhv mövqe nümayiş etdirmişdir. Bundan başqa, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da iddianın bu hissədə rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, ipoteka predmetinin boşaldılması icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər.
27. İkincisi, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müə yyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının hər iki rəyindədə kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumatın olmadığına görə cərimənin hesablanmasının mümkün olmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehlərin də əmlak mənafeləri nəzərə alınmaqla onların həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolve rilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də cərimənin azaldılmasının ləğv edilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz.
28. Üçüncüsü, iddiaçı cavabdehlərdən 22163.93 ABŞ dolları faiz borcu tələb etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq faiz borcunu 22931.01 ABŞ dolları miqdarında, yəni ekspertiza rəyində müəyyən olunan məbləği əsas götürərək təmin etmişdir. Bu hal da cavabdehin şikayətinin dəlillərinin bu hissədə əsaslı olduğuna dəlalət edir. Ona görə də faiz borcu tə ləb edilən həcmdə təmin edilməlidir.
29. Dördüncüsü, apellyasiya baxışı zamanı ipoteka predmeti olan ev "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən xxx saylı mənzilin 13 noyabr 2020ci il tarixə hesablanmış bazar dəyəri 92000 manat, likvid dəyəri isə 82000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən müəyyən edilmiş ipoteka predmetinin likvit dəyərini daha real və mötəbər hesab edir və buna görə də ilkin satış qiymətinin həmin məbləğdə göstərilməsini işin hallarına daha uyğun hesab edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh1 İsmayıl oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MP M) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində iş ü zrə Cavabdeh1 İsmayıl oğlu apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
39. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
40. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc ve rənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
41. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
42. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
43. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratma q üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
44. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
45. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
46. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
47. Məhkəmə işin ha llarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)
48. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1)
49. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1)
50. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2)
51. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.3) “İpoteka haqqında” Qanun
52. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
53. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
54. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
55. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)
56. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqa viləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prossesual Məcəllə
57. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
58. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
59. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
60. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
61. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
62. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-428/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.