Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3362/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: X6 protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “X6 protokolunun etibarsız sayılm ası” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11347/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)1303/2018 saylı qətnaməsi ilə BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya asasan ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış BAKU0- ***-**** saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya xitam verilməsi, BAKU0-327-4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709.80 ABŞ dolları məbləğində əsas borc, 5605.75 ABŞ dolları məbləğində faiz borcu və 7500 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, tələbin X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 60000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-yə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay müddətinə boşaldılması qət edilmişdir.
2. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin, cavabdehlər İddiaçı və X4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1303/ 18 saylı, 16 mart 2018- ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, tərəflər arasında bağlanmış BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya xitam verilməsi və sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 manat tutulması, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli BAKU0-327-3902 saylı razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 ABŞ dolları, 11 noyabr 2015-ci il tarixli razılaşmaya görə isə 500 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməsi, qətnamənin apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət e dilmişdir, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2326/2019 nömrəli 10 aprel 2019-cu il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6758/2018 saylı xx.xx.2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
3. Açıq X6 xx.xx.2020-ci tarixli, 21/01 saylı protokoluna əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx/xx-7916-3O saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 110.000 (bir yüz on min) manat olan X3 məxsus fərdi yaşayış evini və 0,10 ha torpaq sa həsini 70125.000 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Abşeron rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Külək" MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli X6 Protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli ic ra vərəqəsinin təmin olunması məqsədi ilə Abşeron rayon icra şöbəsi xx/xx-791630 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunu hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. Nəticə etibarı ilə hərrac baş tutmuş və 19.03.20-ci il tarixli X6 Protokola əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi 70125 manata “TBC KREDİTBOKT MMC-yə satılmış, hərrac qanunsuz olaraq keçirilmişdir. Hərrac keçirilən vaxtı pandemiya şəraitində vətəndaşların küçəyə çıxmasına məhdudiyyətlər qoyulmuşdur. Ondan əlavə hərracın keçirilməsinə dair ona hər hansı bir bildiriş verilməmişdir. Bu baxımdan da hərracın keçirilməsindən onun məlumatı olmamışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 16 sentyabr 2021-ci il tarixli, 2(005)-3298/2021 saylı qə tnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən borclu “İslamoğlu” istehsalat müəssisəsinin hüquqi ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallar ına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi hərracda əmlakı əldə edən şəxsin əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və anuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 42.3, 46.1-ci maddələrinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qət namə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) 2(103)-11347/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3298/2021 saylı iş üzrə 16 sentyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Belə ki, hərracın təşkilatçısı olan Külək MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informas iya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hərracların təşkili və keçirilməsi barədə bildirişlər hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanına göndərilmişdir (xx.xx.2020-ci il tarixli xəbərnamədə “ünvan bağlıdır”; xx.xx.2020-ci il tarixli xəbərnamədə Əyyubov soyadı qeyd edilərək imza edilmiş; xx.xx.2020-ci il tarixdə isə “ev satılıb” qeyd edilmişdir) və həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşım amalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və iddiaçı özü də ən azı mənzilinin taleyinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olmuş əmlaka dair hərracın keçirilməsi və ipoteka saxlayana satılması ilə bağlı pozuntulara yol verilmədiyindən, xx.xx.2020-ci il tarixli 21/01 nömrəli “Hərracların yekunları barədə” Protokolun etibarsız hesab edilməsi üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə, “İpoteka haqqında” Qanunun 42.1, 43.1, 43.2,43.3, 43.5, 43.7 və 43.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsinixahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 42.1,43.5-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, icra məmuru xx.xx.2020-ci il tarixdə hərrac təşkilatına sifariş məktubu göndərsə də, bu barədə nə kütləvi informasiya vasitələrində elan dərc edilmiş, nə də ki ipoteka qoyana məlumat verilməmişdir. Həmçinin ipoteka saxlayana göndərilən məktub ünvanın bağlı olması bəhanəsi ilə geri qaytarılmışdır. Bundan başqa 2-ci hərracın keçirilməsi ilə bağlı bildiriş ən geci 20 gün qalmış göndərilməli olduğu halda 14 gün qalmış göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanu nvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
21. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
22. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əs asən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
24. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçir ilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
25. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birb aşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir..
26. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
27. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini t amamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
28. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
29. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
30. Maddə 46.4 İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olma yaraq təkrar hərrac keçirilir.
31. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz tə şəbbüsü ilə ekspertiza təyin edə bilər.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
45. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əs aslı deyildir.
46. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Belə ki, hərracın təşkilatçısı olan Külək MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur.
47. Bununla bağlı qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən təyin edilmiş hərraclar barədə “Birjanews.az” qəzetində elanlar verilsə də, təkrar hərracın keçirilməsi barədə elan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilməmişdir.
48. İş materiallarından görünür ki, təkrar hərracın keçirilməsi barədə elan “Birjanews.az” qəzetinin 21-27 fevral tarixli buraxılışında verilmiş və təkrar hərracın keçirilmə tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Yəni təkrar hərracın keçirilməsi barədə elan hərracın keçirilməsinə 13 gün qalmış (elanın verilməsi xx.xx.2020-ci ildən hesablandıqda) verilmişdir.
49. Halbuki, “İpoteka haqqında qanunun” 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
50. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı günd ən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
51. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən "xxxx" MMC tərəfindən elanların dərc edildiyinə istinad etsə də həmin elanların qanunvericiliklə müəyyən edilmiş müddətdə verilib-verilməməsinə hüquqi qiymət verməmişdir.
52. Bununla yanaşı “İpoteka haqqında qanunun” 42.1-ci maddəsinin tələblərindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələri ilə yanaşı özünün rəsmi internet saytında da elan dərc etdirməlidir.
53. İş materialları ilə müəyyən edilir ki, cavabdeh "xxxx" MMC tərəfindən hərracın keçirilməsinə dair özünün rəsmi internet saytında elan dərc edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
54. Halbuki, hazırkı iddia "xxxx" MMC tərəfindən hərracın keçirilməsi qaydalarına əməl edilməməsi ilə bağlı olduğundan, məhz cavabdeh "xxxx" MMC özünün rəsmi internet saytından müvafiq çıxarışı məhkəməyə təqdim etməklə qeyd edilən halı sübut edə bilərdi.
55. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən "xxxx" MMC tərəfindən hərracların keçirilməsi barədə bildirişlərin iddiaçıya göndərildiyinə istinad etsə də, iş materiallarından görünür ki, həmin bildirişlərdən xx.xx.2020-ci il tarixli bildiriş xəbərnamədə “ünvan bağlıdır” qeydi yazılaraq geri qaytarılmış, yəni iddiaçıya çatdırılmamı ş, xx.xx.2020-ci il tarixli bildiriş isə yuxarıda qeyd edildiyi kimi təkrar hərracın keçirilməsinə ən geci 20 gün qalmış göndərilməli olduğu halda 13 gün qalmış göndərilmişdir.
56. Həmçinin sonuncu bildirişin xəbərnaməsinə Əyyubov soyadı qeyd edilərək imza edilsə də iddiaçı heç bir bildiriş almadığını vurğulamışdır.
57. Belə olan halda hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün qeyd edilən bildirişdəki imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsi yoxlanılmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi həmin hala hüquqi qiymət verməmişdir.
58. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
59. Göründüyü kimi qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPMin 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara hüquqi qiymət verməmişdir.
60. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
61. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
62. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
63. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdı rılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
64. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
65. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11347/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.