Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3363/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmək vəzifələrinin icrasına buraxılma, əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X3-yə qarşı “işə çıxmasının təmin edilməsi, əmək haqqı və mənəvi zərər” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1268/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəməni binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh X3-də (bundan sonra - cavabdeh və ya Cəmiyyət) Su kəməri təsərrüfatının 2 saylı xidmət sahəsinə 5-ci dərəcə nəzarətçi vəzifəsində işləmiş, Cəmiyyətin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2014-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü sosial məzuniyyətə, həmin Departamentin xx.xx.2015-ci il tarixli əmri ilə uşağın 3 yaşı tamam olana qədər xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2016-ci il tarixli əmri ilə isə uşağın 3 yaşı tamam olana qədər xx.xx.2016cı il tarixdən xx.xx.2019-cu il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılmış və işə başlama tarixi xx.xx.2019-cu il müəyyən olunmuşdur.
2. Cəmiyyətin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə edilmiş dəyişiklikliyə əsasən, həmin tarixdən 5-ci dərəcə ilə İdarənin Debitor borclarla iş qrupunda su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə təyin edilmişdir.
3. Bundan sonra, adıçəkilən Departamentin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçıya 18 təqvim günü əmək məzuniyyəti verilmiş və işə başlama tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Məzuniyyət müddəti bitdikdən sonra iddiaçı pandemiya şəraitini əsas gətirərək işə çıxmamış, Cəmiyyət isə ona ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli m əktublarla işə gəlməməsinin səbəbləri barədə məlumat verməsi, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdarlıq etmişdir.
4. İddiaçı pandemiya şəraiti ilə əlaqədar işəgötürən tərəfindən ona güzəştlər tətbiq edilmədiyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciətlər etmiş, həmin müraciətlər barədə işəgötürənə məlumat verilmiş və Cəmiyyət bununla bağlı adıçəkilən orqanlara cavab məktublarında iddiaçının heç bir üzrlü səbəb göstərmədən işə çıxmadığını bildirmişdir.
5. Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsi, Bakı şəhəri X1 İttifaqının “Bakı şəhər Komitəsi”nin sədrinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 40 s aylı məktubla iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə pandemiya dövrünün şərtlərini də nəzərə alaraq, təqdim olunan sənədlər maddənin tətbiq olunmasına yetərincə zəmin yaratmadığından razılıq verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə çıxmasının təmin edilməsi, işə çıxdığı tarixə qədər ödənilməmiş əmək haqqının, eyni zamanda cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 3000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə uşağı nın səhhətində yaranmış problemlərlə əlaqədar olaraq öz hesabına məzuniyyət götürmüş, xx.xx.2020-ci il tarixdən işə çıxmışdır. Lakin Azərbaycan Respublikasının Baş Nazirinin xx.xx.2020-ci il tarixli 1/384 nömrəli məktubu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi, o cümlədən öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi tapşırılmışdır. İddiaçı həmin güzəştin tətbiq edilməsi məqsədilə işəgötürənə müraciət etmiş, lakin rəhbərlik tərəfindən bu güzəştin ona tətbiq edilməyəcəyi, işə gəlməli olduğu, işə gəlmədiyi təqdirdə işdən azad olunacağı bildirilmişdir. İddiaçı bu məqsədlə yenidən Suraxanı Rayon Sukanal İdarəsinə, Ombudsmanın aparat ına, X4 Xidmətinə müraciət etmiş, lakin ona heç bir məlumat verilməmiş, əksinə işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsassız olaraq xitam verməyə çalışmış, lakin Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsi tərəfindən bildirilmişdir ki, pandemiya dövrünün şərtləri, eyni zamanda təqdim edilmiş sənədlərinin yetərincə zəmin yaratmaması səbəbindən əmək müqaviləsinə həmin maddəyə əsasən xitam verilməsi mümkün deyildir. Bununla belə, cavabdeh bu günə qədər iddiaçıya əmək haqqı ödəməmiş, heç bir səbəb olmadan əmək müqaviləsinə xitam verməyə çalışmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5527/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsi nin 172.5, 287 və 288-ci maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçının işə çıxmağı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir maneənin yaradılması halının olması müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı faktiki olaraq xx.xx.2020-ci il tarixdən özü işə çıxmamış, cavabdehin ünvanına göndərdiyi məktubların, xəbərdarlıqların heç birinə cavab verməmişdir. Cavabdeh tərəfin izahatlarından da görünür ki, iddiaçı yalnız işə çıxarkən güzəştlə bağlı müraciət etdiyi halda, ona məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejiminin tələblərinə uyğun olaraq himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılması məsələsi müzakirə edilə bilərdi. Pandemiya ərəfə sində onların işçini işdən çıxartmaq hüququ olmasa da, bunun üçün Həmkarlar İttifaqına müraciət edilmiş, lakin sonuncu pandemiya dövrünün şərtlərini də nəzərə alsaq onun işdən çıxarılmasına müsbət rəy verməmişdir. İşin materiallarında olan Cəmiyyətin “Koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli, 113 saylı əmri və bu əmr ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh X3-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili Qaydaları”ndan görünür ki, öhdəsində azyaşlı uşağı olan qadınların və 60 yaşdan yuxarı işçilərin işə davamiyyətlərində qanunvericilik çərçivəsində g üzəştlər tətbiq edilə bilməsi, eləcə də, yalnız müvafiq siyahı üzrə evdən çalışan işçilərin kompüterlərinin və ya digər texniki vasitələrinin X3-nin şəbəkəsində işləməsi üçün lazımi texniki imkanların yaradılmasını təmin edilməsi nəzərdə tutulmuşdur.
10. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi halları işin araşdırılmış halları ilə tamamlandığı üçün inandırıcı saymış və qeyd etmişdir ki, iddiaçının vəzifə funksiyasına aid olan iş üzrə o, nəzarətçi kimi, yerə baxış keçirtməli idi, başqa sözlə, nəzarətçinin “online” qaydada, distant formada işləməsi mümkün deyil. Nazirlər Kabinetinin güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərarı Cəmiyyətin idarələrinin müştəri şöbəsinə aid olmamış, buna baxmayaraq müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, 11 3 saylı əmrə əsasən öhdəsində azyaşlı uşağı olan qadın kimi iddiaçıya qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilməsinə cavabdeh tərəf etiraz etməmiş, lakin o faktiki olaraq işə çıxmadığı və işdə olan belə bir güzəştlə bağlı rəsmi müraciəti olmadığı üçün cavabdeh haqlı olaraq ona münasibətdə heç bir güzəşt təmin etməmişdir.
11. Cavabdeh tərəfin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı müəyyən addımlar atmasına, daha doğrusu ilk növbədə iddiaçıya bu bərədə xəbərdarlıq etməklə Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsinə müraciət etməsinə münasibətdə isə Məhkəmə, bu hərəkətlərin anlaşılan olmasını qeyd etmişdir. Belə ki, heç bir üzrlü səbəb olmadan işə çıxmayan iddiaçıya qanunvericiliyə uyğun olaraq barəsində müvafiq qaydada tədbir görülməsi ilə bağlı xəbərdarlıq edilməsi onun işdən azad ediləcəyi ilə təhdid olunmağı kimi qiymətləndirilə bilməz. Cavabdehin izahatından, həmçinin görünür ki, məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılmışdır.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı 20 və xx.xx.2020-ci il tarixlərdə əmək funksiyasına daxil olan təxirəsalınmaz qısamüddətli işlərin yerinə yetirilməsi ilə bağlı bir neçə dəfə idarəyə gəlməsi barədə məktublar əsasında işə çıxdığı halda, cavabdeh tərəfindən məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq himayəsində azyaşlı övladlarını n da olması nəzərə alınaraq, ona işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilməməsi halında hazırkı iddia ilə müraciət etməkdə haqlı olardı. Hazırkı vəziyyətdə isə işçisi olduğu cavabdehin haqlı tələblərinə məhəl qoymadan, işə çıxmadan bunu Azərbaycan Respublikasının Baş Nazirinin xx.xx.2020-ci il tarixli, 1/384 nömrəli məktubunda göstərilənlərlə əsaslandırmaqla işə çıxmasının təmin edilməsi və işə çıxdığı tarixə qədər ödənilməmiş əmək haqqının ödənilməsi kimi tələbləri irəli sürməsi hüquqdan sui-istifadə kimi qiymətləndirməlidir.
13. Məhkəmə, iddiaçının iddia tələbinin işə çıxmasının təmin edilməsi tələbinə qiymət verməkdə davam edərək bu tələbin həm anlaşılan olmamasını, həm də iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallarla bir növ ziddiyyət təşki l etməsini qeyd etmişdir. Belə ki, əvvəla iddiaçı işə çıxmasına maneə olan halları göstərə və sübut edə bilməmişdir. Belə olan halda, onun işə çıxmasının təmin edilməsi dedikdə, nəyi nəzərdə tutmasının nə özü, nə də nümayəndəsi məhkəmə iclasında tam izahını verə bilməmişdir. İkincisi də, iddiaçı ərizəsində pandemiya dövrü ilə əlaqədar olaraq öhdəsində 2 azyaşlı uşağın olması, bağçaların bağlı olması və övladlarına baxacaq ailə üzvünün olmaması səbəbi ilə həmin güzəştdən istifadə etmək məcburiyyətində qalmasını göstərdiyi, başqa sözlə ona güzəştin tətbiq edilməsinə nail olmaq istədiyi halda, işə çıxmasının təmin edilməsi tələbi bu baxımdan da anlaşılan deyil. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla iddiaçının işə çıxması ilə bağlı hüquqlarının cavabdeh tərəfindən pozulması və buna əsas verən hər hansı hal müəyyən olunmamışdır.
14. Birinci instansiya məhkəməsi, həmçinin hesab etmişdir ki, iddiaçının işə çıxdığı tarixə qədər ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi tələbi də əsaslı sayıla bilməz, ona görə ki, iddiaçıya hazırkı vaxta kimi əmək haqqının ödənilməməsi cavabdehin təqsiri üzündən deyil, iddiaçının özünün qeyri-hüquqi hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehin haqlı tələbi ilə işə çıxmadan, vəzifə funksiyasının həyata keçirilmədən, pandemiya ilə bağlı vəzifə funksiyasının həyata keçirilməsi ilə əlaqədar tətbiq edilə biləcək güzəştləri birbaşa olaraq işəgötürənlə müzakirə etmədən iddiaçının cavabdehdən əmək haqqı tələbi əsaslı sayıla bilməz.
15. Bununla yanaşı, Məhkəmə mənəvi zərərlə bağlı tələbin mülki mübahisənin həlli ü çün hüquqi əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, həmin xüsusatla bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2945/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, Nazirlər Kabinetinin güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərarı Cəmiyyətin idarələrinin müştəri şöbəsinə aid olmamışdır. Buna baxmayaraq, müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, 113 saylı əmrə əsasən öhdəsində azyaşlı uşağı olan qadın kimi iddiaçıya qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilməsinə cavabdeh tərəf etiraz etməmiş, lakin, o, faktiki olaraq işə çıxmadığı və işdə olan belə bir güzəştlə bağlı rəsmi müraciəti olmadığı üçün cavabdeh haqlı olaraq ona münasibətdə heç bir güzəşti təmin etməmişdir. İddiaçının səbəbsiz və öz mülahizəsinə əsaslanaraq işə çıxmadığı dövr üzrə əmək funksiyasını qəsdən icra etməyib əmək haqqı tələb etməsi də qanunvericiliyin tələbləri baxımından yolveril məzdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)5421/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə qanunla müəyyən olunmuş qaydad a tam, hərtərəfli və obyektiv hüquqi qiymət verməmişdir. Belə ki, ilk növbədə məhkəmələrin iddiaçının işə çıxmasına cavabdeh tərəfindən maneə yaradılmasını sübut edə bilməməsinə dair mövqeyi əsaslı hesab oluna bilməz, azı ona görə ki, cavabdeh hazırkı iddianın qeyd olunan hissədə təmin edilməsinə etiraz etmiş və həmin etirazını iddiaçının özbaşına olaraq işə çıxmaması ilə əsaslandırmışdır. Halbuki, iş materiallarına əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün cavabdeh tərəfindən müəssisənin həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş, lakin həmin təşkilat tərəfindən pandemiya dövrünün şərtləri nəzərə alınmaqla buna razılıq verilməmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə x itam verilmədiyi halda, onun işə çıxmaq tələbinə etiraz edilməsi və məhkəmələr tərəfindən həmin tələbin təmin edilməməsi maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Belə ki, bu halda faktiki olaraq iddiaçı əmək funksiyalarının icrasından kənarlaşdırılmışdır. Lakin bunun əsasları və qaydası yalnız Əmək Məcəlləsinin 62-ci maddəsi ilə müəyyən olunmuş, həmin normada göstərilən halların iddiaçı barəsində tətbiq edilməli olması isə mübahisənin predmetini təşkil etməmişdir.
23. Digər tərəfdən, iddiaçı Koronavirus (Covid-19) infeksiyasının yayılması ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş güzəştlərin barəsində tətbiq edilməsi ilə əlaqədar işəgötürənə müraciət etdiyini, lakin cavabdehin həmin müraciətini gizlətdiyini iddia etmişdir. İddia ərizəsinə iddiaçını n Suraxanı rayon Sukanal İdarəsinin rəisinə ünvanladığı may 2020-ci il tarixli ərizənin surəti əlavə edilsə də, həmin ərizənin işəgötürənə təqdim edilməsini təsdiq edən sübut iş materiallarına əlavə olunmamış, lakin iş üzrə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciətlər edilmiş, həmin müraciətlərdən azı X4 Xidmətinə göndərilmiş şikayət barədə işəgötürənə məlumat verilmiş və sonuncu bununla bağlı Xidmətin sorğusuna cavab məktubu vermişdir.
24. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin faktiki hallarına hüquqi qiymət verilməmiş, iddiaçının işəgötürə nə müraciət etmədən bilavasitə başqa dövlət orqanlarına şikayət ərizələrinin göndərilməsinin mümkünlüyü araşdırılmamış, buna əsasən cavabdehin etirazının dəlillərinin əsaslılığına hüquqi qiymət verilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1268/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən əmək haqqının cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir.
26. İşə yenidən baxan apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qe yd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməmiş və maddi hüquq normaları səhv tətbiq olunmuşdur.
27. Belə ki, hazırkı əmək mübahisəsi ona görə yaranıb ki, iddiaçı “Covid-19” pandemiyasına görə iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsini işəgötürəndən tələb edib. O, tələbini belə əsaslandırıb ki, iki azyaşlı uşağı var, işə gəlmək üçün uşaqlarını bağçaya qoymalıdır, lakin pandemiyaya görə bağçalar fəaliyyət göstərmir. Bundan başqa, işə gəlmək üçün uşaqları qohumlara tapşıra bilmir, çünki özünün və ərinin valideynləri yoxdur, əri isə qazanc əldə etmək üçün işə getməyə məcburdur. Lakin tərəflərin arasında iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi ilə bağlı razılıq əldə olunmayıb. Daha sonra onlar qarşılıqlı olaraq bir-birlərini itti ham ediblər. İşəgötürən işçini işə gəlməməkdə, işçi isə qarşı tərəfi onu iş yerinə buraxmamaqda ittiham edib.
28. Məhkəmə kollegiyası iddiaçının işə çıxmasının təmin edilməsi tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, tələbin irəli sürülməsindən sonra vəziyyət dəyişib: əmək müqaviləsinin ləğvi barədə əmr verilib. İddiaçı həmin əmri mübahisələndirib və işə bərpa olunmasını tələb edib. Əmək müqaviləsinin ləğvi ilə bağlı mübahisə iddiaçının xeyrinə yekunlaşarsa, onun işə çıxması həmin qətnamənin icrası zamanı təmin olunacaq. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsindən görünür ki, belə əmək mübahisəsini həll edən məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Bu zaman “işçinin vəzifəsinə bərpa edilməsi ” deyiləndə həm də işə çıxmanın təmin edilməsi nəzərdə tutulur.
29. Kollegiya iddiaçının işə çıxdığı tarixə qədər ödənilməmiş əmək haqqının ödənilməsi tələbini təmin edərkən qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona əmək haqqı ödənilməyib. Cavabdeh bunu təkzib etməyib. Ona görə də hesab olunur ki, həmin məlumat həqiqidir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndindən görünür ki, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. İddiaçının göstərdiyi dövrdə (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə) onun əmək müqaviləsi qüvvədə olub, bu isə o mənanı verir ki, həmin müqavilədən əmələ gələn hüquq - əmək haqqı almaq hüququ da qüvvədə olub. İşçi bu hüquqdan o halda məhrum edilə bilər ki, üzrlü səbəb olmadan əmək vəzifələrinin icrasından imtina etsin. Səbəb barədə fikir ayrılığı var. Belə ki, iddiaçı iddia edir ki, işə gəlsə də işə davamiyyət jurnalını imzalamasına və əmək funksiyalarının icrasına imkan verilməyib. Əks tərəf isə buna etiraz edir və bildirir ki, iddiaçı işə gəlməyib. Məhkəmə qeyd edir ki, səbəb məsələsinə münasibətdə kimin haqlı olmasından asılı olmayaraq iddiaçıya əmək haqqı ödənilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Baş nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə ünvanlandığı xx.xx.2020-ci il tarixli, 1/384 nömrəli məktubda koronavirus infenksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə tapşırıqlar verilib. Tapşırıqlardan biri ondan ibarətdir ki, öhdəsində azyaşlı uşağı olan qadınları n iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməlidir. İddiaçının öhdəsində iki uşaq var, onlar 2015 və 2016-cı il təvəllüdlü olmaqla azyaşlıdır. İddiaçının müraciətinə baxmayaraq işəgötürən ona güzəşt tətbiq etməyib. Belə ki, güzəştin tətbiq edilməsi və ya tətbiq edilməsindən imtina edilməsi və bunun səbəbi barədə işəgötürən tərəfindən iddiaçıya rəsmi cavab verilməyib. Bu isə hüquqi müəyyənlik prinsipinə uyğun sayılmır, çünki işçi iş davamiyyətində güzəştin tətbiq edilməməsinin səbəbini bilmədiyinə görə necə davranacağını müəyyənləşdirə bilmir.
31. Odur ki, məhkəmə iddiaçının öhdəsində iki azyaşlı uşağının olmasını, ölkədə koronavirus infenksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, bununla əlaqədar bağçaların qapanmasını, hətta bir müddət məhkəmələrin fəaliyyətinə məhdu diyyətin tətbiq edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı göstərilən dövrdə əmək vəzifələrini üzrlü səbəbdən icra edə bilməyib. Ona görə də, Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndininin göstərişinə uyğun olaraq iddiaçıya əmək haqqı ödənilməlidir.
32. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərər tələbinə münasibətdə isə Mülki Məcəllənin 21-ci maddəsinə istinadla vurğulamışdır ki, iddiaçının mənəvi sarsıntı keçirməsi və ya iztirab çəkməsi təsdiq olunmadığından, həmin tələb təmin oluna bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh X3 (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunması və kas sasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət Əmək Məcəlləsinin 10, 154.1. 169.2-ci maddələrinə istinadla belə əsaslandırılmışdır ki, iddiaçı məzuniyyət müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, işəgötürənə bu barədə heç bir məlumat vermədən və sübut təqdim etmədən işə çıxmamış, bu barədə ona 20 və xx.xx.2020-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, həmin məktublara da cavab verməmişdir. Buna görə də, iddiasında istinad etdiyi güzəştlərin ona tətbiq olunması mümkün olmamışdır. Digər tərəfdən, debitor borclarla iş qrupunda su kəməri təsərrüfatında nəzarətçi kimi iddiaçının əmək funksiyası ünvanlara gedərək, su təchizatı və kanalizasiya xidmətlərinə görə yara nmış borcun ödənilməsini tələb etməkdən ibarətdir. Belə olan halda, bu işçilər işlərini ərazidə həyata keçirdiklərindən onun əmək funskiyasını online qaydada icra etməsi qeyri-mümkündür. Məhkəmə isə cavabdehin birldirməsinə baxmayaraq, iddiaçının işinin bu spesifikliyini nəzərə almamışdır. b)
35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
36. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq.
37. Maddə
62. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək in tizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəx slərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
38. Maddə 62, hissə
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
39. Maddə 62, hissə
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
40. Maddə
154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə mü əyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
41. Maddə
169. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əs ası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə yalnız iddianın təmin olunmuş hissəsində (iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən əmək haqqının cavabdeh tərəfindən ödənilməsi) mahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.
51. Belə ki, iddiaçının əmək haqqının ödənilməsi tələbinin maddi hüquqi əsasını Əmək Məcəlləsinin 9-cu maddəsinin d) bəndi, 154 və 172-ci maddələrinin müddəaları əsasında həll olunmalıdır.
52. Həmin normalar işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan məbləğdə aylıq əmək haqqını, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə almaq hüququnu təsbit edir.
53. İddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh müəssisə ilə əmək müqaviləsinin olması təsdiq olunur. Həmin dövrdə iddiaçıya pandemiya şəraiti ilə bağlı güzəştlərin tətbiq olunmasınn mümkünsüz olması barədə cavabdehi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Re spublikası Baş Nazirinin xx.xx.2020-ci il tarixli tapşırığında Koronavirus (Covid-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə görülməli olan tədbirlərdən biri kimi öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştlərin tətbiq olunması əksini tapmışdır.
54. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının öhdəsində iki uşaq var, onlar 2015 və 2016-cı il təvəllüdlü olmaqla azyaşlıdır, iddiaçının müraciətinə baxmayaraq işəgötürən ona güzəşt tətbiq etməyib.
55. Kassatorun “İddiaçıya istinad etdiyi güzəştlərin tətbiq olunması mümkün olmamışdır. Digər tərəfdən, debitor borclarla iş qrupunda su kəməri təsərrüfatında nəzarətçi kimi iddiaçının əmək funksiyası ünvanlara gedərək, su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borc un ödənilməsini tələb etməkdən ibarətdir” dəlili qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Baş nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/384 nömrəli məktubda koronavirus infenksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə tapşırıqlar verilib. Tapşırıqlardan biri ondan ibarətdir ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməlidir.
56. Güzəştin tətbiq edilməsi və ya tətbiq edilməsindən imtina edilməsi və bunun səbəbi barədə işçiyə izah verilməsi işəgötürənin üzərinə düşən vəzifə idi. Çünki pandemiya ilə bağlı iş vaxtını tənzimləmək, yəni hüquqi müəyyənlik gətirmək bilavasitə işəgötürənin səlahiyyətinə aid olub. Lakin işəgötürən tərəfindən iddiaçıya rəsmi cavab verilməmişdir və işçi iş davamiyyətində güzəştin tətbiq edilməməsinin səbəbini bilmədiyinə görə necə davranacağını müəyyənləşdirə bilməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının öhdəsində iki azyaşlı uşağının olmasını, ölkədə koronavirus infenksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, bununla əlaqədar bağçaların qapanmasını, hətta bir müddət məhkəmələrin fəaliyyətinə məhdudiyyətin tətbiq edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı göstərilən dövrdə əmək vəzifələrini üzrlü səbəbdən icra edə bilməyib.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual n ormalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1268/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.