Məhkəmə qərarları › İş №2(102)-3367/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3367/2025

16.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3367/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdeh “X1 LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı “X1 LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər:əmək müqaviləsinə xitam verilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2025-ci il tarixli, 2(103)2974 /2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.2023-cü il tarixdən satış üzrə regional menecer (karotaj şöbəsi) vəzifəsinə işə götürülmüş, əmək müqaviləsi müddətsiz bağlanmışdır;

3. Nümayəndəliyin xx.xx.2024-cü il tarixli 14/20 saylı əmri ilə İddiaçı iş icazəsinin müddəti 24 yanvar 2024-cü il tarixdə bitdiyinə görə, onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 24 yan var 2024-cü il tarixdə xitam verilmiş, elə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə ona son haqq-hesab olaraq 47,177.44 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “X1 LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə 14/20 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iş yeri olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində satış üzrə regional menecer vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının hesablanıb Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 4 may 2023-cü il tarixli müqaviləyə 24 yanvar 2024-cü il tarixdən xitam verilmiş kimi rəsmiləşdirilsə də, hətta 1 mart 2024-cü il tarixdən sonra da əmək fəaliyyəti ilə məşğul olmuş və 4 may 2023-cü il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmin faktlar, onunla işəgötürən arasında və eləcə də onunla işəgötürənin müştəriləri arasında, tərəfindən vəzifə səlahiyyətlərinə aid işlərin görülməsini göstərən email və WhatsApp yazışmaları ilə təsdiqlənir. Əmək müqaviləsinə xitam verilməsi barədə sənədlər ona rəsmi olaraq təqdim edilmədiyindən cavabdehə 2 aprel 2024-cü il tarixli ə rizə ilə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi sənədləri (əmri, əmək kitabçasını və son haqqhesab barədə məlumatları) ona rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. Cavabdeh 23 aprel 2024-cü il tarixli məktubla ərizəsinə cavab olaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair rəsmi tələb olunan sənədlərin siyahısı onlara qoşmada təqdim olunur. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdikdən sonra, mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə İŞB/600837 nömrəli, xx.xx.2024-cü il tarixli arayış verilmişdir.

6. Cavabdeh şirkətinin Azərbaycan Resp ublikasındakı nümayəndəliyi isə iddiaya etiraz edərək iddiaçı ilə əmək müqaviləsi bağlanarkən yanlışlıqla yerli işçilərlə bağlanılan əmək müqaviləsi şablonundan istifadə edildiyini, yerli işçilərlə əmək müqavilələri müddətsiz bağlandığı halda, iddiaçının əcnəbi olması və iş icazəsi əsasında işə cəlb edildiyi faktının yanlışlıqla nəzərə alınmadığını, iddiaçının iş icazəsi olmadan əmək münasibətlərinin davam etdirilməsinin mümkünsüz olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş edir.

7. Nümayəndə həmçinin ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırkı tələblə bağlı iddia müddəti ötürülmüşdür. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlardan göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə 1 mart 2024-cü il tarixdə xitam verildiyi barədə məlumatlı idi. Həmçinin iddiaçının ə mək haqqı hesabına Şirkət tərəfindən 1 mart 2024-cü il tarixdə son haqq-hesabı kimi 47,177.44 AZN məbləğində pul vəsaiti oturmuşdur. Beləliklə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi haqqında bir neçə dəfə həm onlayn şəkildə (e-mail yazışmaları vasitəsilə), həm üzbəüz görüşlərdə, həm də Teams vasitəsilə zəngdə məlumatlandırılmış, bununla yanaşı onun bank hesabına daxil olmuş məbləğdən də artıq əmək müqaviləsinə xitam verildiyi barədə məlumatlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirlər ki, məhkəmə tərəfindən iddia müddətinin axımının başlanması kimi məhz 1 mart 2024-cü il əsas götürülməlidir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən 30 aprel 2024-cü il tarixində mediasiyaya müraciət edilmiş və 6 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyas ından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixdə arayış təqdim edilmişdir. Arayışdan bir ay sonra iddiaçı tərəfindən məhz 20 iyun 2024-cü il tarixli ərizə ilə məhkəməyə işə bərpa tələbi ilə müraciət edilmişdir. Məhkəməyə müraciətin əsl tarixi də məhkəmə tərəfindən nəzərdən keçirilməlidir. Odur ki, iddia müddəti ötürülmüş hesab edilməklə, İddiaçı tərəfindən Şirkətə qarşı verilmiş iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.

8. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi həmçinin qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Şirkət tərəfindən İddiaçı ödənilmiş və təyinatı üzrə istifadə edilməmiş 16,380 AZN məbləğində yaşayış müavinətinin tam məbləğinin İddiaçı tutularaq Şirkətə qaytarılması barədə qətnamə çıxarılmasını xa hiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 işlədiyi müddətdə, yəni 2023cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək Şirkət tərəfindən ona Bakı şəhərində mənzil kirayəyə götürməsi üçün ümumilikdə 16,380 AZN məbləğində yaşayış müavinəti ödənilmişdir. Sonradan isə məlum olmuşdur ki, İddiaçı müavinəti almasına baxmayaraq, onu təyinatı üzrə istifadə etməmiş, heç bir mənzil kirayələməmiş, əksinə, icarə haqqı Şirkət tərəfindən ödənilən mənzildə məskunlaşmışdır. Beləliklə, İddiaçı özbaşına olaraq, heç bir xəbərdarlıq etmədən Şirkətin öz işçilərinin qalması üçün icarəyə götürdüyü Bakı şəhəri, Nərimanov prospekti 4, AZ1006 ünvanında yerləşən "X3" binasında yerləşərək bütün müddət ərzində orada yaşamışdır. Bununla bağlı, İddiaçı 14 mart 2024-cü il tarixdə yaşayış m üavinətinin təyinatı üzrə istifadə edilməməsi, plaza binasındakı otağın İddiaçı tərəfindən özbaşına tutulması tələblərini əhatə edən pretenziya məktubu göndərilmiş və ondan təyinatı üzrə istifadə edilməmiş müavinətin geri qaytarılması və plaza binasında özbaşına tutduğu mənzili boşaldıb təhvil verməsi tələb edilmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-352/2025 saylı qətnaməsi ilə (hakim Həbibə Miriyeva) İddiaçı cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan rədd edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, müddətsiz əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin yolverilməz olmasına baxmayaraq cavabdeh iddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin bitməsi səbəbindən xitam verilmişdir. Bundan başqa əmrin xx.xx.2024-cü il tarixdə verilməsinə baxmayaraq, müqaviləyə 1 ay 5 gün əvvəlki tarixdə - xx.xx.2024-cü il tarixdə, iş icazəsinin qüvvədə olma müddətinin həmin tarixdə bitməsi əsası ilə xi tam verilməsi müəyyən edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi əsaslı olsa da, cavabdeh iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyinidən, həmin ərizə təmin edilməklə, iddia tələbi həmçinin bu əsasla da rədd olunmalıdır.

13. İş materiallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və həmin tarixdə də iddiaçıya son haqq-hesab olaraq 47,177.44 manat ödənilmişdir. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə edilmiş ödənişin iddiaçının fevral və mart aylarında əmək funksiyalarını yerinə yetirməsi müqabilində əmək haqqı kimi ödənildiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir.

14. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfi ndən xx.xx.2024-cü il tarixdə verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan müəyyən olunur ki, tərəflərə bildiriş xx.xx.2024-cü il tarixində çatdırılmışdır.

15. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əmrlə əmək müqaviləsinə xitam verildikdən və son haqq-hesab ödənildikdən sonra xx.xx.2024cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra mübahisə barədə mediasiya təşkilatına müraciət etmiş, qarşı tərəfə həmin tarixdə təklif göndərilmişdir. Mediasiya sessiyası barışıq sazişi ilə nəticələnməmiş və bu o deməkdir ki, iddia müddətinin axımı mediasiya arayışının verildiyi xx.xx.2024-cü il tarixdən davam etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə müra ciət etmişdir. Bununla da, o, iddia ərizəsinin verilməsi müddətini ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

17. Əmək kitabçasının i ddiaçı tərəfindən gec əldə olunması, bu səbəbdən iddia müddətinin həmin vaxtdan hesablanmalı olması ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işəgötürənin İddiaçı 14 mart 2024-cü il tarixində yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsi, Plaza binasındakı otağın İddiaçı tərəfindən özbaşına tutulması tələblərini əhatə edən pretenziyanı iddiaçı xx.xx.2024-cü il tarixdə almış (cild 1, v.58) və pretenziyanı aldıqdan sonra işəgötürənə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq Nümayəndəliyin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almasını bildirmiş və xitam verilmə barədə rəsmi sənədləri işəgötürəndən tələb etmişdir.Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə xitam verilməsindən məlumatlı olmuşdur.

18. Qeyd olunanlar iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunmasını, yəni hüquqlarının pozulmasını bilməsini təsdiq edir.

19. Göründüyü kimi iddiaçı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxmışdır.

20. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «X1 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

21. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45 (1-ci hissə), 45 (4-cü hissə), 68 (1-ci hissə), 68 (2-ci hissənin b bəndi), 294 (1-ci hissə), 296 (2-ci hissə), 296-cı (3-cü hiss ə), Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 377.1, 379.1.6, 379.4-1, 381.1-ci, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 29.2, 32.1, 32.1.9, 32.4.2, 35.1 və 35.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmsını xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq iki müxtəlif tarixi (xx.xx.2024-cü il və xx.xx.2024-cü il) iddia müddətinin axımının başlandığı tarix kimi qəbul edib. Lakin məhkəmə nəzərə almamışdır ki, qeyd olunan bütün bu tarixlər formal xarakter daşıyır. Həmin tarixlər iddia müddətinin başlanması kimi q əbul edilə bilməz. İddiaçı faktiki olaraq, iş funksiyasını yerinə yetirmişdir. Belə ki, iddia ərizəsində qeyd olunduğu kimi, İddiaçı hətta 1 mart 2024-cü il tarixdən sonra da əmək fəaliyyəti ilə məşğul olmuş və 4 may 2023-cü il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmin faktlar, onunla işəgötürən arasında və eləcə də onunla işəgötürənin müştəriləri arasında, İddiaçı tərəfindən vəzifə səlahiyyətlərinə aid işlərin görülməsini göstərən email və WhatsApp yazışmaları ilə də təsdiqlənir. Məhkəmə yanlış olaraq hazırkı tələb ilə bağlı qanunla nəzərdə tutulmuş 1 ay iddia müddətində İddiaçı tərəfindən müəyyən hərəkətləri etmədiyini və iddia ərizəsinin verilmə müddətinin ötürüldüyü qənaətinə gəlir. Belə ki, məhkəmə nəzərə almamışd ır ki, işçilərin əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə 186 nömrəli Qərara əsasən, işdən çıxdığı gün verilməlidir, işdə olmadığı hallarda isə poçt vasitəsi ilə ona bildiriş göndərilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün kimi, işəgötürənin səlahiyyəti bəlli olmayan hər hansı işçisi tərəfindən “WhatsApp” və ya digər yollarla işçiyə məlumatın verilməsi nəzərdə tutulmur. WhatsApp və ya istənilən digər üsullarla işçiyə kimsə tərəfdən qeyrirəsmi olaraq işdən çıxması anlamına gətirə bilən məlumatların ötürülməsi anı, işçinin işdən çıxmasına dair rəsmi məlumat alması tarixi kimi qəbul edilə bilməz. Belə məlumatlar işçi də yalnız şübhələr yarada bilər. Xronoloji ardıcıllığa nəzər yetirilsə, bəlli olacaq ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə əmr verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar İddiaçı şifahi və “WhatsApp” vasitəsi ilə qeyri-rəsmi məlumat verildiyindən və bu, İddiaçı şübhə doğurduğuna görə, o, şirkətə xx.xx.2024-cü il tarixdə rəsmi məktubla müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi sənədləri (əmri, əmək kitabçasını və son haqq-hesab barədə məlumatları) ona rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilib-verilmədiyi barədə cavab almayacağını zənn edən İddiaçı şirkətə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş dir və şirkət xx.xx.2024-cü il tarixdə bu cavabı almışdır. Şirkət mediasiya prosesinin tətbiqi barədə təklifə münasibət bildirməsə də, 23 aprel 2024-cü il tarixli məktubla İddiaçı ərizəsinə cavab olaraq bildirmişdir ki, rəsmi qaydada əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı və tələb olunan sənədlərin siyahısını (əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əmək kitabçası və son haqq hesab barədə məlumat) qoşmada 24 aprel 2024-cü il tarixdə təqdim olunmuşdur. Bundan sonra 29 aprel 2024-cü il tarixdə mediasiya sessiyası üçün ərizə ilə mediasiya təşkilatına müraciət olunmuşdur (baxmayaraq ki, məhkəmə ərizənin göndərdiyi tarix deyil, səhv olaraq mediasiya təşkilatına ərizənin çatdırıldığı vaxtı 30 aprel 2024-cü il tarixi əsas götürür). Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən “İlk in mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə MŞB/6-00837 nömrəli, xx.xx.2024-cü il tarixli Arayış verilmişdir. Sonra İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı artıq xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı şirkətə təklif göndərəndə iddia müddətinin axımı dayandırılmalıdır. Belə ki, İddiaçı öz hərəkətləri ilə artıq iddianın verilməsi ilə bağlı ilkin addımlar atmışdır. Mediasiya təşkilatı tərəfindən müvafiq arayış xx.xx.2024-cü il tarixdə verildikdən sonra, müddət bərpa olunmuşdur, hazırkı halda iddia müddəti İddiaçı onunla bağlanan əmək müqaviləsinin pozulduğunu bildikdə (sənədlər rəsmi qaydada təqdim ediləndə) müddət başlanmışdır. Belə ki, İddiaçı tərəfindən rəsmi məlumat veri lənə kimi, artıq mediasiya prosesinin tətbiqi ilə bağlı İddiaçı tərəfindən təklif şirkətə göndərilmişdir. Bu da o deməkdir ki, arayış İddiaçı təqdim ediləndən bir ay keçmədən, o, iddia müddəti çərçivəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2974/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev – məruzəçi, Cəmilə Musayeva və Fərrux Qasımov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-352/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə i stinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2023cü il tarixdən satış üzrə Regional Menecer (Karotaj şöbəsi) vəzifəsinə işə götürülmüş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş iş icazəsinin qüvvədə olma müddəti 24 yanvar 2024- cü il tarixdə bitmişdir. Nümayəndəliyin xx.xx.2024-cü il tarixli 14/20 saylı əmri ilə İddiaçı iş icazəsinin müddəti 24 yanvar 2024-cü il tarixində bitdiyinə görə, onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 24 yanvar 2024-cü il tarixində xitam verilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya elə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə son haqq-hesab olaraq 47,177.44 manat ödənilmişdir.

26. Məhkəmə vurğulamışdır ki, ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

27. Kollegiya ilk növbədə ilkin iddia üzrə iddiaçının sözügedən maddənin tələblərinə əsasən əmri, əmək kitabçasını və son haqq-hesab barədə məlumatların xx.xx.2024-cü il tarixli məktuba qoşma olaraq alması hal ında iddia müddətinin başlanmasının mümkünlüyünə dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, normanın məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, onlardan birinin olması yetərli hesab olunmuşdur. Çünki həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir.

28. Hazırki işin materiallarındakı hesabdan çıxarışdan da göründüyü kimi işçiyə onunla bağlanılan əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulan tarixdə, yəni xx.xx.2024-cü il tarixdə son haqq-hesab məbləği köçürülmüşdür. İlkin iddia üzrə iddiaçı həmin məbləğin son haqq-hesab olaraq köçürülməsini bilmədiyini, mütəmadi aldığı bonuslardan biri olduğunu düşündüyünü qeyd etsə də, tədqiq olunmuş sübutlardan görünür ki, 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək olan iddiaçının əməkhaqqı kartına köçürülən məbləğlər ortalama olaraq 10.000-12.000 civarlarında olmuş, yalnız ilk dəfə işə qəbul olunarkən 39064.40 manat təşkil etmiş və bunun da səbəbi şirkətin Rusiya Federasiyasından Bakı ofisinə köçürülməsi ilə əlaqədar müvafiq müavinətin ödənilməsi olmuşdur. Bundan əlavə xx.xx.2024-c il tarixli köçürmənin ödəniş tapşırığında da ödənişin təyinatının məhz “son haqq-hesab” kimi qeyd edilməsi də iddiaçının bu ödənişin səbəbini bilməm əsi ilə bağlı arqumentlərini əsassız hesab etməyə dəlalət edir.

29. Bundan əlavə iş materiallarından görünür ki, işəgötürən tərəfindən İddiaçı 14 mart 2024-cü il tarixində yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsi, barədə pretenziya ünvanlanmış, iddiaçı həmin pretenziyanı xx.xx.2024-cü il tarixdə almış, pretenziyanı aldıqdan sonra həmin tarixdə işəgötürənə əməkhaqqı cədvəlinin əldə olunması barədə mail və xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq Nümayəndəliyin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almasını bildirmiş və xitam verilmə barədə rəsmi sənədləri işəgötürəndən tələb etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə hesbabına köçürülən pulun təyinatından xəbərsiz olduğunu bildirsə belə, ən azından xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə xitam verilməsindən məlumatlı olmuşdur.

30. Daha sonra iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı qarşı tərəfə xx.xx.2024-cü il tarixli (poçta təqdim edilən xx.xx.2024-cü il) mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmiş və bununla da “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.6 və 35.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş iddia müddətinin axımı mediasiya barədə arayış alınacağı vaxtadək dayandırılır. Həmin tarixlərə əsasən müəyyən olunur ki, iddiaçının yuxarıda qeyd edildiyi kimi realda xx.xx.2024, ən geci xx.xx.2024-cü il tarixdə hüququnun pozulduğunu aşkar etmiş, mediasiya prosesinin tətbiqi barədə təklifi isə xx.xx.2024-cü il tarixdə göndərmişdir. Kollegiya həmçinin o halı da qeyd edir ki, apellyato r hüququnun pozulduğu anla bağlı cavabdeh tərəfindən sənədlərin xx.xx.2024-cü il tarixdə təqdim edilməsini əsas gətirsə də, artıq xx.xx.2023-cü il tarixdə vəkillə əmək mübahisəsi üzrə işə bərpa tələbi ilə bağlı hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağlamış, xx.xx.2024-cü ildə də məhz həmin tələblə mediasiya prosesinin tətbiqi barədə təklifllə müraciət etmişdir. Həmçinin iddiaçı həmin müddət ərzində işə çıxmamış və bu hal onda nəsə sual doğurmamışdır. Bütün bunlar isə o deməkdir ki, iddiaçının hüquqlarının pozulduğunu xx.xx.2024-cü ildə aşkar etməsi mümkünsüzdür.

31. İş materiallarından görünür ki, mediasiya prosesinin nəticəsinə dair arayış xx.xx.2024-cü il tarixdə alınmış və həmin tarixdən etibarən iddiaçının müddət axımı yenidən davam etmişdir. Bu isə o deməkdir ki, iddiaçının hüquq larının pozuntusunu aşkar etdiyi real vaxt olan xx.xx.2024-cü il tarixdən hesablandıqda artıq mediasiya təklifi göndərilərkən müddət ötürülmüş, ən yaxşı halda xx.xx.2024-cü il tarixdən hesablandıqdan isə məhkəməyə müraciət etmək üçün 6 günü qalmışdır (xx.xx.2024 – xx.xx.2024 aralığında 24 gün keçmiş, xx.xx.2024-cü ildə axım dayanmış, xx.xx.2024-cü ildə axım davam etmişdir.

32. Lakin xx.xx.2024-cü ildə arayışın alınmasına baxmayaraq məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. İddiaçı iddia ərizəsinin xx.xx.2024-cü ildə poçta təqdim edildiyini bildirsə də, qeyd edilən hal həqiqi olsa belə, ən geci xx.xx.2024-cü ildə məhkəməyə müraciət edilməli idi və artıq xx.xx.2024-cü il tarixdə də qanunla müəyyən edilən 1 aylıq müddət ötürülmüşdü.

33. Bu da o deməkdir ki, istər iddia mü ddətini başlanması, istərsə də məhkəməyə müraciət edilmə ilə bağlı iddiaçının arqumentləri əsaslı hesab olunsa idi belə, yuxarıda qeyd edilənlər onun iddiasının müddətin ötürülməsi və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi səbəbindən rədd olunmasına əsas verir. 34.

45. Həmin müddətin ötürülməsinə dair üzrlü səbəblərin olub-olmamasına münasibətdə isə kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.

35. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçı hüququnun müdafiəsi ilə bağlı qanunvericiliklə ona verilmiş 1 aylıq müddəti ötürmüş, bu ötürmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2974/20 25 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin tətbiqində səhvə yol vermişdir. Qanuna əsasən, hüququn pozulmasının aşkar edildiyi gün yalnız işçiyə əmr, əmək kitabçası və haqq-hesab sənədləri tam təqdim edildiyi tarix hesab oluna bilər. Bu sənədlər işçiyə yalnız xx.xx.2024cü ildə təqdim olunmuşdur. Buna baxmayaraq, məhkəmə xx.xx.2024 tarixdə hesablanan ödənişi əsas götürərək iddia müddətinin keçdiyini qəbul etmişdir ki, bu, qanunun tələbinə ziddir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025 tarixli rəsmi ca vabı ilə də təsdiqlənir ki, haqq-hesab sənədləri təqdim edilmədən edilən ödəniş hüququn pozulma tarixi hesab edilə bilməz. Bundan əlavə, işə xitamın əsası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi (müddətin başa çatması) olduğu halda, apellyasiya məhkəməsi həmin Məcəllənin 70-ci maddəsinin ç bəndini (intizam pozuntusu) tətbiq etməklə səhv hüquq normasını qeyd etmişdir. Apellyasiya instansiyası MPM-nin 77.1 və 88-ci maddələrinin tələblərini pozaraq təqdim edilmiş sübutlara, o cümlədən ƏƏSMN-in rəsmi cavabına qiymət verməmiş, sübutlara obyektiv və hərtərəfli baxmamışdır. Bundan başqa, “Mediasiya haqqında” Qanunun 35.1 və 35.2-ci maddələrinə əsasən, mediasiya prosesi zamanı iddia müddətinin axımı dayandırılsa da, apellyasiya məhkəməsi bu hüquqi faktı da nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əməki Məcəlləsi

39. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

40. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

41. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

42. Maddə 68 (2-ci hissənin b bəndi). Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

43. Maddə 294 (1-ci hissə). Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

44. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

45. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tə rəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

47. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

48. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

49. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır.

50. M addə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.

59. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

60. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş b ir aylıq iddia müddətini ötürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi haqqında ərizə vermişdir.

61. Məhkəmə mövqeyini onunla əsaslandrımışdır ki, iddiaçıya onunla bağlanılan əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulan tarixdə, yəni xx.xx.2024-cü il tarixdə son haqq-hesab məbləği köçürülmüşdür. İlkin iddia üzrə iddiaçı həmin məbləğin son haqqhesab olaraq köçürülməsini bilmədiyini, mütəmadi aldığı bonuslardan biri olduğunu düşündüyünü qeyd etsə də, tədqiq olunmuş sübutlardan görünür ki, 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək olan iddiaçının əməkhaqqı kartına köçürülən məbləğlər ortalama olaraq 10.000-12.000 civarlarında olmuş, yalnız ilk dəfə işə qəbul olunarkən 39064.40 manat təşkil etmiş və bunun da səbəbi şirkətin Rusiya Federasiyasından Bakı ofisinə köçürülməsi ilə əlaqədar müvafiq müavinətin ödənilməsi olmuşdur. Bundan əlavə xx.xx.2024-c il tarixli köçürmənin ödəniş tapşırığında da ödənişin təyinatının məhz “son haqq-hesab” kimi qeyd edilməsi də iddiaçının bu ödənişin səbəbini bilməməsi ilə bağlı arqumentlərini əsassız hesab etməyə dəlalət edir. Bundan əlavə iş materiallarından görünür ki, işəgötürən tərəfindən İddiaçı 14 mart 2024-cü il tarixində yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsi, barədə pretenziya ünvanlanmış, iddiaçı həmin pretenziyanı xx.xx.2024-cü il tarixdə almış, pretenziyanı aldıqdan sonra həmin tarixdə işəgötürənə əməkhaqqı cədvəlinin əldə olunması barədə mail və xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq Nümayəndəliyin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almasını bildirmiş və xitam verilmə barədə rəsmi sənədləri işəgötürəndən tələb etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə hesbabına köçürülən pulun təyinatından xəbərsiz olduğunu bildirsə belə, ən azından xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə xitam verilməsindən məlumatlı olmuşdur.

62. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin qeyd edilən tarixdən başlamasını əsas götürərək sonrakı dövrdə mediasiya prosesinin tətbiqi ilə bağlı aparılmış icraatları da müqayisəli şəkildə təhlil edərək bu qənaətə gəlmişdir ki, iddiaçının hüquqlarının pozuntusunu aşkar etdiyi real vaxt olan xx.xx.2024-cü il tarixdən hesablandıqda artıq mediasiya təklifi göndərilərkən müddət keçmiş, müddətin əvvəli ən yaxşı halda xx.xx.2024-cü il tarixdən hesablandıqda belə iddianın qaldırıldığı xx.xx.2024cü il tarixdə qan unla müəyyən edilən 1 aylıq müddət ötürülmüşdür.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış və birlikdə qiymətləndirilmiş, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2025-ci il tar ixli, 2(103)2974/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar