Məhkəmə qərarları › İş №2(102)-3372/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3372/2024

16.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3372/2024 16.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Tərtər X5 İdarəsinə qarşı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və boş dayanma dövrlərinin əmək haqqının ödənilməsi məhkəmə qaydasında təmin edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-577/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Tərtər X5 İdarəsinə xx.xx.2015-ci il tarixdə işə qəbul edilmişdir. 667-k saylı xx.xx.2015-ci il tarixli əmrlə təbii qazın qəbulu və satışı xidmətinə 7-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir.

2. Cavabdeh Tərtər X5 İdarəsinin rəisi Azay Muxtarovun verdiyi xx.xx.2023-cü il tarixli 14-2-2-11/3-1K170/2023 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının verdiyi SER TSE-01 128527 saylı arayışa əsasən, İddiaçı ümumi xəstəlikdən 2-ci qrup müddətsiz əlil kimi qeydiyyata alınmışdır.

4. Tərtər rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 493 saylı xx.xx.2012-ci il tarixli arayışa əsasən, İddiaçı xəstəliyə görə İİ qrup əlildir və yüngül işlər üçün əmək qabiliyyətinə malikdir.

5. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədə əsasən, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı müddətsiz İİ qrup əlil olmaqla, yüngül işlərdə işləyə bilməsi göstərilmişdir.

6. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Arzu Qulu qızının sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, əlillik vəziyyətinə dair əmək zəmanətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik təyinatı barədə qəbul edilən qərarda şəxsin əlilliyinin qiymətləndirilməsinə dair məlumatlar, elə cə də sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti ”Əlillik” altsisteminə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Müəyyən olunmuşdur ki, ona xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstəliklərinizə dair tibbi sənədlərin araşdırılması zamanı “əmək qabiliyyətsizdir” şəklində verilən əmək zəmanətinin “Yüngül işlərdə işləyə bilər” kimi qiymətləndirilməsi Tibbi sosial ekspert komissiyası tərəfindən məqsədəuyğun hesab edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir.

7. Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən ver ilmiş 95 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Tərtər X5 İdarəsinin Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində texnik vəzifəsində işləmiş, onun aylıq əmək haqqı cədvəli arayışa əlavə edilmişdir. İddiaçı göstərilən tarixdə ezamiyyətdə olmamışdır.

8. Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən verilmiş 101 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir intizam tənbehi almamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X5 İdarəsinin 142-2-11/1K-170/2013 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və boş dayanma dövrlərinin əmək haqqının ödənilməsi məhkəmə qaydasında təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər X5 İdarəsinə xx.xx.2015-ci il tarixdə qəbul edilmişdir. Bundan əvvəl o, xx.xx.2010-cu il tarixdə X7 sahəsində işləmişdir. Həmin idarənin bazasında hazırda işdən çıxarıldığı müəssisəni formalaşdırmışlar. Bu müəssisə yarandığı gündən onun əmək müqaviləsi yeniləşdirilmiş, yuxarıda qeyd etdiyi kimi xx.xx.2015-ci il tarixdən onunla yeni əmək müqaviləsi bağlanmışdır. Bundan başqa o, fasiləsiz olaraq işləmişdir. Yəni 2003-cü ildə artıq o, əlil olmuşdur. İşdən çıxarıldığı günə qədər, yəni xx.xx.2023-cü il tarixədək 13 i ldir ki, fasiləsiz işləmişdir. Əlillərə ayrılan kvota yerləri ilə bağlı dövlət güzəştlər yaratmış, hər bir müəssisədə işçinin sayından asılı olaraq əlillər üçün boş iş yerlərinin saxlanılmasını müəyyən etmişlər. 5 iyul 2023-cü ildə işdən əlil olması, ona verilmiş müayinə məlumatında əmək zəmanəti olaraq “əmək qabiliyyətsiz” qeyd edilmişdir. O, İİ qrup əlildir. Əlilliyinin əsası tez-tez kəskinləşən iki tərəfli xroniki pielonefrit, Nefrotik forma, XBC İİ dərəcə, Xroniki urugen qastroduodenit, Xroniki hepatoxolesistit, yungül nitq pozğunluğu diaqnozu olmuşdur. O, bu diaqnozla işləmişdir. Belə ki, qazancı onun üçün önəmlidir. Onun sayəsində dərmanlarını almış və yaşamış, ailəni saxlamışdır İşlədiyi müəssisədə texnik operator işləmişdir. İşi kifayət qədər səhhətinə uyğun olmuşdur. Bu səbəbdən o, əlil olmasını hiss etməmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ regional şöbəsi tərəfindən Tərtər Rayon Məhkəməsinin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubuna əsasən, Tərtər Rayon Məhkəməsinin icraatında olan İddiaçı işə bərpa tələbinə dair mülki işə baxarkən ortaya çıxan və aydınlaşdırılmasına zərurət yaranan, iddiaçının işləmiş olduğu Tərtər X5 İdarəsindəki 7-ci dərəcə texnik işinin hansı kateqoriya işlərə aid olması barədəki sorğu xarakterli məktuba cavab olaraq bildirilmişdir ki, Tərtər X5 İdarəsinun rəhbərliyinin X3 Xidməti Qarabağ regional şöbəsinə təqdim etdiyi xx.xx.2023cü il tarixli 14-2-2-11/2-114/2023 nömrəli məktubunda Tərtər rayonu üzrə təbii q azın qəbulu və satışı xidmətində 7-ci dərəcə texnik vəzifəsində işləmiş İddiaçı vəzifəsi idarənin 2023-cü il üçün təsdiqlənmiş qulluqçuların ştat cədvəlinə əsasən qulluqçu kateqoriyasına aiddir və SOCAR Cavabdeh Tərtər X5 İdarəsi üzrə istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün 2021-ci ilin mart ayında aparılmış instrumental ölçmə işlərinin nəticəsinə əsasən texnik vəzifəsi ağır və zərərli işlərə aid edilməmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1324/2023 nömrəli 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Kamil Rzayev) iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən Cavabdeh Tərtər X5 İdarəsinin Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin 07 dərəcəli texnik vəzifəsindən azad edilməsi barədə verilmiş 14-2-2 -11/1K-170/2013 nömrəli xx.xx.2023-cü il tarixli əmri ləğv edilmiş, iddiaçı Cavabdeh Tərtər X5 İdarəsinin Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 07 dərəcəli texnik vəzifəsinə bərpa edilmiş, buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq iddiaçıya verilməsi qət edilmişdir.

12. Məhkəmə iclasında elan olunmuş mötəbər sənədlərlə təsdiq olunmuşdur ki, İddiaçı İİ qrup əlil olsa da uzun müddətdir ki, Cavabdeh Tərtər X5 İdarəsində müxtəlif işlərdə çalışmış, onun əlil olması onun iş davamiyyətinə, işlədiyi işin keyfiyyətinə təsir etməmişdir. Eləcə də iddiaçının Cavabdeh Tərtər X5 İdarəsində apardığı 7-ci dərəcəli texnik vəzifəsi ağır və zərərli işlərə aid edilməmişdir. Bununla yanaşı iddiaçının əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstə liklərinizə dair tibbi sənədlərin araşdırılması zamanı “əmək qabiliyyətsizdir” şəklində verilən əmək zəmanətinin “Yüngül işlərdə işləyə bilər” kimi qiymətləndirilməsi Tibbi sosial ekspert komissiyası tərəfindən məqsədəuyğun hesab edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir.

13. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində işlədiyi 7-ci dərəcə texnik vəzifəsi ağır və zərərli işlərə aid edilməmiş və onun yüngül işlərdə işləməsi mümkün hesab edilmişdir.

14. İddiaçının işdən çıxarılmasına səbəb kimi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbi ndən bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Tərtər X5 İdarəsinin rəhbərliyi bu tələblərə riayət etməmiş, geniş araşdırma aparmadan əmr verərək iddiaçını işdən azad etmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin 1, 2-ci hissələrinə, 70, 71-ci maddənin 3-cü, 74-cü maddənin 1-ci hissəsinin “c” bəndinə 83-cü maddnin 1-ci hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əs assızdır. Belə ki, məhkəmə iddiaçı tərəfin formal mülahizələrinə və ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Cavabdeh tərəfinən təqdim edilmiş sübutlara məhkəmə qiymət verməmişdir. İddiaçı 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir və onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Ona görə də onun işə bərpa edilməsi barədə olan qətnamə qanuni əsaslı sayılmamalıdır.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-577/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ədil Məmmədov-sədrlik edən və məruzəçi, Rəhman Muradov və Fikrət Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh nümayəndəsinin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı 2-ci qrup əlildir və əmək qabiliyyətsizdir.

21. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmədə tədqiq olunmuş, müvafiq icra hakimiyyəti orqanının verdiyi rəsmi sənədlərdə qeyd edilmişdir ki, iddiaçı 2-ci qrup əlil olsa da, “Yüngül işlərdə işləyə bilər” və Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 7-ci dərəcə texnik vəzifəsində işləmiş iddiaçının vəzifəsi idarənin 2023cü il üçün təsdiqlənmiş qulluqçuların ştat cədvəlinə əsasən qulluqçu kateqoriyasına aiddir və SOCAR Cavabdeh Tərtər X5 İdarəsi üzrə istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün 2021-ci ilin mart ayında aparılmış instrumental ölçmə işlərinin nəticəsinə əsasən texnik vəzifəsi ağır və zərərli işlərə aid edilməmişdir.

22. Göründüyü kimi, Cavabdeh nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillər rəsmi sənədlərlə təkzib olunmuşdur.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin qanuni əsaslar olmadan işəgötürən tərəfindən pozulmasının yolverilməzliyi və işəgötürənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər sə viyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək vəzifəsi daşımasıdır.

24. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, işçinin hüquqları işəgötürənin tərəfindən pozulmuşdur və məhkəmə də haqlı olaraq onun əmək hüquqlarını bərpa etmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1, 2-ci, 45-ci maddənin 1-ci hissələrinə, 74-cü maddənin “c” bəndinə, 288, 300-cü maddənin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd efilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçının əlil olması əsası ilə deyil, TSEK tərəfindən iddiaçının əməyə olan qabiliyyətinə zəmanət verilmədiyi üçün, yəni iddiaçı tərəf əmək qabiliyyətsiz olduğu üçün xitam verilmişdir.

28. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə, 3-cü maddənin 1 və 3-cü hissələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 35. (bənd 6) Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 12 (hissə1).Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublik asının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək;

32. Maddə 12 (hissə 2).İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

33. Maddə 45 (hissə 1). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

34. Maddə 74 (hissə 1. bənd c). Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: -qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaq ədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə.

35. Maddə 74 (hissə 2). Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi or qanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

36. Maddə

288. Əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən e dilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür.

37. Maddə 300 (hissə 1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdırar aq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-577/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar