Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3374/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Nümayəndə2 cavabdeh “Sosial Xidmətlər Agentliyi“ X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Nümayəndə2 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2025-ci il tarixli, 2(103)-4729/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixdə Sosial Xidmətlər Agentliyinin 19 saylı filialına mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-3/3-4-125/2025 nömrəli əmrə əsasən müəyyən edilir ki, “Şəki-Zaqatala regional filialı” bölməsində “mütəxəssis” vəzifəsində işləyən Nümayəndə2 ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Nümayəndə2 cavab deh “Sosial Xidmətlər Agentliyi“ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-17-3/3-4-125/2025 saylı, 27 yanvar 2025-ci il tarixli əmrin ləğv edilməsin, müvəqqəti əmək müqaviləsinin Əmək məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci bəndlərinə zidd olduğu üçün qanunsuz hesab edilməsi və onunla müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa olunmağına, Əmək müqaviləsinə xitam verildiyi 27 yanvar 2025-ci il tarixdən itirdiyi əmək haqqlarının ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006–cı il tarixdən müvafiq nazirliyin müxtəlif qurumlarında işləmişdir. 13 il 7 ay həmin qurumlarda dövlət qulluqçusu olaraq nazirliyin Qax rayon idarəsində çalışmışdır. 2021-ci il tarixdə nazirliyin struktur dəyişikliyi baş verdi və o, nazirliyin yanında SXA-da fəaliyyət göstərməyə başladı. Lakin rəhbərlik bildirdi ki, müqavilələr 3 ayda bir yenilənəcək və beləliklə o, müddətli müqaviləni imzalamalı oldu. Beləliklə, onunla xx.xx.2021-ci il tarixdən başlayaraq mütəmadi olaraq son müqaviləyə xitam verilənədək müvəqqəti müqavilələr bağlanılmışdır. Hər dəfə də o eyni vəzifəni icra etmişdir. Onun işi 18 yaşadək əlilliyi olan uşaqların qiymətləndirilməsi, repartiriant ailələri ilə iş, probasiya və penitensiar olunmuş şəxslərlə, şəhid ailələri ilə işlərin aparılması və ümumi olaraq bu işlər üzrə hesabatların hazırlanmasından ibarət olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə ona heç bir bir məlumat verilmədən müqaviləsinə xitam verilmişdir. Onu da bildirir ki, 19 il nazirliyin qurumlarında işlədiyi dövrdə işində heç vaxt bir nöqsanı olmayıb, həmişə işinə məsuliyyətli yanaşmışdır. O, cavabdehə xx.xx.2025-ci il tarixdə mediasiya təklifi göndərdi. Lakin onlar mediasiya təşkilatında da razılığa gələ bilmədilər, buna görə də o, məhkəməyə müraciət etməli oldu.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ülkər Xəlil) 2(004)-2996/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmuş, bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək M əcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilməmişdir. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun. Hazırkı halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hal lar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən, uzun illər həmin vəzifədə işləmiş iddiaçı ilə 1 aylıq sınaq müddəti olmaqla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onunla bağlamış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45.4, 47-ci maddəsinin f bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməni n ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda fəaliyyət göstərdiyi dövlət qulluğu vəzifəsinə “Dövlət Qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Nazirliyin tabeliyində DSMF X3n Qax rayon filialına ştatdankənar işçisi təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Fondun 16 saylı regional ərazi filialına ştatdankənar referent vəzifəsinə keçirilmişdir. İddiaçının öz ərizəsi əsasında xx.xx.2021-ci il tari xində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında iddiaçı ilə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən qarşılıqlı razılıq əsasında əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq iddiaçı Agentliyin 19 saylı filialına (mövcud Şəki-Zaqatala regional filialı) mütəxəssis vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 3 il 6 ay olmuşdur. İddiaçı iddia ərizəsində xx.xx.2025-ci il tarixdə ona heç bir məlumat verilmədən əmək müqaviləsinə xitam verildiyini göstərmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi bu halı sübuta yetirib yetirməməsi ilə bağlı hər hansı bir mövqe bildirməmiş, Agentliyin iddiaçını xx.xx.2025-ci il tarixdə məlumatlandırması ilə bağlı bildirişi nəzərə almamışdır. Bu səbəbdən də cavabdeh apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Fuad Abdıyev)19 avqust 2025-ci il tarixli, 2(103)-4729/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2996/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakt eri ilə bilavasitə bağlıdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Bütün bunlara baxmayaraq işəgötürən, uzun illər həmin vəzifədə işləmiş iddiaçı ilə 1 aylıq sınaq müddəti olmaqla, 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onunla bağlanmış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə hər dəfə 3 aylıq müddətə bağlanan əmək müqaviləsinin müddətinin bitməsi işin xarakteri və şərtləri ilə deyil, cavabdehin iradəsi ilə bağlı olmuş, faktiki olaraq iddiaçı ilə daimi i ş münasibətləri formalaşmışdır. Bu baxımdan müddətli əmək müqaviləsinin ardıcıl olaraq bir neçə dəfə bağlanması işçi ilə işəgötürən arasında müddətsiz əmək münasibətinin yaranması kimi qiymətləndirilməlidir. Belə olan halda əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Əmək Məcəlləsinin qeyd olunan münasibətləri tənzimləyən normalarının tələblərinə uyğun hesab edilə bilməz. Ümumiyyətlə isə işin mübahisə olunmayan hallarından da göründüyü kimi, iddiaçının eyni və ya oxsar ixtisas üzrə eyni nazirliyin tabe qurumlarında 13 ildən artıq iş təcrübəsi olan iddiaçı ilə, həm də sınaq müddəti ilə müddətli əmək müqaviləsinin bağlanması anlaşılan deyildir.
13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının məhkəmə iclasında tədqim etdiyi sənədə əsasən müəyyən olur ki, xx.xx.2025-ci tarixdə onun yerinə başqa işçi həmin vəzifəyə təyin olunmuşdur. Bu isə onu göstərir ki, iddiaçının əmək müqaviləsinə əsassız olaraq “müddətin başa çatması” bəhanəsi ilə xitam verilib. Əgər işin xarakterinə görə müqaviləyə xitam verilmiş olsaydı, onda məntiqi olaraq həmin vəzifəyə yeni işçi qəbul edilməli deyildi.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bundan başqa, ƏM-in 73-cü maddəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etməzsə, həmin əmək müqaviləsi müqavilədə göstərilən müddətə uzadılır və ya həmin Məcəllənin 45-ci maddəsinin 5-ci bəndində müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Hazırk ı işdə cavabdehin iddiaçını ƏM-in 73-cü maddəsində müəyyən olunmuş qaydada qabaqcadan xəbərdar etməsi də müəyyən olunmamışdır. Demək ki, cavabdehin iddiaçı barəsində xx.xx.2025-ci il tarixli mübahisələndirilən əmri aşkar qanunsuz olmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.3, 45.4, 45.5, 47, 68, 73.1, 85.1, 87.5, 296.2, 296.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi və ya işin yenidən araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırmamış, yalnız birinci instansiya məhkəməsinin mövqeyi ilə kifayətlənmiş, kifayət qədər əsaslandırma aparmamışdır. Məhkəmənin qanunvericilik normalarını yanlış şərh edərək, normaları qanunvericiliyə zidd şəkildə tətbiq etməsi qətnamənin əsaslandırma hissəsindən aydın görünür.Apellyasiya məhkəməsi əsassız olaraq və işin faktiki hallarını nəzərə almadan iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmiş, qanunvericilik normalarının tətbiqində ciddi pozuntulara yol vermişdir. Məhkəmənin cavabdehə münasibətdə qanunvericilik normalarında nəzərdə tutulmayan öhdəliklər müəyyən etməsi işin obyektiv həllinin həyata keçirilmədiyini, məhkəmənin qərəzli mövqeyini təsdiq edir.
18. Apellyasiya instansiyası məhkəməsi qanunvericilik normalarını pozaraq və işi hər tərəfli araşdırmadan, iddia ərizəsinin təmin olunması ilə bağlı əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qanunvericilik normalarını yanlış şərh etmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlamaq mümkündür. Cari işdə iddiaçı ilə bağlanmış müddətli əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı əsasında imzalanmış, iddiaçı hər dəfə müqaviləni təsdiq etmişdir. Məhkəmənin yalnız işin “daimi xarakter” daşıdığını əsas gətirməsi və müqaviləni qanunsuz hesab etməsi Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə zidd olaraq sübutların obyektiv qiymətləndirilməməsi deməkdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 9, 88, 217.1, 217.3 və 220.4-cü maddələrinə zidd olaraq verilmiş, qanunvericilik normalarının yanlış şərh olunması, sübutların obyektiv qiymətləndirilməməsi, əsassız öhdəliklərin tələb olunması və uyğun olmayan hüquqi istinadların tətbiqi ilə ədalətli mühakimə prinsiplərini kobud şəkildə pozmuşdur. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9,77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur.
19. Məhkəmə faktiki halları təhrif etmiş və sübutları qiymətləndirməmişdir. Sosial Xidmətlər Agentliyinin hüquqi varis olmadığı açıq şəkildə qətnamədə göstərilmişdir, lakin Məhkəmə bu faktı nəzərə almamış, işçinin əvvəlki vəzifəsi ilə müqayisədə daimi iş münasibətlərinin mövcud olması ilə bağlı əsassız nəticəyə gəlinmiş, nəticədə işin obyektiv araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı prosessual prinsiplər kobud şəkildə pozulmuşdur. Bu hallar Məhkəmənin prosessual norma tələblərini ciddi şəkildə pozduğunu və məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğunu açıq şəkildə sübut edir.
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qanuni öhdəliyini icra etməsinə baxmayaraq, əlavə olaraq kağız daşıyıcıda xəbərdarlığın edilməsini tələb etmişdir. Bu, məhkəmənin səlahiyyətlərinin aşılması və tərəflərin hüquqlarının pozulması hesab olunmalıdır. Qanuni prosedura uyğun icra edilmiş öhdəliklərin əvəzində yeni və əsassız tələblərin irəli sürülməsi, prosessual hüququn kobud şəkildə pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək,apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Res publikasının Əmək Məcəlləsi
22. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
23. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
24. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
25. Maddə 47.f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
26. Maddə
68. Əmək müqa viləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
27. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmə diyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
28. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
29. Maddə 85.1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilm əsinə yol verilmir.
3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.
30. Maddə 87.5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.
31. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, q ərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məh kəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini tə şkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Qeyd olunm alıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4729/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.