Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3376/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14500/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Zaur Hacıyev) 2(008)-467/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 5199 saylı kredit müqaviləsi üzrə 6023,21 ABŞ dolları məbləğində əsas borc, 118 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları cərimə, xx xxxxxx 2015-ci il tarixli 5200 saylı kredit müqaviləsi üzrə 3964,73 ABŞ dolları məbləğində əsas borc, 78 ABŞ dolları məbləğində faiz borcu, 10 ABŞ dolları məbləğində cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 10213,94 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti o lan Cavabdeh məxsus “X5 Prado” markalı **-ZH-*** (köhnə nömrəsi **-VV-***) dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009-cu il, JTEBX3FJ3A5000841 ban, ******* mühərrik, universal tipli, ağ avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 10213,94 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2018-ci il tarixə 5199 saylı kredit müqaviləsi üzrə qalan 7060 ABŞ dolları əsas borc, 118 ABŞ dolları faiz borcu, 553 ABŞ dolları gecikmə faiz borcu; 5200 saylı kredit müqaviləsi üz rə qalan 4807 ABŞ dolları əsas borc, 78 ABŞ dolları faiz borcu, 407 ABŞ dolları gecikmə faiz borcu olmaqla, ümumilikdə 13023 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “Toyota Prado” markalı, ağ rəngli, buraxılış ili 2009-cu il olan, **-ZH-*** (köhnə nömrəsi **-VV-***) dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə olunmuş pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul e dilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondukasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kasasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 məhkəmə kolegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kolegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin təmin edilən hissədə cavabdeh qətnamədən apelyasiya şikayəti verməmiş, qətnaməni mübahisələndirməmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissəsi hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Əsaslandırma: Məhkəmə kolegiyası məruzəçini, iddiaçın ın vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 5199 №-li və 5200 №-li kredit müqavilələrinə əsasən Bank borcalana avtomobil alınması məqsədilə 36 ay müddətinə illik istifadə haqqı 20 % hesabı ilə 12500 ABŞ dolları və 8200 ABŞ dolları məbləğində kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqavilələrindən irəli gələn öhdəliklə rin təminatı olaraq cavabdehə məxsus ipoteka predmeti Bank qarşısında ipoteka ilə yüklü edilmiş və yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, xx.xx.2018-ci il tarixə borcalanın Banka 5199 saylı kredit müqaviləsi üzrə banka olan borcunun miqdarı 7060 ABŞ dolları əsas, 118 ABŞ dolları faiz, 553 ABŞ dolları gecikmə faiz borcu olmaqla, cəmi 7731 ABŞ dolları, 5200 saylı kredit müqaviləsi üzrə banka olan borcunun miqdarı 4807 ABŞ dolları əsas, 78 ABŞ dolları faiz, 407 ABŞ dolları gecikmə faiz borcu olmaqla, cəmi 5292 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 22762 №-li ekspert rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəs aitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və xx xxxxxx 2015-ci il tarixli 5199 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx xxxxxx 2018-ci il tarixə banka olan əsas borcu 6023,21 ABŞ dolları, faiz borcu 186,18 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli 5200 saylı kredit müqaviləsi üzrə isə xx xxxxxx 2018-ci il tarixə banka olan əsas borcu 3964,73 ABŞ dolları, faiz borcu 96,54 ABŞ dolları müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq işin müəyyən edilmiş hallarına 385.1, 425.1, 427.3, 443, 448, 449.4, 462.1, 467, 739, 741, 742.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada i cra etmədiyi üçün həmin müqavilədən yaranan və ekspert rəyi ilə müəyyən edilən əsas, maliyyə arayışına əsasən müəyyən olunmuş faiz borcu və azaldılmış cərimə borcu bankın xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayan iddiaçı bankın ləğvedicisi qətnamədən kasasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçı ekspert rəyini mübahisələndirsə də, rəy kifayət qədər əsaslandırıldığından, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar olmadığından təkrar ekspertizanın keçirilməsi zəruri hesab edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgü n olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilməyən hissəsində ləğvi üçün əsas ola bilməz. Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərə findən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Mə hkəməsi mülki kolegiyasının 2(103)-14500/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3376/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3376/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver