Məhkəmə qərarları › İş №2(102)-3376/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3376/2022

06.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3376/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin ləğvinə dair sazişin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(103)450/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinə 06 sentyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları İddiaçı Bakı şəhə ri, X ilə cavabdeh X arasında notarial qaydada təsdiq edilməklə 25 iyul 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən X mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.metr qeyriyaşayış sahəsinin 401,3 kv.metr hissəsini 250.000.000 manata (AZM), (hazırki 50.000 manata) X satıb. Həmin müqaviləyə əsasən 50.000 manat iddiaçı tərəfindən X ödənilib. X satdığı əmlakı X balansına keçirməkdən imtina etdiyi üçün bələdiyyə tərəfindən X verilmiş 50.000 manat pulun geri qaytarılması şərti ilə alqı-satqı müqaviləsinin ləğvinə razılaşıb və notarial qaydada təsdiq edilmiş 15 mart 2017-ci il tarixli sazişlə alqı-satqı müqaviləsi ləğv edilib. Həmin müqavilənin şərtinə əsasən X2 bələdiyyəsindən almış olduğu 50.000 manat pulu bələdiyyəyə qaytarmalı idi. 2 018-ci ilin fevral ayında X ölüb. Hazırda həmin əmlakın miras olaraq mərhumun vərəsələrdən hansının qəbul etməsi məlum deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı şəhəri, X cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X adına olan X küçəsi, 01 saylı ünvanda yerləşən 17 saylı bazarın vərəsəliyinin müəyyən edilməsi üçün mərhumun oğlu Cavabdeh və mərhumun arvadından və ya Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğulanaraq müəyyənləşdirilməsi, cavabdeh şəxsdən vərəsəlik hüququ olan Bakı şəhəri, X ilə cavabdehX arasında bağlanmış və Bakı şəhəri, 02 saylı Dövlət Notariat Kontorunda 15 mart 2017-ci il tarixdə qeydə alınmış X mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.metr qeyri-yaşayış sahəsinin 401,3 kv.metrinin 250.000.000 manat (AZM) (hazırda 50.000 manat) X bələdiyyəsinə satılmasına dair sazişin etibarsız hesab edilməklə, vəsaitin bələdiyyə büdcəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, 2018-ci ilin fevral ayında X öldükdən sonra, tərəflər arasında olan mübahisəli məhkəmə prosesi bazara aid vərəsəlik hüququ müəyyənləşənədək təxirə salınıb. Vərəsə artıq müəyyən olunmuş, lakin onlara məlum olmayan səbəblərdən varis mərhum X1 Fərzəliyev və mərhumun arvadı vərəsəliyin kimə məxsus olmasını onlara dəfələrlə müraciət olunmasına baxmayaraq gizlətmişlər. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gə ldiyi nəticəni onunla əsaslandırıb ki, işin mübahisələndirilən halı, iddiaçıya müqavilə ləğv olunan zaman ödənilməli olan pulun cavabdeh tərəfindən ödənilməməsidir. Məhkəmə iddiaçının iddiasına ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməsini zəruri hesab edir. Belə ki, iddia tələbi Cavabdeh qarşı yönəlsə də, mübahisə predmetini təşkil edən saziş cavabdehin atası X bağlayıb. Cavabdeh iddiaçının iddia tələbinə cavab verməli olan şəxs olmadığından hazırki iş üzrə iddiaçı ona qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmayıb. Başqa sözlə, iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da onun Cavabdeh tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhb ət gedə bilməz. İşin faktiki hallarından və iddia ərizəsindən görünür ki, X ölüb və mübahisə obyekti olan 17 saylı Bazarın sahibinin hal-hazırda kim olması müəyyən edilməyib. Beləliklə, iddiaçının hazırki iş üzrə Cavabdeh nəyisə tələb etməklə bağlı subyektiv hüququ olmadığından iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 50.3, 54.1 və 54.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnamə si ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, Cavabdeh 50.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməklə səhv nəticəyə gəlib. Belə ki, iddiaçı ilə X arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş, 15 mart 2017-ci il tarixdə qeydə alınmış müqavilənin ləğvi barədə sazişə əsasən, ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.metr qeyri-yaşayış sahəsinin 401,3 kv.metrinə görə ödənilmiş məbləğ Bakı şəhəri, X geri qaytarılmayıb. Tərəflər arasında bağlanmış 15 mart 2017-ci il tarixli sazişdə göstərilən 50.000 manat pul vəsaitinin Bakı şəhəri, X qaytarılmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyil, belə bir sübutu Cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də Bakı Apellyasiya Məhkəməsinə təqdim etməyib. Dəfələrlə məhkəmə iclaslarına çağırılması barədə bildirişlər və məlumatların göndərilməsinə baxmayaraq Cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclaslarına gəlməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 324.1, 324.4, 324.5, 390.1, 390.2, 394, 421.1 və 421.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verə rək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov sədrlik edən, məruzəçi, M.Əhmədova və Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya icraatı zamanı məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu ünvanlayaraq X ölümündən sonra onun miras qalmış əmlakın vərəsələri tərəfindən qə bul edilib-edilməməsi barədə məlumat verilməsini xahiş edib və sorğuya Ədliyyə Nazirinin 20 noyabr 2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, elektron notariat informasiya sistemindəki 19 noyabr 2020-ci il tarixədək olan məlumata əsasən X əlaqədar vərəsəlik hüququnun rəsmiləşdirilmədiyi müəyyən edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, idd ianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov sədrlik edən, məruzəçi, G.Quliyev və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 sentyabr 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 17 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən söz ügedən qeyri-yaşayış sahəsi vərəsəlik qaydasında Cavabdeh adına qeydiyyatdan keçib və hazırda mülkiyyətindədir. "xxxx" MMC 14 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarın 401,3 kv.metr hissəsinin bazar dəyəri 950 000 manat, likvid dəyəri isə 900 000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, E.C.Kazımov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, Cavabdeh 50.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, hazırda iddiaçı müqavilənin (sazişin) tələblərinin cavabdeh, yəni X oğlu tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək sözügedən Sazişin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə çıxış edib. İddia tələbi iki hissədən: 15 mart 2017-ci il tarixli Sazişin etibarsız hesab edilməsindən və 2018-ci ilin fevral ayında vəfat etmiş X və vərəsəsi Cavabdeh ödənilmiş pul vəsaitinin geri qaytarılmasından ibarətdir. İddiaçı Sazişin etibarsızlığı ilə bağlı iddia ərizəsində və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməyib. Məhkəməyə sazişin etibarsızlığını şərtləndirə biləcək hər hansı sübut təqdim edilməyib və mülki iş materiallarında belə bir hal aşkar edilməyib. Cavabdeh tərəfdən 50.000 manat pul vəsaitinin tutulmasına dair iddiaya münasibətdə iddia əsaslıdır. Belə ki, 15 mart 2017-ci il tarixli Sazişin şərtləri əsasında X öz üzərinə düşən öhdəliyi yerinə yetirib, yəni, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 401,3 kv.metr olan qeyri-yaşayış sahəsini X qaytarıb və qeyri-yaşayış sahəsi 21 aprel 2017-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyatdan keçib. Lakin, X tərəfindən Saziş üzrə qeyri-yaşayış sahəsinin qaytarılması ilə bağlı ödənilmiş 50.000 manat pul vəsaiti X qaytarılmayıb. 17 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə qeyri-yaşayış sahəsinin X qalmış miras əmlak olaraq Cavabdeh tərəfindən rəsmi qəbul edilməsi öz təsdiqini tapır. Belə olan halda, mərhum X 15 mart 2017-ci il tar ixli Müqavilənin ləğvi barədə Sazişin şərtləri üzrə X qaytarmalı olduğu 50.000 manat pul vəsaiti miras əmlak həcmində vərəsə Cavabdeh tutulub X qaytarılmalıdır. Cavabdeh tutulacaq 50.000 manat pul vəsaitinin miras əmlakın həddində olub-olmaması müəyyənləşdirilərkən əmlak 2002-ci ildə alqı-satqı müqaviləsi bağlanarkən 50.000 manat dəyərində qiymətləndirilib. Mütəxəssis rəyinə əsasən əmlakın bazar dəyəri 950.000 manat, likvid dəyəri isə 900.000 manat təşkil etdiyindən, 50.000 manat pul vəsaiti miras əmlakın dəyərinin yalnız müəyyən hissəsini təşkil edir və həmin məbləğin Cavabdeh tutulması mülki qanunverciliyin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 339.1, 339.2, 1151.1, 1306.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib və kassasiya şikayətini onunla əsaslandırıb ki, mərhum X onun adına olan ünvan 3 ünvanda yerləşən 17 saylı bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bakı şəhəri, Xmüvafiq ticarət işlərinin aparılması üçün 17 saylı bazarda olan 668 kv.metr qeyri-yaşayış sahəsinin 401.3 kv.metrini 250.000.000 manata (AZM) (hazırki qiyməti 50.000 manat) X satılmasına dair saziş bağlanıb. Göründüyü kimi, mübahisə s ahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs ilə bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün saziş bağlayan hüquqi şəxs olan X arasında baş verən kommersiya mübahisəsidir. İş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğundan işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməs i nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdimübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqdbağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu d axildir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki Prsessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə ba xarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı Bakı şəhəri, X ilə cavabdeh X arasında notarial qaydada təsdiq edilməklə 25 iyul 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən X mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 66 8 kv.metr qeyriyaşayış sahəsinin 401,3 kv.metr hissəsini 250.000.000 manata (AZM), (hazırki 50.000 manata) X satıb. Həmin müqaviləyə əsasən 50.000 manat iddiaçı tərəfindən X ödənilib. X satdığı əmlakı X balansına keçirməkdən imtina etdiyi üçün bələdiyyə tərəfindən X verilmiş 50.000 manat pulun geri qaytarılması şərti ilə alqı-satqı müqaviləsinin ləğvinə razılaşıb və notarial qaydada təsdiq edilmiş 15 mart 2017-ci il tarixli sazişlə alqı-satqı müqaviləsi ləğv edilib. Həmin müqavilənin şərtinə əsasən X2 bələdiyyəsindən almış olduğu 50.000 manat pulu bələdiyyəyə qaytarmalı idi. 2018-ci ilin fevral ayında X ölüb. Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 sentyabr 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 17 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi vərəsəlik qaydasında Cavabdeh adına qeydiyyatdan keçib və hazırda mülkiyyətindədir. "xxxx" MMC 14 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarın 401,3 kv.metr hissəsinin bazar dəyəri 950 000 manat, likvid dəyəri isə 900 000 manat təşkil edir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin ö zü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdimübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqdbağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, hazırda iddiaçı müqavilənin (sazişin) tələblərinin cavabdeh, yəni X oğlu tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək sözügedən Sazişin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə çıxış edib. İddia tələbi iki hissədən: 15 mart 2017-ci il tarixli Sazişin etibarsız hesab edilməsindən və 2018-ci ilin fevral ayında vəfat etmiş X oğlu və vərəsəsi Cavabdeh ödənilmiş pul vəsaitinin geri qaytarılmasından ibarətdir. İddiaçı Sazişin etibarsızlığı ilə bağlı iddia ərizəsində və apellyasiya ş ikayətində göstərilən halları sübuta yetirə bilməyib. Məhkəməyə sazişin etibarsızlığını şərtləndirə biləcək hər hansı sübut təqdim edilməyib və mülki iş materiallarında belə bir hal aşkar edilməyib. Cavabdeh tərəfdən 50.000 manat pul vəsaitinin tutulmasına dair iddiaya münasibətdə iddia əsaslıdır. Belə ki, 15 mart 2017-ci il tarixli Sazişin şərtləri əsasında X öz üzərinə düşən öhdəliyi yerinə yetirib, yəni, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 401,3 kv.metr olan qeyri-yaşayış sahəsini X qaytarıb və qeyri-yaşayış sahəsi 21 aprel 2017-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyatdan keçib. Lakin, X tərəfindən Saziş üzrə qeyri-yaşayış sahəsinin qaytarılması ilə bağlı ödənilmiş 50.000 manat pul vəsaiti X qaytarılmayıb. 17 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə qeyri-yaşayış sahəsinin X qalmış miras əmlak olaraq Cavabdeh tərəfindən rəsmi qəbul edilməsi öz təsdiqini tapır. Belə olan halda, mərhum X 15 mart 2017-ci il tarixli Müqavilənin ləğvi barədə Sazişin şərtləri üzrə X qaytarmalı olduğu 50.000 manat pul vəsaiti miras əmlak həcmində vərəsə Cavabdeh tutulub X qaytarılmalıdır. Cavabdeh tutulacaq 50.000 manat pul vəsaitinin miras əmlakın həddində olub-olmaması müəyyənləşdirilərkən əmlak 2002-ci ildə alqı-satqı müqaviləsi bağlanarkən 50.000 manat dəyərində qiymətləndirilib. Mütəxəssis rəyinə əsasən əmlakın bazar dəyəri 950.000 manat, likvid dəyəri isə 900.000 manat təşkil etdiyindən, 50.000 manat pul vəsaiti miras əmlakın dəyərinin yalnız müəyyən hissəsini təşkil edir və həmin məbləğin Cavabdeh tutulması mülki qanunverciliyin tələbl ərinə uyğundur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, mübahisələndirilən hissədə iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil e dən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araş dırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(103)-450/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar