Məhkəmə qərarları › İş №2(102)-3376/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3376/2024

15.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3376/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “XXX adına X3” X14 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “XXX adına X3” X12rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2043/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi XXX adına X1 Pulmonologiya elmi bölməsinin 1,0 ştat vahidi kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci ildə “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə k eçirilmişdir.

2. İşəgötürənin xx.xx.2023-cü il tarixli 118-K nömrəli əmri ilə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü ildən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunub. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi XXX adına X2 (bundan sonra “cavabdeh”, “işəgötürən” və ya “İnstitut”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə işəgötürənin xx.xx.2023-cü il tarixli, 118-K saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə – şöbə müdiri vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə işdən azad olunmasına dair əmr iddiaçıya elan olunmuş, lakin həmin əmr ona təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə əmrin ona təqdim edilməsi barədə sorğu verilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçının şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etdiyi, onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu bildirilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə İnstitutda baş həkimin və direktorun təşəbbüsü ilə Həmkarlar İttifaqının iştirakı ilə iclas təşkil olunmuş, 69 nəfərdən ibarət olan geniş iclasda iddiaçının və onun hüquqlarını təmsil edən vəkil X4 iştiraklarına icazə verilməmiş və kobud şəkildə iclası tərk etmələri bildirilmişdir. Həmin iclasda aidiyyəti olmayan şəxslərdən başqa, İnstitutun baş həkimi və direktoru da iştirak etmişlər. Halbuki qeyd olunan iclasda yalnız iddiaçı və onun nümayəndəsi, digər tərəfdən şöbə müdirləri və işçilər arasında olan anlaşılmazlıqlar müzakirə olunmalı idi. xx.xx.2023-cü il tarixdə yeni bir məzmunda sorğu verilərək iddiaçının işdən azad olunmasına dair əmrin qısa məzmunda şifahi qaydada elan olunmasına baxmayaraq, sorğuya cavabda iddiaçının İnstitutda şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etməsi, onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olması bildirilməsinə aydın lıq gətirilməsi xahiş edilmişdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə İnstituta çağırılaraq ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi bildirilmiş və əmr şəxsən təqdim edilmişdir. Əmrlə tanış olarkən müəyyən edilmişdir ki, iddiaçının vəzifədən azad olunması və əmək müqaviləsinin xitam verilməsinə səbəb və əsas olaraq Komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və İnstitutun HİK-nin xx.xx.2023-cü il tarixli iclas protokolu qeyd edilmişdir. Bununla bağlı İnstitutun rəhbərliyinə sorğu verilərək həmin sənədlərin təqdim olunması xahiş edilmişdir. Lakin həmin sənədləri əldə etmək mümkün olmamışdır.

6. İddiaçının işdən azad olunmasına dair əmrdə əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə xitam verilməsi göstərilsə də, konkret olar aq hansı öhdəliklərini icra etməməsi açıqlanmamış və ona şifahi olaraq bildirilməmişdir. İşlədiyi dövr ərzində çalışdığı kollektivlə, həmçinin əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı iddiaçının heç bir problemi olmamışdır. Lakin son zamanlar, rəhbərliyin göstərdiyi təzyiq nəticəsində iş kollektivində iddiaçıya qarşı aqressiv və qərəzli münasibətlər sərgilənmiş, bunun nəticəsində də əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə iddiaçını qanunsuz olaraq XXXX əvəz etmişdir. Bu halı həmin dövr ərzində XXXXnin imzaladığı epikrizlərdən də müşahidə etmək olardı. Bundan başqa, iddiaçının İnstitutda işlədiyi dövrdə çalışdığı İnstitutun direktoru XXX iddiaçı ilə əlaqə saxlamaqla öz ərizəsi əsasında onun işdən çıxmasını təklif etmiş, lakin iddiaçı buna razı olmamışdır.

7. İddiaçı məhkəmə baxışında əlavə olaraq bildirmişdir ki, 6 mart 2023-cü ildə iclas zamanı İnstitut direktorunun onun işdən azad edilməsini elan etməsini təsdiq edən audioyazı vardır. Audioyazını iclasda açıq şəkildə telefonu ilə qeydə almış və həmin audioyazıda audioyazını qeydə aldığını elan etdiyi öz əksini tapmışdır. Həmin iclas hər gün keçirilən 5 dəqiqəlik səhər iclası olmuşdur. Həmin iclaslarda şöbə müdirləri iştirak edərək xəstələr və ümumi məlumatları müzakirə edirdilər.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

9. Birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi audioyazı dinlənilmişdir.

10. Cavabdehin nümayəndəsi iddiaya etiraz e tmiş, etirazını belə əsaslandrımışdır ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetimədiyinə görə işdən azad edilmişdir. İddiaçının rəhbəri olduğu şöbənin işçiləri tərəfindən direktora müraciətdə iddiaçının şöbədə yol verdiyi qanunsuzluqlar, əmək müqaviləsindən kənar hərəkətlər və digər pozuntular barədə araşdırılma aparılması xahiş edilmişdir. İşəgötürənin müvafiq əmri ilə iddiaçının fəaliyyətinin araşdırılması ilə bağlı komissiya yaradılmış, həmin komissiyaya iddiaçının fəaliyyətinin araşdırılması və arayış təqdim edilməsi tapşırılmışdır. Arayış işəgötürənə təqdim edildikdən sonra arayışın müzakirə olunması, eyni zamanda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə verilmiş dir. Komitənin iclasına iddiaçı da dəvət edilmiş, iddiaçı nümayəndəsi ilə birlikdə iclasa gəlmiş, nümayəndənin etibarnaməsində Komitənin iclasında iştirak etmə səlahiyyəti nəzərdə tutulmadığından nümayəndə iclasdan kənarlaşdırılmışdır. İddiaçı özü də müzakirədə iştirak etməmişdir. Komitənin ümumi yığıncağının qərarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının işdən azad edilməsinə razılıq verilmiş, bundan sonra 28 mart 2023-cü il tarixli əmrlə iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə xx.xx.2023-cü il tarixində işdən azad edilmişdir. İddiaçı həmin əmrlə tanış olmuş, ona son haqq-hesab verilmişdir. X7 imzası vardırsa, iddiaçı həmin epikrizləri imzalamaqdan imtina etmişdir. 4 mart 2023-cü il tarixdə olan müraciətlə bağlı iddiaçının izahatının alınmama sının səbəbi o olmuşdur ki, komissiyanın araşdırmasından sonra arayış tərtib edildikdən sonra arayış iddiaçıya təqdim edilmiş, iddiaçı izahat verməkdən imtina etmişdir. Müraciətlə bağlı iddiaçı ilə şifahi şəkildə söhbətlər aparılmışdır. 6 mart 2023-cü il tarixdə iddiaçının işdən azad edilməsi barədə əmr mövcud deyildir. İnstitutun direktoru ölkə xaricində olduğundan həmin audioyazı ilə tanış ola bilməmişdir. İddiaçıdan gecikmələrlə bağlı izahat alınmamasının səbəbi iddiaçıya intizam tənbehinin verilməsinin nəzərdə tutulmaması olmuşdur. İddiaçı həmin aktı mübahisələndirməmişdir. Xəstə epikrizlərinin imzalamaq səlahiyyətlərinin XXXXya ötürülməsi ilə bağlı əmr olmamış, xidməti məktub olmuşdur. Dinlədiyi audioyazıda əmrin elan edilməsi ilə bağlı qeyd edilməlidir ki, hətta belə bir əmr elan olu nmuş olsaydı belə, nə qədər ki, həmin əmr yazılı tərtib edilməmişdir, onun heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının epikrizləri imzalamaqdan imtina etməsi ilə bağlı ondan izahat alınmaması və inzibati tənbeh verilməməsinin səbəbi ilə odur ki, bu, işəgötürənin hüququ olmuşdur. Bundan başqa iddiaçının müxtəlif vaxtlarda gecikmələri ilə bağlı yalnız bir akt tərtib edilmişdir. Gecikmələrlə bağlı iddiaçıya xəbərdarlıq edilməmiş, töhmət verilməmiş, ondan şifahi izahat alınmışdır. Aparılmış araşdırma ilə bağlı arayışla tanış olması üçün iddiaçı dəvət edilmiş, lakin iddiaçı izahat verməkdən imtina etmiş və bununla bağlı akt tərtib edilmişdir.

11. İddiaçı cavabdehin nümayəndəsinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, fəaliyyəti ilə bağlı aparılmış araşdırmaya dair arayışla tanış deyildir. Həmkarl ar İttifaqı Komitəsinin iclasından vəkili çıxarıldığından, o da onunla birlikdə çıxmışdır. Vəkilinin Həmkarlar İttifaqı Komitəsinin iclasından çıxarılma səbəbini bilməmişdir. Son haqq-hesabda 29 mart 2023cü il tarixə qədər olan əmək haqqını da almışdır. Ona fəaliyyəti ilə bağlı aparılmış araşdırmaya dair arayış təqdim edilməmişdir və izahat verməkdən də imtina etməmişdir. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində gecikmələrlə bağlı isə qeyd edilməlidir ki, həmişə işə vaxtında gəlib-getmiş və gecikmələr olmamışdır. Bütün bunlar əmrin özü-özlüyündə etibarsızlığına dəlalət etmişdir.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi bildirmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin azad edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Hazırkı mübahisələndirilən əmrdən isə görünür ki, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinin zəruriliyi əsaslandırılmamışdır.

13. Birinci instansiya məhkəməsində Şahid1 bildirmişdir ki, iddiaçı cavabdeh təşkilatda şöbə müdiri olaraq işləmişdir. O, isə həmin təşkilatda mühafizəçi olaraq işləmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməmək üçün öz xahişi ilə 1 aprel 2023-cü il tarixdə ərizə yazaraq işdən çıxmışdır. Lakin həmin təşkilata bir də gəlməyəcəyinə dair ərizə yazmaqdan imtina etdiyi üçün əmək kitabçası ona təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçın ın işdən çıxarılması ilə bağlı mühafizə rəisi onlara məlumat vermişdir. Öncədən də iddiaçının işdən çıxarılacağı ilə bağlı şayiələr yayılmışdı. İddiaçının mühafizə rəisi ilə tabeçilik əlaqələri olmamışdır. Mühafizə rəisi iddiaçının işdən çıxarılması ilə bağlı əmrin surətini onlara göstərməmişdir. Mühafizəçilərdən bir nəfər qəbul şöbəsində, bir nəfər isə inzibati şöbədə dayanmışdır. Orada giriş-çıxış barmaq izləri ilə aparılmışdır. Gecikmələri müdiriyyət özü müəyyən etmişdir. Həkimlər üçün iş vaxtı saat 9-da başlamışdır. İddiaçı həmişə vaxtında işə gəlibgetmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən sonra həkim kimi gəlib-getmişdir.

14. Birinci instansiya məhkəməsində Şahid2 bildirmişdir ki, iddiaçının vəzifəsindən qeyri-qanuni azad edilməsi ilə bağlı şayiələr yayılmışdı. Daha sonra iclas keç irilmiş və ona işdən azad edilməsi bildirilmişdir. İddiaçının işdən çıxarılması 5 dəqiqəlik iclasda elan olunmuşdur. Özü xx.xx.2023-cü il tarixdə işdən çıxmışdır. İşə gecikən və işə gəlməyən şəxslər barəsində məlumat vermək, işə gecikən şəxslərin qapıda saxlanılaraq bu barədə rəhbərliyə məlumat vermək, xüsusi aparat vasitəsi ilə şəxsin gecikdiyini sübut etmək və ya bu barədə akt tərtib etmək onun səlahiyyətinə daxil deyildir. İddiaçının nə zaman işdən çıxarıldığını xatırlamır. İddiaçının binaya buraxılmaması ilə bağlı onlara göstəriş verilməmişdir. İddiaçının işə gecikməsi barədə məlumat eşitməmişdir.

15. Birinci instansiya məhkəməsində Şahid3 bildirmişdir ki, onlar 5 nəfər olmaqla mühafizə ximdətindən işdən çıxarılmışlar. Belə ki, onları bezdirdiklərindən işdən çıxmalı olmuşlar. O, həmin təşkilatda 2 il 3 ay mühafizəçi olaraq işləmiş və 2023-cü ilin aprel ayında işdən çıxmışdır. Əmək kitabçaları onlara yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdən sonra verilmişdir. İşdən qovulan işçinin işə buraxılmaması ilə bağlı onlara tədbir görmək tapşırılmışdı. İddiaçının işdən çıxarılması ilə bağlı və işə buraxılmaması barədə növbə rəisi tapşırıq vermişdi. İclas keçirəndə o və mühafizə rəisi dəhlizdə olmuşar. Bir işçi xanım onlara yaxınlaşaraq konfrans zalından kənar bir şəxsi çıxartmaq lazım olduğunu bildirmiş və həmin vaxt iddiaçı orada yox idi, artıq işdən azad edilmişdi. İddiaçının işdən azad edilməsi ilə bağlı iclas keçirilmiş, iddiaçının binaya buraxılmaması ilə bağlı onlara göstəriş verilməmişdir.

16. Birinci instansiya məhkəməsində Şahid4 bildirmişdi r ki, 1 il 8 ay İnstituda mühafizəçi kimi işləmişdir. 2023-cü ilin mart ayının sonu işdən çıxmışdır. İddiaçı 5 və ya 6 mart tarixində işdən çıxarılmışdır.

17. Birinci instansiya məhkəməsində iş materiallarında olan diskdə əks edilmiş səs yazısına qulaq asılmış və müəyyən edilmişdir ki, “5 dəqiqəlik” iclasda patologiya şöbəsinin müdiri İddiaçı öz vəzifə öhdəliyini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna, əmək fəaliyyəti zamanı yol verdiyi ciddi nöqsanlar və hüququ pozuntuları nəticəsində müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işçinin istifadə etmədiyi məzuniyyət günlərinin və son haqq hesabının qanunvericiliyə uyğun olaraq hesablanması və ödənilməsinin maliyyə depertamentinə hə valə edilməsi onun yerinə 1 həftə müddətinə XXXX təyin olunması barədə əmr elan edilmişdir. Bundan sonra, iddiaçı tərəfindən danışığın qeydə alınması bildirilərək, əmrin ona təqdim edilməsi xahiş edilmiş və ona əmrin təqdim ediləcəyi bildirilmişdir.

18. Birinci instansiya məhkəməsində iş materiallarında olan diskdə əks edilmiş telefon danışığına qulaq asılmış və müəyyən edilmişdir ki, iddiaçı Pediatriya İnstitutunun direktoru X9 zəng edərək, şöbədə olduğunu bildirmiş və əmrin ona təqdim edilməsini xahiş etmişdir. XXX isə əmrin təhvil-təslimdən sonra veriləcəyini bildirmiş, iddiaçı əmr ona verilməyincə təhvil-təslim olmayacağını bildirkdə isə ona hər şeyin qanunauyğun həll ediləcəyini bildirmişdir. Həmçinin, iddiaçıya ondan xahiş etiyini, bu barədə danışdıqlarını bildirmiş və nəyə görə ər izə yazmadığını soruşmuşdur. İddiaçı isə qeyri-qanuni ərizə yazmalı olmadığını və hüquqlarını müdafiə etdiyini bildirmişdir.

19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2445/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim K.Xudayev)

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının yol verdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Yəni bu nöqsan əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulması olmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmiş, yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir.

21. Birinci instansiya məhkəməsi izah etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, əmrdə əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə xitam verdildiyi göstərilsə də, əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyi və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olması) göstərilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) qeyd etməmiş, işçilərin müra ciətinə əsasən yaradılan komissiyanın arayışı ilə iddiaçının şöbə müdiri kimi əmək müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyini, vəzifə öhdəliklərini pozduğunu sübut etdiyini bildirmişdir. Komissiyanın arayışında isə komissiya tərəfindən araşdırma nəticəsində iddiaçının fəaliyyətində aşkar edilmiş nöqsanlar sadalansa da, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə arayışda onun tərtib edildiyi tarix göstərilməmişdir.

22. Birinci instansiya məhkəməsi bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçının izahatı alınmamış, həmçinin iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sənəd də təqdim edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən ya zılı izahatın verilməsini tələb edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 20 mart 2023-cü il tarixli akt isə qeyri-iş günündə baş həkim XXX, İnsan resursları şöbəsinin müdiri Vəfa Məmmədova və HİK sədri XXXX tərəfindən tərtib edilmiş və həmin şəxslər işəgötürən statusuna malik şəxslər olmamaqla işçidən yazılı izahatın verilməsini tələb edə bilməzlər. Həmçinin, məhkəmə tərəfindən iddiaçı tərəfdən təqdim edilmiş diskdə əks edilmiş səs yazısı və telefon danışığı dinlənilmiş və müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsinə dair yazılı əmr cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, hələ xx.xx.2023-cü il tarixdə “5 dəqiqəlik” iclasda «Yenidoğulmuşların patologiyası» şöbəsinin müdiri olan iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi, hətta onu əvəz edən digər şəxsin təyin edilməsi barədə əmr elan edilmişdir. Yalnız bundan sonra İnstitutun “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması məqsədilə komissiya yaradılmış, müraciətin araşdırılaraq, mövcud vəziyyətin qiymətləndirilməsi və nəticəsi barədə müvafiq arayışın təqdim edilməsi tapşırılmış, daha sonra iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi üçün həmkarlar ittifaqı təşkilatına təqdimat verilmişdir. Həmçinin, telefon danışığına əsasən müəyyən edilmişdir ki, İnstitutunun direktoru iddiaçı ilə bu barədə danışdıqlarını bildirərək, nəyə görə işdən azad edilmə barədə ərizə yazmadığını soruşmuşdur. Bütün qeyd edilənlər işəgötürən tərəfindən idd iaçıya qərəzli münasibəti və onun barəsində işdən azad edilmə barədə əmrin qanunvericiliyin tələbini pozmaqla qəbul edildiyini göstərmişdir.

23. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin disklərdə olan audioyazıların sübut kimi qəbul edilməməsi barədə dəlilini qəbul etməmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il qərarında ifadə edilmiş hüquqi mövqeyə görə disklərdə əks edilmiş səs yazılarından birinin digər şəxslərin iştirakı ilə keçirilən iclasda əmrin elan edilməsi, digərinin isə işçi ilə işəgötürən arasında telefon danışığını əks etdirməklə əmək mübahisəsinin birbaşa əlaqədar tərəfləri (işçi ilə işəgötürənin rəhbəri) arasında olan danışıqları əks etdirdiyindən sübut kimi qəbul edilməlidir.

24. Birinci instansiya məh kəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının müxtəlif vaxtlarda iclaslara gecikməsi və ya gəlməməsi barədə akt təqdim etmişdir. İddiaçının israrla işə və iclaslara vaxtında gəldiyini qeyd etməsinə, bu halı təsdiq edən şahidlərin məhkəmə iclasında iştirakını təmin etməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən aktda qeyd edilən halları təsdiq edən sübutlar, eləcə də iddiaçının inzibati binaya giriş-çıxış məlumatları təqdim edilməmişdir. Həmçinin, iddiaçının gecikdiyi iddia edildiyi hər gün üçün ayrıca akt tərtib edilməmiş, bu barədə ondan izahat alınmamış və ona xəbərdarlıq edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, akt yalnız işçinin azad edildiyi gün tərtib edilmişdir. Bu da aktın doğruluğunu şübhə altına almışdır. Həmçinin, iddiaçının gecikdiyi iddia ed ildiyi günlərin əksəriyyəti ona işdən azad edilməsi barədə əmrin elan edildiyi xx.xx.2023-cü il tarixdən sonraya aiddir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74, 76, 79-cu maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

26. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı əmək funksiyası ilə bağlı ciddi pozuntuya yol vermiş, əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş, öz hərəkətləri ilə kollektivin iş şəraitini pisləşdirmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5159/2023 nömrəli, 8 sentyabr 2023-cü il t arixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmr düzgün əsaslandırılmamış, yəni yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olması, öhdəliklərin yerinə yetilməməsinin hansı hərəkətsizlikdə ifadə olunması və bunu təsdiq edən faktlar əmrin məzmununda göstərilməmişdir. Nəticədə isə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, əsaslandırmanın olmaması o deməkdir ki, işəgötürən öz öhdəliyini icra etməmişdir. Əmək müqaviləsinin ləğvi barədə əmri əsaslandırmaq qanunda işəgötürənin öhdəliyi kimi müəyyən olunub. İşəgötürən (direktor) işçi ni (iddiaçını) öhdəliklərini yerinə yetirməməkdə ittiham etmiş və hüququnu həyata keçirərək onu işdən azad etmiş, lakin bu zaman özü qanunla üzərinə qoyulmuş öhdəliyi icra etməmişdir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə görə, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasın olduğu əmrin məzmunundan müəyyən edilmir.

30. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özlüyündə əmək müqaviləsinin ləğvi üçün əsas deyil, bu, həm də qanunda göstərilən nəticələr doğurmalıdır. Lakin belə nəticələrin baş verdiyi əmrin mə zmunundan müəyyən edilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. “Zəruriliyin əsaslandırılması” deyiləndə işçinin yol verdiyi pozuntunun əsaslandırılması nəzərdə tutulmur. Pozuntu əsaslandırılmalıdır, bununla yanaşı, həm də əsaslandırılmalıdır ki, digər növ intizam tənbehinin (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə) tətbiq edilməsi ilə işçini intizamlandırmaq, iş yerində işin normal ahəngini təmin etmək, işəgötürənin, əmək kollektivinin və ya onun ayrı-ayrı üzvlərinin hüquqlarını və mə nafelərini qorumaq mümkün deyil. Çünki işçiyə ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğvidir. Bunun nəticəsində o, işini və qazanc mənbəyini itirir. Bundan başqa, 70-ci maddənin “ç” bəndində göstərilən əsasla işdən azad edilən şəxs öz ixtisası üzrə başqa iş tapmaqda çətinlik çəkir, çünki həmin əsas digər işəgötürənlərdə bu şəxsin peşə keyfiyyətləri barədə mənfi rəy formalaşdırır.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmr verilərkən “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” Komissiyanın xx.xx.2023-cü il tarixli arayışına istinad olunmuşdur. İddiaçı bu arayışın tərtib edilməsini cavabdeh təşkilatın yeni rəhbərliyinin ona qarşı qərəzli münasibəti ilə izah etmişdir. Müəyyən olunmuşdur ki, arayış cavabdeh təş kilata yeni direktor təyin edildikdən qısa müddət sonra tərtib olunmuşdur. Belə ki, xx.xx.2023-cü ildə yeni direktor təyin edilmiş, bundan 3 gün sonra – xx.xx.2023-cü ildə Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşları (19 nəfər) tərəfindən yeni direktora iddiaçının (şöbə müdirinin) barəsində kollektiv müraciət ünvanlanmışdır. Bundan 2 gün sonra - xx.xx.2023cü ildə yeni direktor “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” əmr verərək komissiya yaratmış və öz müavinini komissiyaya sədr təyin etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin komissiyanın qeyd edilən arayışı ilə bağlı mövqeyi belə olmuşdur ki, iddiaçının əvvəlki əmək fəaliyyətini və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək həmin komissiyanın səlahiyyətinə aid deyildir. Göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsində başqa əsas olmuşdur. Arayışda göstərilən pozuntuların bir hissəsi tarixinə və məzmununa görə qeyri-müəyyən olmuş, habelə iddiaçının bu pozuntulara yol verdiyi əsaslandırılmamışdır. Daha sonra arayışda qeyd edilən pozuntuların digər hissəsi isə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas deyildir. İddiaçı həqiqətən belə pozuntulara yol vermişdisə, pozuntular aşkar edildiyi gündən 1 ay ərzində onun barəsində əmək müqaviləsinin ləğvi ilə əlaqədar olmayan intizam tənbehi tətbiq edilə bilərdi. Beləliklə, cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını gözləməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70, 71, 300-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

34. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)4706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

36. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilmişdir; - apelyasiya instansiyası məhkəməsinın cavabdehin apelyasiya şikayə tini rədd edərkən istinad etdiyi dəlillərdən biri ondan ibarətdir ki, «əmr düzgün əsaslandırılmayıb, yəni yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olması, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunması və bunu təsdiq edən faktlar əmrin məzmununda göstərilməyib. Nəticədə isə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulub. Həmin maddəyə görə, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə müqavilənin ləğvinin əsaslandırılması nəzərdə tutulur. Əsaslandırma ona görə tələb olunur ki, işçiyə özünü müdafiə imkanı verilsin. İşçi hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməlidir ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olsun»; - apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmaq olmaz. Çünki əvvəla, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblər Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Mübahisələndirilən əmrin məzmunu həmin norma əsasında təhlil olunduqda görünür ki, qanunda nəzərdə tutulan məlumatlar əmrdə əksini tapmışdır; - işçinin yerinə yetirilməyən öhdəliklərin nədən ibarət olmasının, öhdəliklərin yerinə yetrilməməsinin hansı hərəkətsizlikdə ifadə olunmasının və bunu təsdiq edən faktların əmrin məzmununda göstərilməməsi barədə mövqe ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsin də göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; - bundan başqa, əmrin məzmununa dair tələbləri müəyyən etməkdə məqsəd, mübahisəli hüquqi vəziyyətə dair müəyyənliyin təmin olunmasıdır. Baxılan işdə cavabdehin tərtib etdiyi əmrin məzmununda iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədən ibarət olması müfəssəl olaraq göstərilməsə də, əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunub. Başqa sö zlə, bu sənədlər əmrin məzmununu tamamlamağa xidmət edən, əmrin əlavəsinə çevrilən məlumat mənbələridir; - əmrdə bəhs olunan “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciəti, həmin müraciətin araşdırılması haqqında Komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu mövcuddur və işə əlavə olunmuşdur. Həmin Həmin sənədlər geniş həcmlidir və işçinin intizam xətası kimi müəyyən olunan hallar əksini tapmışdır. Göründüyü kimi cavabdehin əmri zəruri məlumatları əks etdirməyən sənəd kimi qiymətləndirilə bilməz; - xüsusilə qeyd olunmalıdır ki, əmrin məzmununa riayət olunmaması, əmrin etibarsız sayılması üçün imperativ nəticə deyildir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə görə əmrin etibarsız say ılması mütləq nəticə deyil, mümkünlük kimi müəyyən edilmişdir. Başqa sözlə, bu cür əmrin etibarsız sayılması, məhkəmənin qiymətləndirməsindən asılıdır; - apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, “Əmək müqaviləsinin ləğv edilməsinin əsası” dedikdə müqavilənin ləğvinin əsaslandırılması nəzərdə tutulur. Əsaslandırma ona görə tələb olunur ki, işçiyə özünü müdafiə imkanı verilsin. İşçi hansı hərəkət və ya hərəkətsizliyinə görə işdən azad olunduğunu bilməlidir ki, bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanı olsun; - nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi işəgötürən əmək müqaviləsinə xitam verilməsinin səbəbləri kimi Komissiyanın xx.xx.2023-cü il tarixli arayışında müəyyən olunan nöqsanlara istinad etmiş və məhkəməyə təqdim etmişdir. İşəgötür ənin iddiaçı tərəfindən yol verilmiş intizam xətası kimi istinad etdiyi xüsusatlar Komissiyanın dörd vərəqlik rəyində göstərilən faktlardan ibarətdir və həmin faktların həqiqiliyi, habelə əmək müqaviləsinə xitam verilməsinə əsas olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər; - başqa sözlə, qeyd olunan arayışda əksini tapmış faktların həqiqiliyi və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olub-olmaması məhkəmə araşdırmasının predmeti olmalı idi; - apellyasiya instansiyası məhkəməsinin “iddiaçının əvvəlki əmək fəaliyyətini və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək həmin komissiyanın səlahiyyətinə aid deyil” fikri isə əsaslıdır. Lakin apellyasiya instansiyası məhkəməsi arayışda göstərilən pozuntuların bir hissəsinin tarixinə və m əzmununa görə qeyri-müəyyənliyi, habelə iddiaçının bu pozuntulara yol verdiyinin əsaslandırılmaması barədə mövqeyi, kifayət qədər araşdırmaya əsaslanmayan nəticədir. Məhz hansı əməllər üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsi, hansı əməllərin isə əmək müqaviləsinə xitam verilməsi kimi intizam tənbehinə səbəb olmadığı göstərilməyib; - buna görə də Komissiyanın arayışında göstərilən işəgötürənin dəlilləri tam araşdırlmayıb; - məhkəmənin bu araşdırması Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində əksini tapmış işbirinci insin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmı ş sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir; - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir; - işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırı lan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2043/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-2445/2023 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “XXX adına X3” X13 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov)

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə İnstitutda Pulmonologiya elmi bölməsinin kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə isə “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Həmin qurumun xx.xx.2023-cü il tarixli, 118-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” Komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli protokolu qeyd olunmuşdur.

39. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir.

2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı.

3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

40. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.

41. Hazırki iddiaçının işdən çıxarılması (xx.xx.2023-cü il tarixli,118-K nömrəli əmrin verilməsi) əsası kimi “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxış edir.

42. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, iş materiallarında olan CD disklərin məzmununu nəzərə alıb, həmin disklərdə olan danışıqları mötəbər sübut kimi qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı münasibətlər (belə bir niyyət) cavabdeh quruma yeni direktor təyin edildikdən (xx.xx.2023-cü il) bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə artıq yaranmışdır. Həmin tarixdə keçirilmiş iclasda institutun direktoru kollektiv qarşısında iddiaçının tutduğu vəzifədən azad edildiyini elan etmişdir. Bu hal iddiaçı tərəfin cavabdeh quruma ünvanladığı işdən çıxarılmasına dair əmrin və onun qəbul edilməsinə əsas ol muş digər sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli müraciəti ilə də öz təsdiqini tapır.

43. Cavabdehin mövqeyinə uyğun olaraq, həmin CD disklərin mötəbər sübut kimi qəbul edilməməsi də, bu halı aradan qaldırmış olmur. Belə ki, iş materiallarında olan və ümumilikdə 07-16 mart tarixləri əhatə edən epikrizlər (i.v. 32-36) “Yenidəndoğulanların patologiya” şöbəsinin müdiri vəzifəni müvəqqəti icra edən və ya müdiri əvəz edən şəxs olaraq deyil, bilavasitə müdiri kimi artıq X.Ağayeva adlı şəxs tərəfindən imzalanmışdır. Onunla yanaşı epikrizlər həmçinin, institutun baş həkimi XXX tərəfindən də imzalanmışdır ki, bu da öz növbəsində institutun direktorunun da bu məsələdən məlumatlı olmasını təsdiq edir. Halbuki, nə həmin vaxt, nə də ki, bundan sonra (xx.xx.2023-cü il tarixədək) həmi n şəxsin bu şöbənin müdiri vəzifəsinə təyin edilməsini və ya iddiaçının həmin vəzifədən azad edilməsini təsdiq edən hər hansı rəsmi sənəd mövcud olmamışdır. Qeyd edilənlər öz növbəsində iddiaçıya qarşı münasibətin artıq həmin vaxt prinsipial olduğunu təsdiq edir və xx.xx.2023-cü il tarixdə komissiyanın əməkdaşların müraciətlərinin araşdırılması məqsədi ilə deyil, məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi nəticəsini əldə etmək məqsədi ilə yaradılması qənaətinə gəlməyə əsas verir.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu qənaət cavabdeh tərəfindən görülmüş tədbirlərin mahiyyəti ilə də öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixdə yeni direktor təyin edildikdən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının müdir olduğu şöbənin 19 əməkdaşı tərəfindən yeni direktora iddiaçı barəsində kollektiv müraciət ünvanlanır və bundan 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə həmin müraciətin araşdırılması məqsədi ilə direktorun müvafiq əmri ilə komissiya yaradılır və direktor öz müavinini komissiyaya sədr təyin edir. Halbuki həmin müraciətdə iddiaçının öz vəzifələrini icra edərkən hansı pozuntulara yol verdiyi, habelə əməkdaşların hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan vurduğu açıqlanmamış, ümumi formada əməkdaşlar iddiaçının işlədiyi 2 il müddətində həkim deontologiyasına uyğun olmayan hərəkətləri ilə onların iş şəraitini dözülməz vəziyyətə gətirildiyini bildirərək, onları bu insanla istənilən vəziyyətdə olan münasibətdən uzaqlaşdırılmasını xahiş etmişdilər. Müraciətin belə bir məzmunda olması ilk növbədə məsə lə ilə bağlı onlardan izahatların alınmasını, o cümlədən iddiaçı tərəfindən yol verilmiş pozuntuların dəqiqləşdirilməsini tələb edirdi. Lakin bu tədbirlər görülmədən birbaşa əmr verilir və əmrə əsasən komissiyaya məzmunu qeyri-müəyyən olan müraciətin 3 iş günü müddətində araşdırılması tapşırılsa da, nəticə etibarı ilə iddiaçının müxtəlif istiqamətlər üzrə fəaliyyəti yoxlanılır.

45. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilən “2022-ci 2023-cü illərdə (iki siyahı) Yenidoğulmuşların patalogiyası şöbəsindən Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə köçürüldükdən sonra ölən uşaqların” siyahısına da münasibət bildirilməsini zəruri bilmiş və bununla bağlı vurğulamışdır 2022-2023-cü illəri əhatə etməklə ümumilikdə göstərilmiş 20 ölüm halının hər hansı b iri gizli baş verməmiş, baş verdiyi gün məlum olmuş və onun nəticələri rəsmiləşdirilmişdir. Lakin bu ölüm hadisələrinin iddiaçının özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Başqa sözlə, hər hansı səbəbli əlaqə aşkar edilməmiş, nəticə etibarı ilə yalnız statistik məlumatlar təqdim edilmişdir. Həmin siyahıya əsasən iddiaçının şöbə müdiri vəzifəsində işlədiyi dövrdə (yanvar 2022-ci il – mart 2023-cü il) ən çox ölüm halı 2022-ci ilin dekabr ayına təsadüf edir (4 hal). Onun artıq müdir olmadığı 2023-cü ilin may ayında isə ölüm hallarının sayı 3 olmuşdur. Yəni say etibarı ilə göstəricilər eyni olmuşdur. Eyni zamanda bununla bağlı hər hansı araşdırmanın aparıldığı və həmin şöbənin hazırki rəhbəri barəsində bu nunla bağlı hər hansı intizam tədbirinin görülməsi də müəyyən edilmir. Bununla da belə qənaətə gəlməyə əsas yaranır ki, göstərilən tibbi yardımın keyfiyyətindən asılı olmayaraq, belə hallar baş verə bilər və may ayının nəticələri üzrə hər hansı tədbir görməməklə cavabdeh bunu qəbul edir.

46. Apellyasiya instansiyası məhkəməsi araşdırmanın nəticələrinə dair Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunu ilə bağlı isə qeyd etmişdir ki, komissiya yalnız aşkar olunmuş konkret hallar barədə mülahizə xarakterli rəhbərliyə rəy verə bilər, həmin komissiyanın işçinin təhsili, təcrübəsi, peşəkarlıq səviyyəsi və səriştəsi barədə fikir bildirməsi tamamilə qanunsuzdur. Belə ki, bu Komissiya iddiaçının əmək fəaliyyətini qiymətləndirmək və peşəkarlıq səviyyəsini müəyyənləşd irmək məqsədi ilə yaradılmamış və bu baxımdan belə bir səlahiyyətə malik olmamışdır. Bu səbəbdən arayışın birinci bəndində göstərilənlərlər, habelə 5-ci bəndinin sonunda əks olunmuş Komissiyanın qənaəti iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əsasını təşkil edən hal kimi nəzərdən keçirilə bilməz.

47. Ümumiyyətlə, arayışda pozuntu kimi göstərilən məsələlərin bir hissəsi tarix və məzmun etibarı ilə qeyri-müəyyəndir və nəticə etibarı ilə sübuta yetirilməmişdir. Belə ki, arayşın 3-cü bəndində iddiaçının işlədiyi müddətdə şöbənin fəlaiyyəti barədə heç bir klinik hesabat təqdim etmədiyi, hesabatın müzakirəsinin aparılmadığı göstərilmişdir. Halbuki, bu hal da iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas deyil. Belə bir hesabatl arın təqdim edilməməsi, həmçinin onların tələb edilməməsi və ilin yekunlarında müzakirə edilməməsi ilə bağlıdır. Bu da nəticə etibarı ilə şöbədə deyil, ümumilikdə cavabdeh təşkilatda həmin hesabatların təqdim edilməli olduğu müddətdə işin düzgün təşkil edilməməsi qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən müddət müəyyən edilməklə həmin hesabatların tərtib edilməsi və təqdim edilməsi məsələsini həll etmək mümkündür. Başqa sözlə, bu məsələnin həlli şöbənin müdiri olan iddiaçıdan tələb edilə bilərdi.

48. Arayışın 4-cü bəndində iddiaçının həkimlərin xəstələrlə iş bölgüsündə qeyrimütənasiblik və ayrı-seçkilik yaratdığı göstərilmiş və bu halın təsdiqi olaraq məsələ ilə bağlı 2021-ci ilin aprel-may ayları üçün statistik məlumatlara istinad edilmişdir. Halbuki, həmin hərəkətlər pozuntu kimi qiym ətləndirilsə belə, Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından (müddətin ötməsi səbəbindən) bu hərəkətlərə görə iddiaçıya intizam tənbehi verilə bilməz. Müddətlərlə bağlı eyni vəziyyət arayışın digər bəndlərində də müşahidə olunur.

49. Arayışın 5-ci bəndində istinad olunan tibbi kartların tərtib edildiyi tarixlər, ümumiyyətlə, məlum deyil. Xəstələrin klinik diaqnozlarının əsaslandırılmamasının nədən ibarət olması (hansı məlumatların əks olunmadığı), hansı nöqsan və çatışmazlıqların aparılmış müalicənin və antibiotikoterapiyanın qeyri-rasional kimi qiymətləndirilməsi üçün əsas yaratması açıqlanmamışdır.

50. Arayışın 6-cı bəndində Pulmonologiya elmi bölməsinin kiçik elmi işçisi XXXX və ARİTŞ-nin həkimi XXXXX tərəfindən yol verilmiş pozuntular göstərilir. Lakin bu şəxslərin aşk ar edilmiş pozuntularla bağlı izahatlarının alındığı, habelə onların barəsində hər hansı tədbirin görüldüyü müəyyən edilmir.

51. Arayışın 7-ci bəndində tibbi kartaların araşdırılması zamanı xəstələrin profil üzrə yerləşdirilmədiyi, vəziyyətlərinin düzgün qiymətləndirilmədiyi, qeyd edilənlərin xəstələrin vəziyyətinin ağırlaşaraq ARİTŞ-yə köçürülməsinə və hətta ölümünə səbəb olduğu qeyd edilsə də, bu halları təsdiq edən hər hansı sənəd (xəstəlik tarixi) göstərilməmiş, konkret hallara istinad edilməmişdir. Yalnız ölümə səbəb olan halla bağlı 741 saylı x/t-yə (xəstə Şükürov) istinad edilmişdir. Lakin bununla bağlı təqdim edilmiş sənədlərdən ölümün iddiaçının müdiri olduğu YDPŞ-də müalicənin düzgün aparılmaması, o cümlədən körpənin ARİTŞ-yə gec köçürülməsi nəticəsində baş verməsi müəyyən edilmi r.

52. Arayışın 8-ci və 10-cu bəndlərində isə Komissiya hər hansı sənədlərə deyil, digər işçilərin məlumatlarına əsaslanmış və nəticədə konkret faktlara istinad edilməmişdir. Hər bir halda, qeyri-rasional antibakterial terapiya aparmağa məcbur edildiyindən şikayətçi olan, lakin nəticə etibarı ilə belə bir terapiya aparmış həkim də bu halın pozuntu olduğu təqdirdə pozuntuya yol vermiş şəxs hesab edilir. Bu məsələdə məcbur etmə rəhbərliklə hədələmədən ibarət olmuşdursa, bu halın, o cümlədən rəhbərliyin belə bir terapiya aparılmasında marağının olmasının sübut edilməsi tələb olunmalıdır. Komissiyanın təsərrüfat bacısı Nəsibə Ablıyeva ilə bağlı qeydləri də təqdim edilmiş məlumatlara əsaslanır və hüquqi nəticə etibarı ilə bu faktların araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edilm əsini şərtləndirir. Lakin belə bir müraciətin olması, habelə qeyd edilən şəxs barəsində intizam xarakterli hər hansı tədbirin görülməsi müəyyən edilmir. Bu da öz növbəsində Komissiyada həmin şəxsin qeyd edilən hərəkətlərə yol verməsini təsdiq edən sübutların olmamasını təsdiq edir. Əks halda Komissiya bu faktları gizlətmiş olur.

53. Arayışın 12-15-ci bəndlərində göstərilənlər isə, ümumiyyətlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaratmır. Hər bir halda, institutun direktoru 14-15-ci bəndlərdə göstərilənlərin qarşısını almaq səlahiyyətinə malikdir və bu tədbirlərin keçirilməsini iddiaçıya qadağa edə bilərdi.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il tarixdə yaradılmış Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaratmır. Belə bir halın mövcudluğu da iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini şərtləndirir.

55. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, mübahisələndirilən əmrin ləğv edilməsini onun rəsmiləşdirilməsi zamanı yol verilmiş digər pozuntular da şərtləndirir. Belə ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı adım atılmamış, bir cümlə belə yazılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret bir şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş imperativ xarakterli müddəa bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Əmrin əsaslandırılmasına olan zərurət də məhz bu şərtin real olaraq mövcud olmasını təsdiq edən bir haldır. Buna baxmayaraq, qeyd edilən əmrdə iddiaçı tərəfindən əmək və icra intizamının (intizam qaydalarının) pozuntusunun nədə ifadə olunması (nədən ibarət olması), əmək funksiyasına, vəzifə borcuna daxil olan hansı işin (xidmətin) yerinə yetirilmədiyi, habelə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəydiyi göstərilməmi şdir. Başqa sözlə, söhbət əmrdə pozuntuların sadalanmasından getmir. Çünki iddiaçı tərəfindən yol verilmiş və intizam xətası kimi qiymətləndirilən pozuntular Komissiyaın 4 vərəqlik arayışında göstərilən faktlardan ibarətdir və həmin arayış əmrin verilməsinə əsas olmaqla əmrə əlavə edilmişdir. Bu baxımdan qanunvericiliyin bu tələbinə əmrin məzmununda əməl edilməsə də, məhz həmin intizam tənbehinin tətbiq edilməsinin zəruriliyi ən azı arayışın məzmunundan irəli gəlməli idi.

56. Qanunvericiliyin bu tələbinin əsas məqsədi öz ağırlığı ilə seçilən (ən ağır olan) və işçiyə gələcəkdə bir çox məhrumiyyətlər yaradan, onun gələcək həyatına bilavasitə təsir edən bu intizam tənbehinin verilməsi ilə bağlı sui-istifadə hallarının tam aradan qaldırılmasından və məsələnin digər tənbeh tədbirlərinin hər h ansı birinin tədbiq edilməsinin mümkünlüyünün tam istisna olmasının müəyyən edilməsindən ibarətdir. Lakin qanunvericiliyin bu tələbinə əməl edilməmiş, məhz həmin intizam tənbehinin verilməsinin zəruriliyi əmrdə əsaslandırılmamışdır. Komissiyanın arayışının məzmunundan da məhz bu intizam tənbehinin tədbiq edilməsinin zəruri olduğu müəyyən edilmir.

57. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahatın verilməsinin tələb edilməsi də imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etmək lə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna olunmur və bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın da işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Hazırki işdə yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışda qeyd edilənlərlə bağlı Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə uyğun olaraq iddiaçıdan yazılı izahatın tələb edildiyi və ya onun izahat verməkdən imtinasının rəsmiləşdirildiyi də müəyyən edilmir. İd diaçının izahat verməkdən imtina etməsi barədə cavabdehin aidiyyəti əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt isə bu halı təsdiq edən sübut qismində çıxış edə bilməz. Belə ki, qeyri-iş günü olan həmin gün iddiaçının nəinki izahat verməkdən imtina etməsi, ümumiyyətlə bu şəxslərlə təmasda olması müəyyən edilmir. Digər tərəfdən həmin tarixə iddiaçı ilə bağlı məsələ artıq Həmkarlar Komitəsinin iclasında müzakirə edilmiş və iddiaçı barəsində qərar qəbul edilmişdi. Qanunverici intizam tənbehi tədbiq edilənədək, istənilən vaxt izahatın verilməsinin tələb edilməsini mümkün etsə də, xx.xx.2023-cü il tarixdə real olaraq izahatın verilməsinin də artıq hər hansı əhəmiyyəti qalmamışdı.

58. Qeyd edilən aktda iddiaçıya arayışla bağlı izahatın verilməsinin təklif edildiyi qeyd edi lmişdir. Halbuki, həmin vaxt iddiaçının bu arayışın məzmunu ilə tanış olduğu müəyyən edilmir. İddiaçı cavabdehə yalnız xx.xx.2023-cü il tarixdə rəsmi məktubla müraciət edərək, digər sənədlərlə yanaşı, bu arayışın da ona təqdim edilməsini xahiş etmişdir. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə zidd olaraq yazılı izahatın verilməsi də tələb edilməmişdir. Bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün ayrıca əsas yaradır.

59. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən tutulan vəkil xərcinin məbləği ilə də razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit ed ilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mülki iş hüquqi mahiyyət etibarı ilə asan işlər kateqoriyasına aid edilə bilməz, mübahisənin predmetini əmək münasibətlərindən irəli gələn tələblər təşkil edir. İddiaçıya hüquqi xidmət göstərən vəkil birinci instansiya məhkəməsində ümumilikdə 4 məhkəmə iclasında iştirak etmiş, onun tərəfindən iş üçün əhəmiyyətli olan sübutlar təqdim edilmiş, vəsatətlər verilmiş, məhkəmə iclasları uzun müddət davam etmişdir (iki məhkəmə iclası 1 saatdan da artıq). Bu səbəbdən iddiaçıya göstərilən hüquqi yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq cavabdehdən tutulmuş 700 manat pul, məbləğ etibarı ilə məqbul hesab edilməlidir. Eyni zamanda, cavabdehdən mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun tutulması da qanuni və əsaslıdır.

61. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71, 80, 83, 84, 186, 187, 300-cü maddələrinin müvafiq hissə və bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

62. Cavabdeh (Vəkil2 oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqdim edilən sübutları iddiaçının xeyrinə səhv şərh edərək subyektiv mövqe sərgiləmişdir. X.Ağayeva tərəfindən “Yenidoğulmuşların patologiya” şöbəsinin müdiri vəzifəni müvəqqəti icra edən və ya müdiri əvəz edən şəxs olaraq deyil, bilavasitə müdiri kimi imzalanması halı məhkəmə tərəfindən düzgün şərh olunmamışdır. Belə ki, 29 mart 2023-cü il tarixədək iddiaçının işdən azad olunması barə də hər hansı bir əmr imzalanmamasına və möhürlə təsdiq edilməməsinə, faktiki olaraq işdən və tutduğu vəzifədən uzaqlaşdırılmamasına baxmayaraq, iddiaçı şöbə müdiri kimi vəzifə öhdəliklərinin icrasından imtina etmişdir. Bu isə, xəstəxanadan çıxan körpələrə xəstəlik epikrizlərinin verilməsinə ciddi maneə yaratmışdır. Odur ki, xəstəlik epikrizlərini həm baş həkimin, həm də şöbə müdirinin imzalarının vacibliyini nəzərə alaraq, iddiaçının öz vəzifə funksiyalarından könüllü imtina etdiyi müddət ərzində direktorun müalicə işləri üzrə müavinin 7 mart 2023-cü il tarixli xidməti məktubunu nəzərə alaraq, işəgötürənin yazılı göstərişi ilə “Yenidoğulmuşların patologiyası” şöbəsinin xəstələrinin xəstəlik epikrizlərinə imza etmək səlahiyyəti müvəqqəti olaraq (lakin bir aydan artıq olmamaq şərtilə) həmin şöbənin həkiminə (X.Ağayeva) həvalə edilmişdir. Odur ki, həmin epikrizlərə X.Ağayevanın bilavasitə şöbə müdiri kimi imza etməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmamışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə direktora iddiaçı barəsində kollektiv müraciət ünvanlamış iddiaçının müdir olduğu şöbənin 19 əməkdaşının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasındakı çıxışının xx.xx.2023-cü il tarixdə komissiyanın əməkdaşların müraciətlərinin araşdırılması məqsədi ilə deyil, məhz iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi nəticəsini əldə etmək məqsədi ilə yaradılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti iş materialları ilə sübut edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)4706/2023 qərarında onun üçün məcburi olan göstərişlərinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının işlədiyi müddətdə şöbənin fəaliyyəti barədə heç bir klinik hesabat təqdim etmədiyinin, hesabatın müzakirəsinin aparılmadığının 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olmadığı barədə qənaəti də səhv olmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 53 saylı əmək müqaviləsinin 3.1-ci bəndində onun əmək funksiyaları kimi şöbəyə rəhbərlik etməsi və şöbənin işini təşkil etməsi, şöbənin fəaliyyət göstəricilərinin təhlili əsasında iş normalarının və metodlarının təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhz hesabatların tərtib edilməsi nəticəsində şöbənin fəaliyyət göstəricilərini təhlil edib yekun nəticəyə gəlmək və şöbənin işinin yaxşılaşdırılması barədə müvafiq təkliflər hazırlamaq mümkün olduğu halda, bu, iddiaçı tərəfindən edilməmiş və əmək müqaviləsinin kobud pozuntusuna yol verilmişdir ki, buna da apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Pulmonologiya elmi bölməsinin kiçik elmi işçisi XXXX və ARİTŞ-nin həkimi XXXXX tərəfindən yol verilmiş pozuntularla bağlı izahatlarının alınmaması, habelə onların barəsində hər hansı tədbirin görülməməsi iddiaçı barədə intizam tənbehinin verilməsini istisna etməmişdir. Xəstələrin profil üzrə yerləşdirilmədiyi, vəziyyətlərinin düzgün qiymətləndirilmədiyi, qeyd edilən xəstələrin vəziyyətinin ağırlaşaraq ARİTŞ-yə köçürülməsinə və hətta ölümünə səbəb olması iddiaçı ilə bağlanılmış xx.xx.2021-ci il ta rixli 53 saylı əmək müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulmuş əmək funksiyalarından biri kimi iddiaçı tərəfindən şöbənin müalicəviprofilaktik, inzibati-təssərrüfat fəaliyyətinin təşkil edə bilməməsini tam sübut etmişdir.Arayışın 12-15-ci bəndlərində göstərilənlər iddiaçı tərəfindən şöbənin xəstələrə keyfiyyətli tibbi yardım göstərilməsi üzrə normal iş rejiminin yaradılmaması kimi qiymətləndirilməlidir ki, bu da əmək müqaviləsində qeyd olunmuş şöbənin işinin təşkil edilməsi öhdəliyinin kobud pozuntularından biri olmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, “həmin əmrin ləğv edilməsini onun rəsmiləşdirilməsi zamanı yol verilmiş digər pozuntular da şərtləndirir. Belə ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyət lə əsaslandırma istiqamətində hər hansı addım atılmamış, bir cümlə belə yazılmamışdır.” Göründüyü kimi, komissiyanın arayışında və HİK-in iclas protokolunda təsdiq olunanlar iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini pozduğunu sübu etmişdir. Başqa sözlə, komissiyanın arayışı və HİK-in iclas protokolu iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün sübut və əsas olduğundan, əsaslandırılma olmadığı qənaətinə gələn apellyasiya instansiyası məhkəməsinin mövqeyi subyektiv, qanunsuz və əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının izahat verməkdən imtina etməsi barədə cavabdehin aidiyyəti əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktın bu halı təsdiq edən sübut qismində çıxış edə bilməməsi barədə qənaəti ümumiyyətlə başa düşülən deyildir. Belə ki, 1 7 mart 2023-cü il tarixində keçirilmiş Həmkarlar İttifaqının ümumi yığıncağına iddiaçı dəvət olunsa da, iddiaçı həmin iclasda və barəsində aparılacaq müzakirələrdə iştirak etməkdən, izahat verməkdən və rəy bildirməkdən imtina etmişdir. Hətta onun iclasda iştirak etməsi, komissiyanın arayışına və çıxışlara münasibət bildirməsi barədə bir neçə iclas iştirakçısının təklifinə və təkidinə baxmayaraq iclasda iştirakdan imtina etmiş və zalı tərk etmişdir ki, bu da protokolda qeyd olunmuşdur. Bundan sonra, iddiaçı iclasda iştirakdan imtina etdiyinə və orada müzakirəyə çıxarılan komissiyanın arayışı ilə tanış olmadığına görə 20 mart 2023-cü il tarixində o, komissiyanın arayışı ilə tanış edilmiş, yol verdiyi pozuntularla bağlı ona yazılı izahat verməsi təklif olunmuş, lakin iddiaçı səbəbini bildirmə dən izahat yazmaqdan imtina etmişdir ki, bu barədə də 20 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Lakin sözügedən aktın tarixində texniki səhvə yol verilmiş, 18 mart 2023-cü ilə əvəzinə 20 mart 2023-cü il yazılmışdır. Yol verilmiş texniki səhv aktla fiksə edilmiş faktın və imzaların həqiqiliyini istisna və ya etibarsız etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddia ərizəsinin dəlillərinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, o cümlədən Komissiyanın arayışına düzgün qiymət verilməsinə istinad edilərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10. (bəndi “a”) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Maddə 70. ( bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 71 (hissə İİ). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerind ə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 ( İİİ hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 80 (İ hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80 (İİ hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci his səsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83. (İİ hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əm r (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədə n saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məh kəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

67. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

70. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.

71. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.

72. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsin in “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur.

73. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

74. Belə ki, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi cavabdehin istinad etdiyi Komissiyanın xx.xx.2023-cü il tarixli arayışında əksini tapmış faktl arın həqiqiliyi və həmin faktların əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olub-olmamasının araşdırılması barədə göstəriş olmuşdur.

75. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə uyğun olaraq cavabdehin istinad etdiyi Komissiyanın xx.xx.2023-cü il tarixli arayışını bənd-bənd təhlil etmiş, arayışda əksini tapmış faktlara qiymət vermiş və belə nəticəyə gəlmişdir ki, həmin faktlatr iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas deyildir.

76. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 38-61-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və hər hansı əlavə şərhə zərurət görmür.

77. Kassasiya şikayətinin d əlillərinə gəldikdə, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin də dəlilləri olmuş, məhz həmin dəlillərə də müvafiq olaraq birinci və apellyasiya instansiyaları məhkəmələri qiymət verməklə, iddianı təmin ediblər.

78. Üstəlik, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarında əks edilənlər baxımından təkzib edilir.

79. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərə əməl etməməsi barədə dəlili də məhkəmə kollegiyası əsassız sayır. Belə ki, yuxarıda qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə uyğun olaraq cavabdehin istinad etdiyi Komissiyanın xx.xx.2023-cü il tarixli arayışında əks edilən faktların hər birini ayrı-ayrılıqda qiymətləndirməklə müvafiq nəticəyə gəlmişdir.

80. Məhkəmə kol legiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2043/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar