Məhkəmə qərarları › İş №2(102)-3376/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3376/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3376/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisi və Cavabdeh2-ə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisi və Cavabdeh2-ə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3895/20 25 nömrəli 2025-ci il 14 iyul tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi:

1. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir.

2. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

3. İş materiallarından görünür ki, iddia ərizəsində Cavabdeh2-nin xeyrinə iddiaçıdan BRCB4975685B299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 885,69 manatın tutulması ilə bağlı 2025-ci il 9 yanvar tarixində aparılan 8İ-59 reyestr nömrəli icra qeydinin ləğvi xahiş olunmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2918/2025 nömrəli 2025-ci il 22 aprel tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3895/2025 nömrəli 2025-ci il 14 iyul tarixli qətnaməsi ilə Cavabdeh2-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qeyd olunan qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işi n yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

6. MPM-in 112.1.11-ci maddəsinə əsasən, iddianın qiyməti tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda - barəsində mübahisə edilən məbləğlə müəyyən edilir.

7. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2-nin qətnaməni mübahisələndirdiyi hissəsində iddianın qiyməti 885,69 manat təşkil edir ki, bu da MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş beş min manatdan az olduğundan, cavabdeh Bankın həmin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna olunur.

8. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göst ərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

9. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

11. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3895/2025 nömrəli 2025- ci il 14 iyul tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar