Məhkəmə qərarları › İş №2(102)-3384/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3384/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3384/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3, Cavabdeh2 və vəkili X4 iştrakları ilə. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:İ.N.K.Abbasova; 2(011)-2287/2018) iddiа qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 19648,55 ABŞ dolları əsas borcun, 6401 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 26049,55 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin Bakı şəhəri, *************** saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 75000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzili boşaltmadı qları təqdirdə həmin mənzildən çıxarılması, eyni zamanda iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə mühasibatlıq ekspertizasının xərci qismində 150 manatın 50% iddiaçıdan, 50% cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına, əmtəəşünaslıq ekspertizasının xərci qismində 300 manatın 50% iddiaçıdan, 50% cavabdehlərdən tutularaq “xxxx” MMC-nin “xxxx” ASC-dəki hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50% cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50% iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlər:X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova; 2(103)-451/2019) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi əsas, faiz və cəmi borcunun ABŞdolları ilə tutulması hissısində dəyişdirilmiş, əsas, faiz və cəmi borcun tutulması alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə tutulması müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiаçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonducavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşıiddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavadoya Ağgül Hüseynalı qızından, Cavabdeh2 və X2 iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrin ə 20120 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış 6401 ABŞ dolları faiz borcunun, cəmi 26521 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, ********************* saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satıİması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildən qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan “xxxx” ASCnin “Riyad” filialı ilə Cav abdeh1 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 255000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan qrafikə əsasən kredit və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 13 fevral 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə görə zaminlər borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zaminlər bank qarşısında bo rcalanm öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə borclu kimi tam məsuliyyət daşıyırlar. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış 13 fevral 2015-ci il tarixli, İM 01 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, ********************** saylı mənzili “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda Cavabdeh1 banka 20120 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 6401 ABŞ dolları, cəmi 26521 ABŞ dolları borcu yaranmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4kassasiya şikayətində apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin9,14,220,386,405-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili X6 kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təminedilməsinixahişetdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO “xxxx” ASC-nin l əğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X5 kassasiya şikayətinin təminedilməməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellya siya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan “xxxx” ASC-nin “Riyad” filialı ilə Cavabdeh1 arasında 13.02.2015-ci il tarixdə bağlanmış İPK 01 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 25500 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin “Riyad” filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 13.02.2015-ci il tarixdə imzalanmış zaminlik müqavilələrindən görünür ki, zaminlər borcalan Cavabdeh1 bankla arasında olan 13.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. “xxxx” ASC-nin “Riyad” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2015-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 qızma məxsus olan Bakı şəhəri, ************************** saylı mənzili bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 40000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, (hüququ yüklü edilən şəxs) Cavabdeh1 məxsus Bakı şəhəri, ************************* (xeyrinə hüquq yüklü edilən şəxs) “xxxx” ASC-nin “Riyad” filialı qarşısında ipotekaya qoyulmuş və daşınmaz əmlak üzərindəki hü quq daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 7618 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ləğv prosesində olan “xxxx” ASC-si tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanılmış 13 fevral 2015-ci il tarixli, 01 saylı “kredit müqaviləsi”nə əsasən cavabdehin banka 09 yanvar 2018-ci il tarixə olan borcu 20120 ABŞ dolları məbləğində əsas borc, 6401 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 26521 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Ləğv prosesində olan “xxxx” ASC-yə ünvanlanmış 28 sentyabr 2017-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus küçəsi 37 saylı evin, 48 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildir iş qeydə alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş 15 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, ****************************** saylı mənzilinin 04 oktyabr 2018-ci il tarixinə bazar dəyəri 75000 manat təşkil edir. Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. 25 iyul 2018-ci il tarixli, ********** nömrəli məhkəmə mühasibat uçotu qeydlərinin təsərrüfat subyektlərini maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi ekspertizasının rəyin dən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında və 13 fevral 2015-ci il tarixli, İPK 01 saylı nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 09 yanvar 2018-ci il tarixə (maliyyə arayışında olan tarixə) “xxxx” ASC-yə olan borcu 19648,55 ABŞ dolları, faiz borcu üzrə 7728,59 ABŞ dolları, 13 fevral 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 19648,55 ABŞ dolları, faiz borcu üzrə 8248,19 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən notarial qaydada verilmiş ərizələrin surətlərindən görünür ki, onlar hər biri ayrı-ayrılıqda tutmanın mənzilə yönəldiməsinə və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı ö hdəsinə götürmüşlər. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. - 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasım tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-nin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi muəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə ol malıdır. - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1 maddəsinƏ əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərə r üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə v ə ya zaminlik müqaviləsində zaminin subsidiär məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayn qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) ke çirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. - 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. - 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. - 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətim qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. - 59.3 maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. - 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər i poteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Azərbaycan Respublikası Mülki Məcələsinin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi muəyyən edilən məbləğl ər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi muəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İş üzrə toplanmış sənədləri araşdıraraq apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanət lərin Sığortalanması Fonduilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 cavabdeh borcalan Cavabdeh1 məsuliyyətini öz üzərlərinə götürdüklərindən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. məhkəməyə müraciət etməzdən əvvəl i ddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlar əsasında iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuş, lakin, əsas, faiz və cəmi borcun ABŞ dolları ilə tutulması hissəsində səhvə yol vermişdir. Kredit müqaviləsinə əsasən kredit xarici valyutada verilsə də, həmin öhdəlik ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla Azərbayca n manatı ilə ödənilməlidir. İddianın borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, açıq hərracdan satılması, qiymətləndirici rəyinə əsasən ilkin satış qiymətinin müəyyən edilməsi, qeydiyyatda olan şəxslərin ipoteka predmeti satıldıqldan sonra 1 ay müddətində mənzili boşaltmadıqları təqdirdə mənzildən çıxarılmaları ilə bağlı düzgün nəticəyə gəlmişdir.Cavabdehin qeyd olunan mənzildən qeydiyyatdan çıxması ilə bağlı sübut təqdim olunmamış, cavabdehin şəxsiyyət vəsiqəsinin surəti isə apellyasiya şikayətinə əlavə edilmişdir. Bundan əlavə Cavabdeh5 mənzilin ipoteka ilə yüklü edilməsinə notariat qaydada təsdiq edilmiş razılığını vermişdir. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və proses sual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə k ollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar