Məhkəmə qərarları › İş №2(102)-3385/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3385/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3385/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9 794/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Oktyabr rayonu X1 İcrayə Komitəsinin xx.xx.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş ev hüquqi cəhətdən təsdiq edilmiş və İddiaçı anası X11 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınmışdır. Sonradan “4-cü Yasamal” küçəsinin adı dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmişdir. 2. 3 saylı “ASAN Xidmət” Mərkəzinin xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, hazırda İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar.

3. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-ci il tarixli 185 nömrəli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu 4-cü Yasasamal küçəsindəki 193,7 kv.m torpaq sahəsində yerləşən 137,4 kv.m yaşayış sahəsi və 173,8 kv.m köməkçi sahəsi olan 8A nömrəli evin Cavabdeh1 adına mülkiləşdirilmiş, evin inventarlaşdırılması və qeydiyyat şəhadətnaməsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-dən xahiş edilmişdir

4. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli MH seriyalı 033283 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 3 “ASAN Xidmət” Mərkəzinin xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar.

6. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xİdmətinin xx.xx.2017-ci il tarixli **********62 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiliklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 590 nömrəli Fərmanı əsasında “ünvan 4 ünvana “ünvan 5an Dadaşov küçəsi ev 8A” ünvana isə “ünvan 7 Apelyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)- 383/2012 saylı 05 sentyabr 2012-ci il tarixli qərarından görünür ki, iş materiallarında olan ünvan 9 ünvanlarda yerləşən evlərin və Cavabdeh1 əvvəllər qeydiyyatda olduğu və yaşadığı X.Mustafayev küçəsi, 16 ünvanda yerləşən evin ev dəftərlərinin surətlərindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu X.Dadaşov küçəsi 8 saylı evdə xx.xx.1969-cu ildə X11, 1976-cı ildə qızı X5, 1986-cı ildə X6 qeydiyyata alınmış, həmin dəftərin 9-cu vərəqində qeydiyyata alınan digər şəxslər barədə yazılar qələmlə qaralandığından həmin yazıların oxunması mümkün olmamışdır. 8 “a” saylı evə dair ev dəftərinin mövcud olmadığı bildirilmişdir. X.Mustafayev küçəsi 16 ünvanda yerləşən evin ev dəftərindən görünür ki, Cavabdeh1 həmin evə 1986-cı il tarixdə qeydi yyata alınmış, 1995-ci il tarixdə qeydiyyatdan çıxarılaraq X.Dadaşov küçəsi 8 “a” saylı ünvana qeydiyyata düşmüşdür.

8. Həmin qərarla müəyyən edilmişdir ki, mübahisəli həyətyanı torpaq sahəsi heç bir vaxt İddiaçı qanuni istifadəsində olmamış, həmin ünvanda yerləşən özbaşına tikiliyə Tamam Eyvazovanın istifadə hüququ tanınaraq ailə üzvləri ilə birlikdə qeydiyyata alınmışdır. Həmin tikilinin 1969-cu ildə nədən ibarət olması, sahəsi, otaqların sayı, planı barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin ünvanda yerləşən 3 otaqlı özbaşına tikili qeyri-rəsmi qaydada A.Cabbarovaya satılmış, sonradan qalan tikililər eyni qaydada Cavabdeh1 satılmışdır. Cavabdeh1 T.Eyvazovadan aldığı evdə 1992-1995-ci illərdə təmir-tikinti işləri aparmış və inşa etdiyi həmin özbaşına tikilini öz adına rəsm iləşdirərək qeydiyyat vəsiqəsi almışdır. İddiaçının həmin iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, özbaşına tikiliyə anası X4 1969-cu ildə istifadə hüququ tanınsa da, sonradan o həmin tikililəri sataraq 1995-ci ildən həmin ünvandan ilə üzvləri ilə birlikdə çıxdığından, 2006-cı ildə T.Eyvazova vəfat etməsi ilə əlaqədar mübahisəli mülkə miras açılmadığından İddiaçı həmin mülkə və onun yerləşdiyi torpaq sahəsinə dair varis kimi hər hansı hüququ yaranmamışdır, İddiaçı tərəfindən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh1 məxsus özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan, dövlət mülkiyyətində olan torpaqlara dair sərəncam vermək hüquq isə yer li icra hakimiyyəti orqanlarına məxsus olduğundan Yasamal rayon İcra Hakimiyyəti öz səlahiyyəti daxilində hərəkət edərək, dövlət mülkiyyətinə olan torpaq sahəsində inşa edilmiş özbaşına tikilini “8a” saylı ev kimi hüquqi qeydə almış və bu zaman Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli 2-ci çağırış 8-ci sessiyasının qərarına əsaslanaraq Yasamal rayon İcra Hakimiyyətinin nəzdində qanunsuz tikintilərin hüquqi qeydə alınması komissiyasının üzvlərinin texniki rəyini almış, həmin sərəncam əsasında Cavabdeh1 həmin evə dair mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-971/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçılar üçüncü şəxs Cavabdeh1 məxsus fərdi yaşayış evinin ünvan 10 ünvan əsasında yeni Bakı şəhəri Yasamal rayonu X.Dadaşov 18) ünvanını mübahisələndirməkdə subyektiv hüquqa malik deyillər. Əvvəlki iddiaların rədd olunmasına əsas ünvan 12 ünvanına iddiaçıların subyektiv hüquqlarının mövcud olmaması və həmin ünvanda yerləşən evin üçüncü şəxs Cavabdeh1 məxsusluğu olmuşdur (Məhz ünvan əsasında da yeni qaydalara əsasən cavabdeh tərəfindən üçüncü şəxsə yeni – ünvan 13 ünvanı verilmişdir). Heç bir hüquqları daşınmaz əmlakın dövlət reyestrində təsbit olunmayan, özbaşına tikili sahibləri olan iddiaçıların həmin reyestrdəki üçüncü şəxs Cavabdeh1 adına cavabdeh tərəfindən qeydiyyata alınmış evinə məxsus X.Dadaşov küçəsi 8 A (yeni 18) ünvanını mübahisələndirmək və onun etibarsızlığını tələb etmək üçün subyektiv hüquqları yoxdur.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-148 5/2018 saylı xx.xx.2018- ci il tarixli qərarından müəyyən edilir ki, köhnə ünvanı ünvan 14araq ünvan 15r, İddiaçı da X.Dadaşov ev 8 (köhnə ünvan) ünvanında qeydiyyatdadır, iddiaçının hüquqi qeydiyyatı həmin ünvana aid olduğundan və daşınmaz əmlak obyektinin nömrəsi haqqında məlumatlar açıq hesab edildiyindən, maraqlı şəxs kimi qaydaların tələblərinə uyğun olaraq ünvan reyestri ilə bağlı arayış şəklində məlumat almaq hüququna malikdir. Belə bir arayışın verilməsi həmin daşınmaz əmlak obyektinin mülkiyyətçisinin (sahibinin) hüquqlarını pozmur və məhdudlaşdırmır, ünvan reyestri ilə bağlı arayış iddiaçıya həmin daşınmaz əmlak obyektinin mülkiyyətçisi və istifadəçisi kimi deyil, həmin ünvanda qeydiyyatda olan maraqlı şəxs kimi verilməlidir. Həmçinin göstərilmişdir ki, yeni ünvan verilənə qədər iddiaçı ünvan 16muş, üçüncü şəxs Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmış tikili isə X.Dadaşov 8a ünvanı kimi qeyd edilmiş, işdəki qüvvədə olan məhkəmə qərarlarına əsasən həmin ünvanda qeydiyyatdan keçmiş tikilidən əlavə iddiaçı və digər şəxslərin pasport qeydiyyatında olduğu özbaşına tikili olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmamış ailə üzvləri - X2, X3 və X7 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 18 nömrəli evdən çıxarılmaları və onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.İddia tələbi onunla əsasl andırılmışdır ki, Bakı şəhəri Oktyabr rayonu X1 İcrayə Komitəsinin xx.xx.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş evin hüquqi cəhətdən təsdiq edilməsi və anası X11 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınması qərara alınmışdır. Sonradan ünvan dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmiş, evin nömrəsi olduğu kimi 8 saxlanılmışdır. 3 saylı “ASAN Xidmət” Mərkəzinin xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, hazırda o, 4 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar. Cavabdeh1, ailə üzvləri ilə qeyri-qanuni olaraq onun ailə üzvləri ilə yaşadığı evi zəbt edilmiş və dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh evi t ərk etmir. Qeyd edilir ki, MH seriyalı 033283 nömrəli xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A nömrəli özbaşına tikilmiş ev vardır. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 17N Xidmət” Mərkəzinin xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar. Yəni, Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsində yerləşən 8 və 8A nömrəli evləri fərqlidir. Halbuki, cavabdehlər özünə məxsus 8A nömrəli evdə yox, iddiaçının qeydiyyatda olduğu 8 nömrəli evdə yaşayırlar. Azərbaycan Respublikası ƏMDKnın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xİdmətinin xx.xx.2017-ci il tar ixli **********62 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiliklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 590 nömrəli Fərmanı əsasında “ünvan 4 ünvana “ünvan 5an Dadaşov küçəsi ev 8A” ünvana isə “ünvan 19in yeni ünvanı X.Dadaşov ev 20 olduğu halda, qeyri-qanuni olaraq ona məxsus X.Dadaşov küçəsindəki 18 nömrəli evi zəbt etmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)502/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/95 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 nömrəli evlə, yəni - Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 18 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 287,8 kv.m təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 8A nömrəli ev, yəni Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 20 nömrəli fərdi yaşayış evinin ümum i sahəsi 154,9 kv.m təşkil etdiyini nəzərə alaraq 18 və 20 nömrəli fərdi yaşayış evləri texniki cəhətdən eynilik təşkil etmir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X12) 26 iyul 2021-ci il tarixli 2(004)-91/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A (indiki Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A) nömrəli 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olmasına dair Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli MH seriyalı 033283 nömrəli qeydiyyat vəsiqəsi hazırda qüvvədədir. Həmin evi qeydiyyat vəsiqəsində və texniki pasportun ölçülərinə uyğun olmaqla, Cavabdeh1 mülkiyyətindədir və Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə orada yaşayı r. Bu evin İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvana aidiyyatı yoxdur. İddiaçı ona məxsus evin Cavabdeh1 təçrəfindən zəbt edildiyini iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A (indiki Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A) nömrəli 2 mərtəbəli fərdi yaşayış evi ilə İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi 8 nömrəli özbaşına tikili ev eyni evlər deyildir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 8A nömrəli 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı məxsus deyild ir, həmin ev Cavabdeh1 mülkiyyətindədir. Odur ki, İddiaçı iddia tələbi özü-özlüyündə əsassızdır və təmin edilə bilməz.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə, hakim X12 barəsində xüsusi qərardad qəbul edilməsini və ekspertiza ilə bağlı xərclərin cavabdehdən tutulmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9794/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçının apellyasi ya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-91/2021 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli ünvanda pasport qeydiyyatında olması formal xarakter daşıyır və hazırki iddia tələbinin qanuni və əsaslı hesab edilməsi nəticəsinə gəlməyə əsas vermir, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli özbaşına tikiliyə anası X4 1969-cu ildə ist ifadə hüququ tanınsa da, sonradan o, həmin tikililəri sataraq 1995-ci ildən həmin ünvandan ailə üzvləri ilə birlikdə çıxdığından, 2006-cı ildə T.Eyvazova vəfat etməsi ilə əlaqədar mübahisəli mülkə miras açılmadığından İddiaçı həmin mülkə və onun yerləşdiyi torpaq sahəsinə dair varis kimi hər hansı hüququ yaranmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyd edilən ünvanda qeydiyyatda olması Cavabdeh1 mülkiyyətində olan və faktiki olaraq yaşadığı ünvandan çıxarılmasına və iddiaçının həmin ünvana köçürülməsinə əsas verən hal deyildir, hazırki iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında sübut kimi çıxış edən birinci instansiya məhkəməsinin qərardadı ilə keçirilmiş ekspertizanın rəyləri işdə lazımınca bilavasitə tədqiq edilməmişdir. Bu isə iddiaçının qeydiyyatda olduğu sahəyə dair cavabdehin istifadə hüquqlarının olmadığının əsas sübutudur. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

26. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

27. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 28.Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 29.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 30.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 31.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 33.Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 34. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İddiaçının iddia ərizəsi ilə müəyyən olunur k, o, 4 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar. Cavabdeh1, ailə üzvləri ilə qeyri-qanuni olaraq onun ailə üzvləri ilə yaşadığı evi zəbt edilmiş və dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh evi tərk etmir. Qeyd edilir ki, MH seriyalı 033283 nömrəli xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində Bakı şəhə ri 4-cü Yasamal küçəsindəki 8A nömrəli özbaşına tikilmiş ev vardır. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 21ASAN Xidmət” Mərkəzinin xx.xx.2018-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi,ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar. Yəni, Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 8 və 8A nömrəli evləri fərqlidir. Halbuki, cavabdehlər özünə məxsus 8A nömrəli evdə yox, iddiaçının qeydiyyatda olduğu 8 nömrəli evdə yaşayırlar.

39. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, faktiki olaraq yeni ünvanla X.Dadaşov 18 (köhnə ünvan 8) ünvanda Cavabdeh1 yaşayır, X.Dadaşov küçəsi 8A (yeni ünvan 20) ünvanında isə Afət Cabarova ailəsi ilə yaşayır. 4

0. Apellyasiya instansiyası məhkəməsi toplanmış sübutların məcmusuna uyğun olaraq qeyd etmişdir ki, Bakı şəhəri Oktyabr rayonu X1 İcrayə Komitəsinin xx.xx.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş ev hüquqi cəhətdən təsdiq edilmiş və İddiaçı anası X11 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınmışdır. Sonradan “4-cü Yasamal” küçəsinin adı dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmişdir. Həmin ünvanda yerləşən 3 otaqlı özbaşına tikili qeyri-rəsmi qaydada A.Cabbarovaya satılmış, sonradan qalan tikililər eyni qaydada Cavabdeh1 satılmışdır. Cavabdeh1 T.Eyvazovadan aldığı evdə 1992-1995-ci illərdə təmir-tikinti işləri aparmış və inşa etdiyi həmin özbaşına tikilini öz adına rəsmiləşdir ərək qeydiyyat vəsiqəsi almışdır. Köhnə ünvanı Yasamal rayonu, X.Dadaşov küçəsi, 8 olan yaşayış evi xx.xx.1996-cı il tarixdə ünvanı X.Dadaşov küçəsi, ev 8A göstərilməklə Cavabdeh1 adına qeydə alınmışdır. Yəni, Cavabdeh1 hazırda yaşadığı ev faktiki olaraq keçmiş 8 saylı evdir və həmin evin üçüncü şəxslərin yaşadıqları 20 (köhnə 8A) saylı evə aidiyyəti yoxdur. İddiaçı qeydiyyatı da keçmiş 8, hazırki 18 saylı evədir. Göründüyü kimi, İddiaçı ünvan 25 ünvanında pasport qeydiyyatındadır, faktiki olaraq isə hazırda həmin ünvanda Cavabdeh1 yaşamaqla, həmin ev sonuncunun mülkiyyətindədir.

41. Qüvvədə olan Ali Məhkəmənin qeyd olunan qərarı ilə də ünvan 26 ünvanının Cavabdeh1 mülkiyyətində olması, İddiaçı isə həmin evdə qeydiyyatda olması və bu səbəbdən də ünvan reyestri ilə bağlı arayış şəklində məl umat almaq hüququna malik olduğu müəyyən edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli ünvanda pasport qeydiyyatında olması formal xarakter daşıyır və hazırki iddia tələbinin qanuni və əsaslı hesab edilməsi nəticəsinə gəlməyə əsas vermir, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli özbaşına tikiliyə anası X4 1969-cu ildə istifadə hüququ tanınsa da, sonradan o, həmin tikililəri sataraq 1995-ci ildən həmin ünvandan ailə üzvləri ilə birlikdə çıxdığından, 2006-cı ildə T.Eyvazova vəfat etməsi ilə əlaqədar mübahisəli mülkə miras açılmadığından İddiaçı həmin mülkə və onun yerləşdiyi torpaq sahəsinə dair varis kimi hər hansı hüququ yaranmamışdır. İddiaçının qeyd edilən ünvanda qeydiyyatda olması Cavabdeh1 mü lkiyyətində olan və faktiki olaraq yaşadığı ünvandan çıxarılmasına və iddiaçının həmin ünvana köçürülməsinə əsas verən hal deyildir.

43. İddiaçının hazırki kassasiya şikayətinin sadalanan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər sübutların qiymətləndirilməsi ilə əlaqədardır. Lakin Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

44. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

46. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyi ldir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(103)-9794/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar