Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3385/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “işə bərpa və sair tələbləri “ barədə iş üzrə QƏRARDADI (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “işə bərpa və sair tələbləri “ barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1327/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Xidmət ilə onun arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Xidmət üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 281/Ü nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, işdən çıxarıldığı tarixdən etibarən məcburi işburaxmaya görə əmək haqqının cavabdeh Xidmət tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli e-2(004)5205/2022 qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
3. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov- sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Rəşad Həsənov) 17 mart 2023-cü il ta rixli, 2(103)-1327/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi,İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “işə bərpa və sair tələbləri barədə” iddiasının təmin edilməsi, İddiaçı ilə bağlanmış 11 may 2022-ci il tarixli “Əmək müqaviləsinin” ləğv edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin qəbul etdiyi 22 iyul 2022-ci il tarixli, 281/Ü nömrəli əmrin ləğv edilməsi,İddiaçı əmək əvvəlki işinə - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin “Bük meşəbəyliyinə” meşəbəyi vəzifəsinə bərpa edilməsi,İddiaçı, o, işdən çıxarıldığı tarixdən etibarən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən ödənilməsi qət edilmişdir.
5. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli. 2(103)-1327/2023 nömrəli qərardadına əsasən cavabdehin kassasiya şikayəti qaytarılmışdır. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
7. Cavabdeh təkrarən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)-1327/2023 saylı qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
8. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
10. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barəd ə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
12. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
13. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilə n tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
16. İş materiallarından görünür ki, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1327/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh tərəfindən ikinci dəfə kassasiya şikayəti elektron qaydada 25 iyun 2023-cü il tarixində verilmişdir.
17. İş materiallarından məlum olur ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1327/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsini 07 aprel 2023-cü il tarixdə almışdır. 25 iyun 2023-cü il tarixində yenidən kassasiya şikayəti verərkən kassa siya şikayəti vermək üçün MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüş və buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir.Bununla belə apellyasiya məhkəməsi kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinə işə kassasiya qaydasında baxılması üçün göndərmişdir.
18. Halbuki apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyinə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyinə görə geri qaytarılmalı idi.
19. Məhkəmə kollegiyası qeyd edir ki, qayrtarılmış əvvəlki kassasiya şikayətinin müəyyən edilmiş prosessual müddətdə verilməsi, kassasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş müddət keçdikdən sonra verilmiş kassasiya şikayəti üzrə müddətin buraxılmaması anlamına gəlmir.Hər bir halda mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə kassasiya şikayəti müəyyənləşdirilmiş müddət daxilində verilməlidir.
20. Beləliklə, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
22. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasla r olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyrimümkün hesab edilməli, qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-xxxx/2023 saylı, 17 xxx 2023-cü il tarixli qətnaməsindən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti qay tarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.