Məhkəmə qərarları › İş №2(102)-3386/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3386/2025

18.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3386/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5056/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları 1. xx.xx.1946-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində maliyyə-təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmiş, X6 xx.xx.2023-cü tarixli iclasının qərarı ilə maliyyə-təsərrüfat şöbəsi ləğv edildiyindən Birliyin xx.xx.2023-cü tarixli 2 nömrəli sərəncamı ilə xx.xx.2023-cü il tarixdən öz razılığı ilə yeni yaradılmış Maliyyə - Təşkilatın baş mühasibi vəzifəsinə keçirilmiş, əmək müqaviləsinə, xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamla xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqı nın və sair xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcmini azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının, habelə iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci və mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları X7 öz istəyi ilə tutduğu baş mühasib vəzifəsindən azad olunması ilə bağlı onun tərəfin dən Birliyə hər hansı ərizənin verilmədiyi halda, Birlikdə başqa vəzifəyə keçirilmə ilə bağlı ona verilmiş təminatın mövcudluğuna baxmayaraq, onunla bağlanmış müddətsiz əmək müqaviləsinə, xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamla xitam verilmişdir. İşdən azad olunması tamamilə qanunsuzdur. İşəgötürənlə digər vəzifəyə keçirilməsi ilə bağlı şifahi razılığın olmasına baxmayaraq, o xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən işdən azad olunmuşdur. Ərizənin mətninə nəzər yetirsək əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı tarixin, o cümlədən “xx.xx.2024-cü il” tarixinin qeyd olunmadığını, habelə məzmuna nəzər yetirilən zaman, ümumiyyətlə “işdən azad olunma” ilə bağlı hər hansı söz ifadəsinə rast gəlmək mümkün olmamışdır. Qeyd olunan qanunsuzluğun aradan qaldırılması istiqamətində xx.xx.2 024-cü il tarixli, 64 nömrəli Sərəncamı ləğv edərək, işə bərpa olunması üçün işəgötürənə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli, Ə-04 nömrəli cavab məktubu ilə onun peşəkar mühasib sertifikatına malik olmadığına, habelə onun ərizəsini nəzərə alaraq əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Hətta hesab etsək ki, onun xx.xx.2024-cü il tarixdə yazmış olduğu ərizə işdən azad olunması ilə bağlı olmuşdur, yenə də işəgötürən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsini ləğv etməməli, onun xx.xx.2025-ci ildə ünvanlandığı ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixli ərizəni etibarsız hesab etməli idi. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. İşəgötürən bu hissədə onun əmək hüquqlarını pozmuşdur. x x.xx.2024-cü il tarixdə işdən azad olunmasına baxmayaraq əmək müqaviləsinin xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncam ona, cari ilin yanvar ayının 8-də əmək kitabçası ilə birlikdə təqdim edilmişdir.

4. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsi hüquqi cəhətdən əsassız olduğundan təmin edilməməlidir. Bеlə ki, “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (ko nsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 464 nömrəli qərarına əsasən baş mühasiblər tərəfindən X3 əldə edilməsi son müddət 2024-cü il 30 dekabrınadək müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsində peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Baş mühasib İddiaçı t ələb olunan peşəkar mühasib sertifikatına malik olmadığına görə Birlik sədrinin göstərişinə əsasən təşkilatın kadrlar üzrə baş mütəxəssisi onunla şifahi olaraq söhbət aparmış, qeyd olunan Qanun, Qərar və Məcəllənin tələblərini İddiaçı nəzərinə çatdırmış, peşəkar mühasib sertifikatını təqdim etmədiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun xitam veriləcəyini bildirmiş və bu barədə xx.xx.2024-cü il tarixdə Birlik sədrinə “Xidməti yazı” ilə məruzə etmişdir. İddiaçı tutduğu vəzifəyə uyğun olaraq X3 tələb olunduğundan məlumatlı olduğunu və deyilənləri nəzərə alacağını bildirmişdir. Azərbaycan Respubliaksının Konstitusiyasını, Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sər əncamlarını, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, X1, sədrin yazılı və şifahi tapşırıq). Şifahi tapşırıqlarını rəhbər tutmaq İddiaçı vəzifə borcu idi (İddiaçı əmək funksiyasının 3.1-ci bəndi). Təşkilatın kadrlar üzrə baş mütəxəssisi xx.xx.2024-cü il tarixdə Birlik sədrinə təqdimatla yazılı məruzə edərək baş mühasib İddiaçı bu günədək peşəkar mühasib sertifikatına malik olmasına dair hər hansı bir təsdiqedici sənədi təqdim etmədiyini bildirmişdir. Birlik sədrinin həmin “Təqdimatda “Rəsmi xəbərdarlıq edilsin”dərkənarı əsasında xx.xx.2024-cü il tarixdə Təşkilatın kadrlar üzrə baş mütəxəssisi, hüquq məsləhətçisi və Həmkarlar İttifaqı Komitəsi sədrinin iştirakı ilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” ictimai Birliyin sədr inin imzası və Təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 181 nömrəli rəsmi “Xəbərdarlıq” məktubunun məzmunu baş mühasib İddiaçı elan edilərək imzalanması üçün ona təqdim olunmuşdur. Xəbərdarlıq məktubunda İddiaçı baş mühasib vəzifəsində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 464 nömrəli Qərarına əsasən xx.xx.2024-cü ilədək peşəkar mühasib sertifikatına malik olmalı olduğu və həmin sertifikatı təqdim etmədiyi təqdirdə qanunla müəyyən edilmiş qaydada onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş və bu barədə cari ilin oktyabr ayında da ona şifahi xəbərdarlıq olunduğu xatırladılmışdır. İddiaçı “Xəbərdarlıq” məktubunda qeyd olunan Qanun, Qərar və Məcəllədən xəbərdar olduğunu, yaşının bu çağında gedib imtahan v erib qeyd edilən peşəkar mühasib sertifikatını ala bilməyəcəyini qeyd etmiş və xəbərdarlıq məktubuna ehtiyac olmadığını bildirərək imzalamaqdan imtina etmişdir. İddiaçı əlavə olaraq onu da bildirmişdir ki, X3 olmamasına görə Təşkilatın sədri tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə narazılığı yoxdur və gələcəkdə də bu işlə əlaqəli heç bir şikayəti olmayacaqdır. İddiaçı “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi sədrinin imzası və Təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 181 nömrəli rəsmi “Xəbərdarlıq” məktubunu imzalamaqdan imtina etməsi aktlaşdırılmışdır. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi sədrinin imzası və Təşkilatın möhür ü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 181 nömrəli rəsmi “Xəbərdarlıq” məktubundan sonra İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Təşkilatın sədrinə müraciət edərək peşəkar mühasib sertifikatına malik olmadığına görə haqqında müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmiş və sədr tərəfindən barəsində qəbul ediləcək hər hansı qərara sayğı ilə yanaşacağını, onu məmnuniyyətlə qəbul edəcəyini bildirmişdir. “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 464 nömrəli Qərarı və İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinin tələbləri əsasında İddiaçı peşəkar mühasib sertifikatına malik olmamasına görə aparılmış şifahi söhbətlərdə, yuxarıda qeyd edilən yazılı xidməti yazıda, təqdima tda və xəbərdarlıq məktubunda sertifikatı təqdim etmədiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcəyinin bildirilməsinə baxmayaraq həmin sertifikatı təqdim edə bilməməsi və onun xx.xx.2024-cü il tarixli ərizə ilə Təşkilatın sədrinə müraciət edərək peşəkar mühasib sertifikatına malik olmadığına görə haqqında müvafiq qaydada qərar qəbul edilməsini xahiş etməsi, ərizədə sədr tərəfindən barəsində qəbul ediləcək hər hansı qərara sayğı ilə yanaşacağını, onu məmnuniyyətlə qəbul edəcəyini bildirməsi nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı birliyin sədrinə ünvanladığı ərizədə X3 olmadığını bildirməklə barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəni yazarkən İddiaçı bilirdi ki, peşəkar mühasib sertifikatını qanunver icilikdə tələb olunan tarixə qədər təqdim edə bilməzsə, onunla əmək münasibətləri davam etdirilə bilməyəcək. Yəni İddiaçı bütün bu hallardan məlumatlı olduğu halda öz razılığı ilə barəsində müvafiq qaydada qərar qəbul etməsini xahiş emişdir. Belə olan halda Birlik İddiaçı öz razılığını, iradə ifadəsini nəzərə alaraq, yuxarıda qeyd olunan qanunvercilik aktlarını rəhbər tutaraq İddiaçı razılıq ərizəsini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Ərizə verildiyi gün əmək müqaviləsinə xitam verilməsi məsələsinə gəldikdə isə İddiaçı artıq uzun müddət idi ki, X3 tələb olunduğundan və sonuncu tarixin xx.xx.2024-cü il olduğundan məlumatlı idi (xidməti yazı, təqdimat, xəbərdarlıq). Buna baxmayaraq həmin müddət ərzində peşəkar mühasib sertifikatını əldə etməmiş və birliyin səd rinə ünvanladığı ərizədə də sertifikatın əldə olunması üçün hər hansı müddət verilməsini xahiş etməmiş, əksinə onunla aparılan daşıqlar zamanı bu yaşdan (1946-cı il təvəllüdlüdür) sonra peşəkar mühasib sertifikatını ala bilməyəcəyini açıq bildirmiş və barəsində müvafiq qaydada qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 464 nömrəli Qərarında konkret tarix göstərildiyinə görə Birlik İddiaçı ilə əmək münasibətlərini sonrakı müddətə davam etdirə bilməmişdir və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024- cü il tarixdə xitam verilmişdir. Bu səbəbdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunidir. İddiaçı bu günə qədər son haqq-hesabı almamasını qeyd etməsi həqiqəti əks etdirmir. Baş mühasib vəzifəsində işl əyən bir şəxsin son haqq-hesabı artıqlaması ilə aldığı, hətta birliyə borcu qaldığı təqdirdə belə bir halı qeyd etməsi böyük təəssüf doğurur. İddiaçı “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinə xx.xx.2021-ci il tarixdə işə qəbul edilmişdir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. İddiaçı Təşkilat sədrinin xx.xx.2024-cü il tarixli, 20 saylı sərəncamı ilə 2024-2025-ci iş ili (xx.xx.2024-xx.xx.2025) üzrə Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən 30 təqvim günü əsas məzuniyyət və Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən on beş ildən çox əmək stajı olduğuna görə 6 təqvim günü müddətində əlavə məzuniyyət daxil olmaqla, cəmi 36 təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş, məzuniyyət pulu və bir aylıq əmək haqqı məbləğində müavinət almışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək məzuniyyətindən tam istifadə etdiyi üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanmamışdır. İddiaçı ödənilməli əmək haqqı əmək müqaviləsinə xitam verildiyi 2024-cü ilin dekabr ayı daxil olmaqla 2024-cü ilin dekabr ayında tam şəkildə ödənilmişdir. Həmin vaxt baş mühasib vəzifəsində işləyən İddiaçı həmin vaxt birliyin maliyyə əməliyyatlarına cavabdeh şəxs olmuş və bu əməliyyatların aparılmasında şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 499 nömrəli qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə xx.xx.2024-cü il və xx.xx.2025-ci il iş günləri ilə müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024-cü il dekabr istirahət günlərinin yerləri dəyişdirildiyindən 2024-cü ilin son iş günü dekabrın 29-u, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən dekabrın 31-i, yanvarın 1 və 2-si iş günü hesab edilmədiyindən və xx.xx.2025 və xx.xx.2025-ci il həftələrarası istirahət günlərinə təsadüf etdiyindən 2025-ci ilin ilk iş günü yanvar ayının 6-sı olmuşdur. Əslində İddiaçı əmrin surəti və əmək kitabçasını özü könüllü olaraq götürməmiş, maliyyə sənədlərini təhvil verdikdən sonra götürəcəyini bildirmişdir. 2025-ci ilin ilk iş günü olan yanvar ayının 6-da Həmidov X10 aid maliyyə sənədlərini komissiyanın iştirakı ilə təhvil verməyə başlamışdır. Təşkilata aid maliyyə sənədlərini təhvil verib qurtardığı gün yanvar ayının 8-də əmək kitabçasını və əmrin su rətini şəxsən götürmüşdür. Sonuncu iş günü əmrin surətinin və əmək kitabçasının İddiaçı verilməməsində Birlik tərəfindən hər hansı bir problem olmamışdır. İddiaçı 29 dekabrda əmrin verildiyini və əmək kitabçasının yazıldığını bilmiş, həmin səndlər ona təqdim edilmiş, lakin özü həmin gün götürməmiş, xx.xx.2025-ci il tarixdə götürmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəşinin 1-ci hissəsində işəgötürən tərəfindən şəkərli diabetlə xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sırasında qeyd olunmuşdur. Məlumat üçün bildirilir ki, İddiaçı şəkərli diabet xəstəliyi var. Lakin Birlik onunla bağlanmış əmək müqaviləsinə şəkərli diabetli xəstə olması səbəbinə görə xitam verməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 ma y 2025-ci il tarixli, e-2(005)1852/2025 nömrəli qətnaməsi ilə (hakim X4) iddia təmin edilmiş, Cavabdehn xx.xx.2024cü il tarixli, 64 nömrəli sərəncamı ləğv еdilmiş, İddiaçı Cavabdehndə baş mühasib vəzifəsinə bərpa еdilməsi və iş buraxmaya görə əmək haqqının ödənilməsi, İddiaçı məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərcinin, mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin Cavabdehndən оnun хеyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə cavabdеhin mövqеyi ilə razılaşmamış və qеyd еtmişdir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmə səbəbi onun peşəkar mühasib olmamasına istinad еdilməsi düzgün оlmamışdır. Bеlə ki, cavabеh müəssisədə artıq baş mühasib kimi çalışan və peşəkar mühasib sеrtifikatı оlmadan fəaliyyət göstərilən işçilərin əmək müqaviləsinə хi tam vеrilməli оlmasına dair qanunvеricilikdə hər hansı impеrativ хaraktеrli müddəa nəzərdə tutulmamışdır.

7. Bundan əlavə, məhkəmə qеyd еtmişdir ki, cavabdеhin iddiaya еtirazın əsaslarından biri kimi istinad еtdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 464 nömrəli Qərarına əsasən baş mühasiblər tərəfindən X3 əldə edilməsi üçün son müddət xx.xx.2024-cü ilədək müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsində peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. İşin matеriallarından görünür ki, sözügеdən qərara əsasən S.Hə midоv baş mühasib vəzifəsinə təyin оlunan zaman artıq peşəkar mühasib sеrtifikatına malik оlmalı idi. Lakin xx.xx.2023-cü il tarixdən işdən azad olunana kimi sözügedən PMS-ə malik olmaması onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 2 ilə yaxın müddət ərzində əmək funksiyalarının icrasına mane olmamışdır.

8. Bundan əlavə, məhkəmə iş matеriallarında оlan xx.xx.2024-cü il tarixli Kadrlar üzrə baş mütəxəssis X8 sədrinə təqdim etdiyi Xidməti yazıda PMS sertifikatının təqdim etmədiyi təqdirdə və xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış Xəbərdarlgq məktubunda PMS sertifikatının təqdim etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı qеyd еtməyi zəruri saymışdır ki, iddiaçı xx.xx.2024-ci il tariхli ərizəni ya zmasa idi bеlə, cavabdеh qеyd еtdiyi əsasla iddiaçını yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edə bilərdi ki, bunun üçün də bununla bağlı mövcud prosessual tələblərə riayət olunmalı idi.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdеh tərəf bildirdiyi kimi İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi səbəbinin daha aydın olması üçün “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi xx.xx.2025-ci il tarixdə 23 nömrəli Sərəncamı ilə Birliyin xx.xx.2024-cü il tarixli, 64 nömrəli sərəncamına dəyişiklik etmiş və Sərəncamın birinci abzası yeni redaksiyada verilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilmişdir. E yni zamanda yeni dəyişikliyə əsasən İddiaçı 6-8 yanvar 2025-ci il tarixdə maliyyə sənədlərini təhvil-təslim etdiyini nəzərə alaraq əmək müqaviləsinə xitam verildiyi gün xx.xx.2025-ci il göstərilmiş, bununla bağlı xx.xx.2025-ci il tariхli ərizə təqdim еdilərək “Sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının və sair xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi bir daha хahiş оlunmuşdur. Cavabdеh tərəf izahat və ərizəsində bunu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəinin “a” bəndi birbirini təkzib etməməsi, əksinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilmə səbəbini daha aydın şəkil də göstərməsi ilə də əsaslandırmışdır. Əvvəla müəyyən еdilmişdir ki, cavabdеh tərəf xx.xx.2025-ci il tarixdən əvvəllər kеçirilmiş məhkəmə iclasında vеrilən suallar əsasında səsləndirilmiş təkliflər əsasında mübahisələndirilən sərəncamda yоl vеrdikləri səhvi aradan qaldırmaqda qеyd еdilən dəyişikliyə yоl vеrmişlər. İkincisi də, xx.xx.2025-ci il tarixli Sərəncamda iddiaçının xx.xx.2025-ci il tarixdən xitam verildiyini qeyd еtməklə cavabdеh işçi ilə hər hansı əmək münasibətləri mövcud olmadığı halda onun işdən çıxarılması ilə bağlı verilmiş əmrə dəyişiklik etmək səlahiyyətində оlmamışdır. Həmçinin də vеrilən dəyişikliyin əsasına diqqət yеtirilsə, yenə də iddiaçının işdən azad оlunması ilə bağlı iradəsini ifadə etməyən ərizəsinə və AR NK-nın xx.xx.2018-ci il tarixli, 464 nömrəli qərarına istin ad еdilərək 68-ci maddənin 2-ci hissəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əvəzlənmişdir. Lakin yuхarıda qеyd еdildiyi kimi işçinin Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi ilə işdən azad оlunması üçün bununla bağlı müvcud prosessual tələblərə riayət olunması zəruridir ki, bunlara riayət оlunması ilə bağlı hеç bir sübut təqdim еdilməmişdir.

10. Daha sоnra məhkəmə qеyd еtmişdir ki, MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşan a qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə gürə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsi və xx.xx.2025ci il tarixdə 23 nömrəli Sərəncamı sübut kimi qəbul еdilməmişdir.

11. Məhkəmə hər bir halda qeyd etməyi zəruri saymışdır ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır və əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilm iş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 125-ci, Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 2, 65, 68(2), 70, 74(2), 76, 300Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsində konkret inzibati məsuliyyətin nəzərdə tutulması, eyni zamanda Mühasibat Uçotu haqqında qanunvericilik və Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı baş mühasibin peşəkar mühasib olmasını tələb edir. Belə olan halda İddiaçı da baş mühasib vəzifəsində işini davam etdirmək üçün qanunvericilikdə tələb olunan müddətə qədər peşəkar mühasib sertifikatına malik olmalı idi. Ərizə verildiyi gün əmək müqaviləsinə xitam verilməsi məsələsinə gəldikdə isə İddiaçı 30 dekabr 2024-cü il tarixədək PMS-nı təqdim etmədiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunla müəyyən olunmuş qaydada xitam veriləcəyini Birliyin kadrlar üzrə baş mütəxəssisi Birlik sədrinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli Xidməti yazıdan və İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan məlumatlı idi. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı PMS-ə malik olmaması 30 dekabr 2024-cü ildən sonra problem yarada bilərdi. Belə ki, hesabatlar qəbul edilməyə bilər, Təşkilat inzibati qaydada cərimə edilə bilərdi. İddiaçı işlədiyi dövrdə peşəkar mühasib sertifikatına malik olmaması Təşkilat tərəfindən mübahisələndirilmir. Qanunvericilikdə tələb olunan müddətə qədər PMS əldə olunması baş mühasibdən tələb olunurdu. Məhkəmə bir tərəfdən İddiaçı artıq işlədiyinə görə peşəkar mühasib serrifikatına malik olmasına ehtiyac olmadığını qeyd edir, digər tərəfdən İddiaçı ərizə verməsəydi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam veriməsinin mümkünlüyünü göstərir ki, bu da məhkəmənin mövqeyinin qeyrimüəyyən olduğunu göstərir. Məhkəmə tərəfimizdən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəni və xx.xx.2025-ci il tarixli 23 nömrəli Sərəncamı sübut kimi qəbul еtməmişdir. Sərəncamın tarixindən də göründüyü kimi xx.xx. 2024-cü il tarixli 64 nömrəli sərəncama xx.xx.2025-ci il tarixdə dəyişiklik edilmişdir. 01 may 2025-ci il tarixdə həmin sərəncam məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci ildə rəsmiləşən sənədi əvvəlki tarixlərdə, hazırlıq iclasında (hazırlıq iclasları xx.xx.2025-ci il xx.xx.2025-ci il tarixlərdə keçirilib) məhkəməyə təqdim etmək mümkün deyildir. Bu səbəbdən hesab edirik ki, xx.xx.2025-ci il tarixli sərəncam məhkəmə tərəfindən sübut kimi qəbul edilməli idi. Sərəncama edilən dəyişikliyin əsas səbəbi 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə aydınlıq gətirmək idi. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, Təşkilat öz sərəncamına dəyişiklik etmiş və işçinin işdən azad edilməsinin hüquqi əsasını dəyişdirmişdir. Məhkəmə Təşkilat tərəfindən dəyişiklik edilmiş sərəncamı ləğv etmişdir ki, bu da hüquqi cəhətdən əsassızdır. Odur ki, birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5056/2025 nömrəli iş üzrə 19 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər X11 - sədrlik edən və məruzəçi, X5 və X12) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 may 2025-ci il tarixli, e-2(005)- 1852/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mübahisə etdiyi əsas məqam cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli, 64 nömrəli sərəncamında onun “öz ərizəsi əsasında” işdən azad olunması barədə qeydin olmasıdır. Hansı ki, iddiaçı bildirmişdir k i, o, işdən azad olunma barədə ərizə verməmiş, əksinə, başqa vəzifəyə keçirilmə ilə bağlı şifahi razılaşması olmuşdur. Bu səbəbdən iddiaçı sərəncamın məhz “ərizəsi əsasında” qeydinin əsassız olduğunu irəli sürərək, ləğv olunmasını xahiş etmişdir. Lakin iş materiallarının təhlilindən aydın olur ki, cavabdeh təşkilat sonrakı mərhələdə xx.xx.2025-ci il tarixli 23 nömrəli sərəncamı ilə əvvəlcə qəbul etdiyi xx.xx.2024-cü il tarixli 64 nömrəli sərəncama dəyişiklik etmiş, həmin dəyişikliklə əmək müqaviləsinə xitam verilməsinin əsası artıq işçinin ərizəsi deyil, birbaşa olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əsas — işçinin tutduğu vəzifəyə görə tələb olunan ixtisas göstəricilərinə malik olmaması, yəni iddiaçının X3 olmaması göstərilmişd ir. Bununla da işdən azad edilmənin hüquqi əsası tamamilə başqa maddi-hüquqi baza üzərinə keçirilmişdir. Belə bir dəyişiklik nəticəsində iddiaçının məhkəməyə müraciət edərkən mübahisələndirdiyi ilkin hüquqi situasiya — yəni “öz ərizəsi əsasında işdən azad edilməsi” halı artıq hüquqi dövriyyədən çıxmış, faktiki və hüquqi əhəmiyyətini itirmişdir. Əgər ilkin mərhələdə iddianın predmeti işçinin iradəsinin təhrif olunması və guya ərizə təqdim etməsi əsasında əmək münasibətlərinə xitam verilməsi olmuşdursa, sonradan cavabdehin dəyişiklik etməsi ilə bu əsas aradan qaldırılmış, əmək müqaviləsinə xitamın hüquqi səbəbi tamamilə fərqli maddəyə istinadla yenidən formalaşdırılmışdır. Nəticə etibarilə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən mübahisə predmeti öz mövcudluğunu itirm işdir.

17. Məhkəmə kollegiyası izah etmişdir ki, prosessual hüququn ən mühüm və təməl prinsiplərindən biri “mübahisə predmetinin mövcudluğu” prinsipidir. Məhkəmə yalnız o halda işin mahiyyəti üzrə araşdırma apara bilər ki, mübahisə edilən hüquqi vəziyyət və ya hüquqi akt real şəkildə mövcud olsun və tərəflər arasında həqiqətən də mübahisə doğursun. Əks təqdirdə, mübahisə predmeti aradan qalxdıqda, məhkəmənin mahiyyəti üzrə araşdırma aparması hüquqi baxımdan əsassız olur və prosessual qanunvericiliyin açıq şəkildə pozulmasına gətirib çıxarır. Hazırki iş üzrə isə mübahisə predmeti – “iddiaçının guya öz ərizəsi əsasında işdən azad olunması” halı – cavabdehin sonrakı dəyişiklik əmri ilə aradan qaldırılmışdır. Belə bir vəziyyətdə birinci instansiya məhkəməsi mübahisə predmetinin əhəmiyyətini it irdiyini nəzərə almalı, müvafiq olaraq MPM-in 261.0.1-ci maddəsinə əsaslanaraq iş üzrə icraata xitam verməli idi. Lakin birinci instansiya məhkəməsi bu prosessual öhdəliyi yerinə yetirməmiş, mövcud olmayan mübahisə predmeti əsasında işə baxaraq, mahiyyəti üzrə qətnamə çıxarmışdır. Bu, həm prosessual hüquq normalarının, həm də mübahisənin predmetinin mövcudluğu prinsipinin pozulması deməkdir.

18. Məhkəmə kollegiyası əlavə olaraq vurğulamışdır ki, iddiaçının nümayəndəsi və vəkilinin elektron məhkəmə informasiya sistemi vasitəsilə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin məzmunundan onun cavabdehin yeni sərəncamı ilə razılaşmadığı və mübahisənin yalnız ilkin sərəncam üzrə araşdırılması marağında olduğu müəyyən edilir. Bu hallar təsdiq edir ki, iddiaçı birinci instansiya mərhələsində pred metin düzgün müəyyənləşdirilməsi məqsədilə iddianı dəyişdirmək imkanına malik olmuş, lakin bu imkanından istifadə etməmiş və ilkin sərəncama əsaslanan tələb üzrə işin araşdırılması mövqeyindən çıxış etmişdir. Birinci instansiya məhkəməsi isə bu vəziyyəti nəzərə almayaraq, zəruri prosessual hərəkətləri həyata keçirməmiş və işə xitam vermək əvəzinə mahiyyəti üzrə əsassız qətnamə çıxarmışdır.

19. Bununla yanaşı, kollegiya izah etmişdir ki, cavabdehin sərəncama etdiyi dəyişiklik iddiaçının əmək müqaviləsinə xitam verilməsinin yeni əsası – “X3 olmaması” ilə bağlı iddia qaldırmaq hüququnu heç bir halda istisna etmir. Əksinə, iddiaçı öz hüquqlarını müdafiə etmək məqsədilə yeni əsas üzrə, yəni əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin qanunsuz olması bar ədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bu, onun konstitusion hüququdur və məhkəmə müdafiəsi prinsipləri ilə tam uzlaşır.

20. Məhkəmə gəldiyi nəticəni MPM-in 261.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işdən azad olunması tamamilə qanunsuzdur. Belə ki, işəgötürənlə İddiaçı digər vəzifəyə keçirilməsi ilə bağlı şifahi razılığın olmasına baxmayaraq, o xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən işdən azad olunmuşdur. Halbuki, ərizənin məzmuna nəzər yetirdiyimiz zam an ümumiyyətlə “işdən azad olunma” ilə bağlı hər hansı söz ifadəsinə belə rast gəlməyin mümkün olmadığını görmüş olarıq. Sərəncamın məzmununa diqqət yetirdikdə ziddiyyətlərin mövcudluğunu görmək olar. Belə ki, Sərəncamda “Azərbaycan RespublikasıMüharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin baş mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz razılığı ilə 29 dekabr 2024-cü il tarixdən xitam verilsin.” cümləsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə nəzər yetirsək yalnız 69.3-cü maddəsinə görə, işçi başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları sırasında “tərəflərdən birinin təşəbbüsü” qeyd olunub. Lakin “təşəbbüs” dedikdə bir tərəfin digər tərəfə, yəni işçi tərəfindən işəgötürənə və yaxud əksinə, müqavilənin xitam verilməsi təşəbbüsü ilə çıxış etmək və indiki halda işçini nəzərdən keçiririksə işdən azad olunması ilə bağlı iradəni tam ifadə edən ərizə nəzərdə tutulmalıdır.

23. İşəgötürən əvvəlcədən planlaşdırılmış şəkildə işçini aldadaraq, PMS olmadan baş mühasib vəzifəsinin icrasının əsassız olaraq mümkün olmadığına istinad edərək, işçiyə digər vəzifəyə keçirilməsini vəd etmiş, tələsik və qərəzli şəkildə İddiaçı qanunsu z şəkildə işdən azad olunmasına nail olmuşdur.

24. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verilməmiş, mahiyyətinə varmadan cavabdehin fikrinə əsaslanaraq yekun məhkəmə aktı çıxarılmışdır. İddiaçının mübahisə etdiyi əsas məqam cavabdehin xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamda təkcə “öz ərizəsi əsasında” qeydinin əsassız olduğuna görə ləğv olunması deyil, həmçinin həmin ərizədə işdən çıxma tarixinin qeyd olunmaması və bununla bağlı 1 ay xəbərdarlıq müddətinin bitməməsini əsas götürərək iddiaçı tərəfindən işəgötürənə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət olunmasına baxmayaraq işə bərpa tələbinin təmin olmaması, Sərəncamın məzmununda AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə istinad edib (tərəflərin birinin təşəbbüsü) və ardından maddənin məzmununa uyğun olmayan şəkildə “öz razılığı” ilə ifadəsinin qeyd edilməsi, mövcud əmək qanunvericiliyində, o cümlədən AR Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 464 nömrəli Qərarında peşəkarlıq mühasibat sertifikatı olmadan fəaliyyət göstərən baş mühasiblərin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı imperativ xarakterli müddəanın nəzərdə tutulmamasıdır. Lakin apellyasiya instansiyası 4 əsasdan yalnız birini qabardaraq öz qərəzli mövqeyini əsaslandırmağa cəhd etmişdir.

25. İşçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad оlunması üçün bununla bağlı mövcud prosessual tələblərə riayət olunması zəruridir ki, bunlara riayət оlunması ilə bağlı cavabdeh tərəfindən hеç bir sübut təqdim еdilməmişdir. 26. xx.xx.2024-cü il tarixli ərizənin mətninə nəzər yetirsə k əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı tarixin, o cümlədən “xx.xx.2024-cü il” tarixinin qeyd olunmadığını görmüş olarıq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunveric ilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

27. Qanunsuz olaraq olaraq işdən azad olunmasını aradan qaldırılması istiqamətində xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamı ləğv edərək, İddiaçı işə bərpa etmək üçün işəgötürənə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət olunmuşdur. Lakin xx.xx.2025-ci il tarixli, Ə-04 nömrəli cavab məktubu ilə Birlik İddiaçı peşəkar mühasib sertifikatına malik olmadığına, habelə onun ərizəsini nəzərə alaraq əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Hətta hesab etsək ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yazmış olduğu ərizə işdən azad olunması ilə bağlı olmuşdur, yenə də işəgötürən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsini ləğv etməməli, habelə İddiaçı xx.xx.2025-ci il tarixdə ünvanladığı ə rizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixli ərizəni etibarsız hesab etməli idi.

28. Apellyasiya məhkəməsinin istinad etdiyi xx.xx.2025-ci il tarixli 23 nömrəli sərəncam etibarsızdır. Belə ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə İddiaçı məxsus şəxsi kabinetə daxil olduqda onunla bağlanmış əmək müqaviləsinə xitamın əsası kimi hələ də AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi göstərilməkdədir. Yəni sözügedən dəyişiklik bildirişi elektron informasiya sistemində qeydə alınmamış və qüvvəyə minməmişdir. Bildiyiniz kimi, AR Əmək Məcəlləsinin 49-cü maddəsinin 5-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu ba rədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Yəni birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyə uyğun olaraq sübut kimi qəbul edilməyən (məhkəmə baxışınadək təqdim olunmayan) sənədi apellyasiya instansiya məhkəməsi məzmununa və tərtibatına fikir vermədən, qanunvericiliyə zidd olaraq sübut kimi dəyərləndirmiş və ən əsasımötə bərliyini yoxlamadan qanunsuz olaraq istinad etmişdir. Bundan əlavə sözügedən əsaslandırma ümumiyyətlə absurd hesab olunmalıdır. Belə ki, işə bərpa olunması barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cımaddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi öz ədalətli mövqeyini nümayiş etdirərək xx.xx.2025-ci il tarixli qətnaməsində qеyd etmişdir ki, “müəyyən еdilmişdir ki, cavabdеh tərəf xx.xx.2025-ci il tarixdən əvvəllər kеçirilmiş məhkəmə iclasında vеrilən suallar əsasında səsləndirilmiş təkliflər əsasında mübahisələndirilən sərəncamda yоl vеrdikləri səhvi aradan qaldırmaqda qеyd еdilən dəyişikliyə yоl vеrmişlər.” İkincisi də, xx.xx.2025-ci il tarixli Sərəncamda iddiaçının xx.xx.2025-ci il tarixdən xitam verildiyini qeyd еtməklə cavabdеh işçi ilə hər hansı əmək münasibətləri mövcud olmadığı halda onun işdən çıxarılması ilə bağlı verilmiş əmrə dəyişiklik etmək səlahiyyətində оlmamışdır. Həmçinin də vеrilən dəyişikliyin əsasına diqqət yеtirilsə, yenə də iddiaçının işdən azad оlunması il ə bağlı iradəsini ifadə etməyən ərizəsinə və AR NK xx.xx.2018-ci il tarixli, 464 nömrəli qərarına istinad еdilərək 68-ci maddənin 2-ci hissəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əvəzlənmişdir. Yəni “öz ərizəsi əsasında işdən azad edilməsi” halı apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi hüquqi dövriyyədən çıxmamışdır, çünki xx.xx.2025-ci il tarixli Sərəncamın əsasında AR Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 464 nömrəli Qərarı ilə yanaşı X9 29 dekabr 2024-сü il tarixli ərizəsi qeyd olunmuşdur. Halbuki həmin Sərəncamda AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun işdən azad olunduğu halda ən azından attestasiya komissiyanın qərarına da istinad edilməlidir. Lakin istinad etmək üçün də birincisi gərək attestasiya komissiyasımövcud olmalıdır. xx.xx.2025-ci il tarixli Sərəncamdan isə görünən odur ki, bu yalnız rəhbərin qanunsuz qərarıdır. Həmçinin qeyd olunmalıdır ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad оlunması üçün bununla bağlımüvcud prosessual tələblərə riayət olunması zəruridir ki, cavabdeh tərəfindən bunlara dair hеç bir sübut nə birinci, nə də apellyasiya instansiya məhkəməsində təqdim еdilməmişdir. Ümumiyyətlə iddiaçının attestasiya imtahanına cəlb edilməsi və ya imtahana buraxıla bilməməsi ilə əlaqədar və ya iddiaçının attestasiya imtahanından imtina etməsini təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi barədə müvafiq qərar işəgötürən müəssisənin rə hbəri tərəfindən deyil, məhz attestasiya komissiyası tərəfindən qəbul edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (NK) “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən X3 əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” 25 oktyabr 2018-ci il tarixli, 464 nömrəli Qərarının 4-cü bəndinə əsasən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, dig ər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2023-cü il 30 dekabradək X3 (PMS) əldə edilməsi müddəti müəyyən olunmuşdur. Məsələ orasındadır ki, nə sözügedən NK qərarında, nə də digər əlaqəli hüquq normativ sənədlərdə, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsində PMS olmadan fəaliyyət göstərən baş mühasiblərin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı imperativ xarakterli müddəa nəzərdə tutulmamışdır. Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Birliyin Maliyyə və təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdən etibarən Birlikdə struktur dəyişikliyi baş verəndən sonra baş mühasib vəzifəsinə keçirilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan 25 oktyabr 2018-ci il tarixli Qərara əsasən, İddiaçı baş mühas ib vəzifəsinə təyin olunan zaman artıq PMS-ə malik olmalı idi. Lakin xx.xx.2023-cü il tarixdən işdən azad olunana kimi sözügedən PMS-ə malik olmaması onun əmək funksiyalarının icrasına maneə olmamışdır.

29. Məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, iş üçün əhəmiyyətli olan faktlara diqqət yetirilməmiş, sübutlar düzgün qiymətləndirilməmişdir.

30. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyə uyğun olaraq sübut kimi qəbul edilməyən (məhkəmə baxışınadək təqdim olunmayan) sənədi apellyasiya instansiya məhkəməsi məzmununa və tərtibatına fikir vermədən qanunvericiliyə zidd olaraq sübut kimi dəyərləndirib və ən əsası mötəbərliyini yoxlamadan qanunsuz olaraq istinad etmişdir. Cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli Sərəncam apellyasiya instansiyası tərəfindən qə bul edilməməli və həmin Sərəncama istinad edilməməli idi.

31. Hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik hallar olsa da apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallarla bağlı araşdırma aparmamış və həmin hallara düzgün hüquqi qiymət verməmişdir.

32. Həmçinin qeyd edilmişdir ki, iddia tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Bundan əlavə iddianın predmetini “xx.xx.2024-cü il tarixli, 64 nömrəli Sərəncamın ləğvi, işə bərpa və məcburi buraxılmış iş dövrü üçün əmək haqqının, habelə iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci və mediasiya prosesi ilə əlaqədar 61 manat çəkilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi” təşkil edir. Yəni sözügedən tələbin və ya predmetinin dəyişikliyinə h ər hansı zərurət mövcud olmamışdır. Onsuzda mübahisə mövcuddur və işçi qanunsuz olaraq işdən azad olunduğu üçün işə bərpa olunduğu halda həmin mübahisə aradan qalxmış hesab oluna bilər. Sərəncamın əsasında AR ƏM-nin istər 68 istərsə də 70-ci maddənin durmasından asılı olmayaraq İddiaçı işdən azad olunan zaman cavabdeh tərəfindən prosessual tələblərə riayət edilməmiş və işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi, bunun üçün kifayət qədər sübut və əsaslar mövcud olduğunu nəzərə alaraq, hər iki halda qanunsuz şəkildə rəsmiləşdirilmişdir. Ümumiyyətlə xüsusi qeyd olunmalıdır ki, apellyasiya instansiyasının hakimləri cavabdeh tərəfə yalnız 8 yanvar 2025-ci il tarixədək hesablanmış son haqq hesabın ödənilib-ödənilməməsi ilə bağlı sual vermiş, hətta bu hissədə də hər hansı təsdiqedici sənəd təqdi m etmədən yalnız cavabdehin şifahi qaydada verdiyi ifadə ilə kifayətlənmişdirlər. İddiaçı tərəfə isə bir sual belə vermədən müşavirə otağına yollanmış, ardından isə ədalətsiz qərardad elan olunmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində iddiaçı qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmi şdir ki, cavabdeh təşkilat sonrakı mərhələdə xx.xx.2025-ci il tarixli, 23 nömrəli sərəncamı ilə əvvəlcə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 64 nömrəli sərəncama dəyişiklik etmiş, həmin dəyişikliklə əmək müqaviləsinə xitam verilməsinin əsası artıq işçinin ərizəsi deyil, birbaşa olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əsas — işçinin tutduğu vəzifəyə görə tələb olunan ixtisas göstəricilərinə malik olmaması, yəni iddiaçının X3 olmaması göstərilmişdir. Bununla da işdən azad edilmənin hüquqi əsası tamamilə başqa maddi-hüquqi baza üzərinə keçirilmişdir. Belə bir dəyişiklik nəticəsində iddiaçının məhkəməyə müraciət edərkən mübahisələndirdiyi ilkin hüquqi situasiya — yəni “öz ərizəsi əsasında işdən azad edilməsi” halı artıq hüquqi dövriy yədən çıxmış, faktiki və hüquqi əhəmiyyətini itirmişdir. Əgər ilkin mərhələdə iddianın predmeti işçinin iradəsinin təhrif olunması və guya ərizə təqdim etməsi əsasında əmək münasibətlərinə xitam verilməsi olmuşdursa, sonradan cavabdehin dəyişiklik etməsi ilə bu əsas aradan qaldırılmış, əmək müqaviləsinə xitamın hüquqi səbəbi tamamilə fərqli maddəyə istinadla yenidən formalaşdırılmışdır. Nəticə etibarilə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən mübahisə predmeti öz mövcudluğunu itirmişdir.... Belə bir vəziyyətdə birinci instansiya məhkəməsi mübahisə predmetinin əhəmiyyətini itirdiyini nəzərə almalı, müvafiq olaraq MPM-in 261.0.1-ci maddəsinə əsaslanaraq iş üzrə icraata xitam verməli idi.

43. Cavabdeh təşkilatın xx.xx.2025-ci il tarixli, 23 nömrəli sərəncamına münas ibətdə isə apellyasiya məhkəməsi vurğulamışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin yeni əsası – “X3 olmaması” ilə bağlı iddia qaldırmaq hüququnu heç bir halda istisna etmir. Əksinə, iddiaçı öz hüquqlarını müdafiə etmək məqsədilə yeni əsas üzrə, yəni əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin qanunsuz olması barədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bu, onun konstitusion hüququdur və məhkəmə müdafiəsi prinsipləri ilə tam uzlaşır.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və prosessual məsələlərə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Kassasiya kollegiyası onu da qeyd edir ki, hazırkı apellyasiya baxışı yalnız işin icraatına xitam verilməsinə dair prosessual əsasların yoxlanılması ilə bağlı olduğundan cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması haqqında maddi hüquqi dəlillər kassasiya baxışının predmetini təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5056/2025 nömrəli, 19 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar