Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3388/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının idiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Həmı̇ dova Günəş Soltanmurad qızının cavabdehlər Həmı̇ dov Şamı̇ l Nahı̇ d oğluna və Həmı̇ dov Nahı̇ d Kamı̇ l oğluna qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1011/20 24 nömrəli, 5 avqust 2024-cü il tarixli qərardadından cavabdeh Həmı̇ dov Nahı̇ d Kamı̇ l oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra - iddiaçı) Həmı̇ dov Şamı̇ l Nahı̇ d oğluna və Həmı̇ dov Nahı̇ d Kamı̇ l oğluna (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə qızıl üzük (Südabənin hədiyyəsi), ümumi dəyəri 6500 manat olan əmlakların, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin və iddia qaldırarkən ödədiyi 131 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahi ş etmişdir.
2. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(046)-710/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 3000 manat olan sırğa, üzük, qolbaq və kulonlu boyunbağıdan ibarət qızıl dəsti, dəyəri 1500 manat olan brilyant qaşlı 1 ədəd qızıl nişan üzüyü, dəyəri 200 manat olan 1 ədəd 5 qram çəkidə qızıl qolbaq (Tünzalənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 4 qram çəkidə üzərində qaş olan qızıl üzük (Valehin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Nüşabənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə qolbaq (İlahənin hədiyy əsi), dəyəri 200 manat olan 1 ədəd 6 qram çəkidə boyunbağı (Lamiyənin hədiyyəsi), dəyəri 200 manat olan 1 ədəd 3 qram çəkidə üzük (Fəxriyyənin hədiyyəsi), dəyəri 300 manat olan 1 ədəd 6 qram çəkidə üzəri qaşlı qızıl qolbaq (Cavabdeh1 dostunun hədiyyəsi),dəyəri 200 manat olan 1 ədəd qızıl üzük (Gülanənin hədiyyəsi) alınaraq İddiaçı verilməsi, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 əşyaların alınması mümkün olmadıqda onların dəyəri miqdarında müştərək qaydada pul alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsümu üçün ödənilmiş 83 manat və 0.40 qəpik xidmət haqqının alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1011/2024 nömrəli, 5 avqust 2024-cüil tarixli qərardadı ilə (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Əyyub Kərimov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarakən qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, cavabdeh şik ayətin məzmun və forma tələblərinə əməl etməmişdir.
6. Beləliklə iş materiallarından müəyyən оlunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır.
7. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir.
8. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsi nə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
9. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 361.1 və 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 1011/2024 nömrəli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Şikayət belə əsaslandırılmı şdır ki, apellyasiya instansiya məhkəməsinin qərardadında göstərilir: “Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, cavabdeh şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. Beləliklə iş materiallarındanmüəyyən оlunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər apellyasiyaşikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır.” Burdan da görünür ki, apellyasiya instansiyası məhkəməsi qərardadını lazımi qayda da əsaslandırmamışdır. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən birinci cümlədən sonra şikayətin Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavəsində müəyyən olunmuş hansı lazımi məzmunda tərtib edilmədiyini göstərməli idi. Hazırki halda isə qərardaddan aydın olmur ki, şikayətdə məhz nə səhv göstərilmişdir. Qərardadı bir neçə dəfə oxuduqdan və verilmiş apellyasiya şikayətinə də dəfələrlə baxdıqdan sonra mən belə qənaətə gəldim ki, apellyasiya instansiyası məhkəməsi şikayətin 8-11-ci bəndlərini doldurmağını istəyir. Lakin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlilləri, birinci inst ansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlilləri və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlilləri olmadığından həmin bəndləri doldurmamışdır. Məsələn, hal-hazırda da maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri yoxdur. Lakin bu dəfə dəlillərinin olmamasını 5-ci bənddə göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini də qaytarmasın. (Bununla belə hesab edir ki, bəndi boş buraxmaqla, həmin bəndə aid dəlillərinin olmamasını göstərmək eynidir və apellyasiya instansiya məhkəməsi əgər şikayətini buna görə qaytarmışdırsa məhkəmə ifrat formallığa yol vermişdir). Hesab edir ki, apellyasiya şikayəti Mülk i Prosessual Məcəllənin 361-ci maddəsinə (Apellyasiya şikayətinin məzmunu) riayət edilməklə verilmiş və apellyasiya məhkəməsi qeyd edilən prosessual hüquq normasının tələblərini pozmaqla qərardad çıxarmışdır.
12. Kassator Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023- cü il tarixli, 2(102)- 2940/2023 saylı qərarındakı mövqeyə əsaslanaraq qeyd etmişdir ki, hazırki işdə də əsaslandırılmasa da ona belə gəlir ki, məhkəmə apellyasiya şikayətinin digər bölmələrinin boş saxlanması əsası ilə şikayəti geri qaytarmışdır. Ona görə də hesab edir ki, bu mövqedə olmaqla apellyasiya məhkəməsi Ali Məhkəmənin qeyd edilən qərardakı mövqeyinə əks mövqe nümayiş etdirmiş və nəticədə məhkəmə təcrübəsinin vahidliyinin pozmuşdur.
13. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
16. Maddə. 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 17. 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 18. 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 19. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 20. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 21. 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 22. 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 23. 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
24. Maddə 363.1. Apellyasiya şikayəti birinci i nstansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 25. 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 26. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;
27. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
28. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.
29. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
33. M addə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.
35. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
37. Belə ki, Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəlləyə Əlavə 2-də apellyasiya şikayətinin forması (cədvəl) müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti verilərkən məhz həmin formanın tələblərinə riayət edilməli, apellyasiya şikayətinin məzmunu formada göstərilən uyğun bölmələrdə əks etdirilməlidir. Dəlillərə aid bütün bölmələrin doldurulması zəruri olmasa da, hansı bölməyə uyğun dəlillər var sa cədvəldə həmin bölmələrdə qeyd edilməlidir.
38. İş materialları ilə təsdiq edilir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də müəyyənləşdirilmiş cədvəl formasında verilməmişdir. Göstərilən hal isə apellyasiyanın qeyri-mümkünlüyü üçün əsasdır.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, cavabdeh şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. İş materiallarından müəyyən оlunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, Cavabdeh2 tərəfin dən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır.
40. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir və kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.
41. Ona görə də kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən sxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 5 avqust 2024-cü il tarixli 2(107)1011/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.