Məhkəmə qərarları › İş №2(102)-3393/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3393/2021

25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3393/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, X1, 3-cü şəxslər Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi Xaçmaz İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3393/21 (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh4 vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-191/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin və dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X3 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tər əfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN-638 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh3 adına verilmiş 21.07.2003-cü il tarixli, JN-0639 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında 0,81 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh4 adına verilmiş 21.07.2003-cü il tarixli, JN 0640 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, halhazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 yanvar 2020ci il tarixli, 2(027)-197/2020 saylı qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsində n apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) 18 sentyabr 2020-ci il tarixli, 2(105)-1867/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə, “X7 və Ekspertiza Mərkəzi”nin mütəxəssislərinə həvalə edilmişdir. “X7 və Ekspertiza Mərkəzi” MMC-nin işdə olan 01 saylı, 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-161 seriyalı, 30317018 kodlu torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən Vnın daimi istifadəsinə verilmiş torpaq sahəsi (mübahisələndirilən ərazidə yerləşən 0,85 ha torpaq sahəsi) naturada öz yerində deyil, lakin həmin fermer təsərrüfatına torpaq sahəsi ayrılması barədə ilkin torpaq ayrıma sxemində qeyd edilmiş hissə mübahisələndirilən ərazinin 0,8 hektarlıq hissəsinə uyğundur. Quba rayonu Qəçrəş bələdiyyəsinin 26.02.2003-cü il tarixli, 02 saylı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, torpağa mülkiyyət hüququna dair JN-638 seriyalı, 30317018 kodlu dövlət aktı üzrə 1,20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi öz yerinə (mübahisələndirilən əraziyə) uyğun yerləşmir. Ayrılmış torpaq sahəsi yaxınlıqdan keçən asfalt yolun üzərinə və yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin üzərinə düşür. Torpağa mülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu nömrəli dövlət aktına əsasən Cavabdeh3 məxsus 0,40 ha torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh4 məxsus 0,81 ha torpaq sahəsi naturada öz yerinə(mübahisələndirilən əraziyə) uyğun yerləşmir. Ayrılmış torpaq sahəsi yaxınlıqdan keçən asfalt yolun üzərinə və yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus yaşayış evlərinin üzərinə düşür. JN-161 seriyal, 30317018 kodlu dövlət aktına işlənməsinə əsas olmuş ilkin torpaq ayrıma sxeminə əsasən Vna ayrılmış 65,18 ha torpaq sahəsinin 0,85 hektarlıq hissəsinin 0,80 hektarı ilə, torpağa mülkiyyət hüququna dair JN0638 seriyalı, 30317018 kodlu dövlət aktı üzrə Cavabdeh2 məxsus 1,20 ha torpaq sahəsi, o cümlədən sonradan onun tərəfindən satılmış, torpağa m ülkiyyət hüququna dair JN-0639 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən X2 məxsus 0,40 ha torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-640 seriyalı, 30317018 kodlu dövlət aktına əsasən Cavabdeh4 məxsus 0,81 ha torpaq sahəsinin 0,77 hektarı Mirzəyeva Xalidə və Cavabdeh4 tərəfindən daş və metal hasarla əhatə olunmuş torpaq sahəsi ilə, 0,03 hektarı isə Cavabdeh2 tərəfindən hasarla əhatə olunmuş torpaq sahəsi ilə naturada üstüstə düşür. Həmin dövlət aktlarında qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi naturaya uyğun deyil. JN-161 seriyalı, 30317018 kodlu dövlət aktının işlənməsinə əsas olmuş ilkin torpaq ayrıma sxeminə əsasən Vna ayrılmış 65,18 ha torpaq sahəsinin 0,85 hektarlıq hissəsinin naturaya uyğun gələn 0,80 hektarılıq hissəsinin 0,77 hektarı cavabdehlər Mir zəyeva Xalidə və Cavabdeh4 tərəfindən (asfalt yol tərəfdən) daş və metal hasar inşa edilərək istifadə edilir, 0,03 hektarı isə Cavabdeh2 tərəfindən daş və metal hasar inşa edilərək istifadə edilir. Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli, 10/2706 saylı rəyindən görünür ki, “X7 və Ekspertiza Mərkəzi” MMCnin 01 saylı, 19 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsi təkrarlanmışdır. Bununla belə qeyd edilmişdir ki, mülki iş materiallarında mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) olmadığından ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır və göstərilən mütəxəssis r əyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 05 fevral 2021-ci il tarixli, 2(105)191/2021 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(027)-197/2020 saylı qətnaməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh2 adına 1,20 ha torpaq sahəsinə dair 01.05.2003-cü il tarixdə verilmiş JN-638 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi barədə İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunması, həmin hissədə işin icraatına xitam verilməsi, iddiaçı tərəfə eyni əsasla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas Vnın daimi istifadəsinə verilmiş 65,18 ha torpaq sahəsinin 1,21 ha hissəsinin zəbt edilməsi olmuşdur. Belə ki, iddiaçı iddia edir ki, Vnın qanuni istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1,20 ha hissəsi Qəçrəş bələdiyyəsi tərəfindən həmin bələdiyyə ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2003-cü il tarixli, 02 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, sonuncu həmin alğı-satqı müqaviləsinə əsasən 1,20 h a torpaq sahəsinə 01.05.2003-cü il tarixdə DT və XK-nın Quba rayon şöbəsindən JN-0638 seriyalı, KOD 30317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə etmişdir. Bununla da, İddiaçı digər tələbləri ilə yanaşı, Cavabdeh1nə qarşı da Quba Rayon Məhkəməsində iddia qaldırmış, həmin bələdiyyə ilə Cavabdeh2 arasında 26.02.2003-cü il tarixdə bağlanmış 1,20 ha torpaq sahəsinin alğı-satqısına dair 02 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, halbuki yuxarıda qeyd edilən prosessual normanın tələbinə əsasən mübahisənin bu hissəsinin həlli ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aiddir. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi səhvən ərizəni bu hissədə icraatına qəbul etmiş və işə bu hissədə mahiyyəti üzrə baxmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 26 fevral 2021-ci il tarixli, 2(105)191/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(027)197/2020 saylı qətnaməsinin Cavabdeh2 ilə Cavabdeh3 arasında 0,40 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş 4-ə-168 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh3 adına verilmiş 21.07.2003-cü il tarixli, JN-0639 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, Cavabdeh2 ilə Cavab deh4 arasında 0,81 ha torpaq sahəsinə dair 15.05.2003-cü il tarixdə Quba şəhər Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DT və XK-nın Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Cavabdeh4 adına verilmiş 21.07.2003-cü il tarixli, JN 0640 KOD 30317018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi, hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən müvafiq olaraq 0,40 ha və 0,81 ha torpaq sahəsinin alınaraq ona qaytarılması barədə Vnın rəhbəri İddiaçı iddiasının rədd olunması hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul olunub iddianın rədd edilməsi, İddiaçı iddia ərizəsinin verilməsi üçün ödədiyi 30,40 manat və apelyasiya şikayətinin verilməsi ü çün ödədiyi 15,40 manat dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Vnın rəhbəri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Vnın rəhbəri İddiaçı (vəkili X4) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(105)-191/2021 saylı qərardadının ləğv edilərək yerində mülki işin mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati və mülki hüquq münasibətlə rindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XLX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onlar arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüqu q münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki. dövlətin və bələdiyyərin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələ mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə "Müqəddəs Torpaq" Kəndli Fermer təsərrüfatının iddia tələbi ondan ibarət olmuşdur ki, qanuni əsaslarla istifadəsində olan 65,18 ha torpaq sahəsinin 1.21 ha torpaq hissəsini Qəçrəş Bələdiyyəsi qanunsuz olaraq 26.02.2003-cü il tarixdə 02 saylı alqısatqı müqaviləsi bağl amaqla Cavabdeh2 satmış, sonradan həmin müqavilə əsasında o, 1,21 ha torpaq sahəsinə adına dövlət aktı almış, bu torpaq sahəsinin müvafiq olaraq 0,40 ha hissəsini Cavabdeh3 və 0,80 ha hissəsini isə Cavabdeh4 satmış, sonuncular da həmin torpaq sahələrinə dair adlarına dövlət aktları almışlar. Yəni, hazırki mübahisənin kökündə Qəçrəş Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 26.02.2003-cü il tarixli, 02 saylı alqı-satqı müqaviləsi durur. Yuxarıda göstərilən Ali Məhkəmə Plenumunun Qərarına əsasən torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitə ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələr iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kas asiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, vəkili X4, cavabdehlər Cavabdeh1 səlahiyyətli nümayəndəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 3-cü şəxs AR ƏMDK yan ında DƏDRX-nin 5 saylı Ərazi Xaçmaz İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 3-cü şəxs Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Rəşad Haqverdiyev məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümk ün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili Nümayəndə kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. i müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və qərardadın ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 05 fevral 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də iş üzrə 05.02.2021-ci il tarixli qərardadı qəbul etmiş, apelyasiya kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və “İnzibati və mülki hüquq münasibətl ərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarının tələblərini pozaraq iddia tələbinin icraatına xitam verdiyi hissəsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessua l Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına əsasən, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələ mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.02.2021-ci il tarixli, 2(105)-191/2021 nömrəli qərardadı ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhk əmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405-408, 416-417, 418.1, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05.02.2021-ci il tarixli, 2(105)191/2021 nömrəli qərardadı ləğv edilsin və mülki iş icraata xitam verildiyi hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar