Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3397/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)xxx/2020 nömrəli qətnaməsindən İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(033)-xxx/2019 nömrəli qətn aməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən AR ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən verilmiş Çıxarışda göstərilən 3.4699 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, A.Mahmudov) xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi ilə İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, X8, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən AR ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi nin verdiyi xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli Dövlət Reyestrindən verilmiş Çıxarışda göstərilən 3.4699 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsinin onlara təhvil verilməsi, vurduğu ziyana görə cavabdehlərdən 6000 manat pulun və ödədikləri 30 manat dövlət rüsumunun alınaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili Nəbiyev Əhməd Şaban oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə həmin torpaq sahəsinin onların məxsus olduğuna və həmin torpaq sahəsində fındıq bağı salındığını qətnamədə qeyd etmişdir. Cavabdehin iltizamda qeyd et diyi 2018-ci ilin dekabr ayınadək torpaqdan çıxacağını bildirdiyini, lakin icarə müddətinin bitməsinə baxmayaraq cavabdehlərin üzərinə düşən öhdəliyi icra etməmələrini, yəni torpaq sahəsindən çıxmamalarını qətnamədə qeyd etsə də, həmin bağdan bir ton beş yüz kiloqram fındıq yığaraq onlara 6000 manat ziyan vurmalarını nəzərə almamışdır. Onlar bu barədə polisə müraciət etmişdilər, Məhkəmə 6000 manat ziyan tələbi ilə bağlı hissədə yetərincə sübutların olmadığını qeyd edərək tələsik qətnamə çıxarmışdır. O, növbəti məhkəmədə cavabdehlərin həmin fındıq bağından fındıq məhsulu yığdıqlarına və ona 6000 manat məbləğində ziyan vurmalarına dair sübutlarını, fotoşəkilləri təqdim etmiş, lakin məhkəmələr faktlara düzgün hüquqi qiymət verməmişlər. Qeyd olunanlara əsasən onlar iş üzrə Şəki Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsinin iddianın 6000 manat pul tələbi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Şamxalov Tahir Camal oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmiş, apelyasiya kollegiyası isə bu fakta heç bir hüquqi qiymət verməmişdir. Belə ki, qeyd edilən torpaq sahəsi cavabdehlər tərəfindən icarəyə götürülməmiş, həmin torpaq sahəsinin bir hektar hissəsi 150 fındıq ağacı olmaqla 1999-cu ilin noyabr ayında cavabdehlər tərəfindən satın alınmışdır və həmin tarixdən onların is tifadəsindədir. Cavabdehlər pulu Zaqatala rayon Paşan və Fındıqlı kənd sakinləri X3, X1, X7, X6 və X2 iştirakları ilə X5 vermişlər. İddiaçı2 da bağı cavabdehlərin satın almasını bildirmişdir. Bu hallar hər iki instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1, vəkili Nəbiyev Əhməd Şaban oğlu, digər iddiaçılar İddiaçı2, X8, İddiaçı4, İ ddiaçı5, İddiaçı6, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Şamxalov Tahir Camal oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işdə olan RX nömrəli ******* sa ylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisələndirilən 3,4699 ha torpaq sahəsi iş üzrə iddiaçıların ümumi birgə mülkiyyətindədir. İşdə olan Cavabdeh1 tərəfindən yazılmış iltizamdan görünür ki, o, 2018-ci ilin dekabr ayınadək mübahisələndirilən torpaq sahəsindən çıxacağını bildirmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 vı 157.1ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən iş üzrə cavabdeh 2018-ci ilin dekabr ayınadək çıxacağını bildirmiş, lakin bununla üzərinə düşən öhdəliyi icra etməmişdir. Müəyyən olunmuşdur ki, torpaq sahəsinin bir hissəsi cavabdehə 2018-ci ilin dekabr ayınadək şifahi qaydada icarəyə verilmiş, yəni tərəflər arasında yazılı icarə müqaviləsi mövcud olmamış(belə bir sübutu tərəflər məhkəməyə təqdim etməmişlər). Şifahi razılaşma əsasında cavabdeh 2018-ci ilin dekabr ayında torpaq sahəsini boşaltmalı olduğu halda bunu etməmişdir. Yaranmış vəziyyətdə apelyasiya kollegiyası tələbin cavabdehlərin torpaq sahəsindən çıxarması və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi hissəsinə münasibətdə tələblə razılaşmışdır. Apelyasiya kollegiyası tələbin 6000 manat maddi ziyan hissəsinə münasibətdə iddiaçıların onlara 6000 manat ziyanın dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmələri əsası ilə də razılamış və nəticədə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətlərinin dəlilləri onlar tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası apelyasiya şikayətlərinin dəlil ləri üzrə düzgün hüquqi mövqedə olmuş, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. Bu səbəbdən cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarının qət edilməsi hüquqi cəhətdən düzgün mövqedir. İddiaçıların digər dəlili olan cavabdehlərlə aralarında icarə müqavilə münasibəti olması ilə əlaqədar zərər tələbinə gəldikdə isə, iş materialları ilə tərəflər arasında hər hansı müqavilə olması və iddiaçılara tələb etdikləri həddə onlara ziyan dəyməsi müəyyən edilmir və iddiaçılar bu barədə işə mahiyyəti üzrə baxan məhkəmələrə sübut təqdim edə bilməmişlər. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətlərini n dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3397/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3397/2020
21.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver