Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3398/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlakın həbsdən azad edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-467/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Abşeron rayonu Novxanı kənd bağlar massivindəki 0,14 ha ölçüdə 1621 saylı bağ evi Cavabdeh1 cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmünə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və hökm qanuni qüvvəyə minmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli qərarı ilə 1621 saylı bağ sahəsi və orada yerləşən bağ evinin üzərinə cinayət təqibinin davam etdiyi müddətdə həbs qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyun ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbayc an Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli bağ sahəsinin ona məxsus olmasını əsas göstərməklə məhkəmə hökmünə əsasən üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlak üzərində onun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3090/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Z.Ə.Sadiqov) İddiaçı iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-350/2020 sayl ı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3090/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3116/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-350/2020 saylı qətnaməsi ləğv edil miş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-467/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək iş üzrə icraata xitam verilməsi barədə qərardadın qanunsuz olmasını əsas göstərməklə qərardadın ləğv edilməsi və işin apellyasiya instan siyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1 İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iş üzrə icraata xitam verərkən iddiaçı tərəfindən Azərbaycan Respublikası CPMnin tələblərinin gözlənilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 408.3-cü maddəsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından Azərbaycan Respublikası CPM-nin 408.2.4-408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təq dimata baxılması həmin Məcəllənin 414, 416-420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Lakin işdən göründüyü kimi, iddiaçı qanunun yuxarıda göstərilən normalarının tələblərini gözləmədən mülki mühakimə icraatı qaydasında birinci instansiya məhkəməsinə müraciət etmişdir. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmamasını əsas göstərməklə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə müvafiq olaraq iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya işin yuxarıda göstərilən hallarına və tətbiq olunan hüquq normalarına əsasən apellyasiya instansiyası məhkəməs inin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-467/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3398/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3398/2021
19.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver