Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3399/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) müddətli əmək müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sabirabad Rayon Mərkəzi X1rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2025-ci il tarixli 2(106)- 1227/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrlə TƏBİB-in tabeliyində olan “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X6 Terapiya şöbəsinə “xəstələrə qulluq edən kiçik tibb bacısı” əsas iş yeri üzrə işə qəbul edilmişdir. Müqavilə 1 il müddətinə bağlanmışdır. Sonrakı ildə daha 1 il müddətinə uzanmışdır. 2. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X6 direktoru tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla İddiaçı onunla xx.xx.2025-ci il tarixinə kimi bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəll əsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixində xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 18-1-70/3-13/2025 nömrəli əmrlə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Terapiya şöbəsində “xəstələrə qulluq edən kiçik tibb bacısı” vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
4. Mübahisə həmin əmrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi” ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X6 (bundan sonra “cavabdeh” və ya “Rayon Mərkəzi Xəstəxana”, yaxud “işəgötürən”) xx.xx.2025-ci il tarixli, 33 №-li əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa ediləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bir Şöbədə işləyən Baş tibb bacısı X5 iddiaçıya qarşı aqressiv, təhqiramiz, qərəzli, hətta vəzifəsindən sui-istifadə edərək əsassız olaraq onu işdən azad etdirilməsinə cəhd edərək, barəsində rəhbərliyə müxtəlif yalanlar, şayiə xarakterli xəbərlər çatdıraraq onu ləkələməyə çalışması ilə bağlı aidiyyəti orqanlara şikayət məktubu göndərmişdir. Onun bu hərəkətinin səbəbi isə odur ki, cavabdeh işə qəbul edilərkən əvvəlcə ondan 400 mana t pul və bir qoyun tələb etməsi, cavabdehin isə onun bu tələbini yerinə yetirməməsi olmuşdur. Belə ki, iddiaçının müraciəti ilə bağlı 07 mart 2024-cü ildə Səhiyyə Nazirliyi tərəfindən “Tibbi ərazi bölmələrinin idarə etmə Birliyi” publik hüquqi şəxsi Həsən Hüseynova 19 fevral 2024-cü il tarixli, 3-28/2-C1508-1-1482/2024 saylı cavab məktubu göndərərək müraciətə aidiyyəti üzrə baxılması barədə göstəriş verilmişdir. Lakin buna baxmayaraq Həsən Hüseynov “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edib, iddiaçının işlədiyi şöbəyə gələrək etik normalara zidd olaraq rəhbərliyə müraciət etdiyinə görə onu təhqir edib, hədə-qorxu gələrək onun başına oyun açaraq işdən azad edəcəyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 2-ci bəndində də göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Lakin mövcud qanunvericilik aktlarından tamamilə xəbərsiz olan X2 və digər mövcud qanunvericilik aktlarının tələblərini çox ciddi və kobud şəkildə pozaraq tənqid etdiyinə görə iddiaçını təqib edərək, təhqir etmiş, hədə-qorxu gələrək şikayət etdiyinə görə, onu işdən azad edəcəyini bildirmişdir. Daha sonra isə iddiaçıya Rayon Mərkəzi Xəstəxanasında əmr təqdim edilərək guya onun Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “ b” bəndinin tələblərini pozaraq ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Rayon Mərkəzi Xəstəxanasının direktoru Həsən Hüseynov tərəfindən xx.xx.2024-cü il tarixli, 130 nömrəli əmr qəbul edilmişdir. Halbuki bunu isbat və ya sübut edəcək dəlil iddiaçıya təqdim etməmişdir. İddiaçının işi isə xadimə olduğundan işini vaxtıvaxtında yerinə yetirməklə bütün əmək fəaliyyətinin normalarını yerinə yetirir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-115/2025 saylı qətnaməsinə əsasən Rayon Mərkəzi Xəstəxanasının direktoru Həsən Hüseynov tərəfindən verilmiş iddiaçıya “Xəbərdarlıq elan edilməsi barədə” xx.xx.2024-cü il tarixli 18-1-70/3-1- 118/2024 saylı və “Sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi” ba rədə xx.xx.2024-cü il tarixli 18-1-70/3-1788/2024 saylı əmrlərinin ləğv edilməsi qət edilmişdir. Buna baxmayaraq cavabdehin əsassız olaraq qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 18-1-70/3-1-3/2025 nömrəli əmrlə iddiaçının əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü ildə işə qəbul olunmuş və axrıncı əmək məzuniyyətini xx.xx.2024-cü il tarixdə 2024-2025-ci ilin hesabından istifadə etmişdir. Halbuki iddiaçı xx.xx.2023-cü il tarixli, 56 nömrəli Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı işinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Lakin xəstəxana üzrə xadimə kimi çalışmışdır. İşə qəbul olan zaman i ddiaçıya müqavilənin müddətsiz olması deyilmişdir. Hətta xx.xx.2025-ci il tarixdə əldə etdiyi portal məlumatı üzrə Xəstələrə qulluq edən kiçik tibb bacısı kimi xx.xx.2024-cü il tarixdə müqavilənin bitmə tarixini göstərilsə də, daha sonra isə xx.xx.2025-ci il tarixli, 33 nömrəli əmrlə əmək müqaviləsinin bitdiyinə görə əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Lakin bu müddəa ilə iddiaçının hüquqları pozulmuşdur.
7. Birinci instansiya məhkəməsində iddiaçının vəkili Vəkil1 bildirmişdir ki, iddiaçı ilə 11 yanvar 2023-cü ildə müqavilə bağlanmış, müqavilədə iddiaçının 1 il müddətinə xəstələrə qulluq edən kiçik tibbi bacısı işinə qəbul edilməsi qeyd edilmişdir. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, yenilənmiş əmək müqaviləsi hər dəfə 3 ay müddətinə uzadılır. Müqavilənin 9.3-cü bə ndində göstərilmişdir ki, işəgötürən tərəfindən yenilənmiş əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Həmiçinin müqavilənin 10.3-cü bəndində göstərilmişdir ki, yenilənmiş əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlarda biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. İddiaçı ilə xəstələrə qulluq edən tibb bacısı kimi müqavilə bağlanılıb. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Buradan da göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqa viləsi düzgün bağlamamışdır, çünki iddiaçı xəstələrə qulluq edən tibb bacısıdır. Bu da müvəqqəti xarakter daşıyan iş deyildir. Bundan başqa, Əmək Məcəlləsinin 49-cu maddənin 1-ci bəndində qeyd edilmişdir ki, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Bundan başqa, Əmək Məcəlləsinin 73-cü maddədə göstərilmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı for mada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin 300-cü maddəsində əmək müqaviləsinin ləğv olunma qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri qeyd olunur ki, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Məlum deyildir ki, yenilənmiş əmək müqaviləsi ilə hər dəfə 3 ay-3 ay artırmaqla işə götürən müqavilənin müddətini uzatmışdır və ya müqavilə müddəti bitəndən sonra 1 il müddətinə u zadılmışdır. İddiaçı işdən əmək qanunvericiliyinin tələbləri pozulmaqla çıxarılmışdır.
8. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Səlim Allahverdiyev)
9. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti xx.xx.2024-cü ilədək olmuş, müqavilənin 2.2-ci bəndinin tələblərinə uyğun olaraq əmək münasibətləri davam etdirilmiş və müqavilə avtomatik olaraq bağlanmış olduğu müddətə uzadılmışdır. Əmək münasibətlərinin davam etdirilməsi nəticəsində uzadılmış əmək müqaviləsinin müddətinin bitməsinə bir aydan artıq müddət qalmış cavabdeh təşkilat Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq davranmaqla müqa vilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq etmiş və müqavilə müddəti bitdiyi gün əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Belə olan halda, cavabdeh təşkilat iddiaçı ilə aralarında olan əmək müqaviləsinin ləğv edilməsi barədə qanunvericiliyin tələblərinə uyğun davranıb müvafiq əmri qəbul etməklə hər hansı qanun pozuntusuna yol vermədiyi üçün hazırki iddia tələbi əsassız hesab edilməməlidir.
10. Birinci instansiya məhkəməsi iddiaçının vəkilinin ilk arqumenti olan Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olması, bu xüsusda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin düzgün bağlanmaması, iddiaçının işinin müvəqqəti xarakter daşıyan iş olmaması arqumentinə m ünasibətdə bildirmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, bu norma göndərici norma kimi çıxış etməkdədir. Odur ki, cavabdeh təşkilat iddiaçı ilə əmək müqaviləsini müddətli bağlamaqla qanun pozuntusuna yol verməmiş, tərəflərin hüquq bərabərliyi əsasında əmək müqaviləsini iradələrinə uyğun müddətli müqavilə olaraq bağlanmışlar.
11. Birinci instansiya məhkəməsi iddiaçının vəkilinin ikinci arqumentinə münasibətdə qeyd etmişdir ki, həmin arqument əmək müqaviləsinin ləğv olunma qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri ilə bağlı Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri ilə əlaqədardır ki, həmin normada qeyd edilmişdir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bundan əvvəl də vurğulandığı kimi, yenə də qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış əməl müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsində müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi əsaslarının pozulması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, bu arqument də hazırki tələbin təmin edilməsi əsası kimi qiymətləndirilə və nəzərə alına bilməz.
12. Birinci instansiya məhkəməsi iddiaçının vəkilinin sonuncu ona aydın olmayan hal kimi bildirdiyi, “yenilənmiş əmək müqaviləsi ilə hər dəfə 3 ay-3 ay artırmaqla işə götürən müqavilənin müddətini uzatmışdır və ya müqavilə müddəti bitəndən sonra 1 il müddətinə uzadılmışdır” fikrinə münasibətdə isə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, müddətli ə mək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. İşdən də göründüyü kimi, əmək müqaviləsi tərəflər arasında bir il müddətinə bağlanmış, tərəflər əmək münasibətlərini davam etdirdikləri üçün həmin əmək müqaviləsinin müddəti göstərilən normanın tələbinə uyğun olaraq eyni müddətə də uzadılmış hesab edilmişdir. Belə olan halda, həmin müqavilənin 3 ay-3 ay və ya 1 il müddətinə uzadılmasının anlaşılmaz qalması barədə düşünülməsi üçün də əsas yoxdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 47-ci maddə sinin “f” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfində n gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1227/2025 nömrəli, 18 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tale Kərimov)
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti xx.xx.2024-cü ilədək o lmuş, müqavilənin 2.2-ci bəndinin tələblərinə uyğun olaraq əmək münasibətləri davam etdirilmiş və müqavilə avtomatik olaraq bağlanmış olduğu müddətə uzadılmışdır. Əmək münasibətlərinin davam etdirilməsi nəticəsində uzadılmış əmək müqaviləsinin müddətinin bitməsinə bir aydan artıq müddət qalmış cavabdeh təşkilat Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq davranmaqla müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq etmiş və müqavilə müddəti bitdiyi gün əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının iddia tələbi və apellyasiya şikayəti üzrə əsas dəlili, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı o lması, bu xüsusda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin düzgün bağlamaması, iddiaçının işinin müvəqqəti xarakter daşıyan iş olmaması olmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, bu norma göndərici norma kimi çıxış etməkdədir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsini müddətli bağlamaqla qanun pozuntusuna yol verməmiş, tərəflərin hüquq bərabərliyi əsasında əmək müqaviləsi onların iradələrinə uyğun olaraq müddətli bağlanmışdır.
21. İddia tələbinin və apellyasiya şikayətinin digər dəlili kimi, “yenilənmiş əmək müqaviləsi ilə hər dəfə 3 ay-3 ay artırmaqla işə götürən müqavilənin müddətini uzatmışdır və ya müqavilə müddəti bitəndən sonra 1 il müddətinə uzadılmışdır” fikrinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin b itməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. İşdən də göründüyü kimi, əmək müqaviləsi tərəflər arasında bir il müddətinə bağlanmış, tərəflər əmək münasibətlərini davam etdirdikləri üçün həmin əmək müqaviləsinin müddəti göstərilən normanın tələbinə uyğun olaraq eyni müddətə də uzadılmış hesab edilmişdir. Belə olan halda, həmin müqavilənin 3 ay-3 ay və ya 1 il müddətinə uzadılmasının anlaşılmaz qalması barədə düşünülməsi üçün də əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndi, 11-ci maddəsinin “b” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəs inin 1-ci hissəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etir az daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 9. “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüququdur. Maddə 11. “b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüququdur. Maddə 43. 2-ci hissənin “b” bəndi. Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. Maddə 45. 1hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47. “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68. 2-ci hissə. “b” bəndi. Əmək müqavi ləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnam əsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi i ddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
31. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istnad etmişdir.
32. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə bağlanan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi müddətli olmuş, əmək müqaviləsinə əsasən iddiaçı 1 il müddətinə Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinə “xəstələrə qulluq edən kiçik tibb bacısı” vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi daha 1 il mü ddətinə (xx.xx.2025-ci il tarixədək) uzadılmış, xx.xx.2025-ci il tarixli əmrlə müddətin bitməsi əsası ilə də iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə görə mümkündür. İşdən də görünür ki, işəgötürən məhz həmin əsasla da iddiaçı ilə əmək müqaviləsinə xitam verib.
34. Məhkəmə kollegiyası gəlinən nəticə və apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır, buna görə də qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
35. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, əsas dəlil işin daimi xarakter daşımasına baxmayaraq, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olması barədədir. Bu dəlilə apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verib.
36. Bununla belə, məhkəmə kollegiyası da öz növbəsində izah edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş re jimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
37. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından bi ri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
38. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, di gər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
39. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, müddətli əmək müqaviləsi bağlanarkən tərəfələrin hüquq bərabərliyi və s. hallarla bağlı araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianı təmin etməmiş və gəldiyi nəticəni də buna uyğun əsaslandırmışdır.
40. Məhk əmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1227/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.