Məhkəmə qərarları › İş №2(102)-3400/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3400/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3400/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi, zaminin birgə (müştərək) məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, -İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1102/2025 n ömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli, MK/00404/88/26 saylı kredit sazişi müqaviləsinə əsasən, Cavabdeh1 ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən Bank qismində çıxış edən “Bank of Baku" ASC müştəri qismində iştirak edən Cavabdeh1 36 ay müddətinə illik 24% olmaqla 14999 manat məbləğində kredit vermişdir. Həmin müqavilə daxilində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə “Bank of Baku" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. 2. xx.xx.2024-cü il tarixli, RM/90657/A0/26 saylı kredit sazişi müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixli, MK/004 04/88/26 saylı kredit müqaviləsi üzrə restrukturizasiya məqsədi ilə Cavabdeh1 verilmiş kredit məbləği 9727 manat olmaqla 36 ay müddətinə illik 24% dərəcəsi ilə restrukturizasiya edilmiş, həmin müqavilə daxilində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə “Bank of Baku" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır.

3. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsi üzrə 9540,41 manat məbləğində əsas, 1558,2 manat məbləğində faiz və 466,87 manat cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbi barədə iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 9540,41 manat məbləğində əsas və 1558,2 manat məbləğində faiz borcunun, 466,87 manat məbləğində cərimə borcunun, cəmi 11565,48 manat borcun və 125 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə illik 24% olmaqla 9727 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 (zaminlər) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krediti qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər.

6. Sabirabad Rayon Məhkəməsinin 2(056)-407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, qətnaməsi ilə (hakim – Səlim Allahverdiyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9540,41 manat məbləğində əsas borc, 1558,2 manat məbləğində faiz borcu, 466,87 manat məbləğində cə rimə borcu və 125 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11690,48 (on bir min altı yüz doxsan manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı təşkilat Cavabdeh1 əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi bu hissədə tam təmin edilməlidir.

8. Eyni zamanda məhkəmə digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsul iyyət daşıyırlar.

9. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsi ilə əlaqədar bank qarşısında üzərinə öhdəlik götürdükləri üçün borc məbləğləri cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır.

10. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 125 dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın tam təmin olunması nəzərə alınaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 462.3, 465.2, 470.1, 472-ci, Azərbaycan Respublikasının MPMin 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlanmış və cavabdeh X1 mülkiyyətində əmlakların olması barədə müv afiq orqanlara sorğular ünvanlandığı bildirilmişdir. Məhkəməyə sübut təqdim edə bilməyi məqsədilə isə xx.xx.2025-ci il, saat 10:50-yə təyin olunmuş baxış iclasının təxirə salınması məhkəmədən xahiş olunmuşdur. Lakin məhkəmə onun ərizəsini nəzərə almamış və xx.xx.2025-ci il tarixində 2(056)407/2025 saylı yekun məhkəmə aktını qət etmişdir. Məhkəmə qətnamə qəbul etdiyi üçün onun sübut təqdim edə bilmə hüququ pozulmuşdur. Həmçinin məhkəmə prosesinin çəkişmə prinsipinə əsasən aparılması qaydasını da pozmuşdur. Bildirmək istəyir ki, onun ünvanladığı sorğular nəticəsində əldə edəcəyi cavablar işin mahiyyətində mühüm əhəmiyyət kəsb edir və həmçinin İddiaçı ASC-nin də pozulmuş hüquqlarını bərpa edə bilərdi. Odur ki, onun ərizəsi nəzərə alınmadan qəbul edilən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(056)- 407/2025 nömrəli qətnaməsi qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1102/2025 nömrəli mülki iş üzrə 30 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - M.Sadıqov (sədrlik edən və məruzəçi), A.Novruzova və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarədir ki, tərəfindən xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlanmış və cavabdeh X1 mülkiyyətində əmlakların olması barədə müvafiq orqanlara sorğular ünvanlandığı bildirilmişdir. Məhkəməyə sübut təqdim edə bilməyi məqsədilə isə xx.xx.2025-ci il, saat 10:50-yə təyin olunmuş baxış iclasının təxirə salınması məhkəmədən xahiş olunmuşdur. Lakin məhkəmə onun ərizəsini nəzərə almamış və xx.xx.2025-ci il tarixində 2(056)-407/2025 saylı yekun məhkəmə aktını qət etmişdir.

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsindən görünür ki, bank borclulara 36 ay müddətinə illik 24% olmaqla 14999 manat məbləğində kredit vermiş, həmin müqavilə daxilində Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə xx.xx.2024-cü il tarixdə verilmiş kredit məbləği 9727 manat olmaqla 36 ay müddətinə illik 24% dərəcəsi ilə restrukturizasiya edi lmiş, yeni müqavilə çərçivəsində Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" ASC arasında təkrar zaminlik müqaviləsi bağlanmışdır.

17. İş materiallarından aydın olur ki, zaminlər kredit borcundan irəli gələn öhdəliklərin icrasına münasibətdə əsas borclu ilə birgə məsuliyyət daşıyır ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminlərə və ya onlardan birinə qarşı yönəldə bilər. Bu halda Cavabdeh1 Tarşı qızının mülkiyyətində əmlakların mövcud olubolmaması, dəyəri, yaxud təyinatı heç bir əhəmiyyət daşımır və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğvi üçün ə sas ola bilməz. Çünki zamin kimi Cavabdeh3 və digərləri kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir.

18. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 445.1, 447.1, 470.1, 470.2, 472.1, 472.2, 739.1, 739.2, 743.1-ci, Azərbaycan Respublikasının MPM-in 217.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri

20. Cavabdeh3 (vəkil - Vəkil) kassasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsinin və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-1102/2025 nömrəli qətnaməsinin Cavabdeh3 münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3 və 14.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-407/2025 nömrəli qətnaməsi, həm də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)- 1102/2025 nömrəli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmələr tərəfindən çıxarılan qərarlar işin bütün halları və təqdim olunmuş sübutlar tam və hər tərəfli araşdırılmadan qəbul edilmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, tərəflərindən X2 mülkiyyətində hər hansı əmlakın mövcud olub-olmaması barədə sorğu verilməsinin əsaslı səbəbi, onun adından götürülmüş kredit öhdəliyi ilə bağlı icra tədbirlərinin düzgün istiqamətə yönəldilməsini təmin etmək olmuşdur. Əgər qeyd olunan şəxsin adına hər hansı əmlak mövcud olsaydı, bu halda tutma tədbirləri birbaşa həmin əmlaka yönəldilə bilərdi və bu da həm iddiaçı, həm də cavabdeh tərəf üçün hüquqi cəhətdən daha səmərəli və ədalətli nəticəyə gətirib çıxarardı. Tərəflərindən verilən sorğu v ə onun cavabının gözlənilməsi ilə bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin birinci instansiya məhkəməsi bu ərizəni nəzərə almadan iş üzrə yekun qərar qəbul etmişd ir. Bu isə işin tam və obyektiv araşdırılmaması deməkdir. Daha sonra tərəflərindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya instansiyası tərəfindən də təqdim etdikləri əsaslandırmalar və sübutlar lazımi qaydada qiymətləndirilməmiş, sorğu nəticələrinin heç bir hüquqi əhəmiyyət daşımadığı bildirilmişdir. Halbuki, məhz həmin sorğunun cavabı işin ədalətli və obyektiv həllinə birbaşa təsir göstərə biləcək mühüm sübut xarakteri daşıyırdı. Bütün bunları nəzərə alaraq, hesab edirlər ki, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyasının qətnamələri qanunvericiliyin tələblərinə zidd olaraq, onların hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Bu səbəbdən qərarların ləğv edilməsi və işə yenidən baxılması üçün əsaslar mövcuddur. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

28. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

29. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

30. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşı sında birgə məsuliyyət daşıyırlar.

32. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqd a, o, kredit müqaviləsi adlandırılır.

34. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

35. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 apelyasiya şikayəti üzrə ona münasibətdə yoxlamış və apellyasiya şikayətini təmin etməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi kassasiya şikayəti ilə yenə də Cavabdeh3 tərəfindən tam mübahisələndirilir.Ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəm kollegiyası qeyd edir ki, kassasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin də Cavabdeh3 münasibətdə ləğvi xahiş olunsa da, Azərbaycan Respublikasının MPM-in tələblərinə müvafiq olaraq hazırkı icraat çərçivəsində kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apell yasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də kassasiya kollegiyası əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür və apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1102/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar