Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3401/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı ilk, Cavabdeh3 İddiaçınə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Ə hmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi və s.” barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması və s.” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3698/2025 nömrəli, 11 iyul 2025ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 17 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MTK-nın Nizamnaməsinə əsasən Kooperativ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi in kişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon icra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon icra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon icra Hakimiyyəti və Xəzər Rayon icra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlan ılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirsinlər.
3. Binəqədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən tərəflər Binəqədi rayonu, Azadlıq prospekti və Zahid Qənbərov küçələrinin kəsişməsində yerləşən binanın tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın verilməsi və.s barədə sövdələşməyə gəldilər. Şirkətin imzalandığı tarixdən qüvvəyə minən və tərəflər öz öhdəliklərini icra edənədək qüvvədə qalan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən binaların tikinti üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, müqavilələr imzalayacaqdır; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazilərdə şərait li müvəqqəti yaşayış yerləri üçün kirayə haqqı verəcəkdir; binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir; sakinlərə verilən sahələrin cəmi çıxıldıqdan sonra qalan sahənin 10 faiz təşkil edən hissəsini RİH-nin sərəncamına verəcəkdir.
4. Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMCnin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq Prospekti 5,7,9 saylı yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s həvalə edilmişdir.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.
6. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən İddiaçı MMC ilə Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 18 saylı Sərəncamı halhazı rda qüvvədədir və bağlanmış müqavilənin şərtlərinə əməl edilməsi tövsiyə edilir.
7. Yaşayış sahəsi 62.96 kv.m. olan ünvan 4, mənzil 8 3/1 paylı olmaqla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətindədir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 9/7211, 10/6929 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 81200 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, artırmalar nəzərə alındıqda 8 saylı mənzilin faktiki vəziyyət üzrə orta bazar dəyəri təqribən 119100 manat məbləğində müəyyən edilir. ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən, yeni tikilən binalarda təmirli mənzillərin 1 m2 -nin dəyərinin təqribən 2200 manat, təmirsiz mənzillərin 1 m2 -nin dəyərinin isə təqribən 1745 manat olduğu müəyyən edilm işdir. İddiaçı MTK tərəfindən inşa edilən binada təmirli və təmirsiz mənzillərin satış qiyməti barədə məlumat olmadığından həmin binalarda mənzillərin 1 m2 üçün satış qiymətini müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqı təqribən 450 manat müəyyən edilir. 9. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh3 və digərlərinə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 8 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 120.000 manat təşkil edir. 10. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 8 saylı mənzilin dəyəri 120.000 manat təşkil edə bilər. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzilinin boşaldılması və sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzilinin yerində, çoxmərtəbəli yaşayış binası olan 4 saylı evin-binanın 5-ci mərtəbəsində olan 507 saylı, 3 otaqlı yeni mənzilin, ümu mi (oxdan-oxa) sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 km olan mənzilin cavabdehlərin mülkiyyətinə verilməsi, mənzilin sahə nisbətlərinin əvəzləşdirilməsi nəticəsində 27.65 kv.m sahənin hər kv.m-nə görə 1200 manat kompensasiya olmaqla 33180 manat, iddia etdiyi başqa 7.04 kv/m, tam kənarda yerləşən qanunsuz tikilisi üçün isə 8448 manat olmaqla cəmi 41628 manat kompensasiyanın cavabdehlərə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MTK tərəfindən Cavabdeh3 və digər şəxslərə hər ay ekspert rəyinə uyğun cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 sa ylı mənzili X3 mülkiyyətində olmuşdur. xx.xx.2011-ci il tarixində mülkiyyətçi X8 vəfat etmişdir. xx.xx.2023-cü il tarixli, 2 V-45№-li olan V-23/2023 saylı vərəsəlik işinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətçi X3 vərəsələridir və “X7 Şəhadətnamə” ilə hər biri 1/3 payları müəyyən olunmuşdur. BŞMKT-nın 3 saylı XTMKTB-15 saylı MKİS-nin 192 saylı xx.xx.2024-cü il tarixli arayışından da aydın olur ki, qeyd edilən əmlakı X4 məxsus olmuş və vəfat etdiyi üçün vərəsəlik işi açılmışdır. Lakin, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 payları olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzildən kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 5 0%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərdən bəziləri sökülmüş, sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.20216-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərə ncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Xüsusən qeyd etmək lazımdır ki, cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vurduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev-bina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından sui-istifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Bel ə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 nömrəli binalar 1926-cu ildə inşa edilmişdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehlərə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sök ülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzilin artırmasız içdən-içə sahəsi ölçülməyə əsasən aydın olur ki, ü/s 59.3 kv.m-dir, qanunsuz tikilisi (artırması) isə içdən-içə 27.65 kv.m-dir. Bunlardan savayı cavabdehin heç bir sənədi olmadan başqa iddia etdiyi 7.04 kv.m, tam kənarda yerləşən qanunsuz tikilisi mövcuddur. İddiaçı təqdim etdiyi 3 otaqlı mənzilin ümumi sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 kv.m təşkil edir. Qanunsuz tikilinin hər kv.m-nə 1200 manat kompensasiya MTK tərəfindən təklif edilir.
13. Cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 4 ünvanında olan 8 saylı mənzilin yerində inşa edilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasında mənzilin çıxarış üzrə sahəsi 62.96 kv.m. əlavə sahə 35.06 kv.m olmaqla ümumilikdə faktiki sahəsi 98.02 kv.m mənzilin əvəzi olaraq qonşularında olan qaydada bütün sahələrə mənzil verilməklə, əvəzetmə edilməklə ümumilikdə 175 kv.m sahədən ibarət (1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillər) təmirli mənzillərin 2 il müddətində təqdim edilməsi, mənzillər təqdim edilən günədək və mənzillə çıxarış alınması üçün təqdim olunan sənədlər tam hazır olanadək aylıq 500 manat icarə haqqının ödənilmə si, 2024-cü ilin yanvar ayının 20-dən mənzildə yaşayışlarının mümkün olmaması, hələ də davam etməsi səbəbindən icarə haqqının həmin tarixdən başlanaraq hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDX DƏDK və RPHŞ-i tərəfindən verilmiş 25 fevral 2023-ci il tarixli ********** saylı qeydiyyat, **********73- 05101093016 reyestr nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən yaşayış sahəsi 62.96 kv.m. olan ünvan 4, mənzil 8 3/1 paylı olmaqla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətindədir. Mənzilin yaşayış sahəsi 62.9 kv.m olsa da, faktiki sahəsi 90,9 kv.mdir. Həmçinin həmin sahədə mənzilin önündə hasarın içində tametlə döşənmiş 50.5 kv.m torpaq sa həsi, həmin torpaq sahəsində yerləşən 7 kv.m qeyri-yaşayış sahələri də mövcuddur. Mülkiyyətlərində olan mənzildə o, anası, qardaşı, qardaşının həyat yoldaşı, onların 2 övladı olmaqla cəmi 6 nəfər yaşayırdılar. Yaşadıqları binanın mülkiyyətçilərinin ümumi istifadəsində sahələrdə, bloklarda, habelə digər mülkiyyətçilərə məxsus mənzillər, pəncərələr, mənzillərinə gələn istilik sistemləri və mənzilə gələn qaz borusu iddiaçı “RELT HOUSE" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yararsız hala salınmış, hazırda binanın blokunun giriş hissəsini də öz işçiləri vasitəsilə hasarlamağa çalışdığı qeyd olunub. Bu isə öz növbəsində onların yaşadıqları mənzilə giriş-çıxışlarını çətinləşdirmiş və digər mənzillərin sökülməsi nəticəsində ümumi istilik sistem boru ları ilə istilik təchizatının verilməsi və mənzilə gələn qazın verilməsi də məhdudlaşdırılmışdır. İddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamını əsas gətirərək onlara eyni binada digər mülkiyyətçilərə təklif olunmuş, onlarla razılaşdırılmış şərtlərdən aşağı, digər mülkiyyətçilərlə razılaşmalara nisbətən mütənasibsiz şərtlər təklif edirdi. Təbii ki, digər sakinlərə münasibətdə onlara fərq qoyulmasına, eyni binada başqalarına münasibətdə daha pis təklif verilməsinə, iddiaçı tərəfindən mütənasibliyin, balansın gözlənilməməsinə etiraz edirdilər. Cavabdeh bildirmişdir ki, iddiaçı etirazları nəzərə almayaraq, binaya qanunsuz müdaxilə etmiş, nəticədə 2024-cü ilin yanvar ayından 20-dən mənzildən çıxmaq məcburiyyətində qalmışlar. Həmin iş üzrə bir inci dəfə icraat zamanı bildirmişlər ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədilə İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzil təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülməsi müəyyən edilmişdir. Yəni, sərəncam onlara məcburi kompensasiya verilməsi müəyyən etməmişdir. Eyni zamanda, həmin işdə bildirmişlər ki, iddiaçının da istinad etdiyi, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Həmin qərarında Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin presedent hüququna da istinad edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipinin özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutduğunu qeyd etmiş, mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans”ın gözlənilməli olduğu göstərmişdir. Bunlara əsasən, eyni binada digər sakinlərə münasibətdə onlara qarşı - Bərabərlik - “ədalətli balansın prinsipinin pozulmasının araşdırılmasını; - Mütənasiblik prinsipinin pozulmasının araşdırılmasını məhkəmədən xahiş etmişlər. Qeyd edilənlərin araşdırılması, yoxlanması məqsədi ilə Binəqədi rayon məhkəməsinin e-2(001)-3636/2024 nömrəli, xx.xx.2024-cü il Qərardadı ilə məhkəmə iddiaçıdan ünvan 4 saylı binanın bütün mülkiyyətçiləri ilə İddiaçı arasında bu günə qədər bağlanmış əqdlərin təsdiq olunmuş surətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsini tələb etdi. Məhkəmənin bu tələbi əsasında iddiaçı tərəfindən 7 saylı binanın (bizim binanın) bütün mülkiyyətçiləri ilə müqavilələr məhkəməyə təqdim edildi. Məhkəmədə bu müqa vilələr araşdırıldıqda məlum oldu ki, dəlilləri və tələbləri tam haqlıdır, iddiaçı binadakı digər mülkiyyətçilərə münasibətdə onlara qarşı bərabərlik, ədalətli balans, mütənasiblik prinsipini pozur, onlara digərlərinə münasibətdə daha pis şərtlər təklif edir və bu faktlarla, yəni iddiaçının təqdim etdiyi mübadilə müqavilələri ilə sübut edildi. Belə ki, həmin işdə İddiaçıdan tələb olunmuş və onun tərəfindən məhkəməyə təqdim olunmuş, hazırda qarşılıqlı iddia ərizəsinə əlavə olunan iddiaçı ilə binanın digər mülkiyyətçiləri X5, X6 və X2 ilə imzalanmış notarial müqavilələrdən göründüyü kimi, digər mülkiyyətçilərə çıxarış üzrə və əlavə sahələr toplanmaqla onlara təklif olunandan daha artıq mənzil sahəsi əvəzetmə kimi verilmiş, faktiki mənzil sahələri kompensasiya ilə deyil, mənzil sahələri ilə ə vəz edilmişdir. Onlara isə, digərlərindən fərqli olaraq, çıxarış üzrə mənzil üçün yeni sahə, qalan əlavə sahələr üçün mənzil sahəsi deyil, məcburi kompensasiya verilməsi tələb edilir. İddiaçı özü də bu iddialarında əmin deyildi və Binəqədi rayon məhkəməsinin icraatında olmuş iddianı (iş № e-2(001)-3636/2024 (sonrakı № e-2(001)-258/2025) bir neçə dəfə dəyişdi (İddiaçının həmin ərizəsi, ona əlavələr qarşılıqlı iddiaya əlavə edilir.) Hazırda icraatda olan iddia ərizəsində iddiaçı onların 35 kv.m. əlavə sahəsinə məcburi kompensasiya verilməsini məhkəmədən tələb etsə də, müqaviləyə əlavə olunmuş müqavilələrdəki məlumatlar üzrə iddiaçı məhkəmədən onlarla digər sakinlər arasında qeyri-mütənasib yanaşma tələb edir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhər Binəqədi rayon İcra H akimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamın birinci abzasında qeyd edilir ki, sərəncamın verilməsi üçün əsas İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixdə T-03 saylı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinlərə MMC-nin hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsi xahiş olunmuşdur. Sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması mə qsədilə İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülməsi müəyyən edilmişdir. Göründüyü kimi, sərəncamda sahənin bir hissəsi üçün mənzil mülkiyyətçilərinə kompensasiya verilməsi müəyyən edilməmişdir. Çünki sərəncamda məcburi kompensasiya nəzərdə tutulmayıb, sahələrin əvəzinə yeni mənzil verilməsi müəyyənləşdirilib. Göstərilənləri, qanunvericilik aktlarını, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir 31 may 2021-ci il tarixli qərarını, bunlarda müəyyənləşdirilmiş mütənasiblik, bərabərlik – “ədalətli balans” prinsiplərin nəzərə alaraq onlar da eyni binada digər mülkiyyətçilərlə bərabər, mütənasib müəyyənləşdirilməsini, mülkiyyətilərində mənzilin yerində inşa edilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasında mənzillərinin çıxarış üzrə sahəsi 62,96 kv.m, əlavə sahə 35,06 kv.m olmaqla ümumilikdə faktiki sahəsi 98,02 kv.m mənzillərinin əvəzi olaraq ümumilikdə 175 kv.m sahədən ibarət (1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillər) təmirli mənzillərin təqdim edilməsi tələbləri qanuni və haqlıdır. Göstərilənlərdən əlavə olaraq, qeyd edilən sərəncamın tələbinə əsasən həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin qarşılıqlı ra zılıq əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi ilə başqa yerə köçürülməsi, bundan sonra müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. Həmin sərəncamın tələblərinə əsasən ərazidə yaşayan sakinlərlə qarşılıqlı razılaşma əldə olunmalı, sakinlər ərazidən köçürülməli, bundan sonra torpaq sahəsindən istifadə edilməyə söküntü işlərinə başlanmalı və ən nəhayət 5 il müddətində ərazində yeni yaşayış binası salmalı idi. İddiaçı MTK isə sərəncamın heç bir tələblərinə əməl etməmişdir, binada təhlükəsiz şəraiti təmin elməli olduğu halda, şəhərsalma sənədlərinin tələblərinə əsasən sənədləşdirmə işlərini başa çatdırmadan söküntü işlərinə başlamışdır. Göstərilənlərə əsasən, mənzillər onlara təqdim edilən günədək və mənzillə çıxar ış alınması üçün təqdim olunan sənədlər tam hazır olanadək aylıq 500 manat icarə haqqının ödənilməsi, icarə haqqının 2024-cü ilin yanvar ayının 20-dən başlanmaqla hesablanması tələbləri də haqlıdır.
15. İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdehlər qarşılıqlı iddia tələbində qeyd etdiyi halları araşdırmadan, heç bir müşayətedici sübütlar əlavə etmədən irəli sürmüşlər. Belə ki, İddiaçı MTK baxmayaraq ki, binanın 40-dan çox sakini ilə müqavilələr imzalamış, müəyyən əsaslı razılıqlar əldə etmiş, amma heç bir razılıq əldə etdiyi, aldığı, müqavilə bağladığı sakinlərin əmlaklarını sökməmiş, uçurmamış və heç bir iş aparmamışdır. Sakinlər özlərinə məxsus əmlakın qapı, pəncərə, taxta, kafel və və s. əşyalarını öncədən sö küb aparmışlar. Sakinlərin öz əmlaklarını aparmasına görə İddiaçı MTK məsuliyyət və cavabdehlik daşımır. Əlavə etdikləri rəsimlərdən də görünür ki, əmlakın qapı, pəncərə və s. quraşdırılmış hissələri çıxarılıb. Kommunal sayğaclar əmlakların üzərindədir. İddiaçı MTK tərəfindən hər ay böyük məbləğdə maddi itkilərə məruz qalmasına baxmayaraq, bu məhkəmə işləri tam yekunlaşana qədər bütün işlərin aparılması təxirə salınıb. Hesab edirlər ki, cavabdehlərin qarşılıqlı iddiasının əsassız, qanunsuz və ədalətsiz olması özlərinə də yaxşı bəllidir və qarşılıqlı iddia verməklə əlavə vaxt qazanmaq, maksimum hüquqlarından sui-istifadə edərək MTK-dan əlavə maddi qazanc almaq və məhkəmə vasitəsi ilə bu əməlinə hüquqi don geyindirməkdən ibarətdir. Baxmayaraq ki, MTK cavabdehlərə görə hələ də maddi itkilərə aylardır məruz qalmaqda davam edir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 8 saylı qərarına, Bakı şəhər, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamına əsasən və digər dövlət orqanları və müvafiq təşkilatlarının sənədlərinə razılıqlarına əsasən Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1.2179 ha torpaq sahəsində ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin İddiaçı MTK-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncama əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürül məsi İddiaçı MTK-ya həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60%-100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir çox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənarda zəbt etdiyi ərazilər də iddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Lakin, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 paylar olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzildən kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərindən bəziləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan suiistifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözələşdirilməsi deməkdir. Xüsusən qeyd edilməlidir ki, cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vurduğu üçün Azərbaycan Respublikası Fövqəlad ə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən evbina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından sui-istifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 nömrəli binalar 1926-cu ildə inşa edilmişdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehlərə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırm a aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Yuxarıda göstərilənləri, işin hüquqi və faktiki halların nəzərə alaraq qarşılıqlı iddanın təmin edilməməsini xahiş etmişdilər.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2402/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim - Fərid Hətəmzadə) ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilmiş, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 5-ci mərtəbəsində 507 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m. (içdən-içə 94 kv.m.) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə cəmi 41628 manat kompensasiya və xx.xx.2024-cü il tarixdən etibarən yeni təmirli mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında olan 8 saylı mənzili üzərində paylı mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüquqlarına xitam verilməsi və mənzilin cavabdehlər tərəfindən boşaldılması, ödənilmiş dövlət rüsumlarının iddiaçıların özlərinə aid edilməsi və ilk və qarşılıq lı iddia ərizələri qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddiaçının hazırkı mülki işin başlanmasına səbəb olan iddia ərizəsi ilə çıxış etməsi cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehlərə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Yəni cavabdehlər də istismar müddəti ötmüş binanın sökülməsinin zərurətdən irəli gəldiyinin, bina sakinlərinin böyük əksəriyyətinin razı olduğunun fərqindədir. Hansı ki, həmin bina 1926-cı ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Eyni zamanda şəhərin memarlıq görkəminə xələl gətirir, mövcud şəhərsalma normalarına cavab vermir və nəticə etibarilə texniki cəhətdən qəzalıdır. Bu səbəbdən də məhkəmə hesab e tmişdir ki, hazırkı mübahisədə mülkiyyət hüququna müdaxilənin qanuniliyinin, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilib-edilmədiyinin yoxlanılmasına zərurət yoxdur. Bununla belə, tərəflər arasında kompensasiyanın həcmi barəsində mübahisə vardır və məhkəmə araşdırmasının predmetini hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması və müdaxilənin mütənasibliyi təşkil etmişdir. İşin hallarından müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hissəsi 62.96 kv.m-dir. Tərəflər arasındakı eyni məzmunda olan əvvəlki mülki iş üzrə əldə edilmiş ekspert rəyi ilə həmin mənzilin artırmasız içdən-içə sahəsinin 59.3 kv.m olduğu müəyyən edilmişdir. İlk iddiaçı isə bunun əvəzində ona içdən-içə 94 kv.m mənzil təklif edir. Hansı ki, həmin mənzilin ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m təşkil edir. Göründüyü kimi iddiaçı cavabdehlərə mövcud vəziyyətdən daha çox verir. Bundan başqa iddiaçının evinin bazar qiyməti 119100 manat təşkil edir, halbukı, iddiaçı ona ümumi sahəsi 104,35 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 229.570 manat edir. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 27.65 kv.m hissənin və mənzildən tam kənarda yerləşən 7.04 kv.m qanunsuz tikilinin hər kvadratmetri üçün 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur. Göründüyü kimi, ilk iddiaçının təklif etdiyi kompensasiya vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla 20 faizdən də daha artıqdır. Bu mənada məhkəmə, cavabdehlərin (qarşılıqlı iddiaçıların) ümumi sahəsi 175 kv.m olan 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı təmirli mənzillərin verilməsi tələbini əsassız sayaraq təklif edilən kompensasiyanı ədalətə və mövcud məhkəmə təcrübəsinə uyğun hesab etmişdir.
18. Birinci instansiya məhkəməsinin qənaətinə görə, qarşılıqlı iddiaçıların mənzillərin 2 il müddətində təqdim edilməsi tələbini də əsaslı hesab etmək mümkün deyildir. Çünki İddiaçı MTK ilə Binəqədi Rayon İH arasında bağlanmış müqavilədə, o cümlədən digər tikintiyə icazə sənədlərində İddiaçı MTK-nın üzərinə bu cür vəzifənin qoyulmuş olduğu müəyyən olunmur. Bundan başqa o da nəzərə alınmışdır ki, ilk iddiaçı mənzillərin cavabdehlərə təqdim olunmasınadək onlara kirayə haqqının ödənilməsini də qəbul edir. Bununla belə məhkəmə qeyd etmişdir ki, mənzillər hər bir halda ağlabatan müddətdə təqdim edilməlidir. Bu meyarın pozulması halında isə, cavabdehlər öhdəliyin icra edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Bundan başqa cavabdehlərə də məlumdur ki, həmin binaların əksər sakinləri ilə iddiaçı arasında razılıq əldə edilmişdir və ilk iddiaçı hər ay onlar qarşısında üzərinə düşən öhdəliyini icra etməyə məcburdur. Əgər ilk iddiaçı üzərinə götürdüyü öhdəliyini icra edə bilməzsə, həmin şəxslərin hüquqları pozulacaqdır. Bununla belə, cavabdehlər öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, mənzilinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddiaçının cavabdehlərə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, yeni çoxmərtəbəli yaşayış binası tikilib mənzilin cavabdehlərə təqdim edilməsinə kimi cavabdehlərə (qarşılıqlı iddiaçılara) hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməli, o cümlədən kirayə haqqı 2024-cü ilin yanvar ayının 20-dən hesablanmalıdır. Belə ki, tərəflər arasındakı eyni məzmunda olan əvvəlki mülki iş üzrə əldə edilmiş ekspert rəyi ilə ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqının təqribən 450 manat müəyyən edil sə də, məhkəmə həmin rəyin verilməsindən müəyyən vaxtın keçdiyini və mənzil kirayəsi bazarında son aylar qiymətlərin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən hal olduğunu nəzərə almışdır. Bundan başqa, qarşılıqlı iddiaçılar xx.xx.2024-cü il tarixdən mənzillərində yaşaya bilmədiklərini əsas göstərərək kirayə haqqının məhz həmin tarixdən hesablanmalı olduğunu iddia etmişlər və iş materiallarında olan fotoşəkillərlə də mübahisəli mənzilin yerləşdiyi binada normal yaşayış üçün şəraitin pozulmuş olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə, qarşılıqlı iddiaçıların qeyd edilən dəlili əsaslı hesab etmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə, 29-cu maddəsinin Vİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə, Azər baycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.6, 203, 560.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.5-ci, «İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli C əmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsin ə dair” Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və qətnamənin ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddiaçı hüququndan onlara qarşı ziyan vurmaq üçün istifadə edir. Məhkəmə isə araşdırma aparmadığından ilk iddiaçının qonşulara bütün sahələri nəzərə alınmaqla 112 kv.m sahəyə 177.34 kv.m, 92,84 kv.m sahəyə 168,5 kv.m təqdim etdiyin i və təqdim edilən sahələrin içdən içə ölçüldüyünü nəzərə almamışdır. Qarşılıqlı iddiaçıların ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən 62.96 kv.m, əlavə sahə isə 35.02 kv.m olmaqla ümumilikdə 98.02 kv.m-dir. İddiaçı isə çıxarışa əsasən 62.96 kv.m olduğu halda sahəni 59.36 kv.m nəzərə alınmaqla ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 kv.m olan mənzillə əvəzləşdirməni, əlavə sahələr isə digər mülkiyyətçilərdən fərqli olaraq, məhkəmədən məcburi pulla kompensasiya ödənilməsini tələb etməsi mütənasiblik, ədalətli balans prinsipinin və Binəqədi RİH başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş şərtlərini pozmuşdur. Məhkəmə öz səlahiyyətlərindən istifadə edərək əlavə araşdırmalar aparmamış, ilk iddiaçıdan lazımi tədbirlər görməmiş və buna zərurət olan sübutları tələb etməmiş, mübahisənin araşdırılması ilə bağlı müvafiq lazımi tədbirlər görməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında MPM-in 209.1-ci maddəsinin tələbini pozaraq iş üzrə mövqelərini öyrənmədən, iş üzrə halların tədqiqinin qurtardığını elan etmədən və məhkəmə çıxışlarına keçmədən müşavirə otağına getmiş və gəldikdən sonra məhkəmə qətnaməsini elan etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3698/2025 nömrəli 11 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - İlham Cəfərov (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin istismar müddəti keçmiş, qəzalı mənzildə yaşamağa davam etməsi onun həyat və sağlamlığına çox ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaqları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə cavabdehlərin özləri üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun mənzilin verilməsi sərəncamla MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin b ir hissəsini də məhz qeyd edilən hal təşkil edir.
25. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmiş və MTK-nın belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 50% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bundan başqa cavabdehlərin evinin bazar qiyməti 120000 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi (oxdan-oxa) 104,5 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat t əşkil edir, bu isə 229570 manat edir. Bundan əlavə iddiaçı cavabdehlərin qanunsuz artırdığı 27.65 kv.m hissənin və mənzildən tam kənarda yerləşən 7.04 kv.m qanunsuz tikilinin hər kvadratmetri üçün 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur. Eyni zamanda, göstərilən mənzilin sahəsini nəzərə aldıqda iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ədalətlidir. Qeyd olunan hallar cavabdehlərin mənzildən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz.
26. Kollegiya ilk iddiaçının təklif etdiyi kompensasiyanı vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla 20 faizdən də daha artıq olduğunu nəzərə alaraq, cavabdehlərin (qarşılıqlı iddiaçıların) ümumi sahəsi 175 kv.m olan 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı təmirli mənzi llərin verilməsi tələbini əsassız sayaraq təklif edilən kompensasiyanı mövcud məhkəmə təcrübəsinə və ədalətə uyğun hesab etmişdir. Eyni zamanda, cavabdehlər öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına əngəl olmaqla yanaşı, çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına maneə törədir və iddiaçının həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır.
27. Cavabdehlərin apellyasiya şikayətindəki dəlillərindən biri də xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında hakimin MPM-in 209.1-ci maddəsinin tələbini pozaraq iş üzrə mövqelərini öyrənmədən, iş üzrə halların tədqiqinin qurtardığını elan etmədən və məhkəmə çıxışlarına keçmədən müşavirə otağına getməsi və gəldikdən sonra məhkəmə qətnaməsini el an etməsi ilə bağlı olmuşdur. İş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iclasın aparılması prosessual qanunvericiliyə uyğun aparılmışdır. Həmçinin kollegiya qeyd etmişdir ki, cavabdehlərin keçirilmiş məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ var. Cavabdehlər protokol ilə tanış olaraq razılaşmadığı məqamları mübahisələndirə bilərdi.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-13, 29cu, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16, 152.1, 152.6, 560.1, 560.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 273, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona et irazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdehlər (vəkil – Nümayəndə3 Vüsal oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “apellyasiya şikayətinin təmin edilməməsi” hissəsində, “Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-2402/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması” hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edildiyi hissədə tamamilə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
30. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edi lmişdir ki, sərəncamda da sahənin bir hissəsi üçün mənzil mülkiyyətçilərinə məcburi kompensasiya verilməsi müəyyən edilməmişdir. Pul şəklində kompensasiya ödənişi yalnız qarşılıqlı razılıq əsasında ola bilər. Razılıq yoxdursa, digərləri ilə olduğu qaydada əlavə sahəmiz üçün digər qonşularla mövcud mütənasiblik qaydasında əlavə sahəmizə mənzil sahəsi verilməlidir. İddiaçı MTK-nin eyni binanın, eyni mərtəbənin digər mülkiyyətçiləri – X5, X6 və X2 ilə bağlanmış, iş materiallarında olan notarial müqavilələrdən görünür ki, onlara əlavə sahələrinə görə əvəzində mənzil sahəsi verilmişdir. Lakin cavabdehlərə, digərlərindən fərqli olaraq, həmin əlavə sahələr üçün mənzil sahəsi deyil, məhkəmə vasitəsilə məcburi kompensasiya ödətdirilir. Apellyasiya şikayətində faktlar araşdırılmamış məhkəmə öz mülah izəsinə uyğun qətnamə qəbul etmişdir ki, bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. Məhkəmədə vəkil tələb etsə də, nə birinci instansiya nə də ki, apellyasiya instansiyası məhkəmələri öz səlahiyyətlərindən istifadə edərək əlavə araşdırmalar aparmamış, ilk iddiaçıdan tələb edilməsi zəruri olan sübutları tələb etməmiş, mübahisənin araşdırılması ilə bağlı müvafiq lazımi təbdirlər görməmiş və buna zərurət olduğu bilə-bilə bunları etməmişdir. Nəticədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə
13. Hissə İ. Azərbaycan Respublikasında mü lkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Maddə
13. Hissə İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
34. Maddə
29. Hissə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
35. Maddə
43. Hissə İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata k eçirməyə borcludurlar.
37. Maddə 6.3.Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
38. Maddə 15.Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
39. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
40. Maddə 152.1. Mülki yyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
42. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
43. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
44. Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
45. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.
46. Maddə 4.2.Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləridir.
47. Maddə 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
61. Apellyasiya instansiy a məhkəməsinin mövqeyinə görə ilk iddiaçının hazırkı mülki işin başlanmasına səbəb olan iddia ərizəsi ilə çıxış etməsi cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehlərə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Yəni cavabdehlər də istismar müddəti ötmüş binanın sökülməsinin zərurətdən irəli gəldiyinin, bina sakinlərinin böyük əksəriyyətinin razı olduğunun fərqindədir. Hansı ki, həmin bina 1926-cı ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Eyni zamanda şəhərin memarlıq görkəminə xələl gətirir, mövcud şəhərsalma normalarına cavab vermir və nəticə etibarilə texniki cəhətdən qəzalıdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, hazırkı mübahisədə mülkiyyət hüququna müdaxilənin qanuniliyinin, başqa şəxslərin hüquq və azadlıq larının müdafiəsi məqsədilə tətbiq edilib-edilmədiyinin yoxlanılmasına zərurət yoxdur.Bununla belə, tərəflər arasında kompensasiyanın həcmi barəsində mübahisə vardır və məhkəmə araşdırmasının predmetini hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması və müdaxilənin mütənasibliyi təşkil etmişdir. İşin hallarından müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hissəsi 62.96 kv.m.-dir. Tərəflər arasındakı eyni məzmunda olan əvvəlki mülki iş üzrə əldə edilmiş ekspert rəyi ilə həmin mənzilin artırmasız içdən-içə sahəsinin 59.3 kv.m. olduğu müəyyən edilmişdir. İlk iddiaçı isə bunun əvəzində ona içdən-içə 94 kv.m. mənzil təklif edir. Hansı ki, həmin mənzilin ümumi (oxdan-oxa) sahəsi 104. 35 kv.m. təşkil edir. Göründüyü kimi iddiaçı cavabdehlərə mövcud vəziyyətdən daha çox verir. Bundan başqa iddiaçının evinin bazar qiyməti 119100 manat təşkil edir, halbukı, iddiaçı ona ümumi sahəsi 104,35 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 229.570 manat edir. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 27.65 kv.m hissənin və mənzildən tam kənarda yerləşən 7.04 kv.m qanunsuz tikilinin hər kvadratmetri üçün 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur.
62. Kassasiya şikayətinin digər dəlili olaraq qeyd edilir ki, iddiaçı binadakı digər mülkiyyətçilərə münasibətdə onlara qarşı bərabərlik, ədalətli balans, mütənasiblik prinsipini pozur, onlara digərlərinə münasibətdə daha pis şərtl ər təklif edir.
63. Lakin həmin dəlillə bağlı apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kompensasiyanı vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla 20 faizdən də daha artıq olduğunu nəzərə alaraq, cavabdehlərin (qarşılıqlı iddiaçıların) ümumi sahəsi 175 kv.m. olan 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı təmirli mənzillərin verilməsi tələbini əsassız sayaraq təklif edilən kompensasiyanı mövcud məhkəmə təcrübəsinə və ədalətə uyğun hesab etmişdir. Eyni zamanda, cavabdehlər öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına əngəl olmaqla yanaşı, çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına maneə törədir və iddiaçının həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır.
64. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi t ərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3698/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.