Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3402/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ iş № 2(102)-3402/2024 (açar sözlər: nisyə alğı-müqaviləsi, əhəmiyyətsiz əqd) 21.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarşı nisyə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(105)-378/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin məzmununa əsasən, cavabdeh İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. 2. xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alğı-satqısı barədə müqaviləsinə əsasən, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən satıcı ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcıya satır, alıcı qismində Cavabdeh isə həmin malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüş, vəsait nağd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir, bu qaydanın pozulmasına görə məsuliyyət alıcının üzərinə düşür. 3. xx.xx.2020-ci il tarixli 019/2020 saylı əşyaların təhvil-təslim aktına əsasən, satıcı siyahıda qeyd edilmiş məhsulları təhvil verdi, alıcı Cavabdeh ümumi dəyəri 30000 manat təşkil edən müxtəlif markalı enerji içkilərini təhvil almışdır. 4. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişə əsasən, işçi Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. 5. 25.02.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh məktub ünvanlayaraq, müqavilə əsasında götürdüyü məhsulların dəyərinin 28241,65 manat olan hissəsinin bu günədək ödəmədiyini, borcun qısa müddət ərzində ödənilməsi, əks halda hüquqi müdafiə vasitələrindən istifadə edilməsi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alğı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 019/2020 saylı mü qavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 28241,65 manat hissəsini bu günədək ödəməmişdir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alğısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, onlar arasında xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə guya ona 30000 manat məbləğində müxtəlif çeşidli məhsullar nisyə olaraq verilmiş və o, 30000 manat məbləğində olan borcu 3 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. Bütün bunlar hamısı yalandır. Belə ki, o və cavabdeh kimi digər şəxslər MMC-də işə qəbul olunarkən ilk olaraq bu müqaviləyə qol çəkdirirlər və ondan sonra həmin şəxslərlə əmək müqaviləsi bağlayırlar. Yəni iddiaçı özünü sığortalamaq məqsədilə belə bir müqavilə təklif etmişdir. Təhvil-təslim aktında qeyd olunan mallar ona təhvil verilməmişdir. Ümumiyyətlə belə bir mal satmamışdır. Müqavilədə təhvil təslim aktında və ərizədə olan imza ona məxsus olsa da, işə qəbul olmaq üçün həmin müqaviləyə qol çəkmişdir.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh fərdi sahibkar deyil. O, İddiaçı MMC-də əmək müqaviləsi üzrə satış nümayəndəsi kimi işləmişdir. İddia ərizəsində tələb edilən borc alğısatqı müqaviləsi əsasında yaranan borc məbləğidir. Alğı-satqı müqaviləsinə əsasən MMC məhsulları həmin gün Cavabdeh təqdim edilmişdir. Qeyd edilənlərə əsasən MMC-nin nümayəndəsi ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o İddiaçı MMC-nin əməkdaşı olmuşdur. Belə ki, əmək müqaviləsi əsasən satış nümayəndəsi kimi fəaliyyət göstərmişdir. İşə qəbul ed ildiyi gün onunla və onun kimi digər işə qəbul edilən əməkdaşlarla 30000 manatlıq malın nisyə alğı-satqısına dair müqavilə bağlanmışdır. Lakin, ona heç bir mal verilməmişdir. Onun əsas funksiyası İddiaçı MMC-dən mal alan mağazalarda hansı mala ehtiyac olduğunu müəyyən etmək və malların mağazalara çatdırılmasını təşkil etmək olmuşdur. Həmin MMC-də işləyərkən mal daşıyan avtomobil qəzaya uğramış və nəticədə mallar tələf olmuş və oğurlanmışdı. MMC bunun əvəzində hazırkı iddianı irəli sürmüşdür. O, 2020-ci ilin aprel ayından etibarən işdən çıxmışdır. Qeyd edilənlərə əsasən o, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, Cavabdehlə MMC arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi yalan əqddir. Belə ki, əqdi bağlayarkən heç də məqsəd Cavabdeh mal satılması olmamışdır. Həmçinin onun işə qəbul edildiyi gün ona 30000 manatlıq mal satılması absurddur. Əgər onun belə bir dəyərdə malı alıb-satmaq imkanı var idisə elə bu fəaliyyətlə məşğul olardı və işləməyinə ehtiyac qalmazdı. MMC cavabdehin çarəsiz vəziyyətindən istifadə edərək onu belə bir müqavilə bağlamağa məcbur edib. Həmçinin iddiaçı 28241,65 manat pul tələb etmişdir. Belə çıxır ki, Cavabdeh qalan borc məbləğini ödəyib. Bununla bağlı isə MMC heç bir sənəd təqdim etməyib. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2793/2022 nömrəli iş üzrə, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) İddiaçı MMC-nin Cavabdeh qarşı 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər öz ifadələrində iddiaçının əvvəllər əməkdaşı olduqlarını, işə qəbul edilərkən 30000 manatlıq malın alğı-satqısı ilə bağlı müqavilə imzalamağa məcbur edildiklərini, əslində isə onlara heç bir mal verilməd iyini, işə qəbul edilmək üçün məcbur qalaraq müqaviləni imzaladıqlarını bildirmişlər. Həmin şahidlər Cavabdeh hər hansı yaxın qohumu və ya iş üzrə şəxsi maraqları olan şəxslər olmadıqlarından onların ifadələrinin mötəbərliyinin şübhə altına alınması mümkün deyildir. Eyni zamanda Cavabdeh MMC-nin əməkdaşı olduğu və fərdi sahibkar statusuna malik olmadığı halda onunla heç bir təminat olmadan 30000 manatlıq malın verilməsi barədə müqavilənin bağlanması və həmin dəyərdə məhsulun ona verilməsi məntiqli və inandırıcı deyil. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinin çap üsulu ilə yazılmasına baxmayaraq müqavilənin tarixi sonradan əlyazma ilə qeyd edilmişdir. Bu da müqavilənin tarixinin sonradan qoyulması barədə Cavabdeh tərəfindən göstərilənlərin əsaslı ola bilmək ehtimalını yaratmışdır. xx.xx.2020-ci il tarixli nisyə alğısatqı müqaviləsində 30000 manatlıq malın satılması razılaşdırıldığı halda MMC Cavabdeh 28241,65 manat pul tələb etmişdir. Belə çıxır ki, qalan məbləğ onun tərəfindən ödənilmişdir. Cavabdeh isə MMC-yə hər hansı ödəniş etmədiyini bildirmiş, MMC-nin nümayəndəsi həmin ödənişlə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Müqavilədə cavabdehin məhsulun dəyərini 3 ay ərzində ödəməli olduğu göstərilmişdir. Həmin müddət xx.xx.2020-ci ildə başa çatmışdır. MMC isə bundan təxminən 2 il sonra məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340.1, 567, 600-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 220-223, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2793/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış müqavilə predmeti olan mallar şirkətin anbarından təhvil-təslim aktı əsasında çıxarılaraq, cavabdehə təhvil verilməsi və həmin təhvil-təslim aktına cavabdeh şəxsən imza atması, həmin akt məhkəməyə təqdim edilməsi, iş materiallarında mövcud olması, malların cavabdehə verildiyini təkzib edən sübutlar isə cavabdeh tərə findən məhkəməyə təqdim edilməməsi, tərəflər arasında bağlanmış müqavilə çap üsulu ilə yazılıbsa, müqavilə tarixinin əl yazısı ilə yazılması qanunvericiliyin tələblərinə zidd olmaması, bu halın müqavilənin etibarsızlığına səbəb ola bilməsinin düzgün olmaması, cavabdehin tam fəaliyyət qabiliyyətli şəxs olması, müqavilə bağlanarkən müqavilənin bütün şərtlərinin onunla razılaşdırılıb və onun iştirakı ilə tərtib edilməsi, müqavilənin tarixi də məhz müqavilənin imzalandığı gün yazılması, müqavilə üzrə cavabdehin həyata keçirdiyi ödənişlə bağlı məhkəməyə sənəd təqdim edə bilməməklə bağlı isə həmin ödəniş qəbzlərini məhkəmənin ilk tələbi ilə təqdim etməklərinin mümkün olması, lakin bu halı sübut etmək yükünün onların üzərinə deyil, cavabdehin üzərinə düşməsi, iş birinci instansiya məhkəməsində ar aşdırılan zaman həmin qəbzlərin mövcud olub-olmaması ilə bağlı hər-hansı müzakirə həyata keçirilməməsi, qəbzlərin onlardan tələb edilməməsi, müqavilə müddətinin 3 ay göstərilməsinə baxmayaraq iddia ilə məhkəməyə 2 il sonra müraciət etməyinin də qanun pozuntusu olmaması, müqavilənin etibarsızlığına səbəb olan faktor olmaması, müqavilə üzrə tələblərə 3 illik iddia müddəti tətbiq edilir və onlar tərəfindən həmin müddət ötürülməməsi, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin yalan əqd kimi etibarsız hesab edilməsi üçün heç bir fakt və ya hal mövcud olmamışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/23 nömrəli mülki iş üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Lalə Rəhim li) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 28241,65 manat 65 qəpik məbləğində borc pul vəsaitinin tutularaq MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh MMC-yə qarşı “nisyə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad edilən hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarı ilə qeyd edilən alğı-satqı müqvailəsinin görünüş üçün bağla nması, uydurma əqd olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, hər hansı əqdin yalnız görünüş üçün bağlanması əslində ona uyğun nəticələr yaratmaq niyyətinin olmaması halını özündə ehtiva etmişdir. İndiki halda isə tərəflər arasında bağlanılmış nisyə alğı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən müqavilənin predmeti olan müvafiq məhsulların cavabdeh tərəfindən təhvil alınmasına dair təhvil-təslim aktı mövcuddur, hansı ki. həmin aktda cavabdehin qeyd olunan məhsulları təhvil aldığı qeyd olunmuş və bu akta cavabdeh şəxsən özü imza etmişdir. Lakin qarşılıqlı iddiaçı tərəfindən qeyd olunan məhsulların təhvil almadığını, müqavilənin görünüş üçün bağlandığını, əslində belə bir münasibət olmadığını bildirilsə də, qeyd olunan halı təsdiq edən, habelə təhvil təslim aktını təkzib edən heç bir mötəbər sübutu təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanılmış nisyə alğı-satqı müqvailəsinin mülki qanunvericiliklə müəyyən edilmiş hər hansı şərtin (subyekt tərkibi, forma, məzmun, iradə ifadəsinə dair şərtlərin) pozulması ilə bağlanması halı da müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab etmşdir ki, əmək və ya mülki qanunvericiliyində tərəflər arasında işçi-işəgötürən qismində bağlanmış əmək müqaviləsinin və bundan irəli gələn əmək münasibətlərinin mövcud olmasının, həmin tərəflər arasında nisyə alıq-satqı müqaviləsinin bağlanmasını istisna edən hər hansı norma mövcud deyildir, habelə bununla bağlı tərəflər arasında bağlanılmış əmək müqaviləsində də hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır. Odur ki, tərəflər arasın da əmək müqanisbətlərinin mövcudluğu, onlar arasında olan nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətin formal olaraq yaranması kimi qiymətləndirilməsinə əsas verməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanılmış nisyə alğı-satqı müqaviləsi etibarlı əqd qismində çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia tələbi rədd olunmalıdır.
21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4, 337, 340.1, 340.2, 399.1, 399.4, 405.1, 407.2, 427.3, 427.4, 442, 443.1, 448.1, 567, 600.1, 600.4-cü maddələrinə, MPM-nin 4.1, 14.2, 77.1, 88, 217.3, 384.0.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Ca vabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə iddiaçı hüquqdan sui-istifadə etməklə, əsassız varlanma niyyətində olmuşdur. İlkin iddia təmin olunduğundan, qarşılıqlı iddia isə rədd olunduğundan, MMC hüquqdan sui-istifadə etməklə, əsassız varlanmışdır və buna da məhkəmənin əsassız yanaşması ilə nail olmuşdur. MMC-nin analoji işləri məhkəmədə var və eyni müqavilələrlə digər şəxslərdə də əsassız olaraq pul tələbi etmişdilər. Bu barədə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Həmin işdə qərar vətəndaşın xeyrinə, hazırkı işdə isə MMC-nin xeyrinə qərar verilmişdir. M üqavilədə və təhvil-təslim aktında olan imzanın Cavabdeh məxsus olması o demək deyil ki, həmin dəyərdə olan əmlaklar ona həqiqətən də təhvil verilmişdir. Yoxsa, imza varsa, demək əmlakları qəbul etmisən yanaşması ilə yanaşmaq lazım deyil. Əqdin yalan olmasını araşdırmaq lazımdır. Bu əqd bir nəfərlə bağlanmamışdır. Bu barədə analoji işlər var.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2031/2023 nömrəli mülki iş üzrə 3 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov, İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmi şdir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh MMC-də yerinə yetirmiş olduğu əmək funksiyası məhz malların satışını təşkil etməklə bağlı olmuş və MMC onun fərqli funksiyanı yerinə yetirməsini və ya ona başqa vəzifənin icrasının tapşırılmasına istinad etməmişdir. Məhz cavabdehlə bağlanmış əmək müqaviləsi əmək funksiyasını yerinə yetirmədiyinə və digər əsaslarla Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndi ilə xitam verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alğı-satqısı barədə müqaviləyə əsasən satıcı ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcıya satır, alıcı qismində Cavabdeh isə həmin malların dəyərini pul şəklində 3 ay m üddətində ödəməyi öhdəsinə götürmüş, vəsait nəğd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir, bu qaydanın pozulmasına görə məsuliyyət alıcının üzərinə düşür. Birinci instansiya məhkəməsinin hər iki iddia tələbi üzrə nəticəyə gəldiyi mövqeyindən aydın olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin yalan əqd olmuş və tərəflərin həqiqi iradə ifadəsi ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair nəticəyə gələrkən isə alğısatqı müqaviləsinin tərəflərin əmək münasibətlərində olan zaman bağlanması, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmi ləşdirilməsinin yolverilməzliyi, müqavilənin iddiaçının kommersiya maraqlarına uyğun olmaması (yəni faktiki olaraq özünün müqavilədə göstərilən məhsulların topdan və pərakəndə satışı ilə məşğul olması), mallarının cavabdehə təhvil verilməsinə dair aktı olsa da bununla bağlı ciddi maliyyə sənədlərinin (anbardan çıxma qaiməsi) mövcud olmaması, bu müqavilə üzrə vergilərin kimin tərəfindən ödənilməsi, ödənişlərin qismən icra edildiyi halda mədaxil sənədlərinin təqdim olunmaması, 3 aylıq icra müddəti olan müqavilə üzrə öhdəliyin icrası məqsədi ilə cavabdehə qarşı iddia tələbinin əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə xitam verildikdən sonra sürülməsi, əhəmiyyətli dəyərə malik olan mallarının sahibkarlıq fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxsə verilməsi, malların sa yı və çeşidi baxımından onların istehlak etmək üçün həddindən artıq miqdarda və sayda olması, göstərilənlərin nəticəsi olaraq bu müqavilənin bağlanması zamanı tərəflərin həqiqi iradə ifadələrinin məzmununu müəyyən etməli olduğu halda bunların aydınlaşdırılmasına cəhd göstərməmiş və yalnız əmək münasibətlərində olan şəxslər arasında mülki hüquqi müqavilələrin bağlanmasının qanunvericiliklə qadağan edilməməsi ilə bağlı formal mülahizələrə əsaslanmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddiaçının iddiasında və ilk iddiaya etirazında məhz bu dəlillərə əsaslanmış və onların, yəni tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olmasına istinad etmişdir. İşdə apellyasiya instansiyası məhkəməsi tərəflərin hansı həqiqi hüquqi münasibətdə olmalarını, bundan asılı olaraq mübah isənin həllinə hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalarının mövcudluğunu nəzərə almalıdır.
27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4, 337.1, 340.2, 399.1, 399.4, 405.1, 442, 443.1, 448.1, 567, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrin in Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-378/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər –Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə) ilkin İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
29. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbini özündən asılı etd iyindən, ilkin olaraq qarşılıqlı iddia tələbinə qiymət verilməlidir. Baxılan iş üzrə ilkin iddianın müqavilə üzrə təhvil alınmış malın ödənilməyən qalıq hissəsinin ödənilməsi, qanuni əsası Mülki Məcəllənin 600, 598.2, 598.3-ci maddələri, qarşılıqlı iddia tələbi isə müqavilənin etibarsızlığı və qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil etmişdir. İlkin iddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsaslanaraq, ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcı qismində Cavabdeh satdığını, sonuncu isə həmin malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürdüyünü, vəsaitin isə nağd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəməsini, bu qaydanın pozulmasına görə məsuliyyətin alıcı olaraq cavabdehin üzərinə düşdüyünə istinad etmiş, qarşılıqlı iddiaçı isə İddiaçı MMC ilə əmək münasibətlərində olmasına, onunla iddiaçı arasında həqiqi mülki hüquqi müqavilə bağlanmadığına, başqa müqaviləni pərdələmək məqsədilə bağlandığına, həmin müqavilə üzrə tərəflərin qaşılıqlı ödəliklərinin yaranmadığına, işə qəbul olunarkən işəgötürən tərəfindən ilkin olaraq bu müqaviləyə qol çəkdirdiklərini, daha sonra əmək müqaviləsi bağladıqlarını, işə qəbul olunması üçün bu müqaviləyə və təhviltəslim aktına qol çəkdiyini əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, hə m də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilmişdir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Göründüyü kimi qanunvericilik əmək münasibətlərinin mülki hüquq müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini müəyyən etmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki,yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində ol duqlarını göstərirlər. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddiaçının istinad etdiyi əqd tərəflərin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkət olmaqla, əsl hüquqi niyyətlərini əks etdirməmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə ilkin iddiaçı əmək müqaviləsi və ondan doğan məsələlərlə bağlı hər hansı tələb (dəlil) irəli sürmədiyindən və mövcud işin icraatı çərçivəsində bu məsələni araşdırmaq mümkün olmadığından, həmin qaydaları tətbiqidə mümkünsüzdür.
33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsasında xx.xx.2020-ci il tarixli müqavilə (əqd) etibarsız hesab edildiyindən, ilkin iddianın təmin edilməsi imkanını aradan qaldırdığından, həmin hissədə əlavə araşdırma aparılması zərurəti aradan qalxmış olur.
34. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsini (əqdi) yalan əqd (əhəmiyyətsiz) hesab etməklə, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması qənaətinə gəlmişdir.
35. Məhkəmə kollegiyası sonda hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmişdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
36. Məhk əmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4, 340.2, 598.2, 598.3, 600-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı MMC (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-378/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il t arixli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 28241,65 manat hissəsini bu günədək ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq öz qətnaməsində Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarına istinad etmişdir. Halbuki, həmin qərarın hazırkı mübahisəyə tətbiqi tamamilə əsassız olmu şdur. Çünki, hazırkı mübahisə işçinin işəgötürənə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı deyil. Cavabdehin iddiaçıya borcunun yarandığını təsdiq edən tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi və həmin müqaviləyə istinadən bağlanmış mövcud borcun etirafı haqqında müqavilə də işçinin işəgötürənə zərər vurmasının rəsmiləşdirilməsi məqsədi ilə bağlanmamışdır. Mübahisənin mahiyyəti ondan ibarət olmuşdur ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması məqsədi ilə məhsulların alğısatqısı haqqında müqavilə bağlanmış, cavabdeh müqavilə üzrə malları iddiaçıdan təhvil almış və malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında yaranmış bu mülki hüquq münasibətlərinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən əmək münasibətlərindən əmələ gəlmiş kim i qələmə verməsini dərk etmək mümkün deyil. Çünki, nə işin faktiki hallarından, nə məhkəmə iclasında müəyyən edilmiş faktlardan, nə də iş materiallarında olan sübutlardan bunu müəyyən etmək olmaz. Qısacası, Cavabdeh İddiaçı MMC-yə işçi olaraq heç bir zərər vurmamışdır. Tərəflər arasında bağlanmış müqavilə isə, onun işçi olaraq İddiaçı MMC-yə maddi zərər vurmasının rəsmiləşdirilməsi məqsədi daşımamışdır. Cavabdeh İddiaçı MMC-dən mal almış, lakin dəyərini tam şəkildə ödəməmişdir. Apellyasiya Məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı isə, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna etmişdir. Cavabdehlə MMC arasında əmək müqaviləsi bağlanarkən, Əmək Məcəlləsinin 199-cu maddəs inin tələblərinə uyğun olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır və müqavilə digər kadr sənədləri ilə birlikdə hazırki işə baxan məhkəməyə təqdim edilmişdir. Əgər həqiqətən də, Cavabdeh İddiaçı MMC-yə öz əmək funksiyalarının icrası ilə bağlı maddi zərər vursaydı, tam maddi məsuliyyət haqqında müqaviləyə və digər hüquqmüəyyənedici sənədlərə istinad etməklə, vurulmuş zərərin əvəzinin tələbi ilə bağlı (əmək münasibətləri çərçivəsində) iddia ilə məhkəməyə müraciət edilərdi və bunu etmək üçün qarşıda heç bir maneə yox idi. Cavabdeh əmək funksiyasının icrası ilə bağlı işəgötürənə ziyan vurmamış və ona qarşı belə bir tələb olmamışdır. Cavabdeh fiziki şəxs olaraq İddiaçı MMC-dən nisyə mal alıb, lakin dəyərini tam şəkildə ödəməmişdir. Mübahisənin mahiyyəti bundan ibarət olmuşdur. İ şə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara heç bir hüquqi qiymət verməmiş, qətnaməni yalnız öz mülahizələrinə uyğun əsaslandırmağa çalışmaqla, qanunsuz qətnamə qəbul etmişdir.
39. Kassasiya şikayəti Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, MPM-in 217-ci maddəsinə istinad edilərək əsasland ırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bund an ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyy ənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-378/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.