Məhkəmə qərarları › İş №2(102)-3404/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3404/2021

21.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3404/2021 21.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2572/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron rayonu Xirdalan Bələdiyyəsi və Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-797/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.Əhmədov) iddiaçı Abşeron rayon Xırdalan Bələdiyyəsinin Cavabdeh zəbt etdiyi Xırdalan Bələdiyyəsinə məxsus 355 kv.m torpaq sahəsindən çıxarılması, həmin torp aq sahəsi üzərində cavabdeh tərəfindən inşa olunan hasarın onun öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə gətirilərək geri qaytarılması tələbinə dair ilk, Cavabdeh Abşeron rayonu Xirdalan Bələdiyyəsinə və “xxxx” ASC-nə qarşı kompensasiya və pul tələbinə dair qarşılıqlı iddiaları barədə mülki iş üzrə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2572/2020 nömrəli qətnaməsi ilə (hakimlər T.Məmmədov-sədrlik edən və məruzəçi, Ş.Abasov, F.Məmmədov) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin apellyasiya şi kayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-797/2020 saylı qətnaməsi ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən iddiaçı Abşeron rayonu Xirdalan Bələdiyyəsi və Maraqlı şəxs kassasiya şikayətləri vermişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Abşeron rayonu Xirdalan Bələdiyyəsi və Maraqlı şəxs kassasiya şikayətlərinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403.1. maddəsinə əsasən Apellyasiya instansiyası Məhkəməsinin qətnamələrindən tərəflər, 3-cü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi qanunverici o şəxslərin kassasiya şikayəti vermək hüququnu nəzərdə tutmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin şəxslərin tələbləri təmin edilməmiş olsun. Hazırkı işdə isə Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yəni Maraqlı şəxs kassasiya şikayəti verdiyi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun hər hansı bir marağına toxunmur və təmin edilməmiş tələbləri (şikayəti) mövcud deyil. Belə olan halda, Maraqlı şəxs kassasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmamışdır. Göstərilənlə əsasən, Maraqlı şəxs kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətin geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nın 408.1.1 maddəsinə əs asən kassasiya şikayəti bu Məcəllənin 407.1 maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2 maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3 – 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 403-cü və 408-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2572/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Abşeron rayonu Xirdalan Bələdiyyəsi və Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətləri nin icraata qəbul edilməsindən imtina edilsin və iş maraqlı şəxsin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar