Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3404/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri; mənzilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə) “yaşayış sah əsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-650/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 4 iyun 1996-cı il tarixli, 14/118 nömrəli orderə əsasən, yaşayış sahəsi 26 kv metr olan 2 otaqlı, 14-cü məhəllə, ev 2/29-13 nömrəli mənzil İddiaçı 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir.
2. Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.2010-cu il tarixli, 10/110 nömrəli orderinə əsasən, Cavabdeh2 Sumqayıt şəhəri, 14-cü məhəllə, 2/29 saylı evin 13 nömrəli mənzilinin 29,07 kv metr sahəsi olan, 2 otaqlı evi 3 nəfər ailə üzvü ilə birlikdə tutmaq üçün verilmişdir.
3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli arxiv çıxarışına əsasən, Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra hakimiyyəti başçısının sərəncamı ilə yaşayış sahəsi 29,7 kv metr olan 2 otaqlı, 14-cü məhəllə, 20 yanvar küçəsi, ev 2/29, 13 nömrəli mənzilin əsas kirayəçisi X1 vəfatı ilə əlaqədar olaraq mənzilin kirayə müqaviləsi (orderi) mərhumun həyat yoldaşı Cavabdeh2 3 nəfərdən ibarət ailə tərkibinin adına dəyişdirilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) yaşayış “sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən (bundan sonra – mübahisə predmeti olan mənzil) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Z.Fərəcova ərizə ilə müraciət edərək, mübahisə predmeti olan mənzilin ondan öncə Sumqayıt şəhəri, İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsi kimi kimə verilməsi və həmin şəxsin orderinin hansı tarixdə və hansı əsaslarla ləğv olunması barədə ətraflı məlumat verməsini xahiş etmişdir. Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu şöbəsinin müdiri S.Əsədovanın ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, yaşayış sahəsi 39,6 kv metrdən ibarət 3 otaqlı, 12-ci mkr., ev 7A, mənzil 13 Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 243 saylı 1996-cı il tarixli sərəncamı ilə mərhum X1 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. X3 ailəsinin yaşadığı yaşayış sahəsi 29,07 kv metr olan 2 otaqlı 14-cü məhəllə, ev 2/29, mənzil 13 isə həmin sərəncam əsasında onların beş nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş, adına xx.xx.1996-cı il tarixli, 14/118 saylı order verilmişdir. Hazırda ona məxsus sözügedən mənzilin boşaldılmas ını tələb etsə də, cavabdehlər buna məhəl qoymurlar.
6. İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia tələbini müdafiə etdiyini və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Cavabdeh2 məhkəmə iclasında izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. O, 1977-ci ildən həmin mənzildə yaşayır. Order onun adınadır. 1993-cü ildə Sumqayıt şəhəri 12-ci mikrorayondan yoldaşına mənzil verilmişdir. Mənzilin qapıpəncərəsi olmamışdır. Həmin il əri Sabir Hüseynov vəfat etmiş, mənzilə köçə bilməmişlər. Sonra da həmin mənzili məcburi köçkünlər zəbt etmişdir. Ona qarşı yönəlmiş tələblə razı deyildir. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş edir. Onlar həmin mənzildə 1977-ci ildən yaşayırlar. Order onun adına 2010-cu ildə ya zılmışdır. Həmin mənzilə dair order iddiaçıya da 2010-cu ildə verilmişdir. Onun adına olan mənzildə hazırda qaçqınlar yaşayır.
8. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərin mübahisə predmeti olan mənzildən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, mərhum X1 ailəsinin yaşadığı mübahisə predmeti olan mənzil Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 243 saylı, 1996-cı il tarixli sərəncamı ilə xx.xx.1996-cı il tarixli, 14/118 saylı order əsasında iddiaçının beş nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş, adına order verilmişdir. Cavabdeh2 iddia tələbini qəbul etm əməsinə dair etirazının dəlilləri yalnız onun ailə üzvləri ilə həmin mənzildə uzun müddət yaşaması, orderin onun adına olması, 1993cü ildə Sumqayıt şəhəri 12-ci mikrorayondan yoldaşına mənzil verilməsi, mənzilin qapıpəncərəsi olmaması, həmin il ərinin vəfat etməsi, mübahisə predmeti olan mənzilə köçə bilməməsini və sonradan həmin mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, iş materialları əsasında təsdiq olunmuşdur ki, order əsasında ayrılan mənzildə cavabdehlərin səhlənkarlığı nəticəsində köçməməsi iddiaçını və onun ailə üzvlərinini qanuni əsaslarla ayrılan mənzildən istifadə etmək imkanından məhrum etmişdir. Ona görə də, cavabadehlərin mənzilə istifadə hüquqlarına xitam verilməli, Cavabdeh2 mənzildə yaşaması müəyyən edildiyi ndən həmin mənzildən çıxarılmalıdır. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mənzildə yaşamadıqları üçün həmin hissədə iddia təmin olunmamalıdır. İddiaçının mənzildə müəyyən müddət yaşamaması həmin mənzilə cavabdehin formal mülahizələrlə yaşamaq hüququ vermir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157 və 157.4-cü, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51-ci, 53 və 54-cü, Mənzil Məcəlləsinin 3-cü maddələri, “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndi, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə ist inadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı Sabir Hüseynov uzun müddət “Enerjiquraşdırma” SSŞ Sumqayıt filialında mühəndis işləmişdir. 1977-ci il tarixdə mübahisə predmeti olan mənzil mərhum həyat yoldaşı Sabir Hüseynova 3 nəfər ailə üzvü ilə birlikdə iş yerindən verilmişdir. Həmin tarixdən sözü gedən ünvanda yaşamışlar. xx.xx.1993-cü il tarixdə həyat yoldaşı Hüseynov Sabir “xroniki ürək damar çatışmazlığından” vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra rəsmi müraciəti əsasında sözü gedən mənzilə dair k irayə müqaviləsi onun adına dəyişdirilmişdir. xx.xx.2010-cu il tarixli, 10/110 saylı order əsasında mübahisə predmeti olan mənzil 3 nəfər ailə üzvü ilə birlikdə ona verilmişdir. Hal-hazırki vaxta qədər ailə üzvləri ilə birlikdə sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzilin başqa şəxslərə verilməsinə, iddiaçıya məxsus olmasına dair heç bir məlumatı olmamışdır. Rəsmi müraciəti əsasında mənzilin kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Əgər həqiqətən də ev iddiaçıya verilmişdirsə, nə üçün mübahisələndirilən evə dair həm də ona order verilmişdir. Tərəfindən hər hansı bir sənədlər saxtalaşdırılmamışdır. Digər tərəfdən də Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 243 saylı, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri 12-ci mkr., ev 7A, mənzil 13 mübahisə predmet i olan mənzilin mərhum həyat yoldaşına 4 nəfər ailə üzvü ilə birlikdə verilməsi barədə sonradan məlumatı olmuşdur. Sözügedən ünvana köçmək istədikdə isə məlum olmuşdur ki, həmin ünvanda Qubadlı rayonundan məcburi köçkün ailəsi məskunlaşmışdır. Birinci instansiya məhkəməsi bu xüsusatları düzgün və obyektiv araşdırmamışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və A.Hüseynzadə) 2(105)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş iddia tələbi həmin cavabdehə (Cavabdeh2) aid hissədə rədd olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübah isə predmeti olan mənzil X2 və onun ailə üzvlərinə ayrılması, Sabir Hüseynov vəfat edəndən sonra isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 243 saylı, 1996-cı il tarixli Sərəncamı ilə arvadı Sabir Hüseynovun arvadı Cavabdeh2 3 nəfərdən ibarət ailə tərkibinə ayrılması, mərhumun ailəsinin mübahisə predmeti olan mənzil həmin sərəncam əsasında iddiaçının beş nəfərdən ibarət ailə tərkibinə təqdim edilməsi və adına xx.xx.1996-cı il tarixli, 14/118 saylı orderinin verilməsi işin mübahisəsiz halıdır. Mübahisəli mənzilə order 1996-cı il tarixdə verildiyindən və cavabdehin mübahisəli mənzildə istifadə hüququ 1977-ci ildən yarandığından, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməlidir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 3 nəfərdən ibarət ailə tərkibi nə başqa mənzil verilmiş, lakin həmin mənzildə Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları üçün cavabdehlər ora köçə bilməmiş və elə həmin vaxtdan fasiləsiz olaraq mübahisənin predmeti olan mənzildə yaşayırlar. Lakin mərhumun vəfatı ilə əlaqədar olaraq mənzilin kirayə müqaviləsinin mərhumun həyat yoldaşı R. Hüseynovanın 3 nəfərdən ibarət ailə tərkibi ilə adına dəyişdirilməsi qərara alınmış və həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəllənin 60 və 87-ci, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 372.1, 372.7 və 384.0.2-ci maddələrinə istinad etmi şdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti rəsmi olaraq ona verilmiş 1996-cı il tarixli orderin hal-hazırda qüvvədə olduğunu etiraf edir. Mübahisə predmeti olan mənzilin əsas kirayəçisi olmuş mərhumun arvadı Cavabdeh2 3 nəfərdən ibarət ailə tərkibi ilə adına dəyişdirilməsi qərarı əhəmiyyətsiz əqd olduğundan həmin əqdin mübahisələndirilməsinə heç bir zərurət yoxdur. Beləliklə, iş materiallarında olan xx.xx.2010-cu il tarixli sərəncamına uyğun olaraq cavabdeh R. Hüseynovan ın adına verilmiş 10/110 saylı orderin hüquqi qüvvəsi ola bilməz. Belə ki, xx.xx.2009-cu il tarixli yeni qəbul edilmiş Mənzil Məcəlləsində ümumiyyətlə orderin verilməsindən söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 01 oktyabr 2009-cüu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 4
8. Dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətində göstə rilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
38. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxark ən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun po zuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-650/2024 nömrəli iş üzrə 13 may 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.