Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3407/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim QəhrəmanAllahverdiyevin sədrliyi, hakimlər İlqarXələfovdan və Ənvər Şadıyevdən ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, vəkili X5, cavabdeh X18 oğlunun vəkili Vəkil iştirakları ilə, İddiaçıvə cavabdeh X18 oğlunun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)-12478/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim R. Quliyev) 2(005)-117/2018 saylı, 31 avqust 2018-ci iltarixli qətnaməsi ilə İdd iaçı cavabdehlər Cavabdeh2 Liseyi və X18 oğluna qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair” iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), F.Babayev, E.Həsənov) 12 dekabr 2018-ci il tarixli, 2(103)-12478/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)117/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri,ÜNVAN yerləşən 0.0375 ha torpaq sahəsinin naturada Cavabdeh2 Liseyinin faktiki istifadəsində olan idman meydançasının yerləşdiyi 256 kv/m torpaq sahəsi ilə üst-üstə düşən hissəsində (idman meydaçasınd a) olan tikililərin sökülməsi və həmin topaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, döngə nöqtə nömrəsi 1 koordinat 403143,71; 4474297,28 döngə nöqtələri arasındakı məsafə nöqtələri 1-2, məsafə 12,39 olan; döngə nöqtə nömrəsi 2 koordinat 403132,13; 4474301,68 döngə nöqtələri arasındakı məsafə nöqtələri 2-3, məsafə 30,21 olan; döngə nöqtə nömrəsi 3 koordinat 403142,33; 44743300,12 döngə nöqtələri arasındakı məsafə nöqtələri 3-4, məsafə 12,38 olan; döngə nöqtə nömrəsi 4 koordinat 403153,95; 44743325,85 döngə nöqtələri arasındakı məsafə nöqtələri 4-1, məsafə 30,35 olan koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq Cavabdeh2 Liseyinin və X18 oğlunu n hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayəti onunla əsaslandırmişdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini qismən pozmuş və onun iddiasını tam təmin etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)-12478/2019 saylı qətnaməsinin qismən ləğv edilməsini və onun idd ia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X18 oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayəti onunla əsaslandırmişdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)-12478/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyası iclasında istirak edən cavabdeh X18 oğlunu n vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və vəkili X12 məhkəmə kollegiyasının iclasında cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, onun kassasiya şikayətinin isə təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməsi və onun iddiasının tam təmin edilməsini məhkəmədən xahiş etdilər. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxt ı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçının mülkiyyətində olan çıxarışa əlavə edilən plan və ölçü sənədində göstərilmiş 0,0375 ha torpaq sahəsinin kordinatları naturada Cavabdeh2 Liseyinin faktiki istifadəsində olan idman meydançasının koordinatları ilə 256 kv.m hissədə üst-üstə düşür. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və prosesual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Çünki, iddiaçının mülkiyyətində olan çıxarışa əlavə edilən plan və ölçü sənədində göstərilmiş 0,0375 ha torpaq sahəsinin kordinatları naturada Cavabdeh2 Liseyinin binası ilə 90 kv\m hissədə, C avabdeh2 Liseyinin faktiki istifadəsində olan idman meydançasının koordinatları ilə, yəni X10 məxsus olan torpaq sahəsi ilə 256 kv.m hissədə yalnız üst-üstə düşmə faktı ekspert tərəfindən müəyyən edilmişdir. Bu fakt hələ mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilmə üçün əsas ola bilməzdi. Həm iddiaçıya, həm cavabdehlərə məxsus daşınmaz əmlaklar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində onların adına qeydiyyata alınmışdır və hər kəsin mülkiyyət hüququ Dövlət tərəfindən artıq tanınmışdır. Əmlakların qeydiyyat tarixinə baxdıqda isə müəyyən edilir ki, cavabdehə məxsus olan daşınmaz əmlakların qeydiyyatından sonra iddiaçı həmin ərazidə torpaq sahəsi almışdır. Bu zaman isə Cavabdeh2 liseyinin binası artıq mövcud idi və mübahisəsiz qaydada fəaliyyət göstərirdi. Ekspertin rəyinə əlavə edilmiş mübahisələndirilən ərazinin sxemində əmlakların sənəd üzrə verilmiş koordinatlara görə üst-üstə düşməsi anlaşılır. Lakin məhkəmə nəzərə almamışdır ki, bu koordinatlar isə qeydiyyat idarəsinin texniki xətaya yol verməklə müəyyən etdikləri koordinatlardır. Koordinatların yanlış müəyyən olunması həm də onunla təsdiq olunur ki, eyni torpaq sahəsi üzərində mülkiyyət hüququ həm Dövlətə və həm də hazırki iş üzrə tərəflərə aiddir. Bu da yolverilməzdir. Bu səhvi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə araşdırması zamanı etiraf etmişdir, lakin nədənsə işə baxan məhkəmə kollegiyası bu fakta əhəmiyyət verməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, X2 ndan aldığı torpaq sahəsi üzərində qeyri-yaşayış bin asını inşa etmişdir. Bu fakt Nərimanov RİHB-nın Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi Akif Abdullayevə ünvanladığı 06.03.2009-cu il tarixli Ə-75 saylı mənktubunda və bu məktuba cavab olaraq, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi X6 RİH Başçısı AFə ünvanladığı 29.12.2009-cu il tarixli, 18\03-8\3237 saylı məktubunda, Nərimanov RİH Başçısının 06.01.2010-cu il tarixli 04 saylı Sərəncamında öz əksini tapmışdır. Bu sənədlər əsasında tikilmiş qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakışəhər Ərazi İdarəsində Kazımov Kazımin adına qeydiyyata alınmışdır. Qeydiyyat orqanı X7 adına koordinatları düzgün müəyyən etməklə vahid əmlaka mülkiyyət hüququna dair Reyetrdən Çıxarış vermək əvəzinə on a tikintialtı sahəsi Dövlətə məxsus olan və yalnız tikintialtı torpaq sahəsində istifadə hüququnu müəyyən edən mülkiyyət hüququna dair Reyetrdən Çıxarış vermişdir ki, bunun da nəticəsində iddiaçının əlində iki ədəd ayrı–ayrı mülkiyyət sənədinin olmasına qanunsuz şərait yaradılmışdır. KŞK məhkəmə baxışı zamanı bu faktları təsdiqləyərək mübahisənin qeydiyyat orqanının texniki xətasından qaynaqlandığını bildirmiş, həmin ərazidə onlara məxsus hər hansı digər torpaq sahəsinin olmadığını etiraf etmişdir. Bu fakt həm də Nərimanov rayon İcra Hakimiyyətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 25.08.2017-ci il tarixli 205 saylı məktubunda da öz təsdiqini tapmışdır. Lakin işə baxan məhkəmə kollegiyası bu fakta da əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyas ının qənaətinə görə İddiaçı və cavabdeh X18 oğlu arasında əsas mübahisə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınmış daşınmaz əmlakların koordinatlarının üst-üstə düşməsi səbəbindən yaranmışdır. İddiaçı iddia tələbini Bakı şəhəri, ÜNVAN yerləşən 0.0375 ha torpq sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olmasını və cavabdeh X18 oğlu tərəfindən qanunsuz olaraq zəbt edilməsi ilə əsaslandırır. Cavbdeh isə iddianı qəbul etməyərək mübahisənin yaranmasına səbəb kimi daşınmaz əmlakın dövlət reyestri idarəsinin vaxtında buraxmış olduğu texniki xətanın olduğunu və Cavabdeh2 Liseyinin istifadə etdiyi binanın mülkiyyət hüquq ilə ona məxsus olduğunu, Cavabdeh2 Liseyinin faktiki istifadəsində olan torpaq sahəsinin X8 mülkiyyətində olduğunu və onların mülkiyyət hüquqlarının iddiaçıdan əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını və iddiaçının dövlət orqanının vaxtilə yol vermiş olduğu texniki səhvdən sui-istifadə edərək, ikinci torpaq sahəsini əldə etmək istədiyini göstərmişdir. Hüquqdan sui-istifadə qanunla yolverilməzdir. Apellyasiya məhkəməsi instansiyası yerli baxış zamanı müəyyən etmişdir ki, yoldan (Əhməd Rəcəbli -1) üzü Cavabdeh2 Liseyinə baxanda müəyyən olunur ki, lisey, onun solunda liseyin istifadəsində olan stadion, ondan solda isə İddiaçı məxsus qeyri-yaşayış binası, onun soıunda isə X4 məxsus, hazırda boş olan 375 kv\m özəl torpaq sahəsi yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası yerli baxış zamanı Feyruz adlı şəxsə məxsus olmuş 1250 kv.m torpaq sahəsinin və sonradan bölünərək bölgü sxemi əsasında 0. 375 ha X4, 0.375 ha X11 və 0.05 ha X1 torpaq sahlərinin yerləşmə ardıcıllığını və bu torpaq sahələrinin də əvvəllər digər şəxslərin mülkiyyətində olmalarını da nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarına xələl gətirilməməsinin zəruriliyini qeyd etsə də, qeyri yaşayış binasının cavabdeh X18 oğlunua və idman meydançasının yerləşdiyi torpaq sahəsinin X10 xüsusi mülkiyyət hüquq ilə məxsus olmasını və mülkiyyət hüquqlarının qanunla tanınması və qorunmalı olmasına hüquqi qiymət verməmişdir. X10 məxsus olan torpaq sahəsinin 256 kv\m hisəsində yerləşən tikililərin cavabdehlər tərəfindən sökülərək İddiaçıya qaytarılmasına dair Cavabdehlər üzərinə öhdəliklərin qoyulması öz–özlüyündə səhv nəticə dir. Cünki, cavabdehlər nə X18 oğlu, nə də Cavabdeh2 Liseyi idman meydançası kimi istifadə olunan torpaq sahəsinin mülkiyyətçisi deyillər. Cavabdeh2 liseyi bu torpaq sahəsinin yalnız istifadəçisidir. Bu fakt deməyə əsas verir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarının tam, hərtəfəli araşdırmamaqla nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni yalnız iddiaçının deyil, cavabdeh və digər mülkiyyətçinin də qanunla tanınan və qorunan hüquqları baxımından həll etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyn prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikas ının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sə rəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa, Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsi pi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X13 Məhkəməsi tərəfindən ifadə edilmiş Centros LTD Erhvervs-og Selskabsstyrelsen" işi üzrə 09 mart 1999-cu il tarixli qərarında da həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. "Qaldışeva Rusiyaya qarşı" iş üzrə İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, dövlət hakimiyyət orqanlarının işindəki səhvlər və çatışmazlıqlar zərərçəkmiş şəxslərin xeyrinə işləməlidir.Başqa sözlə, dövlət hakimiyyət orqanın səhvi riskini dövlət daşımalı və bu səhvlər maraqlı şəxsin hesabına düzəldilməməlidir. Apelyasiya instansiyası məhkəməsi X18 oğlunun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona verilmiş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının ( Evrika liseyinin yerləşdiyi bina) döngə nöqtələrinin yeni koordinatlarına dair 05.10.2018-ci il tarixli **********20 saylı məktubunu iş üçün əhəmiyyəti olan hal kimi nəinki araşdırmamış, ümumiyyətlə bu faktdan yan keçmişdir. Halbuki, göstərilən cavab məktubu Apelyasiya İnstansiyası mərhələsində cavabdeh tərəfindən əldə edildiyi üçün məhz Apelyasiya İnstansiyasının Mülki Kollegiyasına sübut kimi təqdim edilmişdir. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosesual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “ nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı münasibətdə olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübütların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, işə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəsini, işin hallarına dair hüquqi mövqeyini özündə əks etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılı r. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassiz hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəminin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Bu isə ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikas ının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq isə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apel lyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də gəldiyi nətəcələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla, mübahisə edən tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsini və bunun əsl səbəbini müəyyən etməli, bu üst-üstə düşmənin dövlət reyestində aparılmış yalnış qeydiyyatdan irəli gəlib- gəlmədiyni, iddiaçının hüquqdan sui istifadəyə yol verib vermədiyni, iddia müddətinin keçibkeçmədiyni araşdırmalı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq munasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxı mından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh X18 oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)12478/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3407/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3407/2019
22.05.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver