Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3408/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğluna, Cavabdeh5 qızına, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması; tutmanın ipoteka predmetinə yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1644/2020 nömrəli iş üzrə 1 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 04.12.2014-cü il tarixli 477/14/PBQ saylı kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən sonuncuya 36 ay müddətinə, illik 6 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. 2. 04.12.2014-cü il tarixli ipoteka (girov) müqavilələrinə əsasən 04 dekabr 2014cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Xaçmaz şəhəri N.Nərimanov küçəs ində istifadədə olan X2 mülkiyyətindəki 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87128,3 kv.metr kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 saylı mənzil və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, Cavabdeh5 qızı və Cavabdeh6 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu, Ukuroba kəndində mülkiyyətində olan 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150.2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100.3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi yüklü edilmişdir.
3. X3 07.01.2017-ci ildə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında 21 noyabr 2017-ci il tarixli şəhadətnaməsinə əsasən X2 vərəsəsi Cavabdeh7 miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmla k: Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsi üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəli, 67,87 kv.metr kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən ibarətdir. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "İddiaçı" BOKT ASC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASCnin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8054,70 manat əsas, 4398,99 manat faiz, 9791,99 manat dəbbə pulu, cəmi 22245,68 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin 18000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qi ymətlə Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan X2 mülkiyyətindəki 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən və ipoteka predmeti 10000 manat olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, Cavabdeh5 qızı və Cavabdeh6 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Xaçmaz şəhəri N.Nərimanov küçəsində istifadədə olan 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzildən orada yaşayan Cavabdeh7, Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, Cavabdeh5 qızı və Cavabdeh6 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2705/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. “xxxx” MMC- nin 27 fevral 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən X2 mülkiyyətində olan 67.87 kv.metr ümumi, 53.5 kv.metr yaşayış, 4.37 metr yardımçı sahədən ibarət 4 otaqlı 20 nömrəli mənzilin hazırki bazar qiyməti 35000 manat, ünvan 3ində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlunun, Cavabdeh5 qızının və Cavabdeh6 xüsusi mülkiyyətində olan 0.16 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 3 otaqlı 150.2 kv.metr ümumi, 49.9 kv.metr yaşayış və 100.3 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 50000 manat təşkil edir.
6. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı 25 iyun 2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 19 noya br 2019-cu il tarixli 28453 saylı ekspert rəyi ilə “İddiaçı BOKT” ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2014cü il tarixli 477/14/PBQ nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla borclunun iddia müddətindən sonra 25.06.2019-cu il tarixinədək 3400 manat məbləğində ödənişləri olması müəyyən edilmişdir. Cədvəl məlumatlarına görə həmin ödənişləri 25.06.2019-cu il tarixli qərardadın müddətinədək hesabladıqda Cavabdeh1 banka olan borcu 6038,54 manat məbləğində müəyyən olunur. Əsas borc üzrə 6038,54 manat, faiz borcu üzrə 0 manat.
7. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsi (hakim Anar Sadıqov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 04 dekabr 2014-cü il tarixli, 477/14/PBQ nömrəli kredit müqaviləsi üzrə əsas borc 6038,54 manat, 100 manat cərimə borcu, hüquqi yardıma görə 50 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutularaq "İddiaçı" BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Xaçmaz şəhəri N.Nərimanov küçəsində X2 mülkiyyətində olmuş 0,2125 ha torpaq sahəsi və üzərində yerləşən 74A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 67,87 kv.metr ümumi, 53,5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 20 nömrəli mənzilə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mədətxan oğlu, Cavabdeh5 qızı və Cavabdeh6 xüsusi mülkiyyətindəki Xaçmaz rayonu Ukur oba kəndində 0.16 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 150,2 kv.metr ümumi, 49,9 kv.metr yaşayış və 100,3 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən ipo teka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində, Xaçmaz rayonu Ukur oba kəndində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğində pulun Cavabdeh1 alınaraq X1, Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 121.1, 307.1, 307.2, 307.3, 309.1, 317.1, 319.1, 385.1, 425.1, 443.1, 448.1, 449.1, 465.2, 460.1, 467, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 36, 39.3.3, 41.2, 47.5, 59.3, 59.4cü maddələrinə istinad edərək əsaslandırmışdır.
9. Qətnamədən narazı qalan İddiaçı BOKT ASC t ərəfindən apellyasiya şikayəti verilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı 27.12.2019-cu il tarixli qətnaməsinin əmlakın qiyməti və borcun müəyyən edilməsi hissələrində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(105)-1644/2020 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq və əlavə məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2020-ci il tarixli 9/3915 saylı ekspert rəyi əsasında tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh1 banka olan borcu ə sas borc üzrə 8400.61 manat, faiz borcu üzrə 312.22 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa, “xxxx” MMC-nin 15 oktyabr 2020-ci il tarixli, A04/391 və A-04/392 saylı qiymətləndirmə hesabatlarına əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin likvid dəyəri 25000 manat, ünvan 3ində yerləşən ipoteka predmetinin likvid dəyəri 20000 manat müəyyən edilmişdir.
11. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 dekabr 2020ci il tarixli 2(105)-1644/2020 saylı qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-119/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsinin faiz b orcunun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən (312.22 manat) təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 74A ünvanında yerləşən ipoteka predmetinin likvid dəyərinin 25000 manat, ünvan 3ində yerləşən ipoteka predmetinin likvid dəyərinin 20000 manat müəyyən edilməsi, 04.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 8400.61 manat pul məbləğinin tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pulun 50 manatının İddiaçı BOKT ASC-dən, 50 manatın isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
12. Apelly asiya kollegiyası iş üzrə gəldiyi nəticələrin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 448.1, 462.1, 467ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərarına istinad etmişdir.
13. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1644/2020 saylı mülki iş üzrə 01.12.2020-ci il tarixli qətnaməsinin İddiaçı BOKT ASC-nin Cavabdeh1 qarşı əsas borc və faiz borcu hissəsinin və ipoteka predmetlərinin qiymətlən dirmə hissəsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi 04.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 8400.61 manat pul məbləğinin tutulması barədə nəticəyə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.10.2020-ci il tarixli 9/3915 saylı ekspert rəyinə istinad etmişdir, lakin apellyasiya məhkəməsi 19.11.2019-cu il tarixli 28453 saylı ekspert rəyinə nisbətən 18.10.2020-ci il tarixli 9/3915 saylı ekspert rəyləri arasında olan ziddiyətin aradan qa ldırılması üçün əlavə ekspertiza təyin etməmiş və ya başqa tədbirləri görmədən heç bir əsas olmadan 18.10.2020-ci il tarixli 9/3915 saylı ekspert rəyinə üstünlük verərək qanuni və əsaslı Xaçmaz Rayon Məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2 və 103-cü maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə apellyasiya məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin qətnaməsini ipoteka predmetlərinin qiymətləri hissəsində əsassız olaraq dəyişdirmişdir. Hamıya məlumdur ki, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 67.87 kv.m. sahəsi olan, 4 otaqlı mənzilin bazar qiyməti 70-80 min manat, ünvan 3ində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 150.2 kv.m. sahəsi olan yeni fərdi yaş ayış evinin bazar qiyməti 50-60 min manat təşkil edir. Apellyasiya məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyətə malik bu və digər halları araşdırmadan, təyin edilmiş ekspertizaların nəticələri arasında ziddiyyətləri aradan qaldırmadan, məhkəmələrdə iştirakımızı təmin etmədən, maddi və prosessual hüquq normalarını pozmaqla qeyri-obyektiv və əsassız qətnamə qəbul etmişdir.
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01.12.2020-ci il tarixli 2(105)-1644/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
17. Məhkəmə icl asının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər ha nsı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Mad də 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
24. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu:
25. Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.1 Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2 M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 77.3 İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkə mə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
36. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
37. Maddə 418.4.5 İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§33).
39. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§34).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§33). Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv edilməsini xahiş etdiyindən kassasiya kollegiyası qətnamənin mübahisələndirilən həmin hissəsinin yoxlanı lmasını həyata keçirir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən əsas borc və faiz borcunun müəyyən edilməsi hissəsində əsaslı və qanuni olsa da, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Odur ki, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin borc məbləği ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Bundan başqa, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsində əldə edilmiş rəyin nəticələrinin əsassızlığına və ya bu nəticələri şübhə altına ala biləcək hər hansı mötəbər hala istinad edilməmiş, buna dair hər hansı zəruri sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edil miş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası heç bir ağlabatan əsaslandırma aparmadan ünvan 5 ünvanın da yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 25000 manat məbləğində, ünvan 3ində yerləşən ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 20000 manat məbləğində müəyyən edilməsi ilə bağlı “xxxx” MMC tərəfindən verilmiş 15.10.2020-ci il tarixli A-04/391 və A-04/392 saylı qiymətləndirmə hesabatlarını mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, iş materiallarında qeyd edilən ekspert rəyi ilə ziddiyyət təşkil edən 27.02.2019-cu il tarixli “xxxx” MMC tərəfindən verilmiş ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləndirilməsi ilə bağlı rəy mövcuddur. Belə ki, qeyd edilən rəydə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müvafiq olaraq 35000 və 50000 manat məbləğində müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı “xxxx” MMC tərəfindən verilmiş 15.10.2020-ci il tarixli A-04/391 və A-04/392 saylı qiymətləndirmə hesabatlarına istinad etsə də, kəskin qiymət fərqi olan digər qiymətləndirmə rəyi ilə istinad edilən rəyin arasındakı ziddiyyətlərə münasibət bildirməmiş, nədən ikinci rəyi daha mötəbər kimi qəbul etdiyinə dair hər hansı əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi qiymətlərin bu cür fərqlərlə müəyyən edilən rəylər arasındakı ziddiyyəti araşdırmadan ipoteka predmetinin qiyməti barəsində gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bu da göstərir ki, apellyasiya məhkəməsi qiymətləndirmə rəylərinə formal yanaşmış, ipoteka predmetinin qiymətini də məhz həmin rəyləri prosessual hüquq normalarına zidd qiymətləndirməklə müəyyən etmişdir.
47. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, s übutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
49. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikay ətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Məhkəmə kollegiyası kassatorun məhkəmələrdə iştirakının təmin edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 göndərildiyi və onun imza edərək qətnaməni qəbul etməsi iş materiallarındakı poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə müəyyən edildiyi halda, məhkəmə iclası barədə məhkəmə bildirişinin və SMS bildirişinin kassatora göndərilməsi iş materialları ilə müəyyən edilmir. Tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsi çəkişmə prinsipinin pozulmasına, eyni zamanda sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmi yyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb ola bilər.
51. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (§37).
52. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§36).
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərə bilər (§35).
54. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə borc məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün yuxarıda qeyd edilən bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şik ayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1644/2020 nömrəli iş üzrə 1 dekabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.