Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3409/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, əmlakın başqa şəxsin qeyri-qanuni sahibliyindən geri tələb edilməsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(103)3023/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Türkan qəsəbəsində 2628,0 kv.m. torpaq sahəsində yerləşən, 58,64 kv.m. yaşayış sahəsi olan, 3 otaqlı 45 nömrəli bağ İddiaçı mülkiyyəti kimi 04 sentyabr 1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 45 nömrəli bağ ünvanında yerləşən 3 otaqlı, 58,64 kv.m. sahəsi olan mənzilin və 2628,0 kv.m. torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq id diaçıya qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin (“torpaq üzərində mülkiyyət hüququnu pozma” cinayətinin) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evi qanunsuz olaraq zəbt edərək, istifadə edir. Bu qanunsuz özbaşınalığın aradan qaldırılması üçün dəfələrlə cavabdehə şifahi xəbərdarlıq etsə də, heç bir nəticə əldə edə bilməm işdir.
4. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, 1998-ci ildən mübahisəli ünvanda yaşayır. Belə ki, iddiaçı evi satmaq istəmiş, cavabdeh evi almaq üçün ilkin olaraq iddiaçıya 2010-cu ildə 8000 manat pul vermişdir. Sonra iddiaçı əlavə olaraq 10000 manat, 2013-cü ildə 2000 manat istəmişdir. Cavabdeh 2020-ci ildə iddiaçı ilə görüşüb evə görə 12000 manat təklif etmiş, lakin iddiaçı pulu qəbul etməmişdir. Cavabdeh evi 20000 manata almağa razılaşmış, 8000 manat vermiş, 12000 manatı verə bilər.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)2279/2022 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia təmin edilərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 nömrə li bağ sahəsindən çıxarılmaqla mənzilin və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh iddiaçının ailə üzvü olmamışdır. Bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, mübahisəli bağ evinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Cavabdehin evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla, cavabdehin mənzilə istifadə hüququ olmadığından, cavabdeh iddiaçıya məxsus bağ sa həsindən çıxarılmaqla mənzil və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
9. İddia tələbinin torpaq sahəsindən istifadə üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı, mübahisəli bağ evinin mülkiyyətçisi olaraq, öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətindən istifadəsinə maneçilik törədilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də təmin olunaraq, cavabdehə bağ sahəsindən istifadə ilə bağlı iddiaçıya maneələrin yaradılması qadağan olunmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157-ci, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)-2279/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(1 03)-3023/2023 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və F.H.Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(003)2279/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyatorun mənzilə görə şifahi alqı-satqı müqaviləsi bağlanması, mənzil üçün pul ödənilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, daşınmaz əmlaklarla əlaqədar sərəncam verilməsi ilə bağlı əqdlər notariat qaydada bağlanılmalıdır. Cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
14. Apellyatorun onun tərəfindən mənzilin təmirinə çəkilmiş xərclər in məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan hal qətnamənin qanuniliyini şübhə altına almamaqla yanaşı, onun ləğvinə səbəb ola bilməz. Həmçinin cavabdeh qeyd edilən məsələ ilə bağlı müstəqil tələb şəklində məhkəmədə iddia qaldıra bilər.
15. Apellyatorun Mənzil Məcəlləsinə düzgün istinad olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmənin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etməsi qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdehin mübahisəli bağa istifadə hüququnun olub-olmamasına qiymət verilməsinə zərurət olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(103)-3023/2023 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəllənin 243, 385, 386, 421, 425 və 648-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mübahisəli bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuş, lakin cavabdeh 1998-ci ildən orada yaşamışdır. Sonradan iddiaçı cavabdehə evi satmaq istədiyini bildirmiş, 2010-cu ildə aralarında şifahi razılaşma olmuş və r azılaşmaya əsasən cavabdeh evin alınması üçün iddiaçıya 20000 manat verməli idi. Evi almaq üçün ilkin olaraq cavabdeh iddiaçıya 2010-cu ilə 8000 manat pul vermişdir. Həmin ildə cavabdeh iddiaçıya razılaşdırılmış məbləğin 12000 manat qalan hissəsini vermək istəsə də, iddiaçı Bakı şəhərində olmadığından pulu ona verə bilməmişdir. Sonradan 2020-ci ildə iddiaçı cavabdehdən 60000 manat pul tələb etmiş, cavabdeh isə bundan imtina edərək aralarındakı razılaşmanın 20000 manat məbləğində olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıya 12000,0 manat verməyə hazır olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında cavabdehdən 8000 manat pul aldığını təsdiq etmişdir. Bununla da, iddiaçı ilə cavabdeh arasında faktiki olaraq ilkin alqı-satqı razılaşması bağlanmışdır.
18. Kassasiya şikayətinə A zərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak o la bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında tə sdiqlənməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki kassasiya şikayətinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində işin hallarına hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh mübahisələndirilən əmlakı iddiaçıdan aldığını iddi a etsə də, tərəflər arasında Mülki Məcəllənin 144.1 və 402.2-ci maddələrinə uyğun etibarlı alqı-satqı müqaviləsinin və ya ilkin müqavilənin bağlanması müəyyən olunmur. Tərəflər arasında buna dair şifahi razılaşmanın olması ehtimalı qəbul edilsə də, bu hal iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.
28. Odur ki, cavabdehin mübahisəli yaşayış sahəsində istifadə və başqa əşya hüququnun olmaması, buna baxmayaraq orada yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırılması nəzərə alınmaqla, Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək iddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(103)-3023/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.