Məhkəmə qərarları › İş №2(102)-3409/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3409/2024

01.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3409/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin cavabdeh Aslanov Nərı̇ man Salman oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin cavabdeh Aslanov Nərı̇ man Salman oğluna qarşı fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması, iddiaçı Heydər Əliyev adına X1 cavabdeh Aslanov Nərı̇ man Salman oğluna qarşı tikilinin qanunsuz hesab edilərək sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 7 may 2024-cü il tarixli, 2(105)-133/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərindən 22.30 metr məsafədə yarımçıq tikili və fərdi yaşayış evi, 20.5 metr məsafədə mişar daşından inşa olunmuş hasarın mövcuddur. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan yarımçıq tikili, fərdi yaşayış evi və hasar SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft k əmərinin və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehd ən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı1 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində, 10 metr uzunluğunda 9 metr enində və 2 metr hündürlüyündə ev tikmək məqsədi ilə yeni hörgü işlərinin aparılması faktı aşkar edilmişdir.

4. İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı Heydər Əliyev adına X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Heydər Əliyev adına X2 (NEZ) məxsus neft məhsulu nəql olunan Dş500 mm (dizel yanacağı) neft boru kəmərinin ünvan 1 ünvanından keçən hissəsində, kəmərdən təqribən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Həmin ərazidən eyni zamanda Heydər Əliyev adına X2 məxsus neft məhsulları nəql olunan Dş300 mm (reaktiv), Dş-300 mm (quru qaz) və Dş250 mm (nafta) neft boru kəmərləri keçir. Cavabdeh işlərin dayandırılması tələb olunsa da, Heydər Əliyev adına X1 mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə təkrar baxış keçirilərkən tikinti işlərinin davam etdirildiyi aşkarlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəl if istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Boru kəmərləri həmçinin hazır məhsulların anbarlara yığılması üçün çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər ü çün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 10/8126 saylı ekspert rəyindən görünür ki, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında Cavabdeh məxsus yarımçıq tikilinin mövcud olduğu, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin “18” dekabr 2002-ci il tar ixli 45 N-li Əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “03” yanvar 2003-cü il tarixli 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.2., 6.3., 6.4., 6.7. bəndlərində göstərilənləri nəzərə alaraq mübahisə predmeti olan yarımçıq tikilinin bütövlükdə SOCARın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

7. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, cavabdehə bələdiyyə qərarı ilə 2003-cü ildə 10 sot t orpaq sahəsi ayrılmışdır. Həmin ərazidə 2010-cu ildən ev inşa edilmişdir və Cavabdeh həmin ərazidə yaşayır. Evə 2009-cu ildə işıq xətti, 2011-ci ildə isə qaz xətti çəkilmişdir. Evə kommunal xətlərin çəkilməsi o deməkdir ki, ev neft kəmərinin mühafizə zonasına düşmür. Odur ki, o, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 2(012)-341/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, SOCAR-ın İddiaçı1 istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerl əşən Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) inşa edilmiş yarımçıq tikili Cavabdeh hesabına sökülməsi və Cavabdeh ərazidən çıxarılması, 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı1nə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin 25 manat məbləği iddiaçılardan, 25 manat məbləği isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-ŞorSumqayıt Dş 700 m m-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) yarımçıq tikili inşa edilmiş və yarımçıq tikili SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir.

10. Məhkəmə rəyi nəzərə alaraq belə qərara gəlmişdir ki, SOCAR-ın İddiaçı1 istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) inşa edilmiş yarımçıq tikil i Cavabdeh hesabına sökülməli və Cavabdeh ərazidən çıxarılmalıdır.

11. AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, İddiaçı1 rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılmas ı və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır.

12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında X5 kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 111-ci maddələrinə, Azərbaycan Respub likasının MPM-in 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə də istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı SOCAR-ın İddiaçı1 Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbininin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən ekspert rəyi tam olmamış, məhkəmə buna diqqət yetirməmiş və İddiaçı1 nümayəndəsinin mövqeyini nəzərə almamışdır. Nəticədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-341/2023 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassızdır, həmin hissədə qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. qətnamədən də göründüyü kimi, məhkəmə faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 10/8126 saylı ekspert rəyinə əsasən qətnamə çıxarmışdır. Lakin, nəzərə almamışdır ki, faktiki olaraq cavabdehin inşa etdiyi fərdi yaşayış evi və hasar tikilisi də neft boru kəmərinin mühafizə zonasında yerləşir və cavabdehin həmin qanunsuz tikililərə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də həmin tikililər də özbaşına tikili statusundadır. Sözügedən ekspert rəyi özü-özlüyündə ziddiyyətlidir. Belə ki, ekspert rəyinə əlavə olunmuş 2№-li şəkildən görünür ki, cavabdehə məxsus yardımçı tikili (hazırda hə min tikilinin inşası cavabdeh tərəfindən başa çatdırılmışdır) dörd tərəfi hasarlanmış həyətdədir və həmin yardımçı tikili ilə neft boru kəməri arasında məsafə qədər fərdi yaşayış evi də mövcuddur. Həmçinin həmin iki tikilini əhatə edən hasar da mövcuddur. Lakin ekspert qarşısında qoyulan birinci sual üzrə rəyin məntiqi ondan ibarətdir ki, cavabdehə məxsus yalnız yardımçı tikili mövcuddur. Fərdi yaşayış evinin və hasarın mövcudluğu ekspert Ziya Tağıyevin çəkdiyi şəkildən aşkar görünür. Həmçinin şəkildən o da görünür ki, fərdi yaşayış evi və hasar yardımçı tikili ilə birlikdə neft kəmərinə paralel olmaqla demək olar ki, bərabər məsafədədir. Göründüyü kimi, məhkəmə tərəfindən işin faktiki hallarını araşdırmamış, sonuncu məhkəmə iclasında İddiaçı1 nümayəndəsinin tələbinə baxmayaraq, ekspert rəyini düzgün tədqiq etməmiş və formal mülahizəyə əsaslanmışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi təmin edilməyən hissəsində yuxarıda qeyd olunan xüsusatlara görə qanunsuz, əsassız olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdehə məxsus yeni tikili ilə yanaşı digər özbaşına tikililər (fərdi yaşayış evi və hasar) neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş mübahisələndirilən tikililər neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində yerləşir. Həmin tikililər yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən i stifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbini qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə təmin edilməyən hissədə qanuni və əsaslı sayıla bilməz. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də cavabdehə məxsus mübahisələndirilən tikililər sökülməlidir. Məhkəmələr iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xə bərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyini bilmişdir. 06 aprel 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı1 əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsin də, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən fərdi yaşayış evi və hasar inşa edilmişdir. Eyni zamanda, hasarın için yeni tikili inşa edilməkdədir. Cavabdehə aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. Lakin xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. Cavabdeh tərəfindən yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edilmiş qanunsuz tikililəri (fərdi yaşayış evi, həyətyani sahədə yeni tikili və hasar) cavabdehin, onun ailə üzvlərinin, eyni zamanda digər şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikililər, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazı mi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən İddiaçı1 iddia tələbində olan və təmin edilməyən hissədə təqdim edilən sübutları (akt və şəkillər) nəzərə almamamışdır. Eyni zamanda, ekspert rəyindəki şəkildən aşkar olaraq fərdi yaşayış evi və hasarın mövcud olması görünməsinə ekspertin qərəzli olaraq nə üçün təkcə yeni tikiliyə münasibətdə rəy verməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdehə məxsus olan fərdi yaşayış evi və hasar tikilisinin mövcudluğuna və həmin tikililərin mühafizə zonasında yerləşməsinə kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə tərəfindən həmin faktlar aşkar edilməmiş dir.

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 25 dekabr 2003-cü il tarixli iclasının 17 saylı protokolundan çıxarışa əsasən Mehdiabad qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi bələdiyyənin nümayəndələri tərəfindən yerdə və naturada ona təqdim edilmişdir. Torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi inşa etdirmiş və bu günə qədər ailə üzvləriylə birlikdə yaşayır. Qeyd edilən fərdi yaşayış evinə bütün kommunal xidmətlər tərəfindən kommunal xətlər çəkilmiş və SOCAR tərəfindən qaz xəttinin çəkilməsinə görə də texniki şərt verilmişdir. İddiaçıların iddialarının əsassız olması barədə məhkəmə proseslərində lazımi sübutlar təqdim etsə də, məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Halbuki, o, 13 ildir ki, ailə üzvləri ilə birlikdə qeyd edilən evdə yaşayır və orada torpaq sahəsinə hasarın çəkilməsinə, torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə heç bir etiraz olmadığı təqdirdə bu gün iddiaçılar tərəfindən belə bir tələblə məhkəmədə iddia qaldırmaları qanunsuzdur. Sökülməsi nəzərdə tutulan fərdi yaşayış evi onun yeganə yaşayış yeridir, bundan başqa yaşayış yeri yoxdur. Bu və başqa xüsusatlar barədə məhkəmədə sübutlar təqdim etsə də, məhkəmə hansısa səbəbdən iddianı əsaslı sayaraq təmin etmişdir. Göründüy ü kimi ona məxsus olan torpaq sahəsi onun tərəfindən qanunsuz olaraq zəbt edilməmiş və Mehdiabad Bələdiyyəsi tərəfindən qanuni əsaslarla ona ayrılmışdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmayaraq, ədalətli məhkəmə araşdırılmasını təmin etməyərək, yuxarıda göstərildiyi kimi işin faktiki hallarını düzgün müəyyənləşdirməyərək, işin həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan, nəticədə iddiaçının məhkəmə müdafiəsi hüququnu pozan qətnamə qəbul etmişdir.

18. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1158 nömrəli 08 aprel 2024-cü il tarixli ek spert rəyi ilə SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-ŞorSumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərindən 22.30 metr məsafədə yarımçıq tikilinin və fərdi yaşayış evinin, 20.5 metr məsafədə mişar daşından inşa olunmuş hasarın mövcud olduğu, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan yarımçıq tikilinin, fərdi yaşayış evinin və hasarın SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) xx.xx.2024-cü il tarix li, 2(105)-133/2024-028 nömrəli qətnaməsi ilə iddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsinin iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməsi, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-ŞorSumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, 39 T 0402736; ******* saylı koordinatlar üzrə, kəmərdən 25 metr aralı məsafədə, 1-ci sırada, Abşeron rayonu, Mehdiabad qəsəbəsində, H.Əliyev adına NEZ-in nafta xətti ilə paralel keçən ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ekspertiza tə dqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı1nə ödənilməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin qismən təmin edilməsini cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin SOCAR-ın İddiaçı1 istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci km-liyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında yerləşməsi ilə əsaslandırmışdır.

21. Birinci instans iya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı SOCAR-ın İddiaçı1 və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq, qətnaməni bütövlükdə yoxlayaraq, ilk öncə iddiaçı SOCAR-ın İddiaçı1 apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab etmişdir.

23. Baxılan iş üzrə iddia tələbləri neft boru kəmərinin mühafizə zonasında yerləşən fərdi yaşayış evinin və hasarın sökülərək ərazidən çıxarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2., 180.1, 180.4 və Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir.

24. Məhkəmə kollegi yası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1158 nömrəli 08 aprel 2024-cü il tarixli ekspert rəyi ilə SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərindən 22.30 metr məsafədə yarımçıq tikilinin və fərdi yaşayış evinin, 20.5 metr məsafədə mişar daşından inşa olunmuş hasarın mövcud olduğu, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan yarımçıq tikilinin, fərdi yaşayış evinin və hasarın SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin m ühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

25. Göründüyü kimi iddiaçı mübahisələndirilən hissədə sökülməsini tələb etdiyi hasar və fərdi yaşayış evi Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zonasında ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşir, lakin həmin tikinti işlərinin aparılması üçün heç bir hüquq müəyyənedici (icazə) sənədləri mövcud deyil.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X5 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, X5 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir.

27. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” 6.1-ci bəndinə əsasən MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNKnin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.

28. Nəzərə alınmalıdır ki, həmin tikililər və fərdi yaşayış yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən, evdən istifadə edən insanların öz həyatı üçün ciddi t əhlükə yaradır.

29. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsi üzərində yaşayış evinin inşası üçün lazımi icazələr alınmamış, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozmuşdur. Həmin tikilinin saxlanması birinci növbədə orada yaşayan şəxslərin, sonra isə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Həmin yarım tikili özbaşına tikilidir, Mülki Məcəllənin 180-cı maddəsinin tələbi baxımından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

30. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 10.8-ci kmliyində, kəmərdən 22.30 metr aralı məsafədə kəmərin mühafizə zo nasında ünvan 1 ünvanında (39 T 0402736; ******* saylı koordinat) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar SOCAR-ın İddiaçı1 istismarında olan Böyük-Şor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin və Heydər Əliyev adına X2 məxsus neft məhsulu nəql olunan Dş-500 mm-lik (dizel yanacağı) neft boru kəmərinin mühafizə zonasının hüdudları daxilinə düşdüyü müəyyən edilir. Həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin yaşaması onların həyatı üçün real təhlükədir.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsində inşa etdiyi evə dair hüquqmüəyyənedici sənədləri olmadığından, magistral neft boru kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və hasarın sökülməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri olmadığından, qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və hasarın sökülməsini tələb etməkdə iddiaçı SOCAR-ın İddiaçı1 haqlı olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı SOCARın İddiaçı1 apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi iddiaçı SOCAR-ın İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehin apellyas iya şikayəti təmin edilməməlidir.

34. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı1nə ödənilməlidir.

35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 180.1, 180.4, 240.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh Aslanov Nərı̇ man Salman oğlu (Vəkil) kassasiya şikayəti verərək Sumqayıtı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-133/2024 saylı qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətin üç növü mövcuddur. Hər bir növ üzrə sahiblik, istifadə və sərəncam vermək hüququ olan şəxs əmlakın özgəninkiləşdirilməsi barədə sərəncam verərsə, həmin əmlak digər şəxsin mülkiyyətinə keçir. Hazırda cavabdehə qarşı yönəlmiş tələb mühafizə zonasında yerləşməsi əsası ilə irəli sürülsə də, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, bələdiyyə qərarı ilə onun xeyrinə ögzəninkiləşdirilmişdir. Bu isə onu ehtiva edir ki, o, həmin əmlak üzərində sahiblik, istifadə hüququnu realizə edə bilər. Bunun məntiqi nəticəsi də o, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmişdir. Lakin bu hal apellyasiya instansiya məhkəməsi tərəfindən nəinki nəzərə alınmamış, şikayətin dəlillərində göstərilsə də, torpaq sahəsini onun xeyrinə ögzəninkiləşdirilməsinə razılıq verən bələdiyyə cəlb edilməmiş, bələdiyyənin xəritəsi tələb edilməmiş, torpaq sahəsinin bələdiyyə qərarında göstərilən sxem daxilində yerləşib-yerləşməməsi (nəinki bələdiyyə prosesə cəlb edilmiş, heç bələdiyyə xəritəsi əldə edilərək ekspertiza tədqiqatına təqdim edilməmiş) aydınlaşdırılmamışdır. Həmin fərdi yaşayış sahəsi həmin qərar əsasında verilən sxem daxilində yerləşirsə, dövlət orqanlar, o cümlədən iddiaçı həmin evin tikilməsinə və orada cavabdehin yaşamasına susmuşdurlarsa, bununla həmin əmlakın artıq cavabdehin əmlakı kimi qəbul etmələri qənaəti qaçılmazdır. Fərdi ya şayış evinin qərar əsasında verilən sxem daxilində yerləşməsi gələcəkdə də, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını mümkün edir. Bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinin ona ayrılması onun həmin torpaq sahəsinin üzərində inşa edilən fərdi yaşayayış evinə “legitim gözləntisi” olduğunu ehtiva edir. Bu isə həmin fərdi yaşayış evinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi tanınmalı və buna müvafiq olaraq həmin mülkiyyətə münasibətdə hüquqların qorunmalı olduğunu təsbit edir. Bundan əlavə fərdi yaşayış sahəsi iddiaçının təbirincə mühafizə zonasında yerləşməsi onun sökülməsi üçün əsas ola bilməz. Belə ki iddiaçı həmin evin paralelində yüzlərlə evin olmas ına susması halında, yalnız cavabdehin fərdi yaşayış evinin mühafizə zonasında yerləşməsinə görə ona qarşı qeyd edilən tələbi irəli sürmüşdür. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsini ehtiva edir. Bununla yanaşı həmin evin mühafizə zonasının paralelində yerləşən evlərdən yalnız cavabdehin yaşadığı evin sökülməsindən ötrü yalnız ona qarşı iddia tələbinin təmin edilərkən qarşıya qoyulan məqsədə mütənasibliyi əsaslandırılmaması da hüquqdan sui-istifadə edilməsi qənaətini qaçılmaz edir. Hüquqdan sui-istifadə də qeyd edildiyi kimi yol verilməzdir. Lakin apellyasiya instansiya məhkəməsinin cavabdehin şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparmaması nəticəsində qeyd edilən xüsusatların mövcudiyyətinə susması tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilməməsini, nəticədə qa nunun normalarının bərabər şəraitdə və şərtlər daxilində tətbiq edilməməsinə görə cavabdehin məhkəmə müdafiəsi hüququnun pozulmasına rəvac verən məhkəmə aktı qəbul edilmişdir. İddia tələbi üzrə ədalətli məhkəmə araşdırmasını təmin etməklə sual doğuracaq hallardan azad məhkəmə qətnaməsi qəbul etməli olduğu halda, sübutlar üzrə natamam araşdırma (bu hal prosessual maddələr ilə bağlı hissədə qeyd ediləcəkdir) aparmış, əsassız olaraq da iddia tələbinin təmin edilməsinə dair məhkəmə aktı qəbul etmişdir.

38. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamaqla yanaşı, mübahisənin həlli üçün zəruri xüsusatlara lazımınca diqqət yetirməmiş və sübutları düzgün tətbiq etməmişdir. İddia tələbi üzrə cavabdeh tərəfin irəli sürdüyü etiraza qarşı dəlillər üzrə dəyərləndirmə aparmamış, məhkəmə aktında “ Həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin yaşaması onların həyatı üçün real təhlükədir.” (səhifə 7) qənaətinə gəlsə də, həmin təhlükənin nədən ibarət olmasını, həmin fərdi yaşayış evi ilə paraleldə yüzlərlə ev olduğu halda, belə bir tələbin yalnız iddiaçıya qarşı irəli sürülməsinə heç bir münasibət bildirməmişdir. Halbuki iddia tələbi təmin edilərkən qarşıya qoyulan məqsədə mütənasibliyi nəinki iddiaçı, heç məhkəmə tərəfindən də əsaslandırılmamışdır.

39. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 26, 29, 60, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4, 560.1, 560.2, Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 217.1-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bə ndinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçı Heydər Əliyev adına X3 (Nümayəndə3) və SOCAR-ın İddiaçı1 (Nümayəndə1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin təmin edliməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-167/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

43. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

44. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üz rə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi iş materialları ilə təsdiqlənmir.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 may 2024-cü il tarixli, 2(105)-133/2024 nömrəli qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar