Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3414/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Alekseyovnanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğluİnşaat" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏRARDADI (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), X2 və X3 ibarət tərkibdə, İddiaçı Alekseyovnanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-yə qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1911/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-yə (bundan sonra cavabdehlər) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 55000 ABŞ dolları məbləğində əsas borcun, 5000 ABŞ dolları məbləğində faiz borcunun və 5000 ABŞ dolları dəbbə pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 yanvar 2022-ci il tarixli, 2(004)-145/22 saylı qətnaməsi ilə (hakim Axun dov Toğrul ) iddia tələbi rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
4. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-2929/2022 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabt 2022-ci il tarixli, 2(102)-6181/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2929/2022 nömrəli, 05 sentyabr 2022ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
7. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(103)-1911/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)- 145/22 saylı qətnaməsi qismən – “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunaraq Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq İddiaçı verilməsi, həmin iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
8. Qətnamədən İddiaçı və Cavabdeh2 kassasiya şikayəti vermişdirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
9. M addə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyə n şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə ko llegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti İddiaçı münasibətdə qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması ü çün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
17. İş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti prosessual tələblərə uyğun şəkildə verilsə də, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 130-cu və 405-ci maddələrinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektorn kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, qətnamənin surəti İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə 10 may 2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin kassasiya şikayəti vəkil tərəfindən 13 iyul 2023 -cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmiş və imzalanmışdır. Belə olan təqdirdə iddiaçı müəyyən olunmuş prosessual müddəti ötürmüş və bununla bağlı məhkəməyə prosessual müddətin bərpası ilə bağlı vəsatət təqdim etməmişdir.
18. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 405.0.1-ci maddəsinə riayət olunmasını araşdırmaqla, iddiaçının kassasiya şikayətini geri qaytarmalı idi.
19. Beləliklə, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil ol duqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-xxxx/2023 saylı, 12 aprel 202 3-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. İddiaçı kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.