Məhkəmə qərarları › İş №2(102)-3415/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3415/2020

21.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3415/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı, vəkili X12 və cavabdeh X4 vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən İddiaçı və cavabdeh X4 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xxxx saylı qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “mənzildən istifadə hüququnun yaranmamış hesab ed ilməsi” barədə iddiası rədd, X4 İddiaçı qarşı “mənzilin bölünməsi, mənzildən paylarının müəyyən edilməsi, paya mülkiyyət hüququnun tanınması, mənzilə köçürülmə, mənzildən sahiblik sahiblik, istifadə hüququnun təmin edilməsi, mənəvi zərərə görə 10.000 manat, alimentə görə hər ay 300 manat alimentin tutulması” barədə qarşılıqlı iddiası rədd edilərək, Bakı şəhəri,xxxxx saylı evin, 54-cü mənzilinin ½ hissəsinə xxxnın pay hüququnun tanınması və sonuncunun həmin mənzilə köçürülməsi, qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2019-c u il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia rədd, qarşılıqlı iddia və üçüncü şəxsin iddiası qismən təmin edilərək, Bakı şəhəri,xxx mənzilində hər birinin payı 1/3 hissədə olmaqla İddiaçı, xxx və xxxnın pay hüquqlarının tanınması, xxxnın azyaşlı qızı X6 ilə birlikdə həmin mənzilə köçürülməsi, xxxnın mənzilə sahiblik, özünün və qızı xxxnın istifadə hüquqlarının təmin edilməsi və qalan hissədə qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının rədd olunması qət edilib. Cavabdeh xxx və İddiaçı ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri veriblər. İŞİN HALLARİ: İşdən görünür ki, Ramik X3rşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə ilk iddia ilə məhkəməyə müraciət edərək, xxxnın onun mülkiyyətində olan Bakı şəhəri, xxxxx mənzilindən istifadə h üququnun yaranmamış hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. xxx isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri İddiaçıla birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri,xxx mənzilinin onlar arasında bölünməsi, həmin mənzildə onun payının 9/10 hissəsində, İddiaçı payının 1/10 hissəsində müəyyən edilməsi, müvafiq olaraq 9/10 hissəyə mülkiyyət hüququnun tanınması, onun qızı xxx ilə birlikdə həmin mənzilə köçürülmələri, mənzildən onun sahiblik, onun və qızı xxxnın isə istifadə hüquqlarının təmin edilməsi, İddiaçı mənəvi zərərə görə 10.000 manat, alimentə görə hər ay 300 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏ Rİ Cavabdeh xxx kasasiya şikayətini onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi hallları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh xxxnın kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- üçüncü şəxs xxxnın iddiasının və onun qarşılıqlı iddiasının qismən təmin edilməsi hissələrində ləğv edilib, həmin hissələrdə üçüncü şəxs xxxnın iddiasının rədd edilməsi və onun mənzildə payının ½ hissədə müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı isə kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə b axarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qətnamə qəbul edib. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. HÜQUQİ MƏSƏLƏLƏR: Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ilk iddianın rədd, qarşılıqlı iddanın və üçüncü şəxsin iddiasının qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsinə, həmin mənzildə tərəflərin hər birinin payının 1/3 hissədə müəyyən edilməsi üçün əsasların olmasına və sair istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 28.1, 28.5, 32.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya i nstansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kasasiya şikayətlərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 20 oktyabr 2006-cı ildə İddiaçı rəsmi nikah əsasında xxx ilə ailə qurub və onların birgə nikahından 17 mart 2007-ci ildə x, 10 sentyabr 2009-cu ildə x və 10 mart 2016-cı ildə x adlı üç uşaqları doğulub. Eyni zamanda işdən görünür ki, 06 sentyabr 2013-cü ildə İddiaçı rəsmi nik ah əsasında xxx ilə ailə qurub və onların birgə nikahından 13 mart 2015-ci ildə x adlı bir uşaqları doğulub. Həmçinin işdən görünür ki, 05 mart 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən, satıcı xxx mülkiyyətində olan Bakı şəhəri, xxxx mənzilini 60.000 manata alıcı İddiaçı satıb və 10 aprel 2014-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. İşdən görünür ki, İddiaçı Gürcüstan Respublikasının vətəndaşı olmaqla, onun Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi vardır və 21 avqust 2017-ci il tarixli arayışa əsasən, xxx, xxx, xxx, xxxx, xxx və xxx Bakı şəhəri, xxxx mənzilində daimi pasport qeydiyyatındadı r. Daha sonra işdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 14 oktyabr 2016-cı il tarixdən başlayaraq qızı x saxlanması üçün müəyyən edilmiş aliment məbləği artırılaraq 140 manat müəyyən edilib. Həmçinin Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 13 mart 2015-ci il tarixdə doğulmuş xxxnın üç yaşına çatanadək, yəni 13 mart 2018-ci il tarixədək hər ay 100 manat olmaqla alimentin tutulub xxxya verilməsi qət edilib. Eyni zamanda işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X7 x və İddiaçı qarşı “nikahın etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018c i il tarixli qətnaməsindən xxxnın verdiyi apelyasiya şikayəti qismən təmin edilərək, sözügedən qətnamə ləğv edilib, xxxnın iddiası təmin edilərək, xxx ilə İddiaçı arasında 06 sentyabr 2013-cü il tarixdə qeydə alınmış nikah aktı qeydi etibarsız hesab edilib. Sonradan həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Hazırda üçüncü şəxs xxx qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməyib. İddiaçı kasasiya şikayətində xxxnın ümumiyyətlə mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlmədiyini, aralarında bağladıqları nikah isə məhkəmənin qətnaməsinə əsasən etibarsız sayıldığından onun həmin mənzildə mülkiyyət hüququ üzrə hər hansı payının olmadığını iddia edir. xxx isə kasasiya şikayətində xxxnın mənzildə payının olmadığını və bu səbəbdən də onun iddiasının tam əsassız olduğunu və mənzildə payının 1/3 hissədə deyil, ½ hissədə olduğunu iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, bu Məcəllənin 28.5ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə uyğun olaraq nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən Ailə Məcəlləs inin 85-86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı Ailə Məcəlləsinin 32-ci, 36-37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə bilər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən İddiaçı apelyasiya şikayətinin dəlillərini araşdırıb, mübahisəli mənzilin İddiaçıla xxx arasında bağlanmış nikah müddətində əldə edilməsini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzilin bölgüsü zamanı hazırki mübahisəli məsələyə Ailə Məcəlləsinin 32-ci, 36-37-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-32.3-cü maddələrinin mənasına görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və.s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyul masından asılı olmayaraq, ər-arvadın nikah dövründə qazandığı hər hansı sair əmlak daxildir; nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-cı maddəsinin tələbinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Eləcə də Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, tərəflərin nikahı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, nikah etibarsız hesab edilən vaxtadək mübahisəli mənzil notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə edildiyindən və işdə, bunun əksini sübut edən heç bir mötəbər yazılı sübut olmadığından, həmin mənzil tərəflər, o cümlədən üçüncü şəxs xxx tərəfindən birgə əldə edilmiş əmlak hesab edilməli, qeyd edilən mənzilə xxxnın 1/3 hissədə, İddiaçı 1/3 hissədə, xxxnın 1/3 hissədə pay hüquqları tanınmalı, həmçinin xxx azyaşlı övladı ilə birlikdə qeyd edilən mənzilə köçürülməli, xxxnın mənzilə sahiblik hüququ, eyni zamanda özünün və azyaşlı qızının istifadə hüquqları təmin edilməlidir. Daha sonra apelyasiya instansiyası məhkəməsi İddiaçı kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini, eləcə də üçüncü şəxs xxxnın iddia tələbini araşdırıb müəyyən etmişdir ki, mübahisəli mənzil tərəflərin, həmçinin üçüncü şəxs xxxnın birgə nikahları müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş həmin mənzilə dair tərəflər, o cümlədən üçüncü şəxs xxx arasında hər hansı başqa razılaşma, habelə nikah sazişi olmadığından və bununla da tərəflər, o cümlədən üçüncü şəxs xxx arasında mənzilin bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin və üçüncü şəxs xxxnın birgə nikah müddətində əldə etdi kləri sözügedən mənzildə hər birinin payının bərabər hesab edilməsi məqsədə müvafiqdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, xxxnın mübahisəli mənzilə pay hüququ tanındığından, x X2rşı sonuncunun onun mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququnun yaranmamış hesab edilməsi barədə ilk iddia tələbi təmin edilə bilməz, ona görə ki, xxx Mülki Məcəllənin 152.1-ci maddəsindən irəli gələn həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etmiş olur (sərəncam hüququ isə bu hüquq reyestrdə qeydə alınandan yaranır). Buna görə də, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi İddiaçı mübahisəli mənzilin onun gəlirləri hesabına əldə olunmasına dair dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, o, həm in mənzilin onun gəlirləri hesabına əldə edilməsinə dair məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Belə ki, İddiaçı 09 iyun 2016-cı il tarixdə ********** saylı VÖEN-lə əsas fəaliyyət növü “şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyat fəaliyyəti” kimi qeydiyyatdan keçməsi, onun 02 fevral 2015-ci il tarixdə dövlət qeydiyyatından keçmiş və nizamnamə kapitalı 10 manat olan “xxxx” MMC-nin 100 faiz payla təsisçi olması, “xxxx” ASC 03 may 2019-cu il tarixli arayışına görə xxxnın adına 10 mart 2015-ci il tarixdə kredit açılması, “xxxx” ASC olan şəxsi hesabdan İddiaçı tərəfindən 05 mart 2014-cü ildə 46.672,85 manat məxaric edilməsi, 05 mart 2014-cü il tarixdə 60.000 manata alınan mənzilin İddiaçı vəsaiti hesabına əldə olunan əmlak kimi qiymətləndirilə bilməz. Bundan başqa İddia çı, 05 mart 2014-cü il tarixdə hesabdan məxaric etdiyi 46.672,85 manat pulu məhz 05 mart 2014-cü ildə 60.000 manata satın alınan mənzilə görə ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Eyni zamanda işdə, mübahisəli mənzilin İddiaçıla xxxnın birgə nikahı müddətində əldə olunmasını və sonuncunun mənzilə ümumi birgə mülkiyyət hüququnu istisna edən heç bir yazılı sübut yoxdur və xxx tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Ona görə də kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməs i barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və cavabdeh X4 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(103)-10837/2019 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar