Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3417/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli 2(103)-1424/2022 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbini dəqiqləşdirmək barədə əriəz ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri X.Rüstəmov küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv metr sahəsi olan 4 otaqdan i barət 55 saylı mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzildə təmir işlərinin aparılmasına, həmin mənzilə üçüncü şəxslərin daxil olmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən 132600 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli e-2(011)6395/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 190 kv metr sahəsi olan 4 otaqdan ibarət 55 saylı mənzilə sahiblik və istifadə hüquqlarına Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yaradılan maneələrin (liftdən istifadə, təmir işlərinin aparılması və s.) aradan qaldırılması qət edilmiş, qalan hissədə iddia təmin Bakı Apellyasiya Məhkəməsi ülki kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-1424/2022) İddiaçı və Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 2(011)- 6395/2021 saylı qətnaməsi tərəflərin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MTK (Vəkil2) kassas iya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3417/2022 saylı 16 may 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədrinin işin apellyasiya məhkəməsi nə göndərilməsi barədə 25 may 2022-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktuba görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı da kassasiya şikayəti vermişdir, həmin şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsin in tələblərinə uyğunluğu oxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və sorğu məktubunu nəzərdən keçirib hesab edir ki, Ali Məhkəmənin işin icraata qəbul edilməsi barədə 16 may 2022-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi ka ssasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3417/2022 saylı 16 may 2022-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3417/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3417/2022
06.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver