Məhkəmə qərarları › İş №2(102)-3418/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3418/2022

14.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3418/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair reyestr qeydinin ləğv edilməsi, bağ sahəsinə hüququn tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair çıxarışın ləğv olunması və daşınmaz əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1098/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Bağlar İdarəsi ilə Cavabdeh2 (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.1987-ci il tarixli, 7328 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ evi və 0,25 ha bağ sahəsi sonuncuya 10 illik müddətə icarəyə verilmişdir.

2. Lenin Rayon Məhkəməsinin 2-331 saylı, xx. xx.1988-ci il tarixli qərarı ilə X2 Nardaran qəsəbəsindəki 1181 saylı bağ sahəsinə köçürülməsinə dair iddiası təmin edilmiş, Cavabdeh2 isə X2 bağ sahəsindən istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Sözügedən qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatı idarəsi ilə X5 arasında bağlanmış 19153 saylı, xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən Nardaran qəsəbəsində 1181 a saylı, 0.12 ha bağ sahəsi 10 il müddətinə X4 icarəyə verilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)5065/2017 saylı qərarı ilə Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 saylı bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaş ayış sahəsindən, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən həmin bağ sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Reyestr Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ evinin və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinin cavabdeh İddiaçı xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: **********600- 11301) çıxarışın ləğv olunması və onun həmin 1181 saylı bağ evinə və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1989-cu il tarixdə dayısı Cavabdeh2 bağ evinin açarlarını anası X4 vermiş, həmin ilin yay aylarından etibarən onlar Nardaran qəsəbəsində yerləşən bağ evindən və sahəsindən müntəzəm surətdə istifadə etmişlər. Anası həmin bağ sahəsinin 12,5 ha hissəsinin onun istifadəsində olması ilə bağlı keçmiş Bağlar idarəsi ilə müqavilə bağladığı vaxtdan etibarən bütün rüsumları və kommunal ödənişləri özünün və qardaşı - cavabdeh Vaqif Qafarovun adından həyata keçirmişdir. 1992-ci il tarixdə baş vermiş yanğın nəticəsində 1181 saylı bağ evi yararsız vəziyyətə düşdüyünə görə, o, şəxsi vəsaiti hesabına təxminən 65.000 ABŞ dolları xərc çəkərək evi əsaslı təmir etdirmiş, 2007-ci ildə isə 12.000 ABŞ dolları xərc çəkərək bağ sahəsinin ətrafındakı yararsız vəziyyətə düşmüş hasarı daş hasarla əvəz etmişdir. O, 2005-ci ildən daimi yaşamaq üçün həmin bağ evinə köçmüş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. 2013-cü ildə anası vəfat etmişdir. 2017-ci ildə dayısı - Cavabdeh2la həmin bağ evinin və onun yerləşdiyi torpaq sahəsinin özəllə şdirilməsini həyata keçirmək barədə razılığa gəlmiş, bununla bağlı o, mübahisəli bağ sahəsinə aid əlində olan bütün sənədləri, o cümlədən bağ sahəsinə dair müqavilələri bu məqsədlə etibarnamə verdikləri vəkillərə təqdim etmişdir. Lakin sonradan dayısı Cavabdeh2 məhkəməyə müraciətin müəyyən səbəblərdən baş tutmadığını, gələcəkdə bununla bağlı iddia qaldırılacağını, sənədlərin hələlik vəkillərdə qalmasının məqsədəuyğun olduğunu bildirmiş, o, isə bununla razılaşmış, sənədlər bir daha ona qaytarılmamışdır. Təxminən 2021-ci ilin fevral ayında Cavabdeh2 mübahisəli bağ evinin və 0,25 ha bağ sahəsinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğunu və həmin əmlakı satmaq istədiyini bildirərək, ona ya evi təklif etdiyi yüksək qiymətə almağı, ya da evi tərk etməyi tələb etmişdir. O, anası ilə ö zünün mübahisəli bağ evinə və sahəsinə payçı olduğunu, həmin evdə 1989-cu ildən fasilələrlə, 2005-ci il tarixdən daimi yaşadıqlarını, yanğından sonra evin təmirini, daha sonra isə bağ sahəsinə hasar çəkilməsini öz vəsaitləri hesabına həyata keçirdiklərini, orada yaşadıqları müddətdə bütün kommunal ödənişləri və vergiləri ödəmələrinə istinad edərək, mübahisəli bağ sahəsi barədə cavabdehə çıxarış verilməsini düzgün hesab etmədiyini, həmin çıxarışın ləğv olunmasını, sözügedən bağ sahəsinin və evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını zəruri hesab edir.

8. Birinci instansiya məhkəməsinə ünvanlanan iddia ərizəsinə etirazında Cavabdeh2 iddia tələbini qanunsuz və əsassız hesab edərək bildirmişdir ki, sözügedən bağ sahəsi ona 1987-ci ildə Bakı Bağlar İdarəsi tərəfindən müqavilə əsasında v erilmiş və ailə üzvləri ilə orada yaşamışdır. İddiaçı anasının sağlığında yay aylarında bəzən bağa qonaq qismində gəlmişdir. İddiaçı əvvəllər də, indi də ünvan 1 ünvanında qeydiyyatda olmuş və ailəsi ilə orada yaşamışdır. İddiaçı və ailə üzvləri heç vaxt bağda daimi yaşamamış, qeydiyyata düşməmişdir. İddiaçı 2017-ci ildə boşandığına görə, ondan bağda həm mühafizəçi kimi qalmaq, həm də yaşamaq üçün icazə istəmiş, o da humanistlik göstərərək iddiaçının bağda müvəqqəti mühafizəçi kimi qalmasına icazə vermiş, üstəlik ona hər ay maaş da ödəmişdir. İddiaçının 1992-ci ildə bağ sahəsinin təmir-bərpasına 65.000 ABŞ dolları xərc çəkməsini iddia etməsi isə absurddur. Belə ki, həmin vaxt iddiaçının 13 yaşı olmuş və həmin yaşda o qədər vəsait xərcləməsi mümkün deyil. Eləcə də, iddiaçının 2005-ci ildən mübahisəli bağ sahəsində yaşaması və 2007-ci ildə oranın hasarlanmasına 12.000 ABŞ dolları xərcləməsi də həqiqəti əks etdirmir. Ona məxsus daşınmaz əmlakın ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasını tələb etməsi həmin bağın satılmasına süni əngəl yaratmaq məqsədi daşıyır.

9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X1 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ evinin və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinin cavabdehin xüsusi mülkiyyətində olmasına dair Reyestr Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5065/2017 saylı qərarı olmuşdur və həmin qərar hal-hazırda qüvvədədir.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 avqust 2021-ci il tarixli, 2(008)-2938/2021 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilməmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisəli bağ sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinin qanuni əsası kimi qüvvədə olan məhkəmə qərarı çıxış edir.

12. Həmçinin qeyd olunmuşdur ki, Lenin Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarı ilə yalnız iddiaçının anası - mərhum X2 mübahisəli bağ sahəsinə köçməsi nəzərdə tutulmuş, iddiaçıya belə bir hüquq verilməmişdir. Eyni zamanda bağ sahəsinin 0,12 ha hissəsinin X3 istifadəsinə verilməsinə dair icarə müqaviləsi 1998-2008-ci illəri əhatə edən 10 illik müddətə bağlanmışdır. İddiaçı həmin bağ evində daimi yaşadığını, həmçinin bağ evinin yandıqdan sonra bərpasına və bağ sahəsinin hasarlanmasına çəkdiyi xərcləri təsdiq edən sübut təqdim etməyərək, formal mülahizələrdən çıxış etmişdir.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Mülki Məcəllənin 152-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 77 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, Mülki Məcəllənin 157.1, 178.6, 179.2-ci, “Torpaq islahatı haqqında” Qanunun 9,10-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88-ci maddəsinin tələblərini pozmuş, həmin normaları düzgün tətbiq etməmişdir. Həmçinin qeyd olunmuşdur ki, mübahisəli bağ sahəsinə dair cavabdehin adına çıxarış verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və hazırda həmin şikayət apellyasiya instansiyası məhkəməsinin icraatındadır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 16 fevral 2022-ci il tarixli, 2(103)-1098/2022 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov - sədrlik edən və məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə adı çəkilən maddi hüquq normalarının tətbiqi qeyri-mümkündür. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və bağ evi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və nə qədər ki, həmin məhkəmə qərarı qüvvədədir çıxarışın ləğv olunması və iddiaçının mübahisələndirdiyi 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qeyri-mümkündür. Məhkəmənin qənaətinə görə iddiaçının qaldırdığı bütün bu məsələlərə, o cümlədən cavabdehin mübahis əli 0,25 ha torpaq sahəsinə və həmin sahədə yerləşən bağ evinə tam mülkiyyət hüququnun əsaslı olmamasına yalnız inzibati icraat qaydasında baxılmış həmin iş üzrə icraatda qiymət verilə bilər.

18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki işə apelyasiya instansiyasında baxılan dövrdə xx.xx.2021-ci il tarixdə e lektron kabinet vasitəsilə mülki iş üzrə yeni sübut - Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5065/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı təqdim olunmuşdur. Həmin qərardadla Cavabdeh2 mübahisələndirilən əmlaka mülkiyyət hüququnun yaranmasına əsas olmuş Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)5065/2017- saylı, 26 dekabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və hazırkı iş üzrə İddiaçı həmin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan qərardadı yeni sübut kimi qəbul edib MPM-in 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatı dayandırmalı olduğu halda bunu etməmiş, ümumiyyətlə qətnaməsində bu sübuta qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. İddiaçının mərhum ana sının və onun vərəsəsi kimi iddiaçının mübahisə predmeti olan bağ sahəsinə 1988-ci ildən başlamaqla 30 ildən artıq fasiləsiz və etirazsız sahiblik etməyi iddiaçıya mübahisə predmeti olan əmlakın ½ hissəsinə mülkiyyətçi kimi qeydiyyata alınmaq hüququ verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində qeyd olunan halların heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının anası 2013-cü ildə vəfat etmiş və bununla da onun mübahisə predmeti olan bağ sahəsinə istifadə hüququ itirilmiş hesab ol unur. İddiaçı və ailə üzvləri heç vaxt həmin bağda yaşamamış, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən evdə qeydiyyatda olmuş və orada yaşamışlar. Hazırda iddiaçının bağ evinin ½ hissəsinə əsassız iddiası süni məhkəmə süründürməçiliyi yaratmaqla bağın satılmasına əngəl törətmək məqsədi daşıyır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29, İİ hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə

25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mül ki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:...254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

30. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

37. Məhkəmə kollegiyası baxılan iş üzrə icraatın dayandırılması üçün də əsaslar müəyyən etməmişdir. Belə ki, MPM-in 254.1.4-cü maddəsinə əsasən inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalı dır.

38. İddiaçı hazırkı iş üzrə mübahisələndirdiyi çıxarışın verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildiyi və həmin iş üzrə inzibati məhkəmə icraatının təzələndiyi üçün hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş edir. Halbuki istinad olunan hal icraatın dayandırılmasına əsas vermir və iddiaçı hazırkı iş üzrə istinad etdiyi dəlillərini həmin inzibati işə baxılması zamanı irəli sürməklə həmin icraat çərçivəsində mahiyyətcə hazırkı mübahisə üzrə əldə etmək istədiyi hüquqi nəticələrə nail ola bilər.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1098/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar