Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-342/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-342/2025 (Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr; qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4547/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin nikahından xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə Səbinə Şavruqova arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus 35.000 manat dəyərində aşağıdakı qızıl-zi nət əşyaların:
1. Nişan üzüyü– 7.000 manat,
2. Dəst– kolye, sırğa, sep, qolbağ– 37 qram– 17.000 manat,
3. Ağ qızıl kulon və sep 750 pob– 10 qr.– 1.200 manat,
4. BS sep düzəlmə 750 qr.– 15 qr.– 1.300 manat,
5. Tək qolbaq gülağ qızıl 750 prob– 9 qr.– 800 manat.,
6. Ağ qızıl brilliant üzük– 8 qr.– 750 pr.- 1.500 manat,
7. Tək sırğa ağ qızıl firma– 1.200 manat,
8. Hədiyyə üzük (kirvə)– 10 qr.- 1.300 manat, 9. üç ədəd qəpiy hədiyyə 1.600 manat (xinada+uşağa), 10. uşağın qolbaqları– 3 ədəd 1.000 manat,
11. Qolbaq-üzük – 1.100 manat - cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, birgə ailə həyatı dövründə cavabdeh iddiaçının razılığı olmadan ona hədiyyə etdiyi qızıl-zinət əşyalarını evdən çıxarıb lombarda qoymuşdur. Lombarddan qızıl əşyalar üçün alınan pulu cavabdeh şəxsi ehtiyaclarına xərcləmişdir. İddiaçı dəfələrlə cavabdehdən qızıl-zinət əşyalarının geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh onun təkliflərinə cavab verməmişdir. Bu hal nikahın pozulmasının səbəblərindən biri idi. Nikah pozulduqdan sonra iddiaçı cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının qaytarılmasını yenə də tələb etmişdir. Cavabdeh bu qızıl-zinət əşyalarını həqiqətən gizli şəkildə evdən çıxardığını, lombarda qoyduğunu və lombardda aldığı pulu öz ehtiyaclarına xərclədiyini inkar etməmişdir. Ancaq pulu xərclədiyini və lombarddan zinət əşyaları ala bilmədiyini əsas gətirərək zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. 2023-cü ilin yay aylarında id diaçı yenidən cavabdehə müraciət edərək ona məxsus zinət əşyalarının və ya onların dəyərinin qaytarılması xahiş etmişdir. Eyni zamanda mediasiya prosesinin tətbiqi barədə təklifi ilə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının təkliflərinə yenidən heç cavab verməmişdir. Cavabdeh mediasiya sessiyasına çağırılsa da, sessiyada iştirak etməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Toya hədiyyə edilmiş zinət əşyaların ümumi məbləği 35.000 manat təşkil edir. Bu məbləği cavabdehdən tutmaq mümkün və realdır.
5. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya adət-ənənələrə uyğun olaraq toyda qızıl alınmışdır. Lakin həmin qızıllar iddiaçının özündədir. İddiaçı sadəcə olaraq ondan boşandığı üçün 2 il 11 ay 20 gün son ra ona qıcıqlıq etmək üçün məhkəməyə müraciət etmişdir. Onlar 2016-cı ildə iddiaçıya toyda 3.500 manat məbləğində komplekt almış, daha əvvəl nişan üzüyü, ad günlərində isə qızıllar alıb vermişlər. Qızıllar onun özündə, evdə mücrü var idi və onun içində olurdu. Qızıllar lombarda qoyulub və bu birgə nikahda olduqları dövrlərdə olub. 2018-ci ildə qızıllar dəfələrlə lombarda qoyulub və götürülüb. Qızılları lombarda qoyduqda ümumilikdə 5.550 manat məbləğində qiymətləndirilib və lombard da qızılın dəyərinin 90-95% hissəsini müştəriyə verir. O, həmin vaxt işləmirdi, evin kirayə haqqı 500 manat, kommunal və digər xərclər aylıq 1.000 manat istifadə olunurdu. Bu səbəbdən qızılları lombarda qoyubgötürmüşdür. Daha sonra iddiaçı salon açmaq istəyirdi, öz bibisi qızı şahiddir, həmin pullar ilə salona ko smetik vasitələr alınmışdır. Bu hadisə 2018-2019-cu illərdə baş verib. Onlar 2020-ci ilədək birlikdə ər-arvad münasibətlərində olmuşlar. 2020-ci ildən isə faktiki olaraq ayrı yaşamışlar. Həmin vaxtdan sonra anasının, qardaşının uşağa verdiyi nazik qızıl qolbaq, ona məxsus kişi üzükləri var ki, bunların da iddiaçıya aidiyyəti yoxdur. O, əsaslı olmayan bir iddianı qəbul edə bilməz, iddiaçı ondan məbləği azaldıb 27.365 manat yox, hətta 500 manat belə tələb etsə, yenə də verməyəcəkdir. Çünki o, ailəli olduqları dövrdə dəfələrlə qızılları girov qoyub-götürmüşdür. Əgər dedikləri kimi olsa, ilk dəfə qoyduqda da qızılları götürüb sata bilərdi.
6. Məhkəmə sorğusuna cavab olaraq №1 Lombard-ın direktoru X3 tərəfindən göndərilmiş məktubda qeyd olunmuşdur ki, vətəndaş Cavabdeh tərəfindən (şəxsiyyət v əsiqəsinin nömrəsi - AA*******, xx.xx.1984-cü il təvəllüdlü) 2017-2021-ci illər ərzində ona məxsus qızıl-zinət əşyaları Lombard 1 adlı lombarda 15 dəfə qoyulmuşdur: 1. xx.xx.2017ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qram 3,7 üzük; 2. xx.xx.2018-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr.6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok; 3. xx.xx.2018-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 4. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr.7,2 üzük; 5. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr.7,8 üzük, 6. xx.xx.2019-cu il tarixdə 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr 6,8; 7. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr.6,59 üzük; 8. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8; 9. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,6 üzük; 10. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qarnitur (sepsiz); 11. xx.xx.2020-ci il tarixdə 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qarnitur; 12. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 13. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük; 14. xx.xx.2021 -ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük; 15. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük.
7. Məhkəmə sorğusuna cavab olaraq №1 Lombard-ın direktoru X3 tərəfindən göndəri lmiş kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə lombarda qoyulmuş qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr.6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr.7,2 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr.7,8 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qr am 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr.6,8, xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr.6,59 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8 xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6 üzük xx.xx.2020-ci il tarixdə; xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qarnitur (sepsiz) xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr.75,8 qarnitur xx.xx.2020-ci il tarixdə; xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır. 8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-009/23 nömrəli hesabatdan görünür ki, İddiaçı 04 dekabr 2023-cü il tarixli müraciətinə əsasən "xxxx" MMC tərəfindən 1 ədəd 750 əyyar olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük); 1 ədəd 750 əyyar ağ qızıl kulon və sep, 1 ədəd 585 əyyar BS formalı sep, 1 ədəd 750 əyyar gül formalı kulon və sep, 1 ədəd 750 əyyar ağ qızıl üzük, 1 ədəd 750 əyyar ağ qızıl sırqa, 1 ədəd 750 əyyar qızıl üzük (kirvənin hədiyyəsi), 3 ədəd qızıl onluq, 1 ədəd 585 əyyar qızıl uşaq qobağı, 2 ədəd 750 əyyar qızıl uşaq qolbağı, 1 ədəd 750 əyyar qolbaq, 1 ədəd 750 əyyar üzüyün hazırkı tarixə bazar dəyərinin müəyyən edilməsi üzrə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı mütəxəssislər tərəfindən qızıl-ziynət bazarından toplanmış məlumatlar, hazırkı dövrdə mövcud olan tələb və təklifdən, digər etibarlı mənbələrdən və qiymətləndirmə üzrə peşəkar biliklərdən istifadə edilmişdir. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsind ə 1 ədəd 750 əyyar olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük); 1 ədəd 750 əyyar ağ qızıl kulon və sep, 1 ədəd 585 əyyar BS formalı sep, 1 ədəd 750 əyyar gül formalı kulon və sep, 1 ədəd 750 əyyar ağ qızıl üzük, 1 ədəd 750 əyyar ağ qızıl sırqa, 1 ədəd 750 əyyar qızıl üzük (kirvənin hədiyyəsi), 3 ədəd qızıl onluq, 1 ədəd 585 əyyar qızıl uşaq qobağı, 2 ədəd 750 əyyar qızıl uşaq qolbağı, 1 ədəd 750 əyyar qolbaq, 1 ədəd 750 əyyar üzüyün 13 noyabr 2023-cü il tarixinə bazar dəyəri: 23.065,0 manat təşkil etmişdir. 9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-010/23 nömrəli hesabatdan görünür ki, İddiaçı 04 dekabr 2023-cü il tarixli müraciətinə əsasən "AECS” MMC tərəfi ndən lombard sənədlərində göstərilən 1 ədəd 750 əyyar çəkisi 6,6 qram olan qızıl üzük, 1 ədəd 585 əyyar çəkisi 6,8 qram olan qızıl brulok, 1 ədəd 750 əyyar çəkisi 19,3 qram olan qızıl brulok və üzüyün bazar dəyərini müəyyən edilməsi üzrə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı mütəxəssislər tərəfindən qızıl-zinət bazarından toplanmış məlumatlar, hazırkı dövrdə mövcud olan tələb və təklifdən, digər etibarlı mənbələrdən və qiymətləndirmə üzrə peşəkar biliklərdən istifadə edilmişdir. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində lombard sənədlərində göstərilən 1 ədəd 750 əyyar çəkisi 6,6 qram olan qızıl üzük, 1 ədəd 585 əyyar çəkisi 6,8 qram olan qızıl brulok, 1 ədəd 750 əyyar çəkisi 19,3 qram olan qızıl brulok və üzüyün bazar dəyəri qiymətləndirmə tapşırığına uyğun olaraq manatla ifadədə hesablanmış orta bazar dəyəri 11 dekabr 2023-cü il tarixinə: 4.300 manat təşkil etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilərək müvafiq rəy alınmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/871/2024 №-li ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 24.971,0 manat müəyyən edilir. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda çəkiləri və qiymətləri rəyin tədqiqi hi ssəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektlər tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik istisna edilmir. Qeyd 2: həmin qızıl-zinət əşyasının üzərində olan daşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-210/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus 1 ədəd 7 qramlıq 750 əyarlı qaşlı üzük (dəyəri-840 manat) və 1 ədəd 6,6 qramlıq 750 əyarlıq qaşlı üzük (dəyəri-792 manat), onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 1.632 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hiss ədə rədd edilməsi, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 (doqquz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması və ödənilmiş dövlət rüsumunun qalan 186 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarına dair hissədə sübutetmə yükü ilə bağlı hesab etmişdir ki, bu hissədə iddianın əsasını təşkil edən hal sübutlarla, habelə tərəflərin məhkəməyə verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəf özü də həmin qızıl-zinət əşyalarının mövcud olduğunu və toy mərasimi zamanı hədiyyə şəklində iddiaçıya verildiyini etiraf etmiş və həmin faktı mübahisələndirməmişdir. Bu səbəbdən iddiaçı həmin hissədə sübutetmə yükündən azad olunur.
14. Sübutetmə ilə bağlı iki nci hissə ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlə birgə yaşadıqları mənzildən çıxıb getdiyi zaman onun psixoloji vəziyyəti, tərəflərin qarşılıqlı münasibəti, onun mənzildən zor tətbiqi ilə məcburi çıxarılıbçıxarılmaması kimi halları aydınlaşdırmalıdır. Belə ki, tərəflərin verdikləri izahatlardan və iş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə pozulmuşdur. Lombard tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə göndərilmiş sənədlərdən isə görünür ki, cavabdeh 2017-2021-ci illər ərzində Lombard 1 adlı lombarda 15 dəfə (1. xx.xx.2017-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük; 2. xx.xx.2018-ci il tarixdə qoyulmuş 1 ədəd əy yar 585, qram 6,8, qaşlı qr 6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok; 3. xx.xx.2018-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 4. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr.7,2 üzük; 5. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr 7,8 üzük, 6. xx.xx.2019-cu il tarixdə 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr.6,8; 7. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr. 6,59 üzük; 8. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8; 9. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,6 üzük; 10. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qarnitur (sepsiz); 11. xx.xx.2020-ci il tarixdə 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr.75,8 qarnitur; 12. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 13. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük; 14. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 15. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük) qızıl-ziynət əşyaları qoyulmuş və müvafiq ardıcıllıqla xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə; xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə; xx.xx.2021ci il tarixdə, xx.xx.2021 -ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə, xx.xx.2021ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə lombardan götürülmüş olan qızıl-zinət əşyaları istisna olmaqla, qalanlarının tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2020-ci il tarixədək lombarda qoyulması və götürülməsi həmin qızılların iddiaçının özündə olması ehtimalını artırır. İddiaçı həmin qızılların ona təhvil verilmədiyini bildirsə də, məhkəmə bunu sübut etmə yükünün icrası üçün kifayət hesab etmir. Belə olan halda, bu halların mövcudluğu iddiaçının üzərinə həmin qızıl-zinət əşyalarının ona təhvil verilməməsini və cavabdehdə olduğunu təsdiq etmək üçün daha güclü sübutetmə vəzifəsi qoyur.
15. D igər qızıl-zinyət əşyalarına münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin qızıl-zinyət əşyaları məhz tərəflərin məhkəmə qətnaməsinə əsasən rəsmi olaraq boşandıqları dövrdən sonra, yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən lombardan təhvil alındığı üçün onların iddiaçıya təhvil verilməsi inandırıcı hesab olunmur. Belə olan halda qızılların cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində deyil. Belə olan halda məhkəmə hesab edir ki, qızıl-ziynət əşyalarının əsassız olaraq cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2023-cü il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük, eyni ilə də, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2022-ci il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük ca vabdeh tərəfindən iki dəfə lombarda girov qoyulub, təhvil alınmışdır. Buna görə də cavabdehdən yalnız 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük və 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük, onların naturada mövcud olmadığı təqdirsə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Həmin qzıl-ziynət əşyalarının dəyərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzüyün dəyəri 840 manat, 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzüyün dəyəri isə 792 manat təşkil etmişdir. Cavabdeh tərəf həmin qızıl-ziynət əşyalarının qeyd olunan dəyərdə olmamasını təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
18. B irinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 225.2, 225.3-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
20. İiddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin qızıl-zinət əşyalarına dair hissədə sübutetmə yükü ilə bağlı bir inci hissəyə münasibət bildirən məhkəmə hesab etmişdir ki, bu hissədə iddianın əsasını təşkil edən hal sübutlarla, habelə tərəflərin məhkəməyə verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəf özü də həmin qızıl-zinət əşyalarının mövcud olduğunu və toy mərasimi zamanı hədiyyə şəklində iddiaçıya verildiyini etiraf etmiş və həmin faktı mübahisələndirməmişdir. Bu səbəbdən iddiaçı həmin hissədə sübutetmə yükündən azad olunur. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə iddiaçının cavabdehlə birgə yaşadıqları mənzildən çıxıb getdiyi zaman onun psixoloji vəziyyəti, tərəflərin qarşılıqlı münasibəti, kimi halları aydınlaşdırmalı olmasına baxmayaraq tam araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Belə k i, tərəflərin verdikləri izahatlardan və iş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə pozulmuşdur. Lombard tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə göndərilmiş sənədlərdən isə görünür ki, cavabdeh 2017-2021-ci illər ərzində Lombard 1 adlı lombarda 15 dəfə (1. xx.xx.2017-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr.3,7 üzük; 2. xx.xx.2018-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr.6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok; 3. xx.xx.2018ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 4. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr.7,2 üzük; 5. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 7 50, qram 7,8, qaşlı qr.7,8 üzük, 6. xx.xx.2019-cu il tarixdə 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr.6,8; 7. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr.6,59 üzük; 8. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8; 9. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,6 üzük; 10. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qarnitur (sepsiz); 11. xx.xx.2020-ci il tarixdə 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qarnitur; 12. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 13. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük; 14. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük; 15. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük) qızıl-zinət əşyaları qoyulmuş və müvafiq ardıcıllıqla xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə; xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə; xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır. Göründüyü kimi xx.xx.2021ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə lombardan götürülmüş olan qızıl-zinət əşyaları istis na olmaqla, qalanlarının tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2020-ci il tarixədək lombarda qoyulması və götürülməsi həmin qızılların iddiaçının özündə olması ehtimalını artırır. İddiaçı həmin qızılların ona təhvil verilmədiyini bildirsə də, məhkəmə bunu sübut etmə yükünün icrası üçün kifayət hesab etmir. Belə olan halda, bu halların mövcudluğu iddiaçının üzərinə həmin qızıl-zinət əşyalarının ona təhvil verilməməsini və cavabdehdə olduğunu təsdiq etmək üçün daha güclü sübutetmə vəzifəsi qoyur. Digər qızıl-zinət əşyalarına münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin qızıl-zinət əşyaları məhz tərəflərin məhkəmə qətnaməsinə əsasən rəsmi olaraq boşandıqları dövrdən sonra, yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən lombardan təh vil alındığı üçün onların iddiaçıya təhvil verilməsi inandırıcı hesab olunmur. Belə olan halda qızılların cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində deyil. Belə olan halda məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarının əsassız olaraq cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məlum olmayan səbəbdən qızıl-zi nət əşyalarının 2018-ci il tarixdən başlayaraq həm nikah dövründə, həm də nikahdan sonrakı dövrdə cavabdeh tərəfindən lombarda qoyulub götürülməsini inandırıcı hesab etsə də, qızılların bir qisminin qaytarılması, bir qisminin isə qaytarılmaması haqqında düzgün nəticəyə gəlməmişdir. Məhkəmə 19 oktyabr 2020-ci il tarixə qədər olan dövrdə qızılların lombarda qoyulması və götürülməsini iddiaçının özündə olması ehtimalı kimi qeyd etmişdir. Lakin məhkəmə iddiaçının qızıllarının onda olmamasına, qızılların lombarda qoyulub götürülməsinin cavabdeh tərəfindən həyata keçirildiyini sübuta yetirməsinə baxmayaraq iddiaçının ifadəsinə düzgün hüquqi qiymət verməmişdir. Əsassız olaraq məhkəmə hesab etmişdir ki, qızılların cavabdehdə olmasını sübut etmə yükünün icrası üçün kifayət hesab etmir. Məhkəmə, həm çinin qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2023-cü il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük, eyni ilə də, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2022-ci il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük cavabdeh tərəfindən iki dəfə lombarda girov qoyulub, təhvil alınmışdır. Buna görə də cavabdehdən yalnız 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük və 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük, onların naturada mövcud olmadığı təqdirsə isə onların dəyəri cavabde hdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə cavabdehin məhkəmə iclasında ziddiyyətli ifadələrinə, o cümlədən ilkin halda qızılların mövcud olmadığını, iddiaçının şər-böhtan atdığını, sonrakı məhkəmə iclaslarında qızılların bir qisminin anasının, qardaşının uşağa verilməsini, iddiaçıya məxsus olmamasını, qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində olmadığını bildirməsinə düzgün hüquqi qiymət verməmişdir. Bu hal özü göstərir ki, cavabdeh həmin qızıl-zinət əşyalarını həm nikahdan əvvəl, həm də nikahdan sonrakı dövrdə lombarda qoyub götürmüş, hazırki vaxtda həmin qızılları özündə saxlamaqla mənimsəmişdir. Məhkəmə cavabdehin ziddiyyətli izahat verdiyinə görə onun izahatını sübut kimi qəbul etməməli, tam inandırıcı hesab etməməli idi. İddiaçının səm imi ifadə verməsinə, işin hallarının tam necə olmuşdusa, bir mövqedən izahat verməsinə məhkəmə düzgün hüquqi qiymət verməmişdir. İddiaçıya məxsus olan əşyaların cavabdeh tərəfindən qaytarmamaq niyyəti məhkəmə tərəfindən tam aydınlaşdırılmamaqla düzgün nəticə əldə edilməmişdir.
22. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsası kimi onun tərəfindən iddiaçıya 35.000 manat dəyərində qızıl-zinət əşyaları hədiyyə verilməsi qeyd olunur və iddia olunur ki, həmin qızıl-zinət əşyaları onda qalmışdır. İddia ərizəsində qeyd olunur ki, o, həmin qızıl-zinət əşyalarını lombard a təhvil verərək götürmüş, vəsaiti öz ehtiyacları üçün xərcləmişdir. İddianın qismən təmin olunması əsası kimi sorğuya cavab olaraq lombarddan alınmış kassa mədaxil qəbzlərinə istinad edərək nikah pozulduqdan sonrakı dövrdə lombarda qoyulmuş qızıl-zinət əşyalarının dəyəri hesablanaraq ondan tutulmuşdur. Bununla da məhkəmə hesab etmişdir ki, nikah pozulduqdan sonra lombarda qoyulmuş qızıl-zinət əşyaları onda qalmışdır və həmin əşyaların dəyəri iddiaçıya qaytarılmalıdır. Nikah pozulduqdan sonra xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2022-ci il tarixlərdə onun tərəfindən lombarddan 2 adda 6,6 qram çəkisi olan 750 əyyarı olan üzük və 7 qram çəkisi olan 750 əyarda olan üzüyü təhvil almışdır. Lakin həmin üzüklərin kimə məxsus olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, həmin üz üklərin iddiaçının sadaladığı qızıl-zinət əşyaları sırasında olub-olmaması hər hansı bir sübutla təsdiq olunmamışdır. İddia tələbinə baxdıqda 750 əyyar 6.6 və ya 7 qram çəkisində olan üzüyə dair tələb görülmür. İddiaçı ilk olaraq 65.000 manat dəyərində qızılzinət əşyalarının onda qaldığını iddia edir, daha sonra 35.000 manat dəyərində olduğunu iddia edir. Əgər həqiqətən də belə bir dəyərdə qızıl-zinət əşyaları onda qalmışdırsa nikah pozulduqdan sonra 2 il 11 ay sonra tələb olunması iddianın əsaslı olması barədə kifayət qədər şübhələr yaradır. Hər bir halda iddiaçının belə bir tələbi irəli sürməsi üçün heç bir məhdudiyyətlər olmasa da, iddianın əsaslı olmasını sübut etmək üçün tələblər olduğundan, iddiaçı həqiqətən də vəsaiti tələb olunan qızılların onda olmasını sübut etməli idi. İlk olara q iddiaçı tərəfindən bildirilir ki, qızıllar lombarda təhvil verilib və geri götürülməyib, əldə olunan vəsaiti isə o, öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə gedişatında onun təşəbbüsü ilə lombarddan alınan arayışla məlum olur ki, bütün qızıllar geri götürülmüşdür. İddiaçı bildirmişdir ki, həmin qızıllar onun tərəfindən iddiaçının razılığı olmadan lombarda qoyulmuş və onun ümumiyyətlə belə bir əməliyyatlar barəsində anlayışı yoxdur. Məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, iddiaçı özüdə lombarda qızıl qoyaraq vəsait götürmüşdür. Lombard tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, təhvil verilmiş qızıl-zinət əşyaları arasında ona məxsus əşyalarda olmuşdur və nikahdan sonrakı dövrdə lombarda qoyulmuş əşyalar yalnız üzük kimi qeyd olunur və həmin üzüklərin kişi və ya qadın üzüyü olmas ı qeyd olunmamışdır. Əgər o, iddiaçıya məxsus qızıl-zinət əşyalarını özündə saxlasaydı adları qəbzlərdə öz əksini tapardı. Düzdü bu hissəyə məhkəmə qiymət versə də iddianın təmin olunması hissəsində sübut olaraq lombardın qəbzlərinə istinad olunması düzgün deyil və iddianın həmin hissədə sübutu kimi qiymətləndirilə bilməz. Mübahisələndirilən qətnamənin 25-ci abzasında onun tərəfindən məhkəmədə səsləndirilmiş mövqeyə yalnış qiymət verilərək iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində olmadığı kimi qeyd olunmuşdur. O, məhkəmədə izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçının özündə qalmışdır və ekspertiza ilə həmin əşyaların dəyəri 500 manat dəyərində qiymətləndirilsə belə, həmin vəsaiti geri qaytarmayacaqdır. Çünki qızıllar onda qalmamışdır. Məhkəmənin qənaəti ilə razılaşsalar belə nikahdan sonra lombarda qoyulmuş üzüklər iddiaçıya məxsus olmuşdularsa, həmin üzüklərin hədiyyə olaraq alınması və iddiaçıya verilməsi müəyyən olunmamışdır. Bundan başqa ümumiyyətlə həmin üzüklərin kişi və ya qadın üzükləri olması dəqiqləşməmişdir. Məhkəmənin lombard tərəfindən təqdim olunmuş qəbzlərə istinad edərək nikahdan sonra lombarda qoyulmuş üzüklərin iddiaçıya məxsus olması heç bir sübutla təsdiq olunmamışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4547/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, cavabdehdən nişan üzüyü-750 əyar, 7 qram, 3,0 karat, əgər olmasa 3.500 manat, brilyant dəst– kolye, sırğa, sep, qolbaq-750 əyar, qram 25,8 olmaqla, 5 karat olmasa, onun dəyəri 8.000 manat, ağ qızıl kulon və sep-750 əyar, 7 qram, olmasa onun dəyəri 800 manat, BS sep düzəlmə 585 əyar, 17,9 qram, olmasa onun dəyəri 1.300 manat, tək qolbaq gül ağ qızıl 750 əyar, 9 qram olmasa, dəyəri 800 manat, sırğa ağ qızıl, 750 əyar, qram 6, 0,5 karat-olmasa onun dəyəri 1.100 manat, üç ədəd qəpik (onluq), olmasa onun dəyəri 1.600 manat, uşağın qolbaqları– (2 ədəd 750 əyar, 4 qram, 440 manat, 1 ədəd qızıl uşaq qolbağı-585 əyar, 1,9 qram, 175 manat) olmasa onun dəyəri (440+175=615) 615 manat, qolbaq və üzük -qolbaq 750 əyar, 5,5 qram, 0,9 karat, üzük 750 əyar, 3,7 qram olmasa onların dəyəri-cəmi 1.100 manatın alınaraq iddiaçıya verilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı halda sübutetmə yükünün bölüşdürülməsi barədə səhvə yol vermiş, nəticədə iddia tələblərinin təmin edilməyən hissəsi ilə bağlı düzgün olmayan qətnamə qəbul etmişdir.
26. Məhkəmə kollegiyası qeyd e tmişdir ki, ümumi qəbul olunmuş qaydaya (adətə) görə ər evinə gəlin gedən qadınlar qızıl-zinət əşyalarını adətən ər evində saxlayırlar. Hazırkı işdə də belədir, iddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarını ər evində saxladığını bildirir, cavabdeh də bunu inkar etmir, yalnız iddiaçının həmin əşyaları özü ilə apardığını bildirir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından qızıl-zinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür ki, hazırkı halda da cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən götürüldüyünü təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirən cavabdeh bununla bağlı, yəni qızı lların iddiaçı tərəfindən aparılmasına dair sübut təqdim etmədiyindən, onun apellyasiya şikayəti əsassızdır. Cavabdeh həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iki ədəd üzüyə münasibətdə, yəni tərəflərin rəsmi olaraq boşandıqları dövrdən sonra iki ədəd üzüyə münasibətdə iddia tələbini təmin edərkən, həmin üzüklərin iddiada olub-olmamasını və həmin üzüklərin iddiaçıya məxsus olmasını da araşdırmamışdır.
28. Cavabdehin şikayətinin həmin dəlili üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı nişan üzüyündən savayı iki ədəd üzük tələb etmişdir: ağ qızıl brilliant üzük– 8 qr.– 750 pr.– 1.500 manat və hədiyyə üzük (kirvə)– 10 qr.- 1.300 manat. Görünür ki, cavabdehin mübahisələndirdiyi iki ədəd üzük iddiaçının iddia tələbində olmuşdur. Belə olan halda məlum olur ki, cavabdehin mübahisələndirdiyi (yəni iddiaçının tələbində əks olunmadığını bildirdiyi) iki ədəd üzük iddiaçının tələbində olmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin təmin edilən (iki ədəd qızıl əşya ilə bağlı) hissəsində mübahisələndirilməməsini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi qənaət mahiyyət etibarı ilə əsaslıdır və cavabdehin apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası mütəxəssis hesabatını və ekspert rəyini müqayisəli tədqiq edərək belə qənaətə gəlmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-009/23 nömrəli hesabat iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları üzərində geniş və müqayisəli tə dqiqat aparılmaqla verildiyindən daha ağılabatandır və nəzərə alınmalıdır.
31. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının iddiasında qeyd etdiyi qızıl əşyalarından ağ qızıl brilliant üzük- 8 qr.- 750 pr.- 1.500 manat və hədiyyə üzüyə (kirvə)- 10 qr.- 1.300 manat münasibətdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən iki üzüyə münasibətdə təmin edildiyindən, iddiaçı isə qətnaməni həmin hissədə mübahisələndirmədiyindən iddia tələbi qalan zinət əşyalarına münasibətdə təmin edilməlidir.
32. Məhkəmə kollegiyası cavabdehdən alınaraq iddiaçıya verilməli qalan zinət əşyalarının dəyəri barədə bildirmişdir ki, nişan üzüyü üçün iddiaçı– 7.000 manat qeyd etsə də, mütəxəssis hesabatında 750 əyar, 7 qram, 3,0 karat-3.500 manat qiymətləndirilmiş, brilyant dəst– kolye, sırğa, sep, q olbağ– 37 qram qeyd edilməklə 17.000 manat, hesabatda qram 25,8 olmaqla, 5 karat-8.000 manat, ağ qızıl kulon və sep 750 prob 10 qram, 1.200 manat qeyd edilmiş, hesabatda isə qram 7, 800 manat, BS sep düzəlmə 750 əyar, 15 qram, 1.300 manat, hesabatda 585 əyar, 17,9 qram, 1.500 manat, tək qolbaq gül ağ qızıl 750 əyar, 9 qram 800 manat, sırğa ağ qızıl, 1.200 manat, hesabatda 750 əyar, qram 6, 0,5 karat- 1.100 manat, üç ədəd qəpik (onluq) hədiyyə 1.600 manat, hesabatda 3.000 manat, uşağın qolbaqları– 3 ədəd 1.000 manat, hesabatda isə (2 ədəd 750 əyar, 4 qram, 440 manat, 1 ədəd qızıl uşaq qolbağı-585 əyar, 1,9 qram, 175 manat) (440+175=615) 615 manat, qolbaq və üzük 1.100 manat, hesabatda qolbaq 750 əyar, 5,5 qram, 0,9 karat,-800 manat, üzük 750 əyar, 3,7 qram-900 manat qeyd edilmişdir.
33. Ape llyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nişan üzüyü olmasa onun dəyəri hesabata uyğun 3.500 manat, brilyant dəst– kolye, sırğa, sep, qolbaq olmadığı halda dəyəri 8.000 manat, ağ qızıl kulon və sep olmasa dəyəri 800 manat, sırğa ağ qızıl olmasa, onun dəyəri 1.100 manat, tək qolbaq gül ağ qızıl, olmasa dəyəri 800 manat, uşağın qolbaqları– 3 ədəd olmasa dəyəri cəmi 615 manat müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, BS sep düzəlmə 750 əyar, 15 qram, 1.300 manat, hesabatda 17,9 qram, 1.500 manat, üç ədəd qəpik (onluq) hədiyyə 1.600 manat, hesabatda 3.000 manat, qolbaq və üzük 1.100 manat, hesabatda qolbaq 750 əyar, 5,5 qram, 0,9 karat,-800 manat, üzük 750 əyar, 3,7 qram-900 manat qeyd edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni M ülki Məcəllənin 157.1, 157.2, 225.2, 225.3-cü maddələrinə, Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 №-li Qərarında ifadə edilmiş hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 218.3, 372, 385.1.2, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, məhkəmənin lombard tərəfindən təqdim olunmuş qəbzlərə istinad edərək həm nikah vaxtı, həm də nikahdan sonra lombarda qoyulmuş üzüklərin bir çoxunun iddiaçıya məxsus olması, həmin qızılların hamsının cavabdehdə qalması heç bir sübutla təsdiq olunmamışdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mübahisələndirilən qətnamənin 21-ci abzasında MPM-in bu maddəsinə istinad olunsa da hər iki məhkəmə instansiyası tələbdən kənara çıxaraq iddia ərizəsində siyahıda olmayan qızıl-zinət əşyalarına dair tələbi təmin etmişdir.
38. Həmçinin, iddia tələbində sadalanan qızıl-zinət əşyaları, eyni ilə ekspertizda qiymətlərinin müəyyən olunması üçün göndərilmiş və apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə də iddia ərizəsində qeyd olun an qızılzinət əşyaları və ya onların dəyərinin cavabdehdən alınması qət edilmişdir. Lakin məhkəmələrin nəzərindən qaçan əsas məqam odur ki, iddianın və qəbul olunan qətnamələrin əsasını, yəni istinad etdikləri yeganə sübut lombard tərəfindən təqdim olunan qəbzlər olmuşdur. Həmin qəbzlərə baxdıqda cavabdeh tərəfindən lombarda 9-u tərəflərin birgə nikah dövründə, 4-ü isə nikahları pozulduqdan sonra olmaqla ümumilikdə 13 dəfə qızıl-zinət əşyaları təhvil verilmişdir. Lombardın təqdim etdiyi qəbzlərdən görünür ki, cəmi 8 fərqli zinət əşyaları təhvil verilmişdir. Qəbzlərlə iddia tələbində göstərilən qızıl-zinət əşyalarını müqayisə etdikdə yalnız qarnitur, sep, klon, qolbaq və üzüyün üst-üstə düşdüyü görünür. Sual yaranır əgər məhkəmələr lombardın qəbzlərinə istinad edirlərsə, necə ola bilər ki, həmin qəbzlərdə olmayan zinət əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməs qənaətinə gəlmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 154.1. Fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrıayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.
41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında a ldığı əmlak onun mülkiyyətidir.
43. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
44. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
45. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.
52. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
53. Maddə 106.1. İşdə iştirak edən ş əxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
55. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər i:
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edildiyi hissədə tam mübahisələndirdiyinə görə məhkəmənin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
67. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
68. İş materiallarından görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işin hallarını bu əsas lar üzrə ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
69. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalar a əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
70. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
71. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan h alların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
72. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
74. Bu səbəbdən, kassasiya şikayəti təmin e dilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4547/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.