Məhkəmə qərarları › İş №2(102)-3433/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3433/2023

25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3433/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3433/23 (Açar sözlər: əmlak tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri alınması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-754/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh 09 fevral 2016-cı ildə Salyan rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuş, birgə nikahlarından 14 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sep 15 qram 583 əyyar – 1500 manat, sep 5 qram 583 əyyar – 500 manat, sep 6 qram 583 əyyar – 600 manat, qolbaq 7 qram 585 əyyar – 1800 manat, qolbaq 7 qram 585 əyyar – 700 manat, üzük alyans 3 qram 583 əyyar – 300 manat, kişi üzüyü 5 qram 583 əyyar – 700 manat, üzük ay, ulduz 7 qram 583 əyyar – 700 man at, zəncir sep, kulon 10 qram 585 əyyar – 1000 manat, cəmi 9400 manat olan qızıl-zinət əşyalarının özü, ya eynisi və ya dəyərinin alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2008-ci ildən Rusiya Federasiyasında işləyib qazancını ailəsi üçün göndərmişdir. Lakin cavabdeh olan arvadı göndərdiyi pulları öz qohumlarına xərcləyərək onu aldatmışdır. Axırıncı dəfə 2021-ci ilin sentyabr ayında Rusiya Federasiyasına gedəndə cavabdeh iki azyaşlı uşağı ilə evdə qalmışdır. İddiaçı gedərkən özünə məxsus olan bir neçə adda qızıl-zinət əşyasını dəsmala bükülmüş halda evdə olan televizorun arxa tərəfinə qoymuşdur. Həmin qızıl-zinət əşyalarını iddiaçı öz qazancı ilə alm ışdır. Axırıncı dəfə 03 iyul 2022-ci ildə Rusiya Federasiyasından evə qayıtdıqda görmüşdür ki, evin qapısı bağlıdır. Daha sonra cavabdehə zəng edərək açarı gətirməsini dedikdə, cavabdeh evin açarlarını gətirməyəcəyini bildirmişdir. Səhəri gün Salyan RPŞ-yə gedərək polisin köməyi ilə evin açarlarını almışdır. Evə daxil olduqdan sonra qızıl-zinət əşyalarının evdə olmadığını görmüşdür. Cavabdehdən qızıl-zinət əşyalarının harada olmasını soruşduqda qızıl-zinət əşyalarının onda olduğunu bildirmiş, iddiaçını hədələmişdir. Həmin qızıllar iddiaçıya məxsusdur. Cavabdeh özünə məxsus, yəni hədiyyə edilmiş qızılları götürüb aparmışdır. İddiaçı buna etiraz etmir. Lakin iddiaçıya məxsus qızılları cavabdeh oğurlayıb aparmışdır. Könüllü şəkildə cavabdeh qızılları qaytarmadığı üçün iddiaçı Salyan RPŞ-yə şi kayət etmiş, cavabdehin polis şöbəsində izahatı alınmış, qızıl-zinət əşyalarının onda olmasını etiraf etmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, iddiaçı ilə 2011-ci ildə evlənmiş, aralarında olan nikah hazıra kimi pozulmamış və yaşadıqları müddətdə 2 uşağı olmuşdur. İddiaçı Rusiyada yaşayır və arada gəlib getmişdir. İddiaçının tələb etdiyi qızıl əşyaları ona hədiyyə olunmuş qızıllardır, iddiaçının qeyd etdiyi 700 manat dəyərində 583 əyarlı 7 qram ağırlığında ay-ulduz üzüyü uşağa hədiyyə olunmuş qızıldır. Bir ədəd kişi üzüyü isə ümumiyyətlə səhv qeyd olunmuşdur. Aralarında münasibətlər pozulduğundan iddiaçı ondan ona hədiyyə olunmuş qızılları tələb edir.

5. Şahid qismində məhkəmədə ifadə verən iddiaçının anası X2 bildirmişdir ki, oğlu cavabdehlə 2011-ci ildə evlə nmiş və yaşadıqları müddətdə iki uşağı olmuşdur. Oğlu 2008ci ildən Rusiyada işləyir, qazancını evinə göndərir. Lakin cavabdeh onun vəsaitini qohumlarına xərcləmişdir. Axırıncı dəfə oğlu Rusiyaya gedəndə həyat yoldaşı iki uşağı ilə birlikdə evdə qalmışdır. Oğlu evdən gedərkən özünə məxsus olan bir neçə adda qızıl əşyalarını dəsmala bükülmüş halda evdə olan televizorun arxa tərəfinə qoymuşdur. Oğlu həmin qızılları öz qazancı ilə almışdır. Axırıncı dəfə oğlu 03 iyul 2022-ci ildə tarixdə Rusiya Federasiyasından evinə qayıtdıqda, evin qapısının bağlı olduğunu görmüşdür. Sonradan Samidə məlum olmuşdur ki, cavabdeh evdə olan 1500 manat dəyərində 583 əyarlı, 15 qram ağırlığında qızıl zəncir, 500 manat dəyərində 583 əyarlı, 5 qram ağırlığında qızıl zəncir, 600 manat dəyərində 583 əyarlı 6 qram ağ ırlığında qızıl zəncir, 1800 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 700 manat dəyərində 585 əyarlı 7 qram ağırlığında qolbağ, 300 manat dəyərində 583 əyarlı 3 qram ağırlığında alyans üzük, 700 manat dəyərində 583 əyarlı 5 qram ağırlığında kişi üzüyü, 700 manat dəyərində 583 əyarlı 7 qram ağırlığında ay-ulduz üzük və 1000 manat dəyərində 585 əyarlı 10 qram ağırlığında zəncir və kulonu götürüb getmişdir. Samidin şikayəti əsasında polis şöbəsində araşdırma aparılmış və araşdırma zamanı cavabdeh qızılları evdən götürüb getdiyini etiraf etmişdir. Oğlunun tələb etdiyi qızıl əşyaları onun özünə məxsusdur, cavabdehin həmin əşyalarda heç bir zəhməti olmamışdır.

6. Birinci instansiya məhkəməsində elan olunmuş 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının ərizədə qe yd etdiyi qızıl əşyaların dəyəri, çəkisi və əyarı mütəxəssis rəyi ilə əsasən eynilik təşkil edir.

7. Birinci instansiya məhkəməsində baxış keçirilmiş bir ədəd fotoşəkildən görünür ki, həmin fotoşəkildə bir neçə adda qızıl əşyaları əks olunmuşdur.

8. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(057)-167/2023 nömrəli iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.H.Səmədov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara qiymət verərək belə hesab etmişdir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehdən bir neçə adda qızıl əşyaları tələb etmiş və həmin əşyaları nikahda olduğu müddətdə öz vəsaiti hesabına özü üçün aldığını və ona məxsus olduğunu bildirmişdir.Tərəflər arasın da hal-hazırda nikah pozulmamışdır. Cavabdeh isə bir ədəd kişi üzüyü istisna olmaqla digər qızıl əşyaların ona və uşağına hədiyyə olunmuş əşyalar olduğunu bildirmişdir. İddiaçı qızılların ona aid olduğunu və ona məxsus olmasını bildirsə belə, məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının tələbini əsassız hesab edərək rədd olunmasını qanuni və əsaslı hesab etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 666.1, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə əsasən onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən iddia tələbində qeyd edilən qızılların iddiaçıya məxsus olmasının sübuta yetirilmədiyini qeyd etmişdir. Araşdırma zamanı həm şahid ifadəsi ilə, həm fotoşəkillərlə, həm də iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə həmin qızılların mövcud olduğu müəyyən edilmişdir. Lakin qətnamə qəbul edilərkən bu hissələr nəzərə alınmamışdır. Qətnamə ilə iddiaçının pozulmuş mülkiyyət hüququ bərpa edilməmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-754/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və T.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Məhkəmə kollegiyası iddiaçının qızıl-zinət əşyalarının, onların eynisinin və ya dəyərinin qaytarılması tələbinə qiymət verərək qeyd etmişdir ki, həmin iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.

16. Hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi fotoşəkil, mütəxəssis rəyi və cinayət işinin başlanılmasının rədd edilməsi barədə Salyan RPŞ-nin qərarını t əqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, onda olan qızıl-zinət əşyaları ona toy vaxtı hədiyyə edilmiş, həmçinin toydan sonra ona və uşaqlarına hədiyyə edilmiş qızıl-zinət əşyaları olmuşdur.

17. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkili hazırkı iş üzrə tələbin təmin edilməsi üçün əsas hesab etməmiş və bildirmişdir ki, həmin fotoşəkil sadəcə olaraq orada əks olunmuş qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edə bilər. Həmin fotoşəkilə əsasən fotoşəkildə olan əşyaların mülkiyyətçisinin, eyni zamanda onların halhazırda cavabdehin qanunsuz sahibliyində olduğunun müəyyənləşdirilməsi mümkün deyil.

18. İşdəki Neftçala şəhəri, 20 Yanvar D-1/2 küçəsində yerləşən 49 saylı zərgərlik emalatxanasının zərgər mütəxəssisi X3 tərəfindən tərti b edilmiş mütəxəssis rəyindən görünür ki, Əfrail Sadıqov MPM-in 64-cü maddəsinin tələbinə uyğun olaraq ona təqdim edilmiş fotoşəkillərdə və videogörüntülərdə əks olunmuş qızıllara baxaraq onların təxmini qiymətini müəyyən etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər sübut hesab etmir. Belə ki, sözügedən qızıl-zinət əşyalarının özləri olmadan onlar barəsində bu cür qiymətləndirmənin aparılması mümkün deyil və göstərilən qızıl-zinət əşyalarının çəkisinin fotoşəkil və videogörüntülər vasitəsilə müəyyən edilməsi ağlabatan deyil. Rəyin özündə də onun təxmini olması göstərilmişdir. Həmçinin, qeyd edilən rəy iddiaçının göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olması faktını da təsdiq etmir. İşdəki Salyan RPŞ TB-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 avqu st 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 19 yanvar 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X4 tərəfindən verilmiş ifadəyə iddiaçının anası olması səbəbindən tənqidi yanaşaraq, onu mötəbər sübut hesab etmir. Beləliklə, iş materialları ilə tələb edilən qızıl-zinət əşyalarının iddiaçının mülkiyyətində olması və cavabdehin qanunsuz sahibliyində olması halı öz təsdiqini tapmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həmin qızılları götürdüyünü etiraf etmişdir. Lakin həmin qızılların ona hədiyyə olunduğunu da demişdir. Bu zaman ona sual verildi ki, əgər qızıllar ona hədiyyə idisə niyə əvvəldən ərinə özü götürdüyünü bildirməmişdir. Bu suala cavab verilməmişdir. İkinci növbədə isə o qızılların şəklini gətirib göstərib ki, bu uşaqlara alınan qızıldır. Hətta şəkildən də aydın görünür ki, kişi üzüyünü uşağa hədiyyə kimi qələmə vermişdir. Sonra isə cavabdeh qızılların ona toy ərəfəsində alındığını bildirmişdir. Bu zaman məhkəmə sübut təqdim edə biləcəyini soruşdu və o cavabında yox bildirdi. Tam aydın olunmuşdur ki, qızıllar iddiaçının isti fadəsində olmuş və onun tərəfindən yığılmışdır. Buna baxmayaraq məhkəmə qətnamə qəbul edərkən bunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-p rosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-754/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar