Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3436/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 may 2024-cü il tarixli, 2(104)962/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1. 10 noyabr 2009-cu il tar ixli AR-№ 084334 saylı etibarnaməyə əsasən Gəncə şəhəri 5-ci dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2008-ci il tarixli 7E-10-2712 №-li etibarnamə əsasında Gəncə şəhəri, S.İ.Xətai pr, ev 90, mən.93-də yaşayan X11 tərəfindən etibar edilmiş Gəncə şəhəri, Bayan küç, 1-dön, ev 14-də yaşayan Gəncə ŞPİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZE No 00337425 No-li şəxsiyyət vəsiqəsi olan X4 həmin etibarnamə ilə “Daşkəsən şəhəri, S. Vurğun küç, ev 14A, mən. 5-də yaşayan (Cavabdeh1 DT və XK-nin Gəncə şəhər şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli 1064 qeydiyyat nömrəli -Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən - Məmmədov N.İ oğluna məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində - yerləşən 400.0 kv.m torpaq sahəsinin və orada tikilmiş evin DƏDRX-nin Gəncə şəhər Əra zi İdarəsindən Reyestrdən Çıxarışını, Forma 1-ni almağı, həmin sənədləri aldıqdan sonra torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə 12 oktyabr 2018-ci ilədək qüvvədə olmuşdur.
2. X3 (bundan sonra iddiaçı) ilə Cavabdeh2 (bundan sonra cavabdeh) arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 doğulmuşdur.
3. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(125)-307/2022 saylı qətnaməsinə ilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması, tər əflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları X1 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh2 X1 xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
4. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.20 kv.m olan bağ evi (bundan sonra mübahisəli ev) **********85-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 (bundan sonra cavabdeh həmdə digər cavabdehin atası) adına qeydə alınmışdır.
5. Birgə nikah dövründə iddiaçı, uşaqları və Cavabdeh2 mübahisəli evdə yaşayaraq qeydiyyarda olmuşlar.
6. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan X7 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə xx.xx.2021-ci il tarixdə gəlini Sədaqət İsmayılovanın və onun atası Çərkəzin onun evinə daxil olub özünə məxsus qızıl-zinət əşyalarını, 5000 manat pulunu oğurlayıb aparmaları barədə məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci(cinayət hadisəsi olmadıqda) maddəsi ilə rədd edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/26 119/2023 nömrəli arayışa əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsi, məhəllə-8, sahə 23 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-290 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X11 tərəfindən Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2018ci il tarixli, **********85 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən çıxarışa və razılaşdırılmış layihəyə əsasən torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.2 kv.m (tikili “A”-da ümumi sahəsi 93.2 kv,m, yaşayış sahəsi 43.7 kv.m, köməkçi sahəsi 49.5 kv.m, üç yaşayış otağı) olan bağ evinə dair ünvanı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 göstərilməklə xx.xx.2019-cu il tarixli, **********85-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013- cü il tarixdə anadan olmuş X6 ilə birlikdə Cavabdeh1 adına olan mübahisəli evə köçürülməsinə və həmin yaşayış sahəsindən onlara istifadə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbini işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mübahisəli evi oğlu Cavabdeh2 ailəsi ilə yaşaması üçün onlara tikdirmiş və həmin evdə həmişə onların ailəsi yaşamışdır. 2010-cu il noyabrın 10-da ona toy edilərək həmin evə gəlin köçürülmüşdür. Onun uşaqları da, həmin evdə yaşayarkən doğulmuşlar. O, gəlin gələrkən evin sənədi qaydasında olmamışdır. Mübahisəli evin çıxarışına və razılaşdırılmış layihəyə əsasən torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93,2 kv.m. olan bağ evinə dair ünvanı ünvan 5lnız xx.xx.2019-cu il tarixli, **********85-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən də o, gəlin gələrkən nikah müqaviləsi bağlaya bilməmişdir. Ona görə də, ona münasibətdə Mənzil Məcəlləsinin 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin qaydaları tətb iq edilməlidir. Onlar mübahisəli evdə qeydiyyatdadırlar, həm də evdə yaşayırlar. Onun bütün cehiz əşyaları da həmin evdədir. Ona görə də onların həmin evdə istifadə hüquqları tanınmalıdır. Odur ki, himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 ilə birlikdə Cavabdeh1 adına olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 saylı evə köçürülməsinə və həmin yaşayış sahəsindən onlara istifadə hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdehlər iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdirlər ki, mübahisəli ev xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. Odur ki, iddiaçının həmin evə dair istifadə hüququ olmamışdır. İddiaçı İ cavabdehlər Cavabdeh1 v ə Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6065/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev ) iddia təmin olunmamışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən yaşamaq hüququ olmadığına görə subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyara malik olmamışdır. Bu da onu deməyə əsas vermişdir ki, iddiaçının bütövlükdə hazırkı tələblə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. Qeyd edilənlər baxımından iddia əsassız olduğundan təmin edilməməlidir.
13. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, çıxarışa və razılaşdırılmış layihə yə əsasən torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.2 kv.m (tikili “A”-da ümumi sahəsi 93.2 kv,m, yaşayış sahəsi 43.7 kv.m, köməkçi sahəsi 49.5 kv.m, üç yaşayış otağı) olan bağ evinə dair ünvanı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 göstərilməklə xx.xx.2019-cu il tarixli, **********85-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
14. Məhkəmə onuda qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildə 2010-cu ildən yaşamağa başladığından və həmin mənzilə dair aralarında münasibətlər 2010-cu ildə yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4- cü maddəsinin müddəaları tətbiq edilməlidir.
15. Məhkəmə iddiaçının uşaqları ilə birlikdə Cavabdeh1 məxsus mübahisəli fər di yaşayış evinə köçürülmə tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsində yaşamaq hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab etmişdir ki, iddia tələbi əsaslı deyildir.
16. Belə ki, iddiaçının izahatından göründüyü kimi iddiaçı 2011-ci ildə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
17. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(125)-307/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə X3 arasında xx.xx.2011- ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Mübahisəli ev Cavabdeh1 mülkiyyətində olduğundan iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri sırasına daxil deyildir. Ona görə də, məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmamışdır.
18. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2010-cu il tarixdə köçdüyündən, 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı mübahisəli mənzilə münasibətdə evdən istifadə hüququna malik olmasını təsbit etdiyi şəxslərin dairəsinə daxil olmadığından iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etmək hüququ mövcud deyildir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 27.11 2023-cü il tarixli, 2(125)-6065/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılmışdır.
22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdilər ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə nikahlarını qeyd etdirmiş və iddiaçı qeydə alınmayan mübahisəli evə gəlin köçmüşdür. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.20 kv.m olan həmin bağ evi Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********8511301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə cavabdehin atası Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçının həmin evə dair istifadə hüququ olmamışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edilərək, apellyasiya şikayətinin təmin edilməməsini və mübahisəli qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)962/2024 nömrəli qətnaməsi ilə (hakim Loğman Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İslam Həsənovdan və Şamil Rzaquliyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6065/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yaranmış olduğundan, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.
25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü dairəsinə daxil deyildir. O, 2010-cu il tarixdə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzər də tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını verməmişdir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı Cavabdeh1 ailə üzvü deyildir və o, mülkiyyətçi olmayan Cavabdeh2 ailə üzvü olmuşdur ki, hazırda isə onların ailə münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlarda n tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
27. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30, 30.1, 30.2, 230.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 218.1, -ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-962/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Kon stitusiyasının 43-cü, Mülki Məcəllənin 228.1 və 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələri pozulmuşdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının özbaşına tikiliyə köçən zaman 2010-cu il olmuşdur. Həmin dövrdə evin hüquq müəyyənedici sənədləri olmamışdı, ev özbaşına tikili olmuşdur. 2018-ci ildə evə dair sənədlər alınmış və cavabdehin razılığı 2019-cü ildə iddiaçı uşaqları ilə birlikdə 2010-cü ildən yaşadığı evə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyas tərəfindən bütün bunlar nəzərə alınmamışdı.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və on un saxlanmasını təmin etməyə borcludurlar.
35. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası M ülki Məcəlləsi
36. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
37. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvl əri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həya ta keçirilir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 233.3. Qə tnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır. Kassasiya baxışının hədləri
49. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir k i, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən ay dın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gə ncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının, 2(104)-962/2024 nömrəli, 30 may 2024 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.