Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3438/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(004)577/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş “hərracın nəticələri haqqında” 04 avqust 2021-ci il tarixli, YP seriyalı 139 nömrəli protokolun ləğv edilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(004)-577/2022 nömrəli qətnaməs i ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələri barədə protokolunun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə mə hkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
5. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayə ti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
6. Belə ki, iddiaçı işin faktiki hallarına istinad etməklə, kassasiya şikayətinə maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60, 71, 125, 129-cu, İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 1, 6 və 13-cü maddələri, Mülki Məcəllənin 1, 6, 14, 16, 17, 21, 152, 319, 415, 416, 425, 560-cı, “İcra haqqında” Qanunun 45, 49, 51, 53, 61, 62-ci və sair maddələrinin, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 9, 14, 50.3, 76, 77, 88, 97, 102, 217.1 və 418.1-ci maddələrinin dispozisiyalarını köçürmüşdür. Lakin kassasiya şikayətinin məzmununda maddi və prosessual hüquq normalarının pozuntusunun hazırki işdə konkr et nədə ifadə olması, mübahisəyə aidiyyəti göstərilməmişdir.
7. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPMin 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur.
8. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti q eyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.