Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3443/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-3443/2023 Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-533/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 okt yabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 08.04.2021-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə (bundan sonra – müqavilə) Cavabdeh (bundan sonra – cavabdeh) tam mülkiyyət hüququ ilə ona məxsus olan Balakən rayonu Gərəkli kəndində yerləşən, ümumi sahəsi 80.3 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0.1042 ha olan torpaq sahəsini (bundan sonra – mübahisəli əmlak) İddiaçı (bundan sonra – iddiaçı) 30000 manata satmışdır.
2. Mübahisəli əmlak xx.xx.2021-ci il tarixdən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək mübahisəli əmlakın cavabdeh tərəfindən ona məcburi təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, müqavilə bağlanarkən cavabdeh dərhal evi ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin bu günə kimi cavabdeh evi təhvil verməmişdir.
5. Cavabdeh qarşılıqlı iddia verərək, ilk iddia tələbinin rədd edilməsini, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Balakən Rayon Məhkəməsinin e-2(019)-177/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Hümbət Səlimov) qarşılıqlı iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır.
7. Balakən Ra yon Məhkəməsinin e-2(019)-177/2023 nömrəli iş üzrə 15 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin əmlakı iddiaçıya satmaqla ona olan hüquqlarını itirmiş, buna baxmayaraq iddiaçının oradan istifadə etməsinə imkan verməyərək, onun mülkiyyət hüququnu pozmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, eləcə də Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə ödəməli olduğu 30000 manat məbləğində pulu ödəmədiyi üçün, evi ona təhvil verməmişdir. İddiaçı evin məcburi təhvil verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edəndə, o, hüquqlarının pozulduğunu başa düşmüş və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qarşılıqlı iddianın ic raata qəbul edilməsi ilə bağlı prosessual normaların tələblərini pozmuşdur.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-533/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədlinin sədrliyi və məruzəsi ilə, Ələddin Məcidov və Elçin Mehdiyevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 30000 manat evin dəyərinin ona ödənmədiyi barədə şikayətin dəlili işdə olan müqavilə ilə təkzib olunur.
14. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, əgər iddiaçı cavabdehdən satılmış evlə bağlı 30000 manatı almamışdırsa, bunu məhkəmə qaydasında mübahisələndirə bilər.
15. Apellyasiya şikayətinin qarşılıqlı iddia ilə bağlı dəlilinə gəldikdə məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin surətini almış, bundan 2 ay 4 gün sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsi ilə nəzərdə tutulmuş 20 günlük müddəti ötürmüş, eləcə də qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina ilə bağlı məhkəmənin qərardadını mübahisələndirməmişdir.
16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 157.4-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 154.1, 155.1-ci maddələrinə istinad edərək əs aslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbnin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi üzrə 30000 manat pulun cavabdehə ödənilmiş olması qənaətinə gələn məhkəmə kollegiyası, sözügedən müqavilə üzrə notariat işini tələb etməmiş, mövqeyini əsaslandırarkən hər hansı ödəniş qəbzinə, yaxud bankdakı kamera görüntülərinə istinad etməmişdir.
19. Kassator hesab etmişdir ki, notariat işi və bankdan ödəniş qəbzinin əsli tələb edilməli, xəttşünaslıq ekspertizası keçirilməli və onların nəticəsinə əsasən qərar qəbul edilməli olduğu halda, məhkəmə kollegiyası qanunvericiliyin tələblərini pozmuş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 428.4, 442, 443.1, 443.6, 445.2.1, 448.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və az adlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
23. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər... Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 15 7.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
31. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
32. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi cavabdeh tərəfindən iddiaçıya satıldığından və iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından cavabdehin həmin evə mülkiyyət hüquqlarına xitam verilmişdir. Alqı-satqı müqaviləsinə əsasən də satıcı müqavilə üzrə satdığı evi alıcıya təhvil vermək öhdəliyi daşıyır.
44. Kassasiya şikayətinin alqı-satqı müaviləsi üzrə satış qiymətinin ödənilməməsi dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış, dəyəri aıcıya verilməsi üçün notariusun depozit hesabına köçürülmüşdür, həmin əmlakın dəyərinin ödənilməməsi ilə bağlı cavabdehin müqavilənin ləğvinə dair qarşılıqlı iddiası icraata qəbul edilməmişdir, cavabdehin müstəqil qaydada məhkəmədə iddia verməsi barədə isə iş materiallarında hər hansı sübut mövcud deyildir. Buna görə, də həmin dəlillərin hazırkı iddia çərçivəsində araşdırılması mümkün deyildir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)533/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.