Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3449/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı qarşı iddia tələbinə, Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın yolverilənliyi (mümkünlüyü), iddianın predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(10 5)-752/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları «xxxx» ASC ilə Cavabdeh arasında bağlanılmış 27 may 2010-cu il tarixli, 4772 saylı Kredit müqaviləsinə əsasən kredit verən kreditalana 24 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 500000 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azər baycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış «Tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli Müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-in Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən «xxxx» ASC tərəfindən borcalan Cavabdeh qarşı bütün hüquqlar İddiaçı QSC-yə ötürülmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1262 saylı, 14.02.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Təhvil verilən borc məbləği barədə arayışa əsasən Cavabdeh adına 198467 manat əsas, 364629,76 manat faiz borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (bundan sonra iddiaçı) Cavabde h (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 198467 manat əsas, 364629,76 manat faiz borcu, cəmi 563096,76 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 198467 manat, faiz borcu üzrə 364629,76 manat borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olun an kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş, həmin borcların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb edilmişdir. Lakin qeyd olunan öhdəlik cavabdeh tərəfindən bu günədək yerinə yetirilməmişdir. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə aralarında bağlanmış 27.05.2010-cu il tarixli 4772 saylı kredit müqaviləsi əsasında hesablanmış 563096,76 manat kredit borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə aralarında illik 16 faiz olmaqla 24 ay müddətində bağlanmış 500000 manat olan 27.05.2010-cu il tarixli kredit müqaviləsi tamamilə formal xa rakter daşıyır. Həmin dövrdə işə yeni qəbul olunduğu “İnter Textile” müəssisəsinin rəhbəri in göstərişi ilə onu və başqa işçiləri “xxxx” ASC-nin mərkəzi filialına aparmışlar. Onlara göstəriş verilmişdir ki, təcili olaraq sənədlərə qol çəksinlər. O, bu sənədlərin işə qəbulu ilə bağlı olduğunu düşünərək imzalamışdır. 19.05.2010-cu il tarixdə işə qəbul olunmuşdur. Bu sənədlərin kredit müqaviləsi olduğunu 08.05.2015-ci ildə uşağın müalicəsi üçün Gürcüstan Respublikasına gedərkən sərhəddə saxlandığı zaman bilmişdir. O Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilmiş və orada böyük məbləğdə krediti olduğunu demişlər. İş üzrə cinayət işi başlamış və şahid qismində dindirilmişdir. İş üzrə preyudusial əhəmiyyət daşıyan məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, həmin müqavilə formal xarakter daşıyıb, sadəcə görünüş üçün onun adına bağlanmışdır. Əslində isə pulu götürən onun özü olmamışdır. O sadəcə anlamadan müqaviləni imzalamışdır və heç bir pul məbləğini qəbul etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Almaz Süleymanova) 2(060)-1744/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin bir qayda olaraq konsensual müqavilə olmasını göstərir. Məhz mülki hüquqa görə kredit müqaviləsinin xarakteri - konsensual, iki tərəfli-qarşılıqlı öhdəlik yaradan, əvəzli olmasıdır. Qeyd olund uğu kimi kredit-borc müqaviləsinin konsensual müqavilə olması təkcə müqavilənin bağlanmasını deyil, həm də həmin müqavilədə nəzərdə tutulan vəsaitlərin müqavilə tərəfinə həqiqətən də verilməsini nəzərə tutur. Yəni kredit-borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün tərəflərin sazişindən əlavə həm də müqavilə predmetinin, hazırki halda pulun qarşı tərəfə verilməsi tələb olunur və məhz pulun verildiyi andan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. İlk görünüşdə tərəflər arasında kredit müqaviləsinin bağlanması ilə öhdəlik hüquq münasibətlərinin yarandığı müəyyən edilsə də, kredit müqaviləsinin predmetini təşkil edən pul vəsaitinin kreditor tərəfindən borcluya verilməsi məhkəmə araşdırması zamanı öz təsdiyini tapmadı. Məhkəmə tərəfindən kassa məxaric orderinin, kredit məbləğinin borc luya təhvil verilməsini və ya bank hesabına köçürülməsini təsdiq edən sübutların təqdim edilməsi təklif olunsa da, bununla bağlı məhkəmə heç bir sübut təqdim edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini formal mülahizələr hesab edərək şikayəti təmin etməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərə k apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxarkən işin halları araşdırılmamış və iş üzrə cinayətin əlamətlərin olub-olmamasını, qeyd olunan faktlarla bağlı cinayət prossesini həyata keçirən orqan tərəfindən hüquqi qiymət verilibverilməməsini müəyyən edilməmişdir. Bundan başqa birinci intansiya məhkəməsi qarşılqlı iddia tələbini təmin edərkən nəzərə almamışdır ki, həmin qarşılıqlı iddia ərizəsində 27.05.2010-cu il tarixdə 4772 saylı kredit müqaviləsinin etibarsızlığı irəli sürülməmişdir və bu tələb olunmadan məhkəmə kredit müqaviləsi üzrə hesablanmış kredit borcunun silinməsini təmin etmişdir. İşin hallarından və qarşılıqlı iddia ərizəsindən müəyyən edilir ki, cavabdeh tərəfindən 27.05.2010-cu il tarixdə, 4772 saylı kredit müqaviləsi imza edilmiş, borc öhdəliklərinin yaranması ilə bağlı məlumatlı olmuşdur. Qeyd edilənlər ilkin iddianın təmini üçün əsasdır. Lakin cavabdeh ilkin iddia tələbini ilə bağlı müxtəlif bəhanələr sadalamaqla kifayətlənmişdir. Məhkəmədə öz növbəsində iş üzrə kassa məxaric orderinin və ya kredit məbləğinin borcluya təhvil verilməsini təsdiq edən sənədin olmamasını əsas götürməklə ilkin iddia tələbini təmin etməmişdir. Halbuki, kredit müqaviləsinin hesabdan çıxarışdan müəyyən olunur ki, müxtəlif vaxtlard a kredit borcu ilə bağlı ödənişlər edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müv afiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Maddə 417.1 Kassasiya məhkəməsi işə b axarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçı nın əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İd diaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası mə hkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmələr ilk iddia tələbinin rədd edilməsi hisədə düzgün nəticəyə gəlmişlər. Belə ki, cavabdeh ilə «xxxx» ASC arasında bağlanılmış 27 may 2010-cu il tarixli, 4772 saylı kredit müqaviləsinin predmetini təşkil edən pul vəsaitinin kreditor tərəfindən borcluya verilməsi birinci instansiya məhkəməsi və apellyasiy a instansiyası məhkəməsinin araşdırmaları zamanı öz təsdiqini tapmamış, dəfələrlə təklif olunmasına baxmyaraq iddiaçı tərəf bu halı təsdiq edən sübutları (kassa məxaric orderi, kredit məbləğinin borcluya təhvil verilməsini təsdiq edən sənəd, kredit məbləğinin borclunun bank hesabına köçürülməsini təsdiq edən sənəd və sair) mhkəməyə təqlim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinin rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qeyd edilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin rədd edilməsi hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, qətnamə qarşılıqlı iddia tələbinin təmin olunması hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normat iv hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-nin 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdi qi üçün verilmiş olsun. MPM-nin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddia tələbi iddiaçının Bankla aralarında bağlanmış 27 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun silinməsi (öhdəlikdən azad etmə) ilə bağlıdır. Məhkəmə kollegiyası MPM-nin yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləği nin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə irəli sürdüyü iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Beləliklə, kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin dəyişdiri lməsi, silinməsi, yaxud pul öhdəliyindən tam və ya qismən azad edilmə barədə borclunun tələbləri müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Hazırki işdə iddiaçı cavabdehə qarşı istinad oluna kredit müqaviləsi üzrə borcun dənilməsini tələb edir. Cavabdeh də eyni zamanda eyni müqavilə üzrə borcun silinməsi barədə ayrıca iddia tələbi (qarşılıqlı iddia tələbi) irəli sürmüşdür. Hər iki iddia üzrə (ilk və qarşılıqlı iddialar) üzrə tərəflər, iddianın (etirazın) predmeti və əsasları üst -üstə düşmüş, işdə iştirak edən şəxslərin əsasən eyni olduğu hər iki iş eyni kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. İş üzrə iddianın əsasları qarşıqlı iddia üzrə etirazın əsaslarını, qarşılıqlı iddia üzrə iddianın əsası isə iddiaçının etirazının əsasını təşkil etmişdir. Birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini pozaraq kredit müqaviləsi üzrə borclu olan cavadehin qarşılıqlı iddiası üzrə müqavilə üzrə pul məbləğinin silinməsi tələbinə mahiyyəti üzrə baxmış və həmin hissə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yeri nə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin konkret işin hallarından asılı olaraq məhkəmə baxdığı bəzi tələblərə qiymət verərkən ayrıca iddia tələbi kimi ifadə edilməmiş, lakin iddianın əsasını təşkil edən məsələlər üzrə öz nəticələrini ifadə edə, hüquqi faktların mövcud olub-olmadığını müəyyən edə, hüquq və vəzifələri yaranmış və ya xitam olunmuş hesab edə bilər. Misal üçün borcun qaytarılması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır. Yaxud əmlakın qanunsuz sahiblikdən geri tələb olunması barədə iddia tələbinə baxarkən sahibliyin qanuniliyinə qiymət vermək üçün məhkəmə tərəflər arasında əqdin bağlanıbbağlanmadığına və ya bağlanmış əqdin etibarlı olub-olmadığına qiymət verməlidir. Bu zaman tərəflər arasında bağlanmış müqavilənin etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi üçün ayrıca iddia tələbinin irəli sürülməsi zəruri deyildir və həmin hala məhkəmə tərəfindən qiymət verilməsi iddia tələb indən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddianın predmeti də iddia tələbi ilə tam məhdudlaşmır və irəli sürülmüş tələblə ehtiva olunan, həmin tələbə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymət verilməsi üçün zəruri olan hüquq münasibətlərini əhatə edir. Qeyd olunanlara baxmayaraq işə baxmış apellyasiya instansiyası məhkəməsi MPMnin 261.0.1-ci maddəsinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmışdır. Ona görə qətnamə qarşılıqlı iddia tələbinin təmin olunması hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QS C Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-752/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunması hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verlsin. Qətnamə qalan hissədə, yəni ilk iddia tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.