Məhkəmə qərarları › İş №2(102)-345/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-345/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-345/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Allahverdiyev Qəhrəman Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ”xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)xxx/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx.xx.2018-ci il tarixli, 2(074)xxx/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05R000009031 saylı kredit razılaşması üzrə 65088.87 ABŞ dolları məbləğində kredit borcu, 22019.11 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 87207,98 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), 05KK000000124 saylı kredit razılaşması üzrə 4997.89 ABŞ dolları məbləğində kredit borcu, 673.45 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikd ə 5771,34 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla), hər iki müqavilə üzrə ümumilikdə 92979,32 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 29 A nömrəli binanın 63 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 82000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cəmi 92979,32 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh3 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 29 A nömrəli binanın 63 nömrəli mənzilinə tutulma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 fərdi yaşayış evinə istifadə hüququ itirilməsi, onun fərdi yaşayış evindən çıxarılmasn və fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1 keçirilmiş ekspertizanın dəyəri 200 manatın alınıb xxxx MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qaf arlı, F.Məmmədov, L.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(105)-xxx/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin ediləyərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-98/2018 nömrəli qətnaməsinin qismən-əsas və faiz məbləğinin tutulması və hərracda əldə edilmiş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-ci il tarixli, 03 saylı kredit razılaşması üzrə əsas kredit borcu 63362,36 ABŞ dollarının, faiz borcu üzrə 21134,42 ABŞ dollarının, cəmi 84.496,79 ABŞ dolları məbləğində pulun ödəniləc ək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla manat hesabının alınaraq İddiaçı QSCyə verilməsi, hərracda əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə məbləğin cavabdehlərdən ümumi qaydada tutulması hissəsində iddia tələbinin rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05R000009031 saylı kredit razılaşması 65088.87 ABŞ dolları məbləğində kredit borcu, 22019.11 ABŞ dolları məbləğində faiz borcu və 39560.84 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 126668,82 ABŞ dollarının, 05KK000000124saylı kredit razılaşması üzrə4997.89 ABŞ dolları məbləğində kredit borcu, 673.45 ABŞ dolları məbləğində faiz borcu və 4903.50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 10574,84 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 137243,66 ABŞ dollarıməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30manat məbləğində dövlət rüsumunun, ipoteka pr edmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatdövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 29 A nömrəli binanın 63 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 137243,66 ABŞ dollarıməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatdövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavab deh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulması, Bakı şəhəri,ünvan 1 ünvanında yerləşən29 A nömrəli binanın 63 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzildən istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, torpaq sahəsinin, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili İsayev Emin Ağamməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş xx xxxx 2018ci il tarixli ekspert rəyində ünvan 1 ünvanında yerləşən 29 A saylı evin 63 saylı mənzili bazar qiyməti 82.000 manat müə yyən edilmişdir. Apellyasiya evin ilkin satış qiyməti barədə etirazı diqqətə almamış və buna qiymət verməmişdir. Qeyd edilən rəydə ipoteka predmeti olan əmlakın infrastruktur baxımdan zəif inkişaf etmiş ərazidə yerləşdiyi, gedişgəliş yolları və şəhər nəqliyyatı ilə təminatının qənaətbəxş olduğu qeyd edilmişdir. Ümumilikdə ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili İsay ev Emin Ağamməd oğlu, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ”xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-xxx/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin əsas və faiz borcu hissəsində ləğv edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7106 saylı xx xxxx 2019-cu il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2013-ci il tarixli 03 saylı kredit razılaşması üzrə cavabdeh1in xx.xx.2017-cı il tarixə (maliyyə arayışında borc hesablanan tarixə) olan borcu 84.496,79 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 63362,36 ABŞ dolları, faiz borcu üzrə 21134,42 ABŞ dolları təşkil edir. Eyni zamanda xx.xx.2013-cü il tarixli kr edit müqaviləsi üzrə cavabdeh1 xx.xx.2017-ci il tarixə 5.671,34 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 4997,89 ABŞ dolları, faiz borcu üzrə 673,45 ABŞ dolları təşkil edir. Qeyd etmək lazımdır ki, işə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borcun və ona hesablanmış faiz məbləğinin xx.xx.2013-ci il tarixli 03 saylı kredit razılaşması üzrə xx.xx.2017-cı il tarixə (maliyyə arayışında borc hesablanan tarixə) olan borc 84.496,79 ABŞ dolları, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə isə xx.xx.2017-ci il tarixə 5.671,34 ABŞ dolları məbləğində müəyyən edilmişdir.. Lakin iddiaçı cavabdehlərdən borcu tələb edərkən bunu nəzərə alm amışdır. Həmçinin apellyasiya kollegiyası qeyd etmişdir ki, hərracda əldə edilmiş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə məbləğ cavabdehlərdən ümumi qaydada tutulması hissəsində isə iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası iddia tələbi bu hissədə qeyri müəyyən olduğundan təmin edilə bilməz. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni qalan hissədə dəyişdirməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq n ormasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş gör məli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildiriş in surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar