Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3451/2023 03.08.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-781/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, İddiaçı miras payı olaraq qaramal və davarın mənimsənilməsindən 36.800 və maşının mənimsənilməsi ndən 40.554 manat olmaqla, cəmi 77.354 manat pulun 4 nəfər qanuni vərəsələr arasında bölüşdürülməsindən ona çatası 19.338,5 manat pulun müştərək qaydada bərabər şəkildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 alınmaqla ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov) iddia qismən təmin edilərək, mərhum X3 miras qalmış 8 baş inək, 16 qoyun və 8 quzudan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada hər birinin dəyəri 1.150 manat olan 2 baş inək, hər birinin dəyəri 200 manat olan 4 baş qoyun və hər birinin dəyəri 200 manat olan 2 baş quzu naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla alınaraq İddiaçı verilməsi qət olunm uşdur. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(064)-221/2023 nömrəli qətnaməsinin mərhum X3 miras qalmış “16 qoyun və 8 quzudan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınsın, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada hər birinin dəyəri 200 manat olan baş qoyun və hər birinin dəyəri 200 manat olan 2 baş quzu naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməsi və mərhum X3 miras qalmış “45 qoyundan ibarət əmlakın ¼ hissəsinə İddiaçı vərəsəlik payının tanınması,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada hər birinin dəyəri 200 manat olan 11 baş qoyun naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla, həmçinin 1 qoyunun dəyərinin ¼-i olan 50 manat alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilməməsi qət olunmuşdur. Cavabdehlər birinci instansiyası məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmişlər.Bu da onu göstərir ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışlar.Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilən hissəsində cavabdehlərdən müştərək qaydada hər birinin dəyəri 200 manat olan 4 baş qoyunun naturada, bu mümkün olmadıqda isə dəyərinin ( yəni qoyunlara görə 800 manatın) pulla alınaraq İddiaçı verilməsi qət olunduğu halda, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən müştərək qaydada hər birinin dəyəri 200 manat olan 11 baş qoyunun naturada və ya bu mümkün olmadıqda isə dəyərinin pulla, həmçinin 1 qoyunun dəyərinin ¼-i olan 50 manatın (yəni qoyunlara görə 2250 manatın) alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi qoyunlara münasibətdə 4 qoyunun və ya onların dəyəri olan 800 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsini qət etmiş və cavabdehlər apellyasiya şikayəti verməməklə bununla razılaşmış, apelyasiya instansiyası məhkəməsi isə 11 qoyunun və ya onların dəyərinin-2200 manatın və 1 qoyunun dəyərinin ¼-i olan 50 manatın (yəni qoyunlara görə 2250 manatın) alınaraq İddiaçı verilməsini qət etmişdir.Belə olan təqdirdə cavabdehlərin razılaşmadıqları məbləğ 1450 manat (2250-800=1450) olur ki belə olan təqdirdə apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır.Belə olan təqdirdə iş üzrə cavabdehlərin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-781/2023 saylı iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3451/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3451/2023
03.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver