Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3452/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh XXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3452/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 23 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahvedizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı ASC-nin vəkili X8 oğlunun, Cavabdeh Şeruyə qızının vəkilim Vəkil iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2599/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Şeruyə qızının kassasiya şikayətinə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə bağlanmış 21.07.2011-ci il tarixli, 549 AİF saylı kredit kredit müqaviləsinə əsasən Rəsulovaya Elnurə Şeruyə qızına mənzil alınması üçün 300 ay müddətinə, illik 8 faizlə 43000 manat kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi “alqı-satqı və ipoteka müqaviləsi” əsasında Cavabdeh Şeruyə qızı ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 57,84 kv.m, yaşayı ş sahəsi 45,94 kv.m olan 3 saylı mənzil əldə edərək, bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. İpoteka predmetinin qiyməti 60000 manat müəyyənləşdirilmişdir. 4. 28.09.2011-ci il tarixli İpoteka Kağızına əsasən "xxxx" ASC sözügedən kredit müqaviləsi üzrə öz tələblərini Azərbaycan İpoteka Fonduna, Fond isə 21.05.2018-ci il tarixdə həmin ipoteka kağızı üzrə öz tələblərini İddiaçı ASC-yə vermişdir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh Şeruyə qızına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən bankın xeyrinə 21 iyul 2011-ci il tarixli 549 AİF saylı kredit müqaviləsi üzrə 38469,54 manat əsas, 1905,05 manat faiz borcu, 1111,61 manat məbləğində cərimə olmaqla, cəmi 41 486,20 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh Şeruyə qızına məxsus olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 57,84 kv.m, yaşayış sahəsi 45,94 kv.m olan 3 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh Şeruyə qızının kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun banka ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəl dikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Şeruyə qızının həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh Şeruyə qızından tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21.07.2011-ci il tarixli, 549 AİF saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh Şeruyə qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.
7. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edil məsinə baxmayaraq, cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.
8. Borc məbləği 13 iyul 2018-ci ilə hesablanıb.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 385.1, 427.3, 442, 445.1, 445.2.1, “İpoteka haqqında” Qanunun 34.1.1, 37.2, 39.1, və 59.3-cü maddələrinə istinad etmişdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
11. İddiaçı digər tələblər yerində qalmaqla borc məbləğinə dair iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06 dekabr 2018-ci il tarixinə Cavabdeh Şeruyə qızından İddiaçı ASC-nin xeyrinə 38.469,54 manat məbləğində əsas, 3127,53 manat məbləğində faiz, 4854,96 man at məbləğində cərimə borcu olmaqla cəmi 46452,03 manatın borcun tutulmasını xahiş etmişdir.
12. Binəqədi rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında cavabdehin 06 dekabr 2018-ci ilə borcunun məbləği və ipoteka predmetinin likvid dəyəri barədə suallar qoyulmuşdur. 13. "xxxx" MMC-nin 14 mart 2019-cu il tarixli rəyinə əsasən mənzilin likvid dəyəri 60000 manatdır.
14. Mühasibatlıq ekspertizasının aparılmasından imtina edilir.
15. İddiaçı digər tələblər yerində qalmaqla borc məbləğinə dair iddia tələbinin həcminin artırılması barədə təkrar ərizə ilə məhkəməyə müraciət edərək, 21 may 2019-ci il tarixinə Cavabdeh Şeruyə qızından İddiaçı ASC-nin xeyrinə 38469,54 manat əsas, 4538,09 manat faiz borcu, 8600 manat məbləğində cərimə olmaqla, cəmi 51607,63 manatın borcun tutulmasını xahiş etmişdir.
16. Binəqədi rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdehin 21 may 2019-cu ilə borcunun məbləği barədə sual qoyulmuşdur.
17. Məhkəmə Ekspertiza Mərkəzinin 30.07.2019-cu il tarixli, 11217 saylı ekspert rəyinə əsasən Cavabdeh Şeruyə qızının 21.05.2019-cu il tarixinə banka 38.469,54 manat əsas, 4.538,08 manat faiz borcu yaranmışdır.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2019 nömrəli, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şeruyə qızından 38469,54 manat əsas, 4538,08 manat faiz borcu, 3600 manat məbləğində cərimə olmaqla cəmi 46607,62 manat məbləğində borcun, habelə 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh Şeruyə qızının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh Şeruyə qızına qaytarılması, hərraca çıxarılarkən Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh Şe ruyə qızından tutulması, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh Şeruyə qızı həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 75 manat məbləğində pul vəsaitinin Cavabdeh Şeruyə qızından tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. (hakim Fuad Abdiyev)
19. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh Şeruyə qızı arasında bağlanmış 21.07.2011-ci il tarixli, 549 AİF nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh Şeruyə qızına 300 ay müddətinə illik 8 faizlə 43.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Şeruyə qızı "xxxx" ASC-dən həmin məbləğdə pulu qəbul etmiş və həmin kredit müqaviləsi üzrə müəyyən edil miş qaydada və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğinin, ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edə bilməmiş və nəticədə Banka borcu yaranmışdır. 28.09.2011-ci il tarixli, DYB-İP nömrəli, 000662 saylı İpoteka Kağızı üzrə 09.12.2011-ci il tarixində qeydə alınmış tələblərin ötürücü yazısına əsasən “DəmirBank’’ ASC öz tələblərini Azərbaycan Respublikası Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fonduna, 21.05.2018-ci il tarixində isə Fond həmin ipoteka kağızı üzrə öz tələblərini İddiaçı ASC-yə vermişdir. Bununla da ipoteka kağızının qanuni sahibi İddiaçı ASC olduğundan İddiaçı ASC-nin əsas öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Bununla bağlı İddiaçı ASC tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq yaranmış borc məbləği haqqında məlumat verilməklə, borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun tam şəkildə qaytarılmasının təmin edilməsi üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bir nəticə əldə edilməmişdir.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Şeruyə qızı müqavilə şərtlərini pozduğundan onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
21. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iş üzrə təyin edilmiş məhkəmə-muhasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh Şeruyə qızından həmin rəylə 21.05.2019-cu il tarixinə hesablanmış 38.469,54 manat məbləğində əsas və 4.538,08 manat məbləğində faiz borcu İddiaçı ASCnin xeyrinə tutulmalıdır.
22. Birinci instansiya məhkəməsi hesablanmış 8.600 manat cərimə məbləğini 3.800 manata endirmişdir.
23. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə b ağlı belə qənaətə gəlmişdir ki, ipoteka predmeti hərraca çıxarılarkən onun ilkin satış qiyməti kimi "xxxx" MMC-nin hesabatı əsas götürülməlidir. Həmin hesabatda da ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) dəyəri 60.000 manat məbləğində müəyyən edilib.
24. Birinci instansiya məhkəməsi bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun cavabdehdən tutulması hissəsində isə iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, həmin tələblə bağlı sübut təqdim edilməyib.
25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.4 317.1, 319.1, 319.6, 385.1, 386.1, 442, 445.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 739.2, 743, 1078-2.1, 10782.4-cü, “İpoteka haqqında” Qanunun 17.2.2, 20.1,20.2,20.3, 33, 34.1, 36.1, 36.3, 39.3, 39,47.4 və 59.3.1, 59.4-cü maddələri ilə əsaslandırmışdı r. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh Şeruyə qızı apelyasiya şikayəti verib, iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etməklə yeni qərar çıarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri: - işə cavabdehin iştirakı olmadan baxılıb; - hesablanmış faiz və dəbbə borcu yüksəkdir; - ipoteka predmetinin 60000 manat qiymətləndirilməsi düz olmayıb.
28. Apellyasiya baxışında 05 mart 2020-ci il tarixli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilərək, ipoteka predmetinin hazırki bazar dəyəri barədə ekspert qarşısında sual qoyulur. 29. "xxxx" MMC-nin ekspert rəyi ilə ipoteka predmetinin bazar qiymətinin 70 000 (yetmiş min) manat olması müəyyən edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2599/2020 nöm rəli iş üzrə 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-942/2029 saylı iş üzrə 12 sentyabr 2019-cu il tarixli qətnaməsi “Cavabdeh Şeruyə qızından 3600 manat cərimə borcunun tutulması və Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiymətinin 60 000 manat müəyyən edilməsi” hissələrində dəyişdirilmiş, Cavabdeh Şeruyə qızından İddiaçı ASC-nin xeyrinə 500 (beş yüz) manat cərimə borcunun tutulması, Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 18 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elnur Həsən ov (sədrlik edən və məruzəçi), Vidadi Sadıqov və Fuad Babayev)
31. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, apellyasiya şikayətində faiz, cərimə borcu və əmlakın qiyməti mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsini qətnaməsi həmin hissələrdə yoxlanır.
32. Apellyasiya instansiyası işin müəyyən olunmuş hallarına əsasən vurğulayıb ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Mülki qanunvericiliyin öhdəliyin icrası ilə bağlı normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsin də cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
33. Apellyasiya instansiyası apellyatorun faiz borcunun azaldılmalı olması ilə bağlı dəlilini əsassız hesab edib və bunu onunla əsaslandırıb ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, məhkəmənin müəyyənləşdirdiyi faiz məbləği isə ekspert rəyi əsasında hesablanmışdır.
34. Bununla belə, apellyasiya instansiyası qeyd etmişdir ki, 8600 manat cərimə məbləğinin 3600 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
35. Bu məbləği ədalətli hesab edərkən apellyasiya instansiyası borcalanın aldığı kredit borcundan xeyli hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə almışdır.
37. Apellyasiya instansiyası məhkəməsi apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsaslı hesab edib və apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-texniki ekspertizasının rəyinə uyğun olaraq ipoteka predmetinin bazar qiymətinin 70 000 (yetmiş min) manat müəyyən edilməsi qənaətinə gəlmişdir.
38. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
39. Apellyasiya instansiyası həmçinin qeyd etmişdir ki, məhkəmə iclasları haqqında ona rəsmi məlumat verilməməsi barədə apellyatorun apellyasiya şikayətinin dəlili iş materialları ilə təkzib olunur. Belə ki, iş mate riallarından cavabdehin qeydiyyatda olduğu ünvana bildirişlər göndərildiyi, lakin bildirişlərin “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur; qeydiyyatda olduğu ünvanda yaşamamasının məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh Şeruyə qızı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh ipoteka predmetinin qiyməti və borcun məbləği ilə razı deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 42 Kas sasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
43. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şeruyə qızının vəkili Vəkil kassassiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
44. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin vəkili X8 oğlu kassassiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməl i, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənas übsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat miqdarında dəbbə pulu alınmalıdır. “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
46. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktını ipoteka predmetinin qiyməti və borcun məbləği hissəsində mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
49. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
50. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
51. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin qiymətini, faiz və cərimə borcunu mübahisələndirərək, aşağı olduğu üçün ipoteka predmetinin qiymət ilə razı olmadığını, faiz və cərmə məbləğlərinin yüksək olmasını bildirmişdir.
52. İşdən görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən 3600 manat cərimə məbləğini 7 dəfədən çox azaldıb 500 manat müəyyən etmiş, ipoteka predmetinin qiymətini də yeni qiymətləndirmə rəyinə əsasən artırıb 70000 manat müəyyən etmişdir.
53. Cavabdehin faiz borcu ilə bağlı dəlilini isə apellyasiya məhkəməsi əsasız saymışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 33-cü bəndində qeyd edilən həmin dəyərləndirməsi ilə razılaşır və bununla bağlı əlvaə şərhə zərurət göprmür.
54. Eləcə də cərimə borcunun silinməsi barədə apellyasiya şikayətinin dəlillərinə verilən qiy mət (hazırki qərarın 38-ci bəndi) qanunvericiliyin tələbinə uyğun olmuşdur.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdırş.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2599/2020 nömrəli iş üzrə 23 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.