Məhkəmə qərarları › İş №2(102)-3452/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3452/2022

12.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3452/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 açıq səhmdar cəmiyyətinə və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4 və X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi, yaşayış sahəsinə istifadə hüququnun itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4 və X8 qarşı mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-349/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşi n halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdeh X2 xx.xx.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 209233,85 ABŞ dolları əsas borc, 80769,14 ABŞ dolları faiz (90788,8 ABŞ dolları faiz borcundan xx.xx.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 16987,52 manat, yəni xx.xx.2019-cu il tarixə olan məzənnəyə uyğun olaraq 9992,66 ABŞ dolları çıxılmaqla) və 997,01 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 291000 (iki yüz doxsan bir min) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ‘Muğanbank” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ipoteka ilə y üklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2A nömrəli evin ümumi sahəsi 79,32 kv metr, yaşayış sahəsi 6332 kv metr, yardımçı sahəsi 16,0 kv metr olan 4 otaqlı 29 nömrəli mənzilinə və cavabdeh X5 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinə yönəldilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2A nömrəli evin 29 nömrəli mənzilin ilkin satış qiyməti bazar dəyəri 155000 (yüz əlli beş min) manat, likvid dəyəri 145000 (yüz qırx beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, cavabdeh X5 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəs ində yerləşən 0,10 hektar torpaq sahəsinin ilkin satış qiyməti bazar dəyəri 75000 (yetmiş beş min) manat, likvid dəyəri 67000 (altmış yeddi min) manat müəyyən edilməklə açıq hərracda satılması, torpaq sahəsi satıldıqdan bir ay sonra cavabdeh X5 arvadı ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC ilə borcalan X11 və ipoteka qoyan X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C gir işi, 4 otaqlı 9 nömrəli mənzilinin üzərində olan ipotekaya xitam verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

2. Hərracın keçirilməsi barədə 147 nömrəli, xx.xx.2020-ci il tarixli və 237 nömrəli xx.xx.2020-ci il tarixli bildirişlərə əsasən tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. 3. “Market” qəzetinin xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixli buraxılışlarında ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzil "xxxx" MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. 4. "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 279 nömrəli 13 mart 2020-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə təklifə əsasən hərraclar baş tutmadığına görə ünvan 1 ünvanında yerləşən 29 nömrəli m ənzilin satış qiyməti 98813 manat müəyyən olunmaqla Bank tərəfindən əldə olunması təklif olunmuşdur.

5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh1 ASC-nin adına 9 yanvar 2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə (bundan sonra – Bank) və "xxxx" MMCyə (bundan sonra – Hərrac Mərkəzi) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilin (bundan sonra – mübahisəli mənzil) açıq hərracdan satılması ilə bağlı 26 fevral 2020-ci il tarixdə və 11 mart 2020-ci il tarixdə keçirilən hərracın və həmin hərracın nəticələri olan “hərracın yekunları barədə” 19 mart 2020-ci il tarixli, 49/1 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın aiqı-satqısı barədə 19 mart 2020-ci il tarixli müqavilənin etibarsız hesab olunması və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, icra məmuru tərəfindən vəkilinə verilən şifahi məlumat əsasında ona məlum olmuşdur ki, icra məmurunun sifariş mək tubu əsasında mübahisəli mənzillə bağlı hərraclar keçirilmişdir. Bu məsələnin dəqiqləşdirilməsi üçün vəkil tərəfindən 25 avqust 2020-ci il tarixdə hərrac mərkəzinə sorğu göndərilmiş və sənədlər əldə edilmişdir. Həmin sənədlərdən görünür ki, hərrac mərkəzi icra şöbəsinin sifariş məktubunu aldıqdan sonra əmlakın hərracdan satılması üçün 26 fevral 2020-ci il tarixə mənzilin 155000 manat ilkin satış qiyməti ilə birinci hərrac, həmin hərrac baş tutmadığına görə isə 11 mart 2020-ci il tarixə mənzilin ilkin satış qiymətinin 15 % aşağı qiymətlə, yəni 131750 manatla təkrar hərrac təyin etmişdir. Lakin 11 mart 2020-ci il tarixə təyin edilmiş təkrar hərrac da baş tutmamış və bundan sonra hərrac mərkəzi tərəfindən 13 mart 2020-ci il tarixdə Banka 279 nömrəli məktub göndərilərək əmlakın əldə edilməsi b anka təklif olunmuşdur. Həmin təklif bank tərəfindən qəbul edilmiş, hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, Y-49/1 №li protokola əsasən mübahisəli mənzili ilkin satış qiyməti 155000 manat, son satış qiyməti 98813 manat qiymətləndirilmiş, hərrac Mərkəzi tərəfindən açıq hərraca çıxarılmışdır. Hərracın yekunları üzrə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən mənzil Bank tərəfindən 98813 manata əldə edilmişdir. Hərrac mərkəzi tərəfindən hərraclar onun hüquqlarının pozulması ilə keçirilmişdir. Ona görə ki, bu hərracların heç birindən xəbəri olmamış, hərraclarda iştirakı təmin edilməmiş və əmlakı əldə etmək üçün ona şərait yaradılmamışdır. Belə ki, hərrac mərkəz MMC tərəfindən ona 7 fevral 2020-ci il tarixdə göndərilən məktub 10 fevral 2020-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi i lə geri qayıtmış, 28 fevral 2020-ci il tarixdə göndərilən məktub isə 6 mart 2020-ci il tarixdə “Dadaşovaya çatır” qeydi yazılmaqla “Ələkbərov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin “Ələkbərov” soyadlı şəxsi tanımamış və belə bir qonşu və ya qohumu olmamışdır. Məktubun kimə təqdim edildiyi deyildir və ünvanına hər hansı məktub çatdırılmamışdır. Qeyd olunan mənzildə pasport qeydiyyatında olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Bu ünvana gələn bütün məktublar şəxsən və ya ailə üzvləri tərəfindən qəbul edilmişdir. Əgər həqiqətən də məktublar ünvanına göndərilsəydi, həmin poçt göndərişləri şəxsən və ya ailə üzvləri tərəfindən qəbul edilərdi. İş materiallarından məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixli, 2(004)-103/2019 nömrəli icra sənədi üzrə borcalan və ipoteka qoyan fərqli şəxslərdir, borcalan X5 götürdüyü kredit borcuna görə tutma iddiaçıya məxsus əmlaka yönəldilmişdir. Hərrac təşkilatı tərəfindən verilən sənədlərdən görünür ki, bildirişlər X9 təqdim edilməsinə baxmayaraq, ona çatdırılmamışdır. Halbuki, bu bildirişlərin ilk növbədə ona çaldırılması təmin edilməli idi. Çünki, mənzilinin satılıb-satılmamasından və ya hansı qiymətlə satılmasından Elnur Cabbarlıdan daha çox o, maraqlı olmuş, mənzillə bağlı aparılan əməliyyatlar onun əmlak mənafelərinə toxunmuşdur. Odur ki, əgər həqiqətən də hərraclar barəsində ona məlumat verilsəydi, hərraclarda mütləq iştirak edərək əmlakını əldə edərdi. Hərraclarda iştirak edə bilməməsi sadəcə mənzilinin əlindən çıxmasına deyil, eyni zamanda mənzilin olduqca aşağı qiymətlə bankın mülkiyyətinə keçməsinə səbəb olm uşdur. Belə ki, birinci hərracda iştirak etmiş olsaydı, əmlak təkrar hərraca 15%, - 23250 manat aşağı qiymətlə, yəni 131750 manata deyil, elə ilkin satış qiyməti ilə, yəni 155000 manata çıxarılardı. Məhz 28 fevral 2020-ci il tarixdə keçirilən birinci hərracda hərracın iştirakçısı olmadığına görə hərrac baş tutmamış və buna görə də ipoteka predmeti təkrar hərraca 15% aşağı qiymətlə çıxarılmışdır. Daha sonra təkrar hərrac baş tutmadıqda əmlakın təkrar hərracdakı satış qiymətinin 25% (32937 manat) aşağı qiyməti ilə, yəni 98813 manat müqabilində mənzil bankın mülkiyyətinə verilmişdir. Bundan başqa hərrac işi materiallarına əlavə edilmiş “Mega Post Service” sürətli poçt xidmətinin digər qaimələrindən (001816, 001855 və 001874 nömrəli) fərqli olaraq, məktubların iddiaçıya göndərilməsi ilə bağl ı 001815 və 001856 qaimələrdə məktubu çatdıran kuryerin şəxsiyyəti barədə heç bir məlumat olmamışdır. Belə ki, qaimələrdəki qeydlərdən görünmüşdür ki, poçt göndərişləri hərrac mərkəzindən “Tamer” və “Cavid” adlı kuryerlər tərəfindən götürülmüş və qaimələrdə poçt göndərişinin alıcının ünvanına hansı kuryer tərəfindən çatdırıldığı qeyd edilməmişdir. Məlumdur ki, qaimələrin “alıcı” xanasındakı qeydlər məhz həmin qaimə ilə müşaiyət olunan poçt göndərişini çatdırmağa məsul edilmiş kuryerin iştirakı ilə edilməlidir. İddiaçı hesab etmişdir ki, alıcıya məktubu çatdıran kuryerin şəxsiyyətinin qaimələrdə göstərilməməsi məhz gələcəkdə pozuntular aşkarlandığı təqdirdə məsuliyyətdən yayınmaq məqsədi daşımışdır.

8. Bankın nümayəndəsi məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirmiş və rədd e dilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin hərracda satılması zamanı hərracın təşkilini və aparılmasını tənzimləyən qanunların tələblərinin pozulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar verilmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1 və 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Birinci instansiya məhkəməsində birləşdirilmiş iş üzrə icraat

12. İddiaçı Bank cavabdehlər İddiaçı və X8 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X10 və X6 Bankın mülkiyyətində olan mübahisəli mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və həmin sahənin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil hərrac mərkəzinin hərracın nəticələri haqqında Y-49/1 nömrəli, 19 mart 2020-ci il tarixli protokoluna əsasən Bankın mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından məlum olmuşdur ki, X10 və X12 mübahisəli mənzi ldə qeydiyyatdadırlar. Onların qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla qorunan daşınmaz əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşdırır.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2137/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bank mübahisəli mənzili mülkiyyətinə qəbul etdiyinə görə cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının qalması Bankın mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur ki, bu da mülkiyyət hüququnun müdafiəsi barədə qanunvericiliyin tələblərinə ziddir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.2-ci, Mülki Məcəllənin 1 52.1, 228.4 və 386.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2137/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı Bankın ca vabdehlər İddiaçı və X8 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(103)- 11273/2021 nömrəli mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-7450/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-349/2022 nömrəli mülki iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 apre l 2021-ci il tarixli, 2(005)898/2021 nömrəli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2137/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsində məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımış və İddiaçı subyektiv mülahizələrinə əsaslanmışdır.

22. Apellyasiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)2137/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsində məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin “qapının bağlı olması” səbəbindən zərflər çatdırılmamışdır. Məhkəmə bildirişləri cavabdehə çatdırılmadığından məhkəmənin baxış iclası 2 dəfə təxirə salınmışdır. Məhkəməyə cavabdehin faktiki yaşadığı ünvan məlum olmadığından və SMS-bildiriş vasitəsilə məlumat vermək üçün cavabdehin adına hər hansı mobil telefon nömrəsi də aşkar edilməmişdir. Belə olan halda Hərrac Mərkəzi də ipoteka qoyan Sədiqə Dadavovanın qeydiyyatda olduğu ünvana hərracların keçirilməsi barədə bildirişlər göndərməkdə haqlı olmuşdur, həmin ünvanda yaşayın şəxsin bildirişi Sədiqə Dadaşovaya çatdırmaması isə hərracın keçirilməsinə maneə deyildir.

23. Apellyasiya baxışı zamanı cavabdehin adına mo bil telefon nömrələrinin olubolmamasına dair EMİS vasitəsilə elektron sorğu edilmiş, lakin cavabdehin adına mobil telefon nömrələrinin də olması müəyyən edilməmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 269.5, 415.2, 568.1 və 569.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34, 41.1-41.3, 42.1, 42.3 və 44-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, “hərracın etibarsız hesab edilməsi tələbinə dair” iddianın təmin, “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddianın rə dd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin maddi hüququ əsası olmamışdır. Belə ki, apellyasiya şikayətində ipoteka predmetinin onun likvid dəyəri əsasında deyil, bazar qiyməti əsasında hərraca çıxarıldığı mübahisələndirilərək “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinin tələblərinin pozulduğu əsaslandırılmış və buna görə də həmin hərracın etibarsız hesab edilməsi məhkəmədən xahiş olunmuşdur. Bu dəlilə münasibətdə kollegiya qətnamədə göstərmişdir ki, “... evin ilkin satış qiymətinin 145000 manat məbləğində təşkil edilməklə hərraca çıxarılması əksinə ipotekaqoyanın mənafeyinə zidd olardı. Bu dəlil isə həmin hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir...”. Qətnamədə məhkə mə həmin mövqeyini əsaslandırmaq üçün hər hansı normaya istinad etməmişdir. Qanunvericilik ilkin satış qiymətinin əmlakın likvid dəyəri əsasında müəyyən olunması barədə birmənalı göstəriş müəyyən etmişdir. Müvafiq olaraq hərrac mərkəzidə mənzillə bağlı hərracı onun likvid dəyəri əsasında həyata keçirməli idi. Bunu etməməklə hərrac təşkilatı hərracın keçirilməsi qaydalarını pozmuşdur ki, bu, “İpoteka haqqında” Qanunun 44-cü və Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən həmin hərracın etibarsızlığına səbəb olmuşdur. Digər tərəfdən apellyasiya məhkəməsi mənzilin ilkin satış qiymətinin 145000 manat məbləğində təşkil edilməklə hərraca çıxarılmasının iddiaçının mənafeyinə zidd olmasını qeyd etsə də, bu mövqeyinə yetərincə açıqlama da verməmiş, həmin halın iddiaçının mənafeyinə hansı f ormada ziddiyyət yaratmasını qətnamədə göstərməmişdir. Bazar qiyməti ilə müqayisədə aşağı olan likvid dəyər iddiaçıya öz əmlakını daha ucuz qiymətə ala bilməsi üçün əlverişli imkan yarada bilərdi.

27. Kassasiya şikayəti verən Sədiqə Dadaşova qeyd etmişdir ki, məhkəmə kollegiyası sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmişdir. Belə ki, məhkəmə qətnamədə göstərmişdir ki, “... iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, əksinə hərrac mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə sifarişli poçtla bildiriş göndərmişdir. Hərracın keçiriləcəyinə dair xx.xx.2022-c il tarixli bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir...”. Məhkəmə hərraclar barəsində ipoteka qoyana qanunla müəyyən olunmuş qaydada bildirişlərin göndərilibgöndərilməməsi ilə bağlı sübutetmə yükünü iddiaçıya – ipoteka qoyanın özünə aid etməklə kobud prosessual pozuntuta yol vermişdir. Hərrac hərrac mərkəzi tərəfindən həyata keçirilmiş və ipoteka qoyana bildiriş göndərmək də onun vəzifəsi olmuşdur. Ona görə də hərrac təşkilatı qanundan irəli gələn bu vəzifəyə əməl etdiyini sübut etməli və bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməli idi. Lakin cavabdeh bunu etməmişdir. Məhkəmə isə cavabdehi ümumiyyətlə belə bir vəzifədən azad etmiş, bu isə nəticə etibarı ilə düzgün olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.

28. Məhkəmə iş materiallarında olan sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi hərraclarla bağlı bildirişlərin iddiaçıya göndərildiyini qeyd etsə, həmin bildirişlərin göndərilməsi barədə poçt qaimələrinin mötəbərliyinə və bildirişlərin iddiaçıya çatıb-çatmamasına hüquqi qiymət verməmişdir. Halbuki, həmin qaimələrdən görünmüşdür ki, bildirişlər ünvana çatdırılmamışdır. Həmçinin, qaimələrdə qaralamar aparılmış və vacib xanalar doldurulmamışdır ki, həmin halların mövcudluğu bu sübutların mötəbər qəbul edilməsini istisna etmişdir. Daha sonra apellyasiya instansiya məhkəməsi hərracın keçiriləcəyinə dair xx.xx.2022-ci il tarixli bildirişin ünvan sahibinin poçt xəbərnaməsinə imza edərək qəbul etdiyini göstərsə də, ümumiyyətlə iş materiallarında belə bir bildiriş mövcud deyil və mövcud olması da mümkünsüz olmuşdur. Çünki, hərraclar xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş, məhkəmənin istinad etdiyi bildirişin tarixi isə xx.xx.2022-ci ilə aid olmuşdur.

29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)2137/2021 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı hissədə Sədiqə Dadaşova qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 ASC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi avtomatik olaraq iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin təmin edilməsini aradan qaldırmış olur. Ona görə də işə kassasiya instansiya məhkəməsində baxılarkən bu hal nəzərə alınmalı, hər iki tələb birlikdə qiymətləndirilməli, İddiaçı “hərracı n etibarsız hesab edilməsi barədə” əsaslı iddiası təmin edilməli olduğundan Cavabdeh1 ASC-nin “istifadə hüququna xitam verilməsi” barədə əsassız iddiası isə rədd edilməlidir.

30. Kassator şikayəti Mülki Məcəlləsinin 416.1 və 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9 və 44-cü, Mülki Prosessual Məcəllənin 77.1, 80, 81, 88, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Bank (vəkil X7) kassasiya şikayətinə qarşı etirazda göstərmişdi r ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

32. Maddə 13.1. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə

29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur.

34. Maddə

43. Heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

38. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

39. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

40. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə ba şlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

41. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

42. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

43. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların g irovudur.

44. Maddə

34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

45. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;

46. Maddə 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

47. Maddə 34.1.4. Bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

48. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

49. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qan ununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

50. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

51. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünü n rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilki n satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

52. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

53. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassas iya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir, apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmaqla hüq uqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə ehtiyac görmür.

64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-349/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar