Məhkəmə qərarları › İş №2(102)-3453/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3453/2022

20.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3453/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1643/2 022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) 13 mart 1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Birgə nikahda olduqları dövrdə tərəflər Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 103 ünvanda yerləşən 97,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (bundan sonra - qeyri-yaşayış sahəsi) əldə etmiş və həmin əmlak 31 oktyabr 2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

3. Cavabdeh ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (yeni adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – Bank) arasında bağlanmış 24 fevral 2016- cı il tarixli 1-KTKDX1-0-22-16 saylı əsas kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 120 ay müddətinə 200.000 manat kredit limiti ayrılmışdır.

4. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında həmçinin 24 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış, cavabdeh qeyri-yaşayış sahəsini Banka ipotekaya qoymuşdur.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(006)1221/2019 saylı qətnaməsi ilə Bankın cavabdehə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən əsas borc üzrə 180.000 manat, faiz borcu üzrə 16.435 manat, cərimə borcu üzrə 4.027 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, tutmanın qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 301.500 manat müəyyən ed ilməklə açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin cavabdehə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqdan bir ay sonra boşaldılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12526/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Ali Məhkəmənin 2(102)-1760/2020 saylı, 18 mart 2020ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə, Banka və Bakı şəhəri 51 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş xx.xx.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və qeyri-yaşayış sahəsi barədə cavabdehlə Bank arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 1- KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun və digər ailə üzvlərinin xəbəri olmadan Banka ipoteka qoymuşdur. Kredit və ipoteka müqavilələrindən heç bir məlumatı olmamışdır. Hətta cavabdehin kredit götürdüyü 200.000 manat pul məbl əğini nəyə xərclədiyindən belə məlumatı olmamışdır. Hesab edir ki, mübahisələndirilən əmlak ipoteka ilə yüklü edilərkən onun razılığı saxta yolla əldə edilmişdir ki, bu da qanun pozuntusudur.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli 4/612 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 167-ci vərəqəsində iddiaçının adından olan 22 fevral 2016-cı il tarixli 7E-2292 reyestr nömrəli ərizədə «Gülmalıyeva» yazısının qarşısındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur.

9. Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-70/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadov) iddia rədd edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarə t olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları – ipoteka müqaviləsinin bağlanmasından və müqavilənin bağlanmasına razılıq ərizəsi verilməsindən məlumatı olmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının əri olan cavabdeh tərəfindən daşınmaz əmlakın ipoteka qoyulmasından, kredit alınmasından və kredit məbləğinin nə üçün lazım olduğundan xəbəri olmuş və o, şəxsən özü notariat kontorunda buna razılıq verməsinə dair ərizə ilə tanış olaraq, onu imzalamışdır.

11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9, 14, 77, 88, 217 və 218-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, işin faktiki hallarını hərtərəfli araşdırmadan, əsassız ekspert rəyinə əsaslanmaqla qətnamə çıxarmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 10 fevral 2022-ci il tarixli, 2(103)-1643/22 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, iddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsinin etibarsızlığını ondan xəbərsiz olması ilə əsaslandırmış, belə bir müqavilənin bağlanmasına razılıq vermədiyini irəli sürmüşdür. Halbuki işin hallarından aydın olur ki, iddiaçı bu arqumentini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda, həmin dəlil nəzərə alınaraq keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müqavilənin bağlanmasına iddiaçının verdiyi razılıq ərizəsindəki imzanın onun tərəfindən icra edilmiş olduğu müəyyən olunmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 234, 337 və 339-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kass asiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini düzgün əsaslandırmamışdır. Belə ki, iş materiallarında olan məhkəmə qətnamələri hazırkı iş üzrə cavabdehlər arasında gedən mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarıdır və həmin məhkəmə çəkişmələri zamanı iddiaçı məhkəmədə tərəf kimi çıxış etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsin ə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.

30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələ rlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1643/2022 nömrəli mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar