Məhkəmə qərarları › İş №2(102)-3453/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3453/2024

29.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3453/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, evdən çıxarılma, vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2( 103)-3662/2024 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə dair işə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1ndə yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evini İddiaçı (alıcı) xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 (satıcı) satın almışdır. Evin mülkiyyətçisi hazırda İddiaçıdur.

2. Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 3 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

3. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a Birinci instansiya məhkəməsində icraat: b İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsi nə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan, ünvan 1 küçəsində, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evinindən (bundan sonramübahisələndirilən ev) çıxarılması, cavabdehlərə məxsus əşyaların və əmlakların həmin evdən çıxarılmaqla evin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən evin mülkiyyətçisidir və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb edir. d İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişdir. e Cavabdeh1 birinci instansiya məhkəməsində bildirmişdir ki, işlərində yaranmış bəzi səbəblərə görə mübahisələndirilən e vi satmış, lakin imkanı olmadığı üçün evdən çıxa bilməmişdir. İddiaçı yaxını olduğu üçün bir müddət evdə qalmağı xahiş etmişdir. İndi isə qısa müddətə işləri həll edib yanvar ayınadək evdən çıxacaqdır. Buna görə də bu məsələni həll etmək üçün məhkəmədən ona 1-1,5 ay vaxt verilməsini xahiş edir. f Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus ünvan 1ndə yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evindən özlərinə məxsus əşya və əmlakları ilə birlikdə çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması; mübahisələndirilən fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi; iddiaçının mübahisələndirilən fərdi yaşayış evinə köçürülməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. (hakim Təranə Mahmudova) g Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən alqı-satqı işi ilə bağlı notarius işindəki sənədlərə əsasən müəyyən etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə isə Cavabdeh1 ilə iddiaçının nümayəndəsi X1 arasında “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” bağlanmış və cavabdeh həmin fərdi yaşayış evini iddiaçıya satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh1 müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 3 ay müddətində qeydiyyatdan çıx mağı öhdəsinə götürmüşdür. Cavabdeh1 və onun həmin mənzildə yaşayan ailə üzvləri Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 da fərdi yaşayış evinin satılmasına etiraz etmədikləri, müqavilədə müəyyənləşdirilmiş müddətdə mənzildən və qeydiyyatdan çıxmağı öhdələrinə götürdükləri barədə ərizələri vardır. Hazırda həmin evin mülkiyyətçisi iddiaçıdır. h Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə yaşaması və mənzildən çıxmaması iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmaqla, dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur və cavabdehlər həmin mənzildən çıxmadıqları üçün iddiaçı mülkiyyətçi olaraq həmin mənzil üzərində olan mülkiyyət hüquqlarını həyata keçirə bilmir. iBirinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139-1.1, 139-1.1.3, 140, 146.1, 146.2, 148.2. 152.1, 152.5, 157.2, 157.5, 164.1, 164.2, 178.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. j Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir. Bu haqda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın Dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarış var. Cavabdeh iddiaçıdan müəyyən qədər borca pul almış, aldığı borcun müqabilində pulunu qaytarana kimi evini iddiaçının adına alqı-satqı etməklə girov qoymuşdur. Lakin iddiaçı bundan istifadə edərək cavabdehin mülkiyyətində olan mübahisələndirilən fərdi yaşayış evini ələ keçirmək üçün Bakı şəhəri 34 saylı notariat ofisində onu və ailə üzvləri olan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 aldatmış və hazırda onları yaşadıqları evdən çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi cavabdehlərin iştirakları təmin olunmadan işə baxaraq iddianı təmin etmişdir. Məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə mülki işi tam araşdırmadan qətnamə qəbul etmişdir. xx.xx.2023-cü il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında izah atı təhrif olunmuşdur. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3662/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov).

7. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edib ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi fərdi yaşayış evinin mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı mübahisədə adı keçə n evin mülkiyyətçisi olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.

8. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, apellyasiya şikayətinin dəlilləri alqı-satqı müqaviləsinin etibarlılığı ilə bağlı məsələlərə aiddir. Başqa sözlə, şikayətin məzmunu sırf alqı-satqı müqaviləsinin etibarlı olmadığı ilə bağlıdır. Lakin mübahisəli mənzilin cavabdeh tərəfindən iddiaçıya satılması və hazırda mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır. Ona görə də, qətnamənin yoxlanılması məhz hazırki mövcud vəziyyətə uyğun həyata keçirilməlidir.

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki iddianın təmin olunmaması Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

10. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh məhkəmənin 29 noyabr 2023-cü il tarixli hazırlıq iclasında iştirak edib və məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qəbzə imza etməklə məlumatlanıdırılıb, lakin üzrlü səbəb olmadan məhkəmə baxışı iclasında iştirak etməmişdir. Demək ki, iştirakının təmin olunmaması məhkəmənin səhvinə görə olmamışdır. Bundan əlavə, 29 noyabr 2023-cü il tarixli məhkəmə iclasında izahatı təhrif olunmuşdursa, cavabdeh buna dair protokola qeyd verə bilərdi, ancaq verməyib, üstəlik, təhrif olunmanın nədən ibarət olduğunu da açıqlamır.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1391.1,139-1.1.3, 140, 146.1,146.2,148.2,149.2, 178.1, 646.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. Kassasiya şikayətinin dəlilləri a Cavabdeh1 (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin təkrar baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. b Kassasiya şikayəti apellyasiyan şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, tərəflər arasında əslində alqı-satqı deyil, borc niyyəti ilə müqavilə ba ğlanmış, müqavilə predmeti ev deyil, pul məbləği olmuşdur. Tərəflər arasında xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı cavabdehin ağır maddi durumundan istifadə etmiş, onu və ailə üzvlərini aldadaraq notariusa getməyə sövq etmiş və borc müqaviləsi adı ilə alqısatqı müqaviləsi bağılamağa təhrik etmişdir. Müqavilə predmeti olan mənzil isə cavabdehin istifadəsində qalmışdır. c Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə etraz ilə məhkəməyə müraciət edərək, şikayətin dəlillərinin əsassız olduğunu göstərmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüqu qlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydi yyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təm in edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

29. İddia tələbi xüsusi mülki yyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən əvvəlki mülkiyyətçinin və onunla yaşayan digər cavabdehlərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə almasına, mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehlərin müqavilə şərtlərini pozaraq mənzili tərk etməmələrinə istinad etmişdir.

30. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər isə hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar.

31. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq norma larının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

33. Mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – alqı-satqı müqaviləsinin etibarsız olması – əsassız sayır. Əvvəla bu dəlilə apellyasiya instansiyası məhkəməsi qiymət verib. (bax: 16-17-ci bəndlər)

34. Bundan əlavə, məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, hazırki iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Buna görə də əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran ə qdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3662/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar