Məhkəmə qərarları › İş №2(102)-3454/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3454/2025

14.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3454/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 sentyabr 2025-ci il tarixli, 2(103)1993/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş m əhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, T0639-24 nömrəli əmrin onunla bağlanmış əmək müqaviləsinin xitam olunması hissəsində ləğv edilməsi, onun təchizat üzrə mütəxəssis vəifəsinə bərpa edilməsi, onun xx.xx.2024-cü ildən işə bərpa edilməsinə dair müvafiq əmr verilən tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat və mənəvi ziyana görə 10.000 mantın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(007)2721/2024 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(007)-2721/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5. xx.xx.2025-ci il tarixdə iddiaçının həmin qətnamədən ilkin kassasiya şikayəti daxil olmuş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadla şikayət (müddətin ötürülməs i əsası ilə) geri qaytarılmışdır.

6. Daha sonra İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadını kassasiya qaydasında mübahisələndirsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2526/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən, mübahisələndirilən qərardadın isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı (nümayəndə-Vəkil) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1993/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə vermişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı, qətnaməni 04 aprel 2025-ci il tarixdə almışdı r. Bu halda, kassasiya şikayətinin verilməsi üçün müddət 05 aprel 2025-ci il tarixdə başlayır (MPM-in 128.3-cü maddəsi) və 05 iyun 2025-ci il tarixdə bitir. Həmin tarixdə və ondan sonrakı qeyri-iş günü olan 06 iyun 2025-ci il tarixdə isə “Elektron Məhkəmə İnformasiya Sistemində” texniki xətalar olduğundan, kassasiya şikayətinin verilməsi mümkün olmamış və şikayət 07 iyun 2025-ci il tarixdə verilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülsə də, üzürlü səbəbdən ötürülmüş və bərpa olunmalıdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2025 saylı, 17 sentyabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev sədrlik edən, məruzəçi, Fuad Abdıyev və Cəmilə Musayeva) iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1993/2025 saylı, x x.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair İddiaçı ərizəsi təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, mübahisələndirilən qətnamə iddiaçının və onun nümayəndəvəkilinin elekton kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, beləliklə, qanuna əsasən qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərədə tutulmuş 2 aylıq prosessual müddətin sonuncu günü xx.xx.2025-ci il olduğu halda, kassasiya şikayəti ilk dəfə xx.xx.2025-ci il tarixdə, yəni 2 aylıq müddət müddət keçdikdən sonra verilmişdir.

11. Məhkəmə kollegiyası hazırda iddiaçı tərəfindən qətnamədən kassasiya şikayətinin verilməsi üçün bura xılmış müddətin səbəblərini üzrlü hesab etmir. Ümumiyyətlə, iddiaçı qanuni müddət ərzində kassasiya şikayəti vermək imkanını istisna edən hər hansı üzrlü hala istinad etməmişdir. Sonuncunun e-məhkəmə sistemində texniki nasazlıqların olduğunu (halbuki buna dair hər hansı bir sübut yoxdur) qeyd etdiyi xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlər isə işin hallarından göründüyü kimi qanuni müddətin bitməsindən sonrakı vaxta təsadüf etmişdir.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik üzrlü səbəbdən ötürülən müddətin bərpası imkanını nəzərdə tutmuşdur. Lakin qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradə sindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

13. Bu baxımdan, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş p rosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir.

14. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 405.0.2, 10-1.3, 135-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazı n dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil – Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instasiyası məhkəməsinin qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin kassasiya şikayətinin verilməsi üçün son gün 04 iyun 2025-ci il hesab olunması yanaşması səhvdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından göründüyü kimi də, iddiaçı qətnaməni 04 aprel 2025ci il tarixdə almışdır. Bu hal da, kassasiya şikayətinin verilməsi üçün müddət 05 aprel 2025ci il tarixdə başlayır (MPM, maddə 128.3.) və 05 iyun 2025-ci il tarixdə bitir. Digər tərəfdən, 05 iyun 2025-ci il tarixdə və ondan sonrakı qeyri-iş günü olan 06 iyun 2025-ci il tarixdə isə Elektron Məhkəmə Sistemində texniki xətalar olduğundan, kassasiya şikayətinin verilməsi mümkün olmamış və şikayət 07 iyun 2025-ci il tarixdə verilmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, Elektron Məhkəmə Sistemində texniki xətaların olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, xətaların baş verməsi ilə bağlı hər hansı sübutun təqdim edilməsi ümumiyyətlə mümkün deyil. Çünki, saytın işləməməsini yalnız real vaxt rejimində müşahidə etmək olar. Onun başqa cür qeydə alınması mümkün deyil. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 133.1 məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa e dir.

23. Maddə 133.3 müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

24. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 135.6 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 135.7 “Elektron məhkə mə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsini araşdırıb müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçının və onun nümayə ndə-vəkilinin elekton kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Beləliklə, qanuna əsasən qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərədə tutulmuş 2 aylıq prosessual müddətin sonuncu günü xx.xx.2025-ci il olduğu halda, kassasiya şikayəti ilk dəfə xx.xx.2025-ci il tarixdə, yəni 2 aylıq müddət müddət keçdikdən sonra verilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı qanuni müddət ərzində kassasiya şikayəti vermək imkanını istisna edən hər hansı üzrlü hala istinad etməmişdir. İddiaçının şikayətndə “e-məhkəmə sistemində” texniki nasazlıqların olduğunu (halbuki buna dair hər hansı bir sübut yoxdur) qeyd etdiyi xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlər işin hallarından göründüyü kimi qanuni müddətin bitməsindən sonrakı vaxta təsadüf etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik üzrlü səbəbdən ötürülən müddətin bərpası imkanını nəzərdə tutmuşdur. Lakin qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan e lə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

36. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunm asına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.

37. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual normaların tətbiqində səhvə yol verməmiş və prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilm ədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 sentyabr 2025-ci il tarixli, 2(103)-1993/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar